Kateqoriya Arxivləri: Maraqlı məlumatlar
İlk türk hərbi pilot qadın
Səbihə Göyçən 22 mart 1913-cü ildə Bursada doğulub. Bir pilot və yazıçı kimi məşhurlaşıb. Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biridir.
Ana və atasını kiçik yaşında itirən Səbihə 1925-ci ildə – 12 yaşındaykən Bursanı ziyarətə gələn ölkə başçısı Atatürkə yaxınlaşmağı bacarıb və bu böyük insana oxumaq istəyini bildirib. Atatürk çətin şəraitdə yaşayan Səbihəni övladlığa götürərək özüylə Ankaraya gətirir.
Səbihə Ankaradakı Amerika qız kollecində təhsil almağa başlayır. Amma xəstəliyi səbəbindən təhsilini yarımçıq qoyub müalicəüçün Viyanada getməyə məcbur olur. Bu yazının davamını oxu
2016 — Meymun ili nələr vəd edir?
Əziz dostlar, əslində, mən nə fala, nə də falçıya inanıram. İnandığım, möcüzəyə qadir bircə varlıq var, o da Uca Yaradandır. Amma hamınıza bəllidir ki, bir çox insanlar inanmasalar belə, bəzən fala maraqla yanaşırlar. Necə deyərlər: “Fala inanma, faldan qalma”.
Bu gün türk saytlarının birindən üzümüzə gələn Meymun ili üçün astroloqların bəzi fikirlərini tərcümə edib sizinlə paylaşmaq istərdim. İnananlar maraqla, inanmayanlar da sadəcə maraqla ☺️ oxuya bilərlər. Bu yazının davamını oxu
Anaların xilaskarı
İ. P. Semmelveis (1 iyul 1818 – 13 Avqust 1865), 1847-ci ildə “anaların xilaskarı” adlı kəşfin sahibi, macar həkim idi.
1847-ci ildə Avstriya Vyana Baş Xəstəxanasında doğum klinikasının professor köməkçisi kimi işləməsinə baxmayaraq, Semmelveis təcrübələrinə dayanaraq xlorlu məhlulla əllərin yuyulmasını təqdim etdi. Sepsis deyilən xəstəliyə yoluxan körpələrin demək olar ki, 50 faizi doğuşdan sonra həyata göz yumurdu. Həkimlər istifadə etdikləri dəsmala əllərini silərək yeni bir doğuşu qəbul edir, beləliklə infeksiyanı yaymış olurdular. Bu yazının davamını oxu
Naşatır spirti ilə 7 problemin həlli
Öz faydalılığı və tətbiqinin çoxfunksiyalılığına görə naşatır spirti fərqlidir. Məişətdə onun tətbiq sahələri ilə sizi də tanış etmək istərdim.
1. Pəncərələrdə
1 litr suya 1 xörək qaşığı naşatır spirti əlavə edin. Yumşaq kağızla və ya qəzetlə silin.
2. Paltar ağardıcısı kimi Bu yazının davamını oxu
Məşhurların həyatından maraqlı faktlar
Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.
***
Emil Zolya isə özünü stula bağlayırmış.
***
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.
***
Vasili Şukşin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.
***
Fridrix Şiller həmişə stolunun üstünə çürümüş almalar qoyurmuş. Bu yazının davamını oxu
Albinizm
Albinizm tibdə nadir rast gəlinən, lakin insanları, cəmiyyəti ciddi şəkildə narahat edən xəstəliklərdən biridir. Bu xəstəliyə düçar olan insanlar dərisində yaranan dəyişikliklərə görə ətrafdakıların diqqətini çəkirirlər. Tibdə bu cür insanlar “albinos” adlanır:latın dilində “alba” “ağ” deməkdir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir.Albinizm anadangəlmə dəriyə rəng verən piqmentin olmaması xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə melanin əmələ gətirən melanositlərin çatişmazlığı və ya olmamasıdır. Bu yazının davamını oxu
Dünyadan maraqlı faktlar
1975-ci də İngiltərəli bir ailə televiziyada ən sevdikləri proqramı izlərkən kişi yarım saat dayanmadan gülüb, nəticədə infarkt keçirərək ölüb. Həyat yoldaşı cənazədən sonra proqramın prodüserlərinə bir məktub yazaraq ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edib.
1985-ci də xilasedicilər “hovuzlarda heç kim boğulmasın” adlı mərasimi qeyd etmək üçün bir ziyafət verdilər. Ziyafətdə qonaqlardan biri hovuzda çox maraqlı bir şəkildə boğulub.
1983-cü ildə mağazada oğurluq edərkən tutulan San Diyeqolu bir qadın polislərə, əgər onu buraxmazlarsa göyərənə qədər nəfəsini tutacağını söyləyib. Polislər qadını buraxmayıblar, o da həqiqətən ölənə qədər nəfəsini tutub.
Bu yazının davamını oxu
Ayaqqabının tarixi haqqında
Ayaqqabılar heç də bu sözün ilkin mənasıda deyildiyi kimi, yalnız dəri və ya rezindən hazırlanmış geyim vasitəsi deyildir. Başqa sözlə, ayaqqabının əsl məqsədi hərəkət zamanı ayağımızı çınqıldan, şüşə və dəmir qırıntılaından, soyuqdan, palçıq və sudan qorumaq deyil. Maraqlıdır ki, bəzən ayaqqabı seçərkən rahatlıqdan daha çox zahiri görünüşünə əhəmiyyət veririk. Hətta bəyəndiyimiz ayaqqabıları ayağımızda heç rahat olmadığı halda da , xoşumuza gəlibsə, almışıq. Baxmayaraq ki, xoşumuza gələn bu ayaqqabı bizi həm də incidib. Deməli, biz onun geyim vasitəsi olmaq xüsusiyyətindən daha çox zahiri görkəmimizin elemetlərini tamamlayan vacib aksesuar kimi qəbul etmişik. Bəs ayaqqabıların nə zaman, necə yarandığını, həmçinin günümüzə qədər necə dəyişildiyi haqqında nə bilirik?
Axı ilk ayaqqabılar yarandığı ilk dövrlərdə heç də indi gördüyümüz forma və modellərdə olmayıb. Bu yazının davamını oxu
Çərkəz toy adətləri (II)
Toya hazırlıq
Nikahdan sonra qız ata evində bir il və ya daha çox qalmalıdır. Bu müddət ərzində cehiz və gələcək qohumlar üçün hədiyyələr hazırlanar. Bu dönəmdə gənc xalalar, bibilər, qonşu qadınlar nişanlı qıza yeni ailəsində necə davranmaq lazım olduğunu, həyat yoldaşının, yaşlı insanların qarşısında necə davranmalı olduğunu öyrədirlər.
Nişanlı qız qohumların və yaxın qonşuların toylarından savayı, digər heç bir toyda iştirak etməməlidir. Qatıldığı məclisdə isə özünü ancaq izləyici kimi aparmalıdır. Bu yazının davamını oxu