Kateqoriya Arxivləri: Hekayələr

Gi de Mopassanın «Boyunbağı» hekayəsi

image

Gi de Mopassanın 100 il öncə yazdığı hekayələrdə toxunduğu problemlər hal-hazırda cəmiyyətimizdə aktual olduğu üçün Boyunbağı hekayəsi dilimizə 3-cü dəfə tərəfimdən tərcümə edilir. Bu hekayəni oxuyandan sonra toxunulan məsələləri özümüzdə varsa, tapıb dəyişmək ümidilə.

O, taleyin kinayəsi ilə bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi. Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi. Bu yazının davamını oxu

“Atasız uşaq” – Gi de Mopassan

image

 

Gi de Mopassanın yenidən dilimizə “Atasız uşaq” adı ilə tərcümə etdiyim «Simonun atası» adlı hekayəsini mənim kimi atasız, ata qayğısından məhrum böyümüş bütün insanlara həsr edirəm.

Saat on ikini vururdu. Məktəbin qapısı açıldı və oradan dəcəl uşaqlardan ibarət dəstə tez çıxmaq üçün bir-birini itələyərək çölə tələsdilər. Amma hər gün olduğu kimi müxtəlif tərəflərə dağılışmaq və nahar üçün evə yüyürmək əvəzinə məktəbdən bir neçə addımlıqda dayandılar, bir yerdə toplaşıb pıçıldamağa başladılar.

Bu yazının davamını oxu

“İnsanı öldürmək” – Cek London

g2210_800

 

Evi zəif gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst gəzir, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı. Axşamtərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına giribişığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, solğun qırmızı ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O çox gözəl, zərif qadın idi. Al dodaqlı yumru sifətində mavi gözləri parıltı saçırdı. Gözlər gah bakirə qız məsumluqu ilə geniş açılır, gah da qəddar, boz və soyuq olurdu, bəzən isə orada nəsə vəhşi, amiranə və inadkar əlamət sezilirdi.

Qadın qonaq otağının işığını söndürüb dəhlizə çıxaraq başqa otağa üz tutdu. Qapının yanında dayandı. Nəsə onu ehtiyatlı olmağa vadar edirdi. Zəif səs eşitdi. Yüngül bir xışıltı idi, sanki otaqda kimsə hərəkət edirdi. Qadın and içə bilərdi ki, heç nə eşitməyib, ancaq nəsə özünü ələ ala bilmirdi. Gecənin sükutu pozulmuşdu. Qadın öz-özündən soruşurdu ki, gecənin bu çağı xidmətçilərdən kim otaqlarda gəzə bilər? Eşikağası ola bilməzdi: o kişi erkən yatmaq vərdişini yalnız xüsusi hallarda dəyişirdi. Qulluqçu da ola bilməzdi: qadın özü o qıza bir gecəlik icazə vermişdi.

Bu yazının davamını oxu

Əfsanələr, rəvayətlər (Naxçıvan folklorundan)

image

Gülüstan əfsanəsi

Neçə illər idi ki, Gülüstan Araza könül vermişdi. Onlar hər gün yaxınlıqdakı çayın sahilində Arazla görüşər, burlikdə gələcək səadətləri haqqında birlikdə xəyallar quradı. Bir gün düşmən bu yurda hücum edir. Hamı ayağa qalxır. Araz da döyüşə gedir. Yağını qovub – çıxarıllar yurddan. Döyüşənnər geri döndülər. Gülüstan allı – güllü paltarın geyib çayın sahilinə gəldi. Lakin Araz gəlip çıxmadı. Gülüstan səhərəcən onu gözlədi. Gözlərinnən axan yaş hər tərəfi suya döndərdi. Suyun əhatəsində bir parça allı – güllü yerə qaldı. Deyilənə görə, o yer ilin 3 fəslində güllü – çiçəkli olur. O yeri Gülüstan adlandırdılar.

Bu yazının davamını oxu

Atanın nəsihəti (nağıl)

1410198046_12

 

Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişi özünə görə varlı-karlı idi. Odur ki, heç kimə möhtac olmazdı. Bir gün kişi əhvalının qarışdığını görüb oğlunu yanına çağırdı:

– Oğul, nə qədər var-karım var, sənə qalır. Ancaq iş var-karda deyil, gərək həm də ağıllı olasan. Sənə üç vəsiyyətim var.
Birinci vəsiyyətim odur ki, heç kimdən borc pul almazsan. Ikinci vəsiyyətim budur ki, malıvı gözündən qırağa qoymazsan. Üçüncü vəsiyyətim də budur ki, arvadı özbaşına buraxma. Illər ötdü. Bir gün oğlanın yadına atasının sözləri düşdü. Ürəyində götür-qoy elədi ki, bu sözləri atam elə-belə deməyib, gərək onun dediklərini sınaqdan keçirəm. Oğlan həmişə bir yerdə yeyib-içdiyi dostundan min tümən borc istədi. Bu yazının davamını oxu

Doğruluğun mükafatı

1398360670_image

 

Böyük mənəviyyat alimi Əbdülqədir Geylani həzrətləri uşaq idi. Atası vəfat etmişdi, amma özündən sonra oğlu Əbdülqədirin təhsil alması üçün qırx qızıl qoyub getmişdi. Balaca Əbdülqədir elm öyrənmək üçün Bağdada getmək istəyir və durmadan anasına yalvarırdı. Nəhayət, anası oğlunun təkidlərinə dayana bilməyib razılıq verdi.
Yol həm uzaq idi, həm də təhlükəli. Quldurlar tez-tez yolları kəsir, karvanları qarət edir, adamları öldürürdülər. Anası səfər ərəfəsində balaca Əbdülqədiri yanında oturdub belə dedi: Bu yazının davamını oxu

Apardı sellər Saranı…

image

 

Çay qızı 

Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri qoçaq bir cavan olan Sarvan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da çox mehriban bir ailə qurmuşdular.
Gözəl və Sarvan Arpaçayın sahilində boya–başa çatmışdılar. Gözəl Arpaçayın zəriф, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılınc oynatmaqda şöhrət qazanmışdı.
Muğan camaatı əkinçilik və bənnalıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünki bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.   Bu yazının davamını oxu

Allahı göstər inanım

image

İslam alimlərindən biri uşaqlıq illərində öz zəkası ilə hamını heyrətə salardi. Bir gün onun yaşadığı Kufə şəhərinə Allahı inkar edən, hər şeyi təbiətin yaratdığını iddia edən və hər getdiyi yerdə alimlərlə bu barədə mübahisələrə girişən biri gəlir.

Boş fikirlərini anlatmağa başlayan bu adamın Kufə alimləri ilə görüşüb onlara dərs vermək istəyinə gülən müsəlmanlar: “Bizim balaca bir alimimiz var, əgər onunla qarşılaşıb,ona qalib gəlsən,böyük alimlərimiz səninlə görüşər”,deyə cavab verirlər. Həmin adam razı olur,görüş yerini və saatını müəyyənləşdirərək dağılışırlar. Bu yazının davamını oxu

Bayram sevinci

1289133359_hayaller

Sakati Şərqdə məşhur əxlaqşünaslardan biridir. O, hələ şagird olarkən bir gün, müəllimin yanına gəldikdə orada çox dərdli görünən bir uşağa rast gəldi. Sakati uşağın kim olduğu ilə maraqlanıb soruşdu:

– Müəllim, bu uşaq kimdir?

– Atası ölmüş, yoxsul bir uşaqdır. Onu bayram yerindən keçərkən gördüm. Bütün uşaqlar bir-birləriylə oynayır, deyib-gülürdülər. Bu balaca isə bir kənarda dayanmışdı. Səssiz və kədərli idi. Məyus-məyus ətrafında oynayan, şənlənən uşaqlara, həmyaşıdlarına baxırdı. Onun bu halı diqqətimi çəkdi. Dayana bilmədim, bir az fikri dağılsın deyə buraya gətirdim. Bu yazının davamını oxu