Kateqoriya Arxivləri: Gözəl qadın

Çay ağacı yağı haqqında bilmədiklərimiz

image

 

Çay ağacı yağını yəqin ki, çoxunuz tanıyırsınız. Bəs onun istifadə sahələri haqqında necə, xəbəriniz varmı?
Çay ağacı yağı təkcə insan sağlamlığı üçün yox, gözəllik üçün də bir möcüzə sayılır.

Bu yazının davamını oxu

Saç üçün maskalar

красивые-волосы

 

Əziz xanımlar, hamınız bilirsiniz ki, saçlar insanın gözəl görünməsi üçün çox vacibdir. Təbii ki, baxımlı saçlardan söhbət gedir. Kim fikirləşirsə ki, saçlara xüsusi qulluq lazım deyil, onlar təbiətin bizə töhvəsidir, yanlışdır. Bu cür düşünənlər yəqin ki, yaş ötdükcə, ekalogiyanın, qəbul etdiyimiz qidaların, keçirdiyimiz həyat tərzinin saçlara təsirsiz ötüşəcəyini unudurlar. Bu gün təqdim etdiyim iki saç maskaından istifadə edin, saçlarınızın qeydinə qalmaq üçün ilk addımı atın, faydasını görəcəksiniz.

Bu yazının davamını oxu

Gözəllik qurban tələb edirmi?

manikyur_02Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bütün bunlar ilahi bir yaranışdır, bunları zorla dəyişmək, hansısa “imici” yaratmaq fikrimcə Yaradanın ziddinə getməkdir. Məncə gözəllik üçün, səliqəli, baxımlı, zövqlü görünmək üçün pul xərcləmək, pulu qurban vermək olar, can sağlığını yox. Bəli, can sağlığını qurban vermək nəinki ağılsızlıqdır, hətta günahdır deyərdim.

Bu yazının davamını oxu

Həm yeyin, həm də gözəl görünün

4653Bütün qadınlar dərilərinin gözəl və problemsiz olmağının arzusundadırlar. Bunun üçün bir çox təcrübələrə əl atır, saatlarca vaxt da sərf edirlər. Gözəl, parlaq və sağlam bir dəri üçün xüsusi qulluq vacibdir, lakin yetərli deyildir. Qida qəbulu doğru seçilməyibsə, heç bir sağlam dəridən danışmaq doğru sayılmaz. Necə ki, yeyərkən dərimizdə problem yaradan qidalar olduğu kimi, bəzi qidaların qəbul edilməməsi də dərinin qüsuruna yol açır. Gəlin birlikdə dərimizin sağlamlığı üçün vacib olan bir neçə qidayla tanış olaq.  Bu yazının davamını oxu

Üz quruluşuna görə hicab bağlama qaydası

1371724736-600

Hicab bağlamaq xüsusi bacarıq tələb edir. Həm də gərək rəng ahəngi haqqında ətraflı məlumatın olsun. Bununla yanaşı ikinci vacib şərt üz şəkillərinə görə hicab bağlamağın sirrini bilməkdir. Bu gün hicablı xanımlarımız üçün bu kiçik sirrin açıqlamasını vermək istəyirik. Gəlin görək hansı sifət quruluşuna, hansı tip hicab bağlanılması uyğun gəlir. Bu yazının davamını oxu

Saçlara qulluq qaydaları

image

Günəş, dəniz, qum, hovuz … Saçlarımızın düşmənlərinin adını əzbərdən bilirik, amma verdikləri zərərin qarşısını almaq üçün tədbirlər görməyi də bilməliyik.

İlk işiniz sağ ucunda yaranmış qırıqlardan azad olmaq olmalıdır. Uzun saçlarınızı özünüzdən razı halda çiyninizə tökmək sevimli adətiniz olsa belə, bir müddət bununla vidalaşmalısınız, çünki qırıqlar kəsilməsə, saçlarınız sağlam formada uzanmağa davam edə bilməyəcək. Saç, uclarından qırılmağa başladığı andan etibarən bu proses dayanmadan davam edər və qırılma saç diblərinizə doğru irəliləyər, ta ki onlardan xilas olana qədər . Məsləhətdir ki, gecikdirmədən bu qırıqlardan canınızı qurtarın.  Bu yazının davamını oxu

Gənc görünməyin yolları

Beautifulwomanwithjewelry

Hər qadın cavan görünmək istəyir. Yaşlandıqca dəriniz təbii, gözəl parlaqlığını itirməyə meylli olur. Unutmayın, dəriniz nə qədər sağlamdırsa, o qədər cavan görünəcəksiniz. Gənc görünməyin yolları:

  1. C vitamini qəbulunu artırın

Gənc görünməyin ən yaxşı yollarından biri C vitamini qəbulunu artırmaqdır. Daha çox portağal, yaşıl bibər, kivi, qreypfrut, pomidor və çiyələk yeyin. Bu yazının davamını oxu