Kateqoriya Arxivləri: Gözəl qadın

Gözəllik qurban tələb edirmi

Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bu yazının davamını oxu

Qış mövsümü üçün geyim dəstləri

image

Əziz xanımlar, qış fəsli üçün bir neçə geyim dəsti təqdim edirəm. Mənim geyim haqqında fikirlərimə bələdsiniz: dəb olanı yox, sənə yaraşanı geyin!

Bu geyimlər ilin dəbi olsa da, əksəriyyəti ürəyimcə olduğu üçün sizinlə də bölüşmək istədim☺️ Bu yazının davamını oxu

Qidalandırıcı saç maskası

image

Təqdim etdiyim bu maska saçları həm qidalandırır, həm də uzanmasını sürətləndirir. Əsas bir şeyi qeyd edim ki, maskanı sınaqdan keçirtdikdən sonra diqqətinizə çatdırmağı qərara aldım. Bir aylıq istifadə öz müsbət keyfiyyətini göstərdi. Siz də yaxınlarınıza ürəklə tövsiyyə edə bilərsiniz.

Tərkibi:

– 1 ədəd yumurta
– 1 çay qaşığı bal
– 10 damcı limon şirəsi
– bir çimdik duz (məsləhətdir ki, dəniz duzu olsun) Bu yazının davamını oxu

Gözəl dərinin ən sadə yolları

image

Qatıq hər yaşda qadın, kişi və uşaqların, xüsusiylə sümük inkişafı və sağlamlığına olan fəaliyyətləri qədər, dəriyə olan faydalarının da olması səbəbi ilə son illərdə təbii dəriyə qulluq məhsulu olaraq qadınlar tərəfindən çox seçilir. Yaxşı qatıqlı maskalar dəriyə necə tətbiq olunur? Qatıq maskası və faydaları haqqında məlumatlar sizin üçün, buyurun tanış olun.

Qatıq maskaları yağlı dərilər üçün olduqca faydalıdır. Çünki turşuluq və yağ yandırıcı xüsusiyyəti vardır. Yağlı cildlərə tətbiq edilən qatıq maskaları dərinin yağ səviyyəsini tarazlaşdırar və dəriyə qulluq edər. Həmçinin dərinizin parlaq və hamar bir görünüş almasını təmin edər.

Bu yazının davamını oxu

Dırnaqlara qulluq qaydaları

image

İsti yayın gəlməsi ilə bağlı ayaq dırnaqlara qulluq, xüsusi baxım diqqət mərkəzində olur. Çünki bağlı ayaqqabılardan çıxıb rahat, yüngül yay ayaqqabılarına keçmənin tam zamanıdır artıq.

Baxımlı, sağlam dırnaqlara sahib olmaq üçün isə bəzi məsləhətlərə əməl etmək lazımdır. Xüsusilə, qidalanmaya nəzarət güclənməlidir.

Bu yazının davamını oxu

Üz dərisinə çiy yumurta çəkməmək üçün 7 vacib səbəb

image

 

Yumurta və ya yumurta ağı ilə hazırlanan maskaları çox eşitmişik və bəzilərimiz hətta bunu sınaqdan da keçirmişik. Bir çox qadınlar fikirləşir ki, yumurta maskası qırışlara çox yaxşı təsir edir, saçı qidalandırır və tökülməsinin qarşısını alır. Mütəxəssislər yumurta maskası haqqında bu inancın haradan qaynaqlandığına bir aydınlıq gətirmişdir.

Bu yazının davamını oxu

Dəb və zövq

imageGeyim insanın özünü tanıtması üçün ilkin şərtlərdən biridir. Əbəs yerə deyilməyib ki: “İnsanı geyiminə görə qarşılayıb, danışığına görə yola salarlar”. Zövqlü geyim dəstləri hər bir qadın kimi həmişə mənim də diqqətimdə olub. Amma dəbdir deyə mənə yaraşmayan, yaşıma uyğun olmayan geyimi heç vaxt geyinməmişəm. Çox yormayım sizi, bir neçə nümunə təqdim edəcəm, bəlkə zövqlərimizin üst-üstə düşdüyü məqam oldu. Bu yazının davamını oxu

Gözəllik sirləri

image

Gözəl görünməyin sirləri ilə tanış olmaq istərdinizmi? Elə isə aşağıda məsləhət görülən maskalardan istifadə etmək zamanıdır.
№1 Yumurta ağından maska

Yumurta ağı dəri örtüyünün elastikliyini yüksəldir və praktik olaraq ani liftinq imkanı yaradır. Üşağıdakı komponentlərlə birlikdə qarışdırıb istifadə edə bilərsiniz:

Bu yazının davamını oxu

Dəbli geyim nümunələri

image

Yəqin ki, fikrimlə çoxunuz razılaşarsınız, qadını qadın kimi zərif, iç dünyasının incəliyini göstərmək üçün onu yalnız xanımlığa xas geyimlə geyindirmək lazımdır.

Yaradan qadını yaradarkən ona gözəl görünməsi üçün fərqli əzalar bəxş edib. Üzü keçmişdən bu yana bütün şairlərin ilham mənbəyi olub; “sinə meydan, zülf pərişan, bel nazik” ifadələri. Bəs bütün bunları əks cinsin geyimində canlandırmaq olarmı? Başqa bir mahnının sözlərində isə belə deyilir: “Kətan köynək, nazik bədən, gördüm xumar oldum…”

Bu yazının davamını oxu

Üz dərisinin gözəlliyi üçün maska

imageHər bir qadın dərisinin gözəl olmasını çox istəyir, xüsusən də üz dərisinin gözəlliyi üçün müxtəlif üsulları sınaqdan keçirirlər. Şokolad maskası haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Qeyd edim ki, şokoladla yanaşı kakao tozu da çox gözəl və güclü təsirə malikdir. O dərini qoruyur və dəriyə ciddi ziyan vuran radikallardan azad edir. Maskalardan mütəmadi istifadə zamanı dəri zərif, hamar, səliqəli və parlaq olur.

Bu yazının davamını oxu