Kateqoriya Arxivləri: Fotoqalereya
Qarderobu yeniləmək zamanıdır
Qışın sərt soyuğu artıq çox geridə qaldı. Günəşin ilıq şüası yavaş-yavaş daha da istiləşir. Siz də yəqin ki, geyim dolabınıza əl gəzdirmisiniz artıq. Yeni nələrsə almaq fikriniz varmı? Elə isə təqdim etdiyim nümunələrdən yararlanıb seçim edə bilərsiniz.
Evinizdə Şərq üslubu
Keçmişdən bu günümüzədək gəlib çıxan, həm də çox maraq kəsb edən və hələ də evimizin bir otağında reallaşdırmağa çalışdığımız şərq üslubu qədim adət və ənənələrimizi yaşamağımızı təmin edən bir dekorasiya faktorudur. Siz də bu ənənəni davam etdirmək və bu şərq guşəsi dekorasiyanın atmosferindən faydalanmaq istəyirsinizsə, siz də evinizin bir guşəsində bu cür dekorasiya hazırlamaq istərdinizmi? Sizə ilham qaynağı olması üçün ən gözəl şərq guşəsi dekorasiya nümunələrini bir yerə yığıb təqdim etmək istəyirəm.
Yetişdi toy axşamı – Gəlin maşınları
Hər kəsin həvəslə gözlədiyi, iki sevən gəncin muradına qovuşacağı möhtəşəm bir gün -Toy günü. Kiçikdən böyüyə hamı xüsusi təmtəraqla hazırlanar bu gün üçün. Bildiyimiz kimi, toy mərasiminin müxtəlif mərhələləri, özünəməxsus adətləri vardır. Bunlardan biri də bəy-gəlin maşınına vurulan bəzəkdir. Filmlərimizdən hamıya bəllidir ki, əvvəllər gəlin at üstündə, sonra araba və faytonlarda gətirilərdi. Nə qədər sadə bir nəqliyyat vasitəsi olsa da, təbii ki, təbəqə baxımından burada da fərqliliklər gözə çarpardı.