Kateqoriya Arxivləri: Birlikdə öyrənək

Uşaq ensiklopediyası (XXVI)

image

Vitaminlər 

Siz heç sinqa xəstəliyi haqqında eşitmisiniz? Bu xəstəlik gəmilərdə gözlənilmədən baş verirdi. Adamların dişlərinin əti qanayır, dişlərin özü isə laxlayırdı. Dənizçilər zəifləyir və tamamilə gücdın düşürdülər. Sinqadan ölənlərin sayı gəmi qəzalarında həlak olanlardan çox idi.

      İndi biz bilirik ki, bunun çox asan çarəsi var. Sadəcə olaraq dənizçilər özləri ilə səfərə bir neçə qutu C vitamini götürməli idilər. Əlbəttə, XXI əsrdə bu cür fikirləşmək çox asandır. 300 il bundan qabaq isə heç həkimlər də bilmirdilər ki, sinqa xəstəliyi qidada C vitamininin çatışmaması nəticəsində baş verir. Bu yazının davamını oxu

Qabusnamə (6-cı fəsil)

image

Altıncı fəsil
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA

Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub gölgəsi olmayan Muğilan14 ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə başqalarına. Əsil-nəsəbli adamlar sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış özünün müəyyən sənət və şöhrətin də olsun, çünki özünün şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki, “Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə, deyildir!”. Böyüklük mə’rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste’dad və bacarığınla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, dayı” əvəzinə “müəllim”, “alim”, -“fəqih”, “həkim” çağırarlar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının işinə yarayar.  Bu yazının davamını oxu

İbtidai siniflər üçün məntiq

image

1. Həcmi 10 l olan bidon su ilə doludur. Bu bidonu boş 7 litrlik və 3 litrlik vedrələrdən istifadə edərək iki bərabər hissəyə necə bölmək olar?

2. Tülkü balalarının arasındakı məsafə 100 addımdır. Hər tülkü balası qarşı-qarşıya 35 addım gələrsə, onlar arasındakı məsafə nə qədər olar?  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXV)

image

Vidadi Molla Vəli Məhəmməd oğlu

            (təqr. 1709 – 1809)

Uşaqlar, yəqin ki, siz baba-nənələrinizdən, yaxud ata-analarınızdan eşitmisiniz: səni görüm yüz yaşayasan!

Bu o deməkdir ki, ömrün uzun olsun. Məşhur Azərbaycan şairlərindən olan Molla Vəli Vidadi də uzun ömür sürmüş, təqribən yüz il yaşamışdır. Onun həyatı haqqında məlumat azdır. Bunu bilirik ki, o, Şəmkirdə doğulmuş, burada oxumuş, ayrı-ayrı vaxtlarda Şıxlı kəndində, Qarabağda yaşamış, sonradan yenə Şıxlıya qayıdıb, həyatının axırınadək orada ömür sürmüşdür. Qəbri də Şıxlıda, Gəmiqaya adlanan yerdədir.  Bu yazının davamını oxu

Uşaqlar üçün əyləncəli riyaziyyat

image

1. Səkkiz dənə “8” rəqəmidən elə ifadə qur ki, onun qiyməti 1000-ə bərabər olsun.

2. Bir satıcı 10 manata papaq satır. Bir alıcı yaxınlaşır, papağı başına qoyur və ölçülərinin uyğun gəldiyini görüb papağı almaq istəyir. Ancaq alıcı onda yalnız 25 manatlıq pul əskinazının olduğunu bildirir. Satıcı alıcıdan bu 25 manatlığı alır və yanındakı oğlana verərək qonşu dükanda xırdalamağa göndərir. Oğlan qonşu dükanda pulu   Bu yazının davamını oxu

Qabusnamə (5-ci fəsil)

image

Beşinci fəsil

ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA

Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır.

Demə ki: “ata-anamın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən olmamışam”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür.  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXIV)

image

Vətən

Bu söz bizim hamımıza çox əzizdir. Vətən təkcə doğulduğumuz yer deyil. Bu ucsuz-bucaqsız gözəl ölkəmiz – Azərbaycanımızdır.

Vətən və ya “Ana vətən” insanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olaraq əldə edilən emosional hisslər. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.  Bu yazının davamını oxu

Qabusnamə (4-cü fəsil)

image

Dördüncü fəsil

İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA

Ey oğul, bil ki, Allah-taala varlılar və seçilmiş bəndələri üçün daha iki dini vəzifə tə’yin etmişdir: bunlardan biri həcc, digəri isə Zəkatdır. Buyurmuşdur ki, kimin imkanı varsa, onun evini ziyarət etsin, yoxdursa, etməsin. Görmürsənmi bu dünyada da şah sarayının qapıları yalnız dövlətli adamların üzünə açıq olur.  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (XXIII)

image

Venera

Bəzən səhərlər dan yeri söküləndə, ya da axşamlar gün batanda göydə çox parlaq bir ulduz görünür. Bu, Veneradır. Qədim astronomlar bu ulduzu Romada gözəllik və məhəbbət ilahəsi sayılan Veneranın şərəfinə belə adlandırmışlar. Şərqdə bu ulduza Zöhrə ulduzu, Dan ulduzu da deyilir.

Əslində Venera ulduz deyil, planetdir. O da bizim Yer kürəsi kimi Günəşin peykidir. Ulduzlar isə bizdən çox-çox uzaqda yerləşən günəşdirlər və onların da ətrafında, yəqin ki, öz planetləri dövr edir.  Bu yazının davamını oxu

Qabusnamə (3-cü fəsil)

image

Üçüncü fəsil
NE’MƏT SAHİBLƏRİNƏ MİNNƏTDARLIQ HAQQINDA

Ey oğul, bil ki, ne’mət sahibinə minnətdarlıq lazımdır, bu hamıya vacibdir, özü də onun layiq olduğu qədər deyil, buyurulan qədər, çünki əgər hamı bütün ömru boyu yalnız şükürlə məşğul olsa, yenə onun layiq olduğunun mində birini yerinə yetirə bilməz. Əgər Allah-taala hər verdiyi ne’mət qarşısında azca belə şükür istəsə, bu olduqca çox olar, ona görə islam dinində taət beşdir, bunların ikisi yalnız varlılara, üçü isə hamıya aiddir. Bunlardan biri (haqqı) dildə iqrar edib ürəkdə təsdiq etmək, o biri beş dəfə namaz qılmaq, üçüncüsü isə otuzgünlük oruc tutmaqdır.  Bu yazının davamını oxu