Kateqoriya Arxivləri: Birlikdə öyrənək
Müəllim sönməyən günəşdir
Salam, əziz dostlar, bloq izləyicilərim!
Hər il müəllim günü yaxınlaşar-yaxınlaşmaz, bloqun statistikası ən yüksək izləmə xəttində dayanır. Müəllimə aid hikmətli sözlər axtarışı ilə bloqa gələnlərin sayı 4000 nəfəri keçir. Məhz buna görədir ki, müəllim, elm, bilik haqqında deyilmiş dəyərli fikirlərdən bir çələng bağlamağı düşündüm.
Müəllim sönməyən günəşdir
Sabahınız xeyir, dəyərli dostlarım.
Bir neçə gündən sonra müəllim gününü qeyd edəcəyik. Bloqun statistikasına nəzər salıram hər gün. Hansı yazıya, hansı mövzuya daha çox təlabat var deyə, bir müşahidə aparıram. Axtarış sisteminə ən çox düşən müəllim haqqında yazılardır. Mən də bunu nəzərə alıb, dəyərli izləyicilərim, həm də axtarış nəticəsində bloqa təsadüfən gələnlər üçün müəllim haqqında yeni bir yazı dərc etmək istədim.
Qiymətli kəlamları oxumaq sizin üçün də maraqlı olar. Axı hər birimizə oxumaq savadını müəllimlər verib. Yaşımızın neçə olmasından asılı olmayaraq, müəllimlərin dəyərini bilmək bizim müqəddəs borcumuzdur.
1. Müəllim bir sənətkardır, sabahın təməlini o qurduğu kimi, qiymətli şəxsiyyətin yetişməsinə də o səbəb olar. (Mustafa Kamal Atatürk) Bu yazının davamını oxu
Məntiqlə düşün və tap
1. Aşağıdakı yazılışlarda ədədlər arasında əməl işarələrini elə yaz ki, doğru bərabərliklər alınsın. Mötərizələrdən də istifadə etmək olar.
a) 1 2 3=5
b) 1 2 3 4=5
c) 1 2 3 4 5=5
d) 1 2 3 4 5 6=5
e) 1 2 3 4 5 6 7=5
ə) 1 2 3 4 5 6 7 8=5
2. Dörd pişiklə 3 pişik balasının kütləsi 15 kq, 3 pişiklə 4 pişik balasının kütləsi isə 13 kq-dır. Pişiklərin kütləsi bir-birinə bərabər və pişik balalarının kütlələri də bərabər olarsa, hər pişiyin və hər pişik balasının ayrılıqda kütləsi nə qədər olar? Bu yazının davamını oxu
Qabusnamə (9-cu fəsil)
Doqquzuncu fəsil
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA
Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu demişdir: “Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı deyirlər”. Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. Necə ki, bir qoca kişi demişdir: “Cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam, mən özüm onları istəmirəm”. Bu yazının davamını oxu
Xanımlar üçün 10 qızıl məsləhət
1. Əgər təsadüfən əlləriniz “moment” yapışqanına batıbsa, onda marqarinin köməyi ilə bunu təmizləyə bilərsiniz. Bunun üçün yapışqanlı yerə marqarin çəkin və bir neçə dəqiqə gözləyib yuyun.
2. Əgər siz istəyirsinizsə ki, sizin mənzilinizdə xoş qoxu olsun, suda bir neçə dəqiqə limon qabıqları qaynadın.
3. Su borusunun ətrafındakı ərpi təmizləmək üçün, bu yeri ilıq sirkəylə silmək lazımdır.
4. İstəyirsiniz ki, mətbəx dəsmalları yaxşı yuyulsun? Onda onları gecədən qatıqda islatmaq lazımdır. Bu yazının davamını oxu
Düşünsək taparıq
1. Atamın 31 yaşı olanda mənim 8 yaşım var idi. İndi atam məndən 2 dəfə böyükdürsə, mənim neçə yaşım var?
2. Dolu qabla brlikdə balın çəkisi 10 kq-dır. Balın 1/4-ni götürdükdən sonra qalan bal qabla birlikdə 8 kq oldu. Əvvəlcə qabda neçə kq bal var idi? Bu yazının davamını oxu
Qabusnamə (8-ci fəsil)
Səkkizinci fəsil
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN
XATIRLADILMASI HAQQINDA
Əvvəl demişdir: “Nə qədər ki, gecə-gündüz gəlib gedir, illərin dəyişilməsinə təəccüb etməyin”.
Və demişdir: “İnsanlar bir dəfə peşman olduqları işlərdən nə üçün bir də peşman olsunlar?”
Sonra demişdir: “Həyatı arzu etdiyi kimi keçməyən adam nə üçün özünü diri hesab edir?”.
Sonra demişdir: “Sənə pis deyəni onu sənə xəbər gətirəndən daha tez bağışla!”.
Sonra demişdir: “Faydasız qulaq asan adamın başı başsağlığı verilən adamınkından daha çox ağrayar”.
Sonra demişdir: “Ziyan dəyənlər içərisində ən çox ziyan çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun”.
Sonra demişdir: “Alınıb-satılan qulu öz qarnının qulu olan adamdan daha azad hesab et!”.
Sonra demişdir: “Elmi olub ağlı olmayan adama elm əziyyət verər”. Bu yazının davamını oxu
Xoruz ilində bizi nələr gözləyir
Çin təqviminə görə 2017-ci il – Xoruz ili, yanvar ayının 28-dən başlayacaqdır. Şəfəq və oyanış işarələrini özündə daşıyan bu ünsürün himayəsi altında olacaq 2017-ci il mübarizə və qayğı ilə davam edən, doğru hədəfləndirilmiş layihənin müvəffəqiyyət vəd edən, hərəkətli və həqiqi enerji bəxş edən bir dövrüdür. Bu yazının davamını oxu
Birgə düşünək, birgə tapaq
1. 8 gözətçi yanacaq anbarını qoruyurdu və anbarın hər divarının yanında 2 gözətçi dayanmışdı. Göstəriş gəldi ki, mühafizəni gücləndirmək lazımdır. Hər divarın yanında 3 gözətçi dayanmalıdır. Lakin əlavə olaraq yeni gözətçilər gəlmədilər. 8 gözətçini necə yerləşdirmək lazımdır ki, dörd divardan hər birinin yanında 3 gözətçi dayansın? Bu yazının davamını oxu
Qabusnamə (7-ci fəsil)
Yeddinci fəsil
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA
Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalı, pis adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan ol, özünü doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən yalan deməli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar doğru danışma. Doğruya oxşar yalan, yalana oxşar doğrudan yaxşıdır, çünki o yalana inanarlar, bu doğruya yox. Qəbul edilməyən doğrulardan qaç ki, rəhmətlik əmir Bus-Suvar Ğazi Şapur ibn əl-Fəzl ilə mənim başıma gələn əhvalat sənin də başına gəlməsin.
H e k a y ə t. Ey oğul, bil ki, mən əmir Bus-Suvar dövründə, həccdən qayıtdığım il Gəncəyə cihad32 davasına
getmişdim. Mən Hindistan cihadında çox iştirak etmişdim, indi də Rum cihadında iştirak etmək istəyirdim. Əmir Bus-Suvar böyuk şah idi, dediyini eyləyən, müdrik, ləyaqətli, ədalətli, olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi adam idi, zarafatı xoşlamazdı. Bu yazının davamını oxu