Kateqoriya Arxivləri: Ailə dünyası

Uşaqların aylıq inkişafı – 8 aylıq körpə

image

8 aylıq körpə nələr edə bilər?
– Kiçik obyektləri baş və işarə barmağı ilə tutar. – Yaxşı iməkləyər.
– Kömək almadan oturar mövqeyə keçər.
– Özünü, yapışıb çəkərək ayağa qaldıra bilər.
– Başqaları ilə oynamaqdan xoşlanar.
– Keçmişi xatırlayır, yenidən qarşılaşdığı hadisələri xatırlayaraq davranışını müəyyənləşdirir.
– Anaya çox bağlıdır, ayrılıq qorxusunu hiss edər.  Bu yazının davamını oxu

Advertisements

Sosial şəbəkələr, yoxsa ailə…

image

Bir zamanlar həyat necə də gözəl idi…nə internet vardı, nə sosial şəbəkələr, nə də bu qədər iyrəncliklər…bəli, düz eşitdiniz, iyrəncliklər…Bəlkə çoxu oxuyub “geri fikirli” deyib keçəcək, bəlkə çoxu heç oxumadan barmağını toxundurmaqla “like” edib vəzifəsini bitmiş hesab edəcək, bəlkə sonacan oxumayıb yarımçıq mövzuya yarımçıq fikir bildirənlər də olacaq. Amma inanıram ki, sonunadək oxuyanlar mütləq tapılacaq. Əslində sadaladığım hər kateqoriyadan insanların oxumasını çox tövsiyyə edirəm. Çünki hər kəs mütləq mənada nəyi isə öyrənmiş olacaqdır. Bu yazının davamını oxu

Həyatı saxlayın, düşmək istəyirəm…

image

İntihar…son on ilin ən çox rast gəlinən qorxunc ifadəsi. Səbəbi hər nə olursa olsun, hər bir kəsin Allah qarşısında etdiyi ən böyük günah bildiyi halda bu addımı son çıxış yolu seçmələri həyəcan siqnalının çoxdan çalınmasının gərək olduğuna sübutdur. Acınacaqlı haldır ki, hər il ötən illə müqayisədə intihar hallarının daha da çoxalması müşahidə edilir. Elə buna görə də Gülşən xanımın növbəti yazısını bölüşmək istədim. Marriflənmə cəmiyyətin sürükləndiyi bir çox problemin açarı olduğu kimi, düşünürəm ki, bu məqalənin də insanlara faydası daha çox olacaq.  Bu yazının davamını oxu

Uşaqların aylıq inkişafı – 7 aylıq körpə

image

Nələr edə bilər? – İməkləməyə başlar. Bir çox iməkləmə stili var. Mütləq dörd əlli iməkləyə bilir, arxası üstə, qarın üstündə sürünə bilir və ya özünə xas stili yarada bilir.
– Özünü yuxarı çəkib ayaq üstə durmağa çalışar.
– Dəyişik gördüyü hər obyekti dadarak, yelləyərək, iyləyərək, atıb vuraraq tanımağa çalışar.  Bu yazının davamını oxu

Uşaqların aylıq inkişafı – 6 aylıq körpə

image

6 aylıq körpənin inkişafı
Nələr edə bilər?
– Hər istiqamətə dönə bilər, başını müstəqil istədiyi kimi çevirə bilər.
– Qarnı yerdən tam qalxmadan iməklər, dönməkdən zövq alar.
– Oturar, ancaq hələ öz oturma mövqeyinə gələ bilməz.
– Oyuncağı bir əlindən digərinə çox rahatlıqla keçirər.
-Səs çıxaran obyektləri silkələməkdən xoşlanar.
– Saldığı oyuncağın özünə geri gəlməsini istər.
– Üzünüzlə oynamaqdan, saç çəkməkdən xoşlanar.  Bu yazının davamını oxu

Uşaqların aylıq inkişafı – 5 aylıq körpə

image

5 aylıq uşaq nələr edər:
– İnsan səsinə reaksiya verər, danışana dönər. Anasının səsini eşidincə ağlamanı kəsər.
– Marağına səbəb olan hər şeyə gülümsəyər və danışar.
– Bir çox müxtəlif səs çıxardar. Bunların bir qisimi özünə xas, digərləri duyduqlarını təqliddir .
– Gördüyü hərəkətləri təqlid edə bilər.  Bu yazının davamını oxu

Uşaqların aylıq inkişafı – 4 aylıq körpə

image

4 aylıq körpənin inkişafı

Nələr edə bilər?

– Ovcuna qoyulan obyekti tuta bilər. Obyektə tərəf uzana bilər.
– Dönə bilər.
– Dəstəklə otura bilər, başını dik tuta bilər.
– Dodaqlarını şappıldada bilər.
– Evdəki fərqli kəsləri tanıyar. Onunla maraqlandıqda səmimi və səsli gülümsəmə edər. Bu yazının davamını oxu

Bir ötən sevgini unuda bilsəm…

Bir ötən sevgini unuda bilsəm

Könlümü sevginlə ovuda bilsəm.

Bir axşam yanına qayıda bilsəm,

Bağışla, bağışla, məni bağışla…

Günümüzdə bir çox dəyərlər və onlara münasibət dəyişilib. Təəssüf ki, əks cinslər arasında olan sevginin özü belə. Əsl sevginin varlığını ya filmlərdə axtarırıq, ya onun haqda kitablarda oxuyuruq. Bəzənsə keçmişə qayıdırıq. Çox acıdır, deyilmi? Bu yazının davamını oxu

Uşaqların aylıq inkişafı – 3 aylıq körpə

image

3 aylıq körpənin inkişafı

Nələr edə bilər?
– Səslərlə, mimikalara reaksiya verər, ətrafla əlaqəsi inkişaf edər. Daha az ağlayar.
– Yalnız tək qalsa etiraz edər. Çoxluq içində olmaq istəyər.
– Fərqli rəng və oyuncaqlardan xoşlanar.
– toxunduğu nə varsa onlardan bir neçə saniyə tutaraq qala bilər.
– Yavaş hərəkət edən obyekti bir tərəfdən digər tərəfə qədər izləyə bilər. Bu yazının davamını oxu

Valideyn sevgisi

image Ailə cəmiyyətin kiçik formasıdır. O, nə qədər möhkəm olsa, onun üzvləri arasında bir-birlərinə qarşı sevgi, sayqı, qayğı nə qədər çox olsa, cəmiyyət də bir o qədər güclü və xoşbəxt olar.

Əcdadlarımızın əxlaqında valideynə münasibət.
Xalqımızdakı valideyn sevgisinin, valideynə hörmət və sayqının kökləri çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə və onlara itaətə böyük əhəmiyyət verirdilər. Tarixən valideynə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Başqa cür ola da bilməzdi, valideynin haqqını bilməyən insan nə Vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə də dost-tanışının qədrini bilməz.
Valideynə bu münasibət onların sahib olduqları əxlaqdan qaynaqlanırdı, bu əxlaq isə öyrədir ki, valideynə itaət etmək, onların qulluğunda durmaq Allaha şərik qoşmamaq, ona itaət etmək qədər əhəmiyyətlidir. Bu yazının davamını oxu