Kateqoriya Arxivləri: Ailə dünyası
Günah axtarmaqdan keçib
Bəşəriyyət yarandığı gündən bu günədək həyat təzadlı fikirlər, fərqli yanaşmalar, dünyaya baxış prinsipləri baxımından ayrılıqlara bölünüb. İnsanlar bir-birlərindən xarici görünüşlərinə görə fərqləndikləri kimi daxili aləm baxımından da fərqlilik nümayiş etdirirlər. Təbii ki, bu həyatın bizim təxəyyülümüzdən uzaq bir qanunudur. Çünki indiyə qədər insanların nədən oxşar yox, fərqli yarandığı haqqında dəqiq fikir yürüdən olmamışdır. Nəinki oxşar və fərqli, hətta insanın yaradılışı haqqında belə dəqiq söz deyən yoxdur. Dinimizə görə ilk insan bəşəriyyətin atası hesab olunan Adəm peyğəmbərdir. Allah onu yaratdıqdan sonra Həvvanı yaradıb. Lakin elm, fəlsəfə inkişaf etdikcə bu fikrə qarşı təzadlar, həmçinin bu iddianı inkar edə biləcək qədər elmi əsaslar irəli sürüldü. Beləliklə, insanın yaradılışı haqqında olan bu iddiaya qarşı fikir ayrılıqları yarandı. Bu yazının davamını oxu
Qaynana olmağa hazırsınızmı
İllərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz. Bu yazının davamını oxu
Yolunuz açıq olsun, əziz abituriyentlər
Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanı keçiriləcək. Minlərlə abituriyent və onların ailələri həyəcan içindədirlər. Həmçinin mən də. Ali məktəbə qəbul olmaq, bu arzuya çatmaq bir çox gəncin gələcəyinin açarıdır deyərdik. Bu səbəbdən də, bu əhəmiyyətli imtahan əvvəli bir çox abituriyent və onların ailəsinin stress altında olmaları normal haldır. Amma stresi idarə etmək, onun qarşısını almaq imtahanda qazanılan müvəffəqiyyət qədər çox əhəmiyyətlidir. Əziz abituriyentlər, bilməniz gərəkən çox vacib bir neçə məsələ var ki, bunları sizin üçün məhz mütəxəssislər düşünüb hazırlayıblar. Aşağıda yazılanlara əməl etsəniz, uğurlu nəticə əldə etmək üçün addım atmış olacaqsınız. Bunlar nədir: Bu yazının davamını oxu
Hər kəs sevə bilər, amma sadiq olmağı bacarmaz…
Dəyərli dostlarım, əzizlərim! Günaydın hər birinizə. Bilirsiniz ki, başladığım işi yarımçıq qoymaq mənim xasiyyətim deyil. Amma təəssüflə bildirmək istəyirəm ki, bəzi özəl və daha dəqiq desəm səhhətimdə yaranan problemlərə görə müvəqqəti olaraq burdan ayrılmalı olacam. Nə qədər çəkəcək bilmirəm, hər halda 1 aydan tez gələ biləcəyimə söz vermirəm. Bu müvəqqəti gedişimdən pərişan olanlara demək istəyirəm ki, Allahın izni ilə qayıdacam, mütləq qayıdacam. Gedişimdən sevinənlərə isə daha diqqətli olsunlar deyirəm, çünki qayıtmağım möhtəşəm olacaq…Ən qüdrətli ordu sərkərdələrinin də bəzən zamana ehtiyacları olur. Səhifəmi bağlamıram, çünki mən varam, həmişə də var olacam. ☺️
Bir mövzu ilə ayrılıram sizdən. Güman edirəm mən qayıdanacan yoxluğumu hiss etdirməz sizə… Allaha əmanət olun. Hər birinizin qəlbimdə öz yeri var… Mövzunu oxumağı unutmayın. Hələlik 🙋 Bu yazının davamını oxu
Eşqin gözü kor olar bəzən…
Aşiq olanların dilinin əzbəridir bu: “Eşq fədakarlıq deməkdir”. Nə qədər çox sevəriksə, bir o qədər də sevilərik. Nə qədər çox dəyər verəriksə, bir o qədər də qarşılıq görmüş olarıq. Belədirmi? Həqiqətənmi aşiq olmaq bütün istəklərindən, xəyallarından, uğurlarından, hətta bəzən özündən belə keçmək deməkdir? Deyək ki, keçdik, yaxşı bəs eşq uğruna atdığımız bu addımda xoşbəxtliyə hər zaman nail olmaq olurmu? Əlbəttə ki, yox! Nail olmaq olsaydı həyatından narazı olanların sayı barmaqla göstəriləcək sayda olmazdımı?! Bu yazının davamını oxu
Uşaqların aylıq inkişafı – 12 aylıq
12 aylıq körpə nələr edə bilər
İctimai, fiziki- zehni qabiliyyətləri • Ana-ataya, tanışlarına və sevdiyi obyektlərə şəfqət və maraq göstərər.
• Yuxuya qarşı müqavimət göstərər.
• Ruh halları dəyişkənliyi göstərər.
• Ana-atadan ayrılmağa qarşı çox reaksiya göstərər.
• Valideynlərdən çox kömək gözləyər.
• Sevmədiyi yeməklərə və ya yemək yedirilməyə inad edər.
• Zarafat anlayışı inkişaf edər. Bu yazının davamını oxu
Uşaqların aylıq inkişafı – 11 aylıq
11 aylıq uşaqların ictimai fiziki zehni
• Saxlanma – tapma və ya top atma kimi oyunlardan çox xoşlanar.
• Hər zaman iştirakçı olmaya bilər.
• Davamlı təsdiqlənmə gözləyər.
• Ayaq üstә dayanarkən yıxılmadan otura bilər .
• Barmaq ucunda dayana bilər. Bu yazının davamını oxu
Uşaqların aylıq inkişafı
10 aylıq uşaqlar nəyi edir: • Su ilə oynamaqdan xoşu gəlir.
• Özü haqqında şüuru inkişaf və ictimai rəğbət gözləyir.
• kiminsə onunla oynanmasını gözləyir.
• Kədər, sevinc, əsəb kimi hisslərini müəyyən edir.
• Fərqli məkanlardan qorxur.
• Üz mimikalarını və əl hərəkətlərini təqlid edir. Bu yazının davamını oxu