Bahar görməyən varlığım..
Havada payızın qoxusu hiss olunduqca, deyəsən nəfəsim də soyuyur yavaş-yavaş, soyuyan havayla birgə. Saralmış yarpaqlarla birgə xəyallarım düşdükcə öz budağından ruhum çılpaqlaşır, kimsəsizləşir ürəyim. Həsrətim də üşüməyə başlayır isti ürəyimin içində. Nə bilim, bəlkə də ürəyim elə isinməyibmiş bu yayı da. Hansısa qışda, ya nə bilim nə vaxtsa, şaxta tutmuş divarlarının buzu heç açılmayıbmış bəlkə…
Yenə soyuq küləklər əsir, yağışlar başlayıb yenə. Amma tək bayırda deyil təbiətlə birgə qəlbimdə də… Hüzün örtüb qara örtüyünü gizlənib ürəyimin bir küncündə. Əslində ən pis soyuğun elə qəlbimdə olduğunu, ordakı boşluqda durmadan soyuq küləklər uladığını bilmədən, payızdan qorunur… Çətrini götürməyi də unudub zavallı, gözümdə boğduğum damlaların ürəyimə leysan yağdırdığından xəbərsizdi…
Xatirələr də gözüsulu olub yaman, həm də şıltaqlaşıb, ərköyünləşib nədənsə. Payızla bəhsə giribmiş kimi nə vaxt isidəcəyi, nə vaxt üşüdəcəyi bəlli deyil. Hələ dolu-dolu buludlarını demirəm…
Duman alıb fikirlərimi, çiskin tutub yollarını. Tamam itib, azıb qaranlıqda. Tapa bilmir işığın, günəşin yolunu. Heç bilinmir də, sonuncu dəfə oralarda nə vaxt günəş doğduğu…
Bilmirəm, qoxusu olur ya yox, hərdən ölümün qoxusunu duyuram. Bəlkə də budaqlardan intihar etmiş xəzan yarpaqlarının qoxusudu bu qoxu. Ya bəlkə də, onu tərk edən etibarsız yarpaqların ayrılığına dözməyən budaqlardan yayılır ətrafa…
Bəlkə də elə ürəyimin içindən başlayıb, bürüyüb bütün varlığımı, mən özümü aldadıram… Axı qəlbimin içində dəfn olmuş arzuların, xəyalların, bir də varlığımın məzarları var…
Bir də bir sevgi dənizi vardı nə vaxtsa, bilmirəm, harda necə rast gəlmişdim ona. Amma suyu qurumuşdu, eləcə qumlu izi qalmışdı. Görəsən payızın yağdırdığı yağışlar qaytararmı onu geri, ləpələnərmi yenə sahili?
Göz yaşlarımı axıtsam üzərinə dolarmı, yoxsa o sular daşıb yenə ürəyimi boğarmı?…
Payız boylandıqca oğrun-oğrun, ruhum hüzünün əlindən özünü asır, boş qalmış budaqlardan. Nəfəsimlə birgə üşüyür, yenə üşüyür heç vaxt isinməyən, bahar görməyən varlığım…
Müəllif: Xəyalə
03/09/2020 tarixində Sizdən gələnlər içində dərc edildi və bahar qoxusu, gecənin kədəri, həsrət, kədər, payız, payızda yağış, sevgi həsrəti, sevgiyə aid yazı olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.
Hər vaxtın xeyir, əzizim. Çox təşəkkür edirəm gözəl diqqətin, dəyərin üçün. Bloqun sizin üçün necə dəyərli, əziz olduğunu bilirəm. Sizə öz eviniz qədər doğma olan yer, mənə də sizin var olduğunuz yer kimi çox əziz, çox doğmadı. Bəzən dəfələrıə gələrəm düşündüklərimi ifadə etməkdə çətinlik çəkərəm. Sizin bir müddətdi qəlbinizi bürüyən susqunluğunuz bura gələndə məndən də təsirsiz ötüşmür. Sözlər dilimdə düyünlənir, düşündüklərimi çatdırmaqda çətinlik çəkirəm. Buna görə mənə çox çətindi, qəlbinizin hər zaman isti hərarətini duyduğum halda, indi ağrısına ağrımaq… Hər dəfə nə qədər üzülsəmdə yenidən qəlbinizin odlu hərarətini duyacağımdan, bu istiliyə ruhən, qəlbən isinəcəyimdən ümüdümü heç üzmədim, heç vaxtda üzməyəcəm. Bir gün hər şey çox gözəl olacaq, Allahın izniylə🤲🤲
Hər şey üçün minnətdaram, könlümün sultanı. Sizin qəlbinizdə yer ala bilmək özü bir gözəllikdi🤗😘
Bilirsiz, sizi heç unutmadım, unutmayacam. Bura gəlsəm də bu qədər deyəcəyimin qarşısında susub qalmağım, qəlbini qəlbimlə duymağımnandı…
BəyənBəyən
Heç olmasa sev məni
Ürək sevib nə tez belə yoruldu,
Heç olmasa şirin sözlə sev məni.
Yolunu de, necə olum gözündə,
Heç olmasa iki gözlə sev məni.
Can deyəndə özgə çıxır o səs də,
İstilik yox, doğmalıq yox nəfəsdə.
Əgər olsan əhdə sadiq, həvəsdə,
Heç olmasa gülər üzlə sev məni.
Tərs olmadın o məktəbli ilində,
Tərs olaydın, söz qalaydı dilində.
Vədə ötüb, eşqim sönüb əlində,
Heç olmasa qalan gözlə sev məni.
Rövşənəm, getsəm də gözdən uzağa,
Yanında yalandır ağlayan çağa.
Əl verməsən aşırdığım dayağa,
Heç olmasa bircə dəfə sev məni.
Müəllif: Rövşən Həsənli 24.11.2013
P.S. Müəllif hüquqları qorunur.Şeirin özünü yaxud hər hansısa bi misrasını və bəndini icazəsiz paylaşmaq Qadağandır!!!
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Salam Sevinc, necesen canım
BəyənBəyən
Canım, çoxdandır senden xeberim yoxdur. Necesiniz? Burda olan her kese İrinka xanıma da salam deyirem , instiqram adreslerinizi nece götüre bilerem?
BəyənBəyən