Ümidləri döyəcləyən yağışlar…

Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.


Elə bil unutmaq istədiklərimizi, qovrulan kədərimizi qəsdən yada salır. Yatmış xəyalları, susmuş ağrıları oyadır…
Göydən düşən hər damla düşməyə yer tamır kimi, acı çəkən ürəklərə axır. Axdıqca daha çox dolur, qəlbi əzabla boğur. Son nəfəsə yoldaş olur…
Qarışıb gözlərdən süzülən yaşlara yanaqları sığallayır. Sanki rənginin solduğunu, tumarı unutduğunu, təbəssümün itib yox olduğunu, çöhrənə xatırladır…
Axı nədən, yağan yağış hər dəfə özüylə hüzün gətirər? Qaçdığın ağrılarını xatırladıb çarəsizliyə sürükləyər?..

Axar qəmli ürəklərə
Sığal çəkib diləklərə
Həzin-həzin yağar yağış
Nədən qəlbə dolar yağış?

Gözdən düşən damlaları
Səssiz, gizlin yuyar yağış
Sanki deyər ürəklərə
Həsrətinlə qaynaş, barış…

P.S: Əziz bloq izləyicilərim! Əziz dostlarım!

Bir müddətdir ki, həm sizləri, həm də bloqu yalnız buraxmışam. Bu səbəbdən çox üzüldüyümü deyə bilərəm. Bəzən insan susqunluğa qapanar. Mən də o dönəmdəyəm…

Amma yazısı da, ürəyi də mükəmməl olan Xəyaləm var. Mən danışmaram, amma o məni anlada bilər… Bu gündən etibarən Xəyalənin “e-mail” adresimə yazıb məni tənha qoymadığı, yanımda olduğunu içindən gələn yazılarla bildirdiyi dəyərli yazılarını sizinlə də paylaşacağam. Allahın əmanətində olun hər biriniz.

Bir gün mütləq yenidən görüşmək ümidiylə: Sevinc

12/05/2020 tarixində Sizdən gələnlər, Yazılarım içində dərc edildi və , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Ürəyinə qurban, əzizim…😪😪
    Bir bilsəz, indi birda nə qədər deyəcəyim var, amma anlada bilmirəm😔😔😔😔

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: