Müəllim sönməyən günəşdir
Salam, əziz dostlar, bloq izləyicilərim!
Hər il müəllim günü yaxınlaşar-yaxınlaşmaz, bloqun statistikası ən yüksək izləmə xəttində dayanır. Müəllimə aid hikmətli sözlər axtarışı ilə bloqa gələnlərin sayı 4000 nəfəri keçir. Məhz buna görədir ki, müəllim, elm, bilik haqqında deyilmiş dəyərli fikirlərdən bir çələng bağlamağı düşündüm.
Tələbələrinə elm arzusu aşılamayan bir müəllim soyuq dəmiri döyən dəmirçi kimidir. (Horas Mann)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Alim düzgün cavabları verən yox, düzgün sualları qoyandır. (Levi-Stross)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Açılan hər məktəb bir həbsxananın bağlanması deməkdir. (Hüqo)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bütün ölkələr üçün vahid universitet modeli ola bilməz. Hər bir universitet öz ölkəsinin ictimai həyatının üzvi hissəsi kimi formalaşmalıdır. (R. Taqor)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər. (R. Bredberi)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. (Emil Zolya)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
İnsanlar uzun müddət misi qızıla çevirmək arzusunda olublar. İndi elm misi elə şeylərə çevirir ki, qızıl ona həsəd aparır. (Tur Xander)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bildiyini bilənin arxasınca gedin,
Bildiyini bilməyəni oyandırın,
Bilmədiyini bilənə öyrədin,
Bilmədiyini bilməyəndən qaçın. (Konfutsi)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. (Disterveq)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Mən bir çox şeyləri müəllimlərimdən, bundan daha çox isə şagirdlərimdən öyrəndim. (Konfutsi)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Cahilliyin üç növü var: heç nə bilməmək, hamının bildiyi şeyi pis bilmək, lazım olmayan şeyi bilmək. (Düklo)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Hər şeyi bilmək istəyi adamı bütün sahələrdə yarımçıq edər. (Demokrit)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Tələbəyə bilmədiklərinə görə yox, bildiyini necə bildiyinə görə qiymət vermək lazımdır. (Tur Xander)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bilik o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir. (L. N. Tolstoy)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bilik iradənin quludur. (Əbu Turxan)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bütün dünya bədəndir; bilik candır. (Mövlana)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Bir var əkəndən sonra alaqları təmizləyəsən, bir də var elə əkəsən ki, ümumiyyətlə alaq çıxmaya. (Əbu Turxan)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
İki cür mürşid var: öz yolunu mənə təlqin edən və mənim öz yolumu tapmaqda yardımçı olan. (Əbu Turxan)
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. (H. Əliyev)
01/10/2019 tarixində Birlikdə öyrənək içində dərc edildi və Bilik haqqında, Elm haqqında, Kəlamlar, Müellim gunu, Müellim haqqinda, müəllim, müəllim günü, Müəllim haqqında, müəllimə aid inşa olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.
Salam əzizim mənim xoş gəlmisən evinə🌹🌹🌹səni burda görmək necə gözəl hiss anlatamam 😍😍 gözəl mövzu ilə gəlmisən ürəyim, müəllim sözü ümumiyyətlə güvən, inam verir insana. Sən də bir neçə mövzuda mənim nə nə nə gözəl həyat müəlliməmsən, ümumiyyətlə sən mənim idealımsan. Yazdıqlarını çox sevdim, nə çox da Tolstoyun sözləri:”bilik o zaman həqiqi bilikdir ki, hafizə yox, düşüncə gücünə əldə edilmişdir”. Həmişə canın sağlam, ürəyin var olsun əzizim, bizi gözəl mövzularla sevindirəsən, yaxşı ki varsan mənim yaxşıki var dediyim❤️
BəyənBəyən