Əllərinlə sığal çək saçlarıma…

Axşamınız xeyir, əzizlərim, dəyərli dostlarım, bloq izləyicilərim. Payızı sevmirəm, çoxunuz bilirsiniz. Soyuğu da, çiskini də, yağışı da özüylə həsrət gətirir sanki. Hal-hazırda da bayırda güclü külək əsir. Deyirəm, ay insafsız külək, bu qədər əsirsən gəl azacıq da dərdi, kədəri özünlə götür apar, bəs deyilmi iliyimizədək hüzün yaşatmağın?!..

Hər gün olmasa da, zaman tapan kimi “e-mail” ünvanıma baxıram. Bir neçə dəqiqə əvvəl də nə var, nə yox deyə baxdığımda gözümə ilk dəyən bir mesajın ilk sətri oldu “Əllərinlə sığal çək saçlarıma”. Qəribə gəldi mənə, dedim görəsən nə mesajdı bu, kimdəndi bu belə. Kimdi bu cəsarətin sahibi?

Nə isə, mesajı açdım ki, Pərvin qızım şeir göndərib. Oxuyub qiymət verməyimi istəyir. Pərvin, sənin o gənc, həm də kövrək ürəyindən gələn hər misranın öz dəyəri var, qızım. Mənim qiymətim, bloqda dərcimdi. Qoy, hər gün bloqun ziyarətinə gələn yüzlərlə oxucunun da xəbəri olsun ki, bələ bir gənc yazar var. 

Ana

Əllərinlə sığal çək saçlarıma,
Gözlərinlə bax üzümə, ay Ana.
Kədərindən xoşbəxtliyi pay eylə,
Bir nəğmə qoş hər sözümə, ay Ana.

Sussun dilim, qəlbim daşıb-çağlasın..
Qəm-qüssənin ağzın örtüb-bağlasın.
Sən ağlama qoca dağlar ağlasın…
Harayına Tanrı yetsin, ay Ana

O titrəyən əlini ver əlimə….
Qucaqlayım möhkəm sıxım əlimə..
Qurban olum ağaran hər telinə…
Gözlərinin yaşını sil, ay Ana…

Göylər qədər sənə aşiq olmuşam,
Səninlə mən neçə yaşa dolmuşam.
Üzüləndə çiçək kimi solmuşam,
Şam təki sən közərmisən, ay Ana…

Dəyişmərəm gül çiçəyə ətrini
Bəzəyərəm hər şeirdə sətrini.
Ömür boyu anlamadım dərdini,
Dərdlərinə məlhəm ollam, ay Ana.

Mən dünyanın var dövlətin neylərəm?
Yanımda qal bəxtəvərəm bilərəm.
Həyatımdan kədər qəmi silərəm
Bu cahana sığışmaram, ay Ana…

Dolanaram pərvanə tək başına
Mən qurbanam damlayan göz yaşına.
Çevriləydim bir günlük sirdaşına,
Kaş biləydim çəkdiyini, ay Ana.

Məni sənsiz buraxma

Əllərini gözüm üstə qoy, Ana,
Ürəyimi ürəyinlə oy, Ana.
Kədərimi sevincinlə soy, Ana,
Məni sənsiz, səni mənsiz buraxma!

Bax ala gözümə cənnəti görüm,
Telini oxşayıb, saçını hörüm.
Titrəyən qəlbimi sevginlə bürüm,
Məni sənsiz, səni mənsiz buraxma.

Diz çöküm qarşında, əyim başımı,
Ağlayıb gözümdən töküm yaşımı.
Bağırıb səs salıb, çatım qaşımı
Məni sənsiz, səni mənsiz buraxma.

Sən oldun dərdimin yetən harayı,
Neynirəm dünyada pulu, sarayı.
Sən mənim könlümün günəşi, Ayı
Məni sənsiz, səni mənsiz buraxma.

Səninlə həyata gülürəm, Ana,
Özümü bəxtəvər bilirəm, Ana.
Olmasan yanımda ölərəm, Ana.
Məni sənsiz, səni mənsiz buraxma.

Ağaran saçının dəninə qurban,
Mənə laylay deyən dilinə qurban.
Yanağı qırışan üzünə qurban
Məni sənsiz, səni mənsiz buraxma.

Qocalma! Əsada əsməsin əlin,
Söz tutsun kəlmələr söyləyən dilin.
Bükməsin Yaradan, heç zaman belin
Məni sənsiz, səni mənsiz buraxma.

Nə qədər böyüsəm möhtacam sənə,
Ehtiyac duyuram tək nəfəsinə.
Ay Allah, heyranam bircə səsinə
Məni onsuz, onu mənsiz buraxma.

Nə səni sevəcəm nə başqasını

Ayrılıb gedəcəm səndən xəbərsiz,
Nə səni sevəcəm nə başqasını.
Mən davam edəcəm yoluma sənsiz
Nə səni sevəcəm, nə başqasını.

Göməcəm qəlbimə sevgini dərin
Çox oldu qəlbimə dərdin, həm sərin.
Bir qıram qalmayıb artıq dəyərin
Nə səni sevəcəm, nə başqasını.

Soyacam əlimlə qəlbin yarasın
Özünə sevincli günlər arasın.
Alıb aparmısan eşqin parasın,
Nə səni sevəcəm, nə başqasını.

Gecəni seçəcəm həmdəm özümə,
Bir gülüş saçacam hərdən üzümə.
Məəttəl qalarsan məndə dözümə
Nə səni sevəcəm, nə başqasını.

Artıq yoluna da çıxmayacağam,
Yalançı gözünə baxmayacağam.
Sevgimi yerlərə atmayacağam,
Nə səni sevəcəm, nə başqasını…

 

Müəllif: Pərvin

25.10.18.

 

 

26/10/2018 tarixində Sevdiyim şeirlər, Sizdən gələnlər içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 14 Şərh.

  1. Təşəkkür ediəm, qələminə qüvvət, qızım. Bilirsən ki, bloqum mənimçün necə dəyırlidir. Və sıradan heç nəyi dərc etmərəm. Çox bəyəndim, ruhuna, ürəyinə sağlıq 😘😘❤️🙏

    Bəyən

    • Axşamınız xeyir Sevinc xanım…Sizi sevdiyimi necə izah edim deyə düşünürəm bayağdan) gah yazıram gah silirəm))nə yazsam ürəyimə yatmır hansı cümləni yazsam yarım qalır xırda qalır..Mənimçün çox çox böyük bir zirvədəsiniz o zirvə ki çox insanların boylansa belə görə bilməyəcəyi misil zirvə..Hər insanın qəlbinə yaxın ən dəyərliləri olur və siz mənim çox dəyər verdiyim “özəl” insanlardan birisiniz…
      Hərdən elə olar ki cizma qara edərəm….Hərdən də yaza bilmədiyimçün özüm özümü danlayaram) niyə şeir yaza bilmirəm deyə sinirlənərəm özümə)uzun zamandı qələmimimdən uzağlaşmışdım) isdər isdəməz zaman azlığındanmı deyim) İnstagramıımın bağlı olmasındanmı deyim nədən deyim bilmirəm Ama çox uzağlaşmışdım😔😔😢😢Ama bu uzağlıq şairlik ruhumun ölməsindən deyil, dediyim kimi zamansızlığdan idi😢😔Bu yazdığım 3 şeirin hər birini Anama bədahətən yazmışdım😔bənd bənd yazıb ona göndərmişdim…
      Heç düzəliş etmədən də sizə göndərdim “Ayrıca dəstixəttinizçün sizə sonsuz minnətdaram, çox təşəkkür edirəm ki misraları biraz daha gözəlləşdirib mürəkkəbləşdirmisiniz”…
      Anam şeiri oxuyub susdu) Qəlbinə axıtdığı göz yaşları ovuclarımdan əlavə qəlbimə damla damla tökülmüşdü😔
      Sonda bir şeir daha yazdım bənd bənd.
      “Əllərinlə sığal çək saçlarıma” Sevinc xanım mən Anamı görmüşəm) onun ətrini qoxusunu hiss edib duymuşam..əllərini saçlarıma toxundurub, Vazkeçilməz gözlərilə gözlərimə baxıb) mənə mahnılar oxuyub bir sözlə hər şeyi hər bir duyğunun hər zərrəsini mənə real gerçək həyatda, yaşadanıb olub)Və bu şeirim bütün Anaların timsalında Xəyalə Anama idi😊elə qüvvədiki nə yazmağ olur nədə yazmadan ötüb keçmək😊..
      Sevinc xanım bu gecə xeyli utandım həmdə bir o qədər sevinc göz yaşları axıtdlm mən qələmimin bu dərəcə seviləcəyini bilmirdim..Sadəcə sizində fikrinizi bilmək isdədim..Heç ağlıma gəlmədi dərc edərsiniz😊😊 Dəyərli evinizdə öz dünyanızda mənimdə qələmimi əlavə edib dəyərli etdiyinizçün sizə sonsuz minnətdarlığımı bildirirəm,O qədər gözəl hiss ki bu duyğuları yaşamağ Siz Analar o qədər zərif və incə məxluqlarsınız ki mən sizlərdən doya bilmirəm mən sizlərdən ayrı yaşaya da bilmirəm.
      Bu gözəllik mənim yaddaşıma elə gözəl həkk olundu ki..heç bir zaman silinməyəcək həqiqətən..Hər şeyçün Ama hər şeyçün çox sağolun..
      Bilirsizmi hər bloqunuza daxil olduğda başqa bir dünyada oluram “Sevincli dünyanın” öz evində onun yanındaymışam kimi hiss edirəm özümü.bir sözlə rahat oluram…Güvəndə etibarlı misraların ağuşunda nəfəs salıram..Hər sözünüz mənimçün sonsuz dəyərə sahibdi..hər sözünüzdən yeni bir güc alıb hər sətrinizdən həyata bağlanıram…..Bu doğma evinizdə məni evinizin sakini etdiyinizçün var olun.Hörmətlə əllərinizdən öpür qarşınızda baş əyirəm ❤
      Ayrıca rəsm seçiminz hərzamankı kimi möhtəşəmdi….İnşAllah dediyiniz anlatdığınız hər kəliməyə laiqəm)

      tərəfindən bəyənildi 1 şəxs

  2. Salam əzizim.hər anın xeyir olsun. Çox gözəl şerlərdi..axırıncı lap ruhumu oxşadı.əllərinə ürəyinə sağlıq Pərvinim❤sən çox gözəl yazırsan, hətta sayılmış seçilmiş yazarlardan daha gözəl. Ürəyin var olsun hər zaman. Hə bir də Sevincimə sevgini belə etiraf etmə, qısqanıram onu😊 həə ürəyim mən də sənə deyim…”sığal çək tellərimə”…uzaqda olsan da hiss edərəm, buna çox ehtiyacım var çünki.😔

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir qoxusunu sevdiyimm 😕hiç olmaya beni kıskanma be😕çözemiyorum kızım seni😁😁😀😀😀hem nolur ki bende sevsem😔😔😔😔
      Bəyəndiyinə sevindim gülüm Allah ürəyinə görə versin yaxşı ki varımsan❤

      tərəfindən bəyənildi 1 şəxs

  3. Sonayın bibisi Sada

    Salam Sevinc💐💐💐
    Axır vaxtlar heç bele maraqla ve axıra kimi
    oxudugum şerler olmamışdı.
    Mence de davam etmek lazımdır yazmaga.
    Beyendim vallah!!
    Pervin qızımıza ugurlar!!!🌹🌹🌹🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Salam hər vaxdınız xeyir olsun Əziz Xanım…..Çox təşəkkür edirəm şeirlərimə nəzər yetirib diqqətlə oxuduğunuz şərh etdiyinizçün..Duyumunuza qəlbinizə sağlıq Allah razı olsun.❤

      Bəyən

    • Xoş gəldin sən, Sadam. Çox xoş həm də. Uzun zamandır sənlə əlaqə yarada bilmirəm, “çapardan” xəbər göndərmişdim, səbəbin bilirsən. Amma yadımdan çıxdığın gün yoxdu, bunu da bilirsən əlbət…
      Siyahımdan silinməyən doğma və dəyərlilərim cərgəsindən öndə olan isimdi sənin adın…
      İnşAllah hər şey yolundadır səndə. Bilirsən də, insan yaşamı üçün suyun çox böyük əhəmiyəti var. Suyun qarşısını əjdaha kəsər bəzən. Bəzi münasibətlərin də yaşaması üçün qarşını kəsən əngəllər var… Amma heç bir əngəl bizim dostluğumuza xələl gətirəcək gücdə ola bilməz. Suyun qarşısını kəsən əjdahanı el içindən çıxan igid qılıncı o dünyalıq edib həmişə, güman edirəm hər əngəlin çarəsi tapılacaq.

      Bəyən

  4. Axşamın xeyir, əzizim.
    Allah yaratdığı hər bəndəsinin köksünə “ürək” adlı ət parçası yerləşdirib. Həmən o cismimizdən olan bir parça əti dəyərli və dəyərsiz edən elə bizlər özümüzük… İnsanda pis niyyət, paxıllıq, eqayistlik yarandığı zaman, kiçik bir nöqtə düşərmiş ürəyə. Və hər pis niyyət, pis düşüncə o nöqtələri çoxaldar, ürəyi tamam tutar, qaraldar. Ona görə də ətrafa qarşı pislik saçan, öz niyyətləri, istəkləri üçün heç nədən çəkinməyən üzqarası insanlara qəlbi qara deyirlər.
    Allah hər kəsə ürək verib, amma bəzilərinin içi də çölü kimi yumruq boydadı, bəzilərininki dərya qədər dərin, ümman qədər geniş. Hər kəs köksündə o bir parçanı gəzdirər, amma hər kəs o, parçanı həqiqi adıyla “əsl ürək” kimi şərəfləndirə bilməz…
    Xəzinə qədər dəyərli, dərya qədər dərin, gözəlliklərlə zəngin, geniş ürəyinlə var ol, əzizim. Nə yaxşı ki, varsan🙏❤😍🌹🌷🌹🌷🌹

    Bəyən

  5. Salam cantanəm. Qələmini çox sevdiyimi bilirsən. O qələmdən süzülən hər kəlmənin necə yarandığını bildiyimi də…
    Həyat bəlkə də amansızcasına, heç insaf etmədən öyrədər bizə bir çox şeyi, amma mütləq öyrədər. Xoş o adamın halına ki, nə olur olsun yaşadığı hər şeydən nəticə çıxarır, təcrübə qazanır, həyatı və həyatdakıları dərk edib anlayır. Mənən, ruhən bir az daha böyüyüb daha möhkəm, daha dəqiq addım atır. Nəinki hər şey bitmiş, sonmuş kimi əl üzüb təslim olur…
    Bir insanı özü qədər duyan, anlayan varsa demək ki dəyərlidi, gərəklidi.
    Hər bir sətrini sevərək, zövqlə oxuyuram. Bilirsən, nə yazırsan yaz hər kəlməndə sənin qədər məndən də parçalar var. Çünki yazdıqların düşüncəmə, qəlbimə çox yaxındı.
    Qəlbinlə, qələminlə var ol mələyim. Bir gün sayılan, seçilən şairlər sırasında sənin xüsusi yerini görmək diləyilə inşAllah. Allahın izniylə o günün çox da uzaqda olmadığına əminəm. Mənim üçün çox dəyərlisən❤😍🌹🌷😚

    Bəyən

    • Hər vaxdın xeyir Əziz Anam mən səndən öyrəndim çətinliklərlə mübarizə aparmağı..Mən səndən öyrəndim güclü olmağı..Səbr etməyi..Ruhun səsini duymağı..Qəlbin ritmiylə yaşamağı..Mən səndən öyrəndim əziz Anam şeir yazmağı qələm tutmağı…Ən əsası o qələmi sevdirməyi öyrəndim sayəndə…Özümə güvənməyi öyrəndim.Bu həyat yolunda öz ayağım üstə dayanmağı öyrəndim səninlə..Yazdığım şeir parçalarına hər zaman dəyər verənim ooldun sən..nə demək isdədiyimi bildin anladın….Yaxşı ki varımsan əziz Anam hər anımda hər dəqiqəmdə hər günümdə varımsan Səni çox sevirəm Dünyanın ən gözəl Anası…❤

      Bəyən

  6. Salam,hər vaxtınız xeyirli olsun əzizimiz Sevinc xanım. Necesiniz? Səbəbi nədir bilmirəm, çox çətinliklə girdim bloqa. Payız qızı olsam da, mən də sevmirəm bu fəsli. Bu gün yagış yagırdı, belə havalarda canım çox sıxılır. Nəyə əl uzatdımsa, yarım qoydum, diqqətimi çəkən, oxumaga maraqlı bir məqalə tapa bilmədim. Yadıma siz düşdünüz, məni qane edən yazıların sizin bloqda oldugunu bildiyimçün yenə də sizə qonaq gəldim. Və zənnim məni yanıltmadı. Bilirsiniz, şeir yazmaq istedadım yoxdur)) amma oxumagı çox sevirəm. Pərvin xanımın qələmi ilə az-çox sizin sayənizdə tanış olmuşdum. Növbəti oxudugum şeirləri də çox bəyəndim. Əllərinə saglıq. Ana haqqında yazılmış gözəl şeirlər sırasına daxil oldu bu şeirlər. Sonuncu şeiri isə ogurladım)) səhifəmdə paylaşmaq istəyirəm, təbiiki müəllif icazə versə əgər. Hər birinizə Allah kömək olsun. Həyatda və yaradıcılıqda bol şanslar diləyiylə xoşca qalın. Mənimçün çox dəyərlisiniz Sevinc xanım, yaxşıki, varsınız😘❤️🌷🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Sabahınız xeyir Olsun Mətanət xanım.Çox təşəkkür edirəm dəyər verib şəhr yazdığınızçün..şeirləri bəyəndiyinizə çox sevindim..Allah qəlbinizə görə versin İnşAllah…Şükür bu günlərə ki qəlbi gözəl insanlar şeirlərimi duyub oxuyurlar..biganə qalmırlar….İzin sizindir Mətanət xanım buyurub paylaşa bilərsiniz….❤

      tərəfindən bəyənildi 1 şəxs

    • Salam, Mətanət xanım. Xoş gördüm sizi. Həmd olsun, siz necəsiniz?
      Çətinlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əsas odur öhdəsindən gələ bilək.
      Oxuyan gözləriniz var olsun 😘🙏
      Siz də mənimçün dəyərlisiniz və yaxşı ki varsınız 😘❤️

      Bəyən

  7. Axşamınız xeyirli olsun Sevinc xanım. Dünen yazdıgım rey bu gün getdi))) Üzürlü sayın.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: