Sənsiz də keçərmiş ömür…

Hərdən heç nə hiss etmərik aclığı, susuzluğu belə…
Yorğunluqmu, qırğınlıqmı bilmirəm… Hiss etmərikmi, etmək istəmərikmi?..
Varlığımızı da, nəfəs alışımızı da unudarıq bəzən. Özümüz də bilmədən bir yerə dikilib qalarıq, gözlərimiz yol çəkər. Bir rəqəmin üstündə ilişib qalmış saat əqrəbi kimi…
Yaşanmışların yükündənmi, yaşanacaqların qorxusundanmı, sevdiklərimizin həsrətindənmi, itirdiklərimizin acısındanmı..?
Bəzən çox çalışarıq güclü və xoşbəxt görünməyə nədənsə alınmaz..
Özümüzlə oynadığımız yalançı oyunların nəticəsindənmi, yoxsa yaşlanmış aktyorların yorğun düşmüş kimi halındanmı… Ya da səriştəsiz aktyorların təcrübəsiz vəziyyətindənmi? 
Neynəsək də alınmaz…
Gülmək istədikcə içimiz ağlayar, danışmaq istədikcə dilimiz susar…
Bəlkə də həyatın ağır sınaqlarından, çətin imtahanlarındandır bu hissizlik…
İnsan yaşa dolduqca həyata, ətrafındakılara qarşı soyuyur, soyuduqca da yaşaması az da olsa asanlaşır. Ya da həyatdakılar zamanla bizi yaşanmışlara alışdırır..
Axı bizə yaxınlarımız öyrədər həyatdan soyumağı..
Axı bizə sevdiklərimiz öyrədər sevməyi unutmağı..
Axı bizə güvəndiklərimiz öyrədər arxa çevirməyi..
Axı bizə canımızda can saydıqlarımız öyrədər, göydən yerə dəyib parça-parça olmağı…
Yaşlanarıq hər gün və hər gün ömürdən yaşadıqlarımız artar, yaşayacaqlarımız azalar. Heç kim bilməz ömür karvanından neçə gün, neçə ay, neçə illərin qaldığını. Bir gün, bir anın içində itirərik varlığına möhtac olduqlarımızı.
Bəzilərini həyatda ikən əllərimizdən, ürəyimizdən söküb alar həyat, bir başqasına hədiyyə etmək üçün…
Bəzilərinə uzaq düşərik illərlə, dil-dodağımız çatlayar həsrətindən, məsafələr girər araya..
Bəzilərinə sıradan, adi davranarıq, sağlığında bilmərik qiymətini. Həyatdan köçdükdə anlarıq dəyərini…
Bəziləri heç uzaq olmaz, gözdən iraq olmaz məsafələrdə. Elə yaxın ikən ürəkdən, könüldən uzaq qalar. Soyuqluğuyla, özünün vecsizliyi ilə…
Çox şey yaşayar insan, yaşadıqca da anlayar həyatı, öz bildyi kimi…
Elələri var ki, hər addımda öyrənməyə çalışar heç nə bilmirmiş kimi, dərs alar özü üçün yaxşıdan da, pisdən də.
Eləsi də var, gözüyumulu yaşayar nə gördüyünü anlayar, nə eşitdiyini.
Bəzilərisə yaxşını da pis sanar, pisi də pis sanar özü kimi.
Elələri var, bütün ömrünü ətrafında fikri qalmaqla başa vurar, nə özünü görə bilər, nə özündəkiləri.
Bəziləri həyatın gözünə dik baxar, qürurla, alnaçıq yaşayar. Mərdliyi, iradəsi ilə.
Bəzilərisə heç utanmaz, həyatını eləcə davam edər, ən ağır qüsurları, səhvləri ilə…

Hərdən itirər insan bütün varlığını, hisslərini. Aclığını, susuzluğunu belə… Heç nə hiss etməz gözləri dikilər, yol çəkər.
Niyə axı, görən nədəndir həyatın bəzən bu qədər amansızlığı?..
Bilmirəm…
Yəqin ki, bu da adına “Həyat” deyilən varlığın qəribəliklərindən, insanların dəyişkənliklərindəndir…

Müəllif: Xəyalə

05/10/2018 tarixində Sizdən gələnlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 11 Şərh.

  1. Təşəkür edirəm, əziz Xəyaləm. Sənin yazılarının vurğnuyam, bilirsən. Minnətdaram ki, sözümü yerə salmayıb göndərdin.
    Mövzu dərindir, sənin qələmindən çıxıbsa, demək möhtəşəmdir. Həyat amansızlığını göstərməsə hər kəs zövq alaraq yaşayacaq və nəticədə mənasızlaşacaq həyat. Çox təəssüflər olsun ki, indi elə bir zamandayıq ki, yaxşı pisdən pisdi, doğru yalandan yalan. Vəfa, sədaqət göstərənin də qədir qiyməti bilinməz.
    Xoşbxt o kəsdir ki, başını yastığa qoyub yatanda, vicdanı ilə baş-başa qalanda dinclik tapır.
    Həyat hansı üzünü göstərsə belə, o ancaq bir üzlə yaşamağa davam edir bu həyatda.
    Bir daha təşəkkür edirəm sənə 😘🙏

    Bəyən

  2. Xeyirli gün diləyilə, salam əzizim. Əsl mən təşəkkür edirəm. Bloqun sizin üçün necə dəyərli olduğunu bilirəm. Öz evin qədər doğma, isti yerində mənə də yer ayırdığın üçün minnətdaram. Çox sevdiyim bir yerdə yer ala bilmək qürurdu mənim üçün.
    Ürək baxar, gözlər görər – deyirlər. Gözəl olan qəlb gözünün gözəl baxmasıdı canım ❤
    “Çox təəssüflər olsun ki, indi elə bir zamandayıq ki, yaxşı pisdən pisdi, doğru yalandan yalan.” Elə tək bu bir cümlədə o qədər çox şeyi vurğulamsız ki, artıq bir kəlməyə ehtiyac yoxdu. Anlayana…
    Keçəri həvəslər, öz xeyri naminə hər şeyi etməyi bacararaq yaşayanlar üçün deyil də, həssas, hər kəsin görə bilmədiyi çox kiçik görünən əslində çox dəyərli olan incəlikləri, xırdalıqları hər zaman axtaran, bu gözəlliklərdən ruhən, mənən zövq alan insanlar üçün ətraf və bu dünya çəkilməz olur hər zaman. Hər kəsin sevincini öz sevinci, kədərini öz kədəri bilən böyük ürəkli insanların, ruhları qəlbləri daim ağır bir narahatlıq, gərginlik içində olur. Bunu siz məndən daha yaxşı bilirsiz…
    Bəzən ətrafda bir çox şeyə baxanda: kaşki elə olmağı mən də bacaraydım – deyərsən bir anlıq, ardından da öz içinə, kimliyinə nəzər salıb: elə nə yaxşı ki, bacarmıram, “bax bu mənəm” – deyərsən. Əlhamdulillah.
    Əzizim varlığın çox gözəldi. Bu gözəllikdən pay ala bilmə şansım olduğuyçün nə xoş mənə☺ Hər şey üçün minnətdaram.
    Şəklil seçimin hər zamankı kimi xüsusidi, dəqiqdi. Əllərinə, ürəyinə sağlıq, yorulmayasan😍😍🌷🌹❤❤

    tərəfindən bəyənildi 1 şəxs

  3. Qəlbimin divarları

    Bu bahar saf ürəyim
    Soyuq qışa bənzəyir..
    Qəlbimi buz kəsibdir.
    Solum yaman titrəyir..

    Nədir bu soyuğluğum.
    Axı niyə görədir.
    Görsəniz ürəyimi..
    Deyərsiz nə gündədir..

    Qəlbimin divarları..
    Yara-yura içində.
    Onsuz qanım dayanmır
    Bircə badə için də.

    Cəfası yoxmu Tanrım?
    Bu yaralı könlümün..
    Duyun söyləyirəm mən.
    Zamanı yox ömrümün.

    Həyata göz yumacam.
    Baş qoyacam məzara..
    Nolar bir söz söyləyin.
    Bu biçarə yazara…

    Daha səbrim yox mənim
    Dözmürəm hər qınağa..
    Qarşımnan çəkilin də,
    Bir azacığ qırağa…

    Düşsəm tapdalayarsız,
    Əzik-üzük edərsiz..
    Ucalsam dağ başına,
    Başlara tac edərsiz…

    Həyatın qanunu bu..
    Qarşılıq ola gərək..
    Bir salamıda pulla,
    Satın alasan gərək..

    Mən həyatın özünə,
    Ümid bağlamaram ki,
    Acılayıb qəlbimi,
    Daha dağlamaram ki..

    Çünki əmin olmuşam.
    Həyatın iç üzünə..
    Əlbət çıxaracağam.
    Zamanla üz-gözünə..

    Məndən alın qələmi..
    Gerçək açıb tökməyim..
    Yalandan əbəs yerə
    Ürəyimi sökməyim..

    Axı nə mənası var?
    Həyat əyib qəddimi,
    Gözləyin ölüm,gedim.
    Biləcəksiz qədrimi..

    Gözdən yaş süzləcək..
    Dodağlar çatlayacaq..
    Bu şeiri hər görən,
    Yenidən oxuyacaq.

    Pərvin✏

    Hərdən elə olar ki, Heç ummadığım bir zamanda qaçmağ isdəyib qaça bilmədiyim yazılarla qarşı-qarşıya gələrəm; Hansı ki içimi parçalasada gözlərimi qırpmağa belə cəsarət edə bilmədiyim yazılarla…

    “Anam sirli bir qala kimidi, nə qədər çözmək isdəsəmdə təxminlərlə yaşatdığım bir qala ..
    Anam..Oxunulması çox çətin olan bir kitab kimidi..Hər oxuyan anlamaz, hər anlayan da yaşamaz!
    Anam…Yükü çoxx ağır qaranlığ kimidi…Milyonlarla ulduzların parıldamasında kömək olan..
    Anam….Dünyaya işıq saçan günəş kimidi…Hər kəsi öz istiliyiylə isidən…
    Anam….Bitmiş, çökmüş, ürəklərə məlhəm kimidi Bir söz söylədimi, yaralı ürəklərin şəfası olan..
    Anam..Anam tamam başqadı Sevinc xanım çözmək çətindir, çözsən belə, tapıb bir yerə yığmaq çətindir; pazıl kimidi…Anamı öyrənmək səbr cəsarət güvən tələb edir
    Mən Anamı hər dəfə yenidən kəşf edəndə hərdəfə də yenidən aşiq oluram, Ürəyimdə sevgisi o qədər özəl və gözəldi ki, fikirləriylə sevgisiylə hər gün yenidən ucaldır məni Anam..
    Yazısına gəldikdə isə Sevinc xanım Anamın 1 yazısı var ki, sadəcə 2 dəfə qulağ asmışam, birinci dəfə anamdan dinləyəndə yazını bilmədim nədir necədir, hər sözündə ağlatdı məni, o gün dedim ki daha birdə o yazını görmək nədə duymaq isdəmirəm😔😔😔o qədər ağır idi ki acıtdı məni, ama 2 ci dəfə bilərəkdən də dinləyəndə o qədər bezmişdimki özümdən, nə olur olsun qəlbimə cəza vermək üçün dinlədim o yazını Anamdan…..
    Bu yazıdanda xəbərdaram😔😔😔Ama bu yazıdan nə deyim ki?😔😔😔😔😔Artığ kəlmələrə ehtiyac yoxdu ki😔😔😔o hər şeyi izahlı şəkildə qeyd edib…Ürəyinə qələminə qurban Əziz Anam yenə bitirdin qızını😔😔
    Bağışla ki gec gördüm paylaşımı, bilrsən zamanım yox😔😔
    Hər ikiniz var olun; və hər ikiniz mənimlə olun çünki həqiqətən hər ikiniz bir ustasınız mənsə bir şagirdəm, siz hər ikiniz həyat müəllimimsiniz və mən müəllimlərimdən örnək götürürəm..Sizsiz yaşamağ yaşarkən ölmək kimidi….

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gün diləyilə günaydın cantanəm😍 Bu qədər gözəl şeir üçün çox-çox sağol. Bilirsən hüzünü çox sevirəm əllərinə, ürəyinə sağlıq. Amma nə qədər sevsəm də qəlbində niskil, gözlərində kədər görmək istəmirəm. Sənin şeirlərindən duymaq istəmirəm o hüzünü…
      Sən mənim tər açmış çiçəyimsən, ətrafımda görməsəm belə dövrə vuran mələyimsən❤
      Minnətdaram bu qədər əvəzsiz, əlçatmaz dəyərin üçün. Allahım qəlbini o qədər gözəl fərahlıqla, sevinclərlə doldursun ki, qəlbindən daşıb, gözlərindən süzülsün İnşAllah. Nə zaman kövrəlsən yanağına düşən sevinc yaşları olsun, Amin. Vaxt azlığımı bilirsən mələyim o üzdən gec cavab yazmağımı üzürlü say.. Allahım səni hər cür pislikdən, mənfur niyyətlidən qorusun, var etsin.
      Bilirsən, həyata imtahan üçün sınaq olaraq gələrik. Çoxları ömrünü keçəri həvəslər, çirkinləşmiş niyyətlər, əylənmək üçün fürsət kimi yaşasa da, bu həyat hər birimizin sınağıdır. O sınaq ki, hər addımımız, hər əməlimiz üçün bir gün mütləq bizi Yaradana cavab verəcəyik..
      Allah yaşayacağın hər kədəri ötəri, sevinclərini unudulmaz etsin. Sənə həyatda hər şeyə rəğmən hər şeyin könlüncə olmasını, gözlərinin sevincdən hər zaman parlamasını diləyirəm. İlahi Amin.🙏❤😍🌹🌹🌷😙

      tərəfindən bəyənildi 1 şəxs

    • Sən də var ol, gözəl qızım. Qələminə, ürəyinə sağlıq. Allah sevdiklərini sənə çox görməsin. Amin 🙏😘

      Bəyən

  4. Xəyalə xanımın əvvəl də yazısını oxumuşdur və çox bəyənmişdim. Eynən bu yazını da çox bəyəndim.
    Təşəkkür edirəm hər iki Xanıma 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  5. Ayyy canım Sevincim. 🙈🙈🙈 sevincimdən gözümdən yaş gəldi…😢 aylardan sonra sənin xəttinlə yazını oxumaq necə kövrəltdi məni bir bilsən…😞😞 çox şad oldum səni tapdığma. Buna da şükür. Çətinliklə də olsa əsas odu səni itirmək kimi qorxumuz yoxdu🙈🙌🙌🙌 çoxx özləmişəm səni əzizim. Xəyalə xanıma da təşəkkür edirəm. Əllərinə sağlıq. Heç bilmədim hara yazam kimin yazısına yazam. Sevincimdən🤗 Şükür. Yaxşı ki gördüm səniyenidən…😍😍😍

    Bəyən

  6. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: