Müəllim sönməyən günəşdir

Sabahınız xeyir, dəyərli dostlarım.

Bir neçə gündən sonra müəllim gününü qeyd edəcəyik. Bloqun statistikasına nəzər salıram hər gün. Hansı yazıya, hansı mövzuya daha çox təlabat var deyə, bir müşahidə aparıram. Axtarış sisteminə ən çox düşən müəllim haqqında yazılardır. Mən də bunu nəzərə alıb, dəyərli izləyicilərim, həm də axtarış nəticəsində bloqa təsadüfən gələnlər üçün müəllim haqqında yeni bir yazı dərc etmək istədim.

Qiymətli kəlamları oxumaq sizin üçün də maraqlı olar. Axı hər birimizə oxumaq savadını müəllimlər verib. Yaşımızın neçə olmasından asılı olmayaraq, müəllimlərin dəyərini bilmək bizim müqəddəs borcumuzdur.

1. Müəllim bir sənətkardır, sabahın təməlini o qurduğu kimi, qiymətli şəxsiyyətin yetişməsinə də o səbəb olar. (Mustafa Kamal Atatürk) 

2. Müəllimlər, yeni nəsil sizin əsəriniz olacaqdır! (Mustafa Kamal Atatürk)

3. Millətləri xilas edən, yalnız və talnlz müəllimlərdir. (Mustafa Kamal Atatürk)

4. Müəllimlər dünyanın hər yerində, bütün insanlar içində ən fədakar və ən dəyərli varlıqlardır. (Mustafa Kamal Atatürk)

5. Gələcəyin təhlükəsizliyi təhsilə bağlıdır, təhsil isə müəllimə. (Mustafa Kamal Atatürk)

6. Əgər müəllim ancaq işini sevirsə, o yaxşı müəllim olacaq. Əgər müəllim bir ata, bir ana kimi şagirdi sevirsə, o bütün kitabları oxuyan, lakin nə işini, nə də şagirdləri sevməyən müəllimdən yaxşı müəllim olacaq.Əgər müəllim işinə və şagirdlərə olan məhəbbətini özündə birləşdirirsə, o kamil müəllimdir. ( Lev Tolstoy)

7. Təhsil bir milləti şanlı, azad və müstəqil edər, ya da səfalət və əsrətə sürüklər. (Mustafa Kamal Atatürk)

8. Yer üzərində sülhü təmin edəcək sehirli çubuq müəllimlərin əlindədir. Təhsil bədən və ruhdakı gözəlliyi zirvəyə qaldırmaqdır. (Əflatun)

9. Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər. (Mustafa Kamal Atatürk)

10. Bir müəllim əbədiyyətə hökm edən insandır. (Henri Bruks Adams)

11. Həyatda ən çox güvəndiyim şəxs müəllimdir, çünki onun silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür“. (Fransız filosofu Oqüst Kant)

12. Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. (Heydər Əliyev)

13. Müəllimin evi kitabxanadır, dövləti şagirdlərdir, sazı, nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. (Sultan Məcid Qənizadə)

14. Yaxşı müəllimlik düzgün cavab verməkdən daha çox, düzgün suallar verməkdir. (Jozef Albers)

02/10/2018 tarixində Birlikdə öyrənək içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Birtərəfli yaxşı müəllim olmur. Yaxşı müəllim ortaya çıxarmaq üçün yaxşı da üçlük olmalıdır: müəllim, şagird, valideyn.
    Allaha həmd olsun, həm ailəmdə, həm öz oxuduğum ortamda, həm də uşaqlarıma münasibətdə əksərən yaxşı müəllimlərlə qarşılaşmışam. İnşəAllah ki, belə də davam edər.
    Təşəkkür edirəm, Sevinc. Allah sizdən razı olsun, qarşınıza daim xeyirli insanlar çıxartsın.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Axşamınız xeyir olsun Sevinc xanım..Siz mənim qəlbimi mi oxuyursuz? Yoxsa qəlbimin elə tam özümüsünüz ? )

    İzninizlə bir hekayəmi sizinlə bölüşmək isdəyirəm….

    İlk öncə Allah ölənlərinizə rəhmət etsin, yaşayanlara isə uzun ömür can sağlığı versin Amin..
    .
    Mənim musiqi müəllimim var idi, lap kiçiklikdən son zamanlara qədər, Qardaşımla mən “Tar” ifa edirdik bərabərcə.. Bir gün müəllimim məndən Şövkət Ələkbərovanın oxuduğu “Bir könül sındırmışam” mahnısını ifa etməyimi isdədi, Həmin mahnını uzun zamandı tarfa ifa etmirdim, ama unutmuşamış kimidə bildirmək isdəmədim heç nəyi müəllimimə, Tarı qoynuma aldım, həmin musiqini ifa etməyə başladım, Müəllimim də səssiz səmirsiz məni kənardan izləməyə başladı, hər səhv etdiyimdə ayağını şiddətlə yerə çarpırdı müəllimim, izahsız idim birdə körpə idim, həmdə o musiqi çox çətin ifa oldunduğundan yavaş yavaş çalırdım “Sanki müəlimim bilirdi bu musiqini uzun zaman çalmadığımı) müəlimim mənə yaxınlaşıb əllərini simlərə toxundurdu, mizrabı əlimdən alıb dayan dedi! “Pərvin çalış ki notları əzbərləməyəsən “öyrənəsən” yaddaşına həkj edəsən , əmin ol onda gözəl çalacağsan musiqini”-dedi….Qızarmışdım üzr isdədim müəllimimdən birdə belə səhv etməyəcəm, heç bir öyrətdiyinizə boş yanaşmayacam dedim…Ehmalca təbəssüm edib, Möhkəm səslə Bir daha çal musiqini dedi. Yenidən tarı əlimə götürüb tərli əllərimlə hünərlə çalmağa başladım musiqini, hətta elə çaldım ki simlər biri birinə qarışdı, bəzisi qırıldı da hətta” müəllimim o an “Danlanmazsan incəliyin fərqində olmayacağsan, incəsənət incəliyi sevir dedi”
    O gün bu gündür tək əzbər etmirəm heçnəyi,yaddaşıma həkk edirəm, öyrənirəm çalışıram…
    Məktəbi bitirən günə dək müəllimlərimlə heç bir sıxıntım olmadı, özünü tərifləmək kimi olmasın ama, güclü şagirdlərdən biri idim… Təssüf ki tələbə adını qazanıb lakin oxumayan, birilərinə də çevrildim…
    Ama müəllimlərim hər an bu günə qədər mənim yanımda oldular, dəsdəklərini əsirgəmədilər, sevdilər çox sevdilər məni..Onlar qarşılıq gözləmədən sevənlərdir, Onlar ən güclülərdir, həyatın bir parçası örnəkləridir onlar..Hər şeyin ən doğrusun bilən, doğru yola yönəldən, doğru şeyləri anladanlardır..
    Hər bir müəllimimin həyatımda bir bizi var qəlbimdə sevgisi, dilimdə duası var..Alah hər birinə can sağlığı versin,
    Gözəl paylaşımdı Sevinc xanım ələrinizə ürəyinizə sağlıq..Gözəl insanlardan gözəl sitatlar oxudum müəlimlərə qarşı..
    Sondada sizin möhrünüzü görmək bir başqa duyğu idi😊❤Bütün müəllimlərimi bu gün münasibətilə təbrik edirəm..Hər birinin xətri əzizdir

    tərəfindən bəyənildi 1 şəxs

    • Sabahın xeyir, qızım. Allah ürəyincə versin hər şeyi sənə. Hər zaman da əziz olasan.
      İnşAllah gələcək həyatın o qədər ürəyincə olar ki, neqativ heç nəyi xatırlamağa zamanın belə olmaz.
      Zamanın özü də bizə bir müəllimdir. Zamanla çox şeyi öyrənirik, öyrənəcəyik.
      Oxuyub fikir bildirdiyin üçün təşəkkür edirəm.

      tərəfindən bəyənildi 1 şəxs

  3. Salam ürəyim, nə gözəl mövzuya toxunmusan, yazan əllərin ağrımasın əzizim. Müəllim adını daşımaq çox qürur verici hiss məncə.bu adı layiqincə daşıyan müəllimlər çoxdur. Mənim müəllimlərim çox başqa olublar, hər birinin öz rolu olub həyatımda,məktəbdən sonra yeni həyata başlıyanda müəllimlərin bəzi kəlamları bir stimul olur bizə.mən hələ də onların öyrətdiyi hərşeyi gözümün önündən film kimi keçirdirəm.biz yeni həyata başlarkən özümüzü təkmilləşdirməyi müəllimlərimizə borcluyuq. Şükür indi övladlarımın müəllimləri də yaxşıdır, hərdən gedib dərsdə otururam, bir anlıq özümü unudub uşaq olmaq istiyirəm😔
    Yuxarıda yazdığın məşhur kəlamlar çox gözəldi, çox oxumuşam bu sözləri, ama sənin yazdığın bir ilk olduğu üçün daha maraqlı gəldi😊

    tərəfindən bəyənildi 1 şəxs

  4. Hepsi birbirinden kıymetli sözler. Çok beğendiğim gerçekten. Bu mesleğe değer veren ve kainatın muallimlerle değişeceğine inanan insanların olması ne güzel. Yüreğinize sağlık. Önemli bir konu üzerinde durmanız ve değerli şahsiyetlerin sözleriyle bunu dile getirmeniz büyük incelik. Teşekkürler. Hayırlı akşamlar. Bende bu özlü sözlere bir söz eklemek isterim. Müsadenizle,
    “Cehalletin ilacı sormaktır.” Hz. Muhammed (s.a.v.)

    tərəfindən bəyənildi 1 şəxs

  5. Hər vaxtın könlüncə, dilədiyin kimi olsun əzizim. “Müəllim” bu kəlmə o qədər böyüklüyü, dəyəri, ifadəsiz gözəllikləri daşıyır ki, özündə… Yeganə peşədir ki, bütün peşələrin öyrənilməsində hər zaman gərəklidir, başda durur. Hansı sənətin, vəzifənin sahibi olursan ol, ata bildiyin hər addım üçün valideyinlərdən sonra müəllimlərə borclu olursan.
    Bizim bir müəllimimiz də zamandır… Bəlkə də təşəkkür edə bilmərik öyrətdikləri üçün. Bəzən də bizdən hansısa müddətə qədər səbir, əzim, mübarizə istər, həyatı daha yaxşı anlayıb öyrənək deyə. Sıxar bizi, inciyərik də ondan.. Bəzən də son ümüdümüzün bitdiyi anda yetişər dadımıza ovudar bizi. Amma mütləq nə edərsə həyatdan və həyatdakılardan dərs almağımız, müdrükləşməyimiz, mənən böyüməyimiz üçün edər…
    Var ol əzizim, seçdiyin kəlamlar və özünün çox gözəl kəlamın demək istədiyin hər şeyi anlatdı. Heç yorulmayasan öz şərəfli, məsuliyyətli, həm də çox gərəkli işində. Amin. Ən şərəfli peşə sahibi olan adına layiq bütün müəllimləri, içində öz müəllimlərim də olmaqla, təbrik edirəm, qarşılarında hörmətlə baş əyirəm❤❤❤❤🌹🌹🌹🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldin, Xəyaləm. Bu qədər yorğun iş gününün sonunda kiçik evimə gəlib ziyarət etməyi unutmursansa, demək sən elə SƏNSƏN!
      Bilirsən, insan sevdiyi, həqiqi dəyər verdiyi birinin yanında olmağı istəyirsə, qarşısını heç bir maneə kəsməməlidir. Zaman azlığından gec-gec gəlmək olar. Amma bəhanələrlə uzaqlaşmaq istəyənin yoluna çıxmaram. Özümdən arxayınam ki, kimsənin qəlbin qıracaq bir kəlmə işlətmərəm. Ona göə də nə gedənə “dur” deyərəm, nə gələnə “gəlmə”.
      Zaman yaxşı müəllimdir deyirlər, amma zaman həm də ən qəddar müəllimdir deyiblər. Ayrılıqla dərs verər insanlara… Zamanla itirdiklərimiz oldu, geri qayıtmaqları müşkülə dönüb illərdi…

      Bəyən

      • Xoş günlərinə şahid olaq hər zaman, əzizim. Sizin çox gözəl bir cümləniz var: “Məsafə və zaman əsl hissləri öldürməz, coşdurar.” Və dediyin kimi, – “Məsafə və zaman bizim münasibətimizi korlaya biləcək amil deyil.” Vaxt baxımından məsafəcə uzaq qalmış olaram bəzən, hansısa zamana qədər. Amma bu yalnız məsafəcə olar, bilirsiz😍
        Hə, insan sevdiyi, həqiqi dəyər verdiyi birinin yanında olmaq istəyirsə, qarşısını heç bir maneə kəsməməlidir. Amma söhbət əsl insandan gedir. “Çin malı” kimi saxta olandan deyil.. Elə bu haqda olan bir yazımı bayaq e-maildən göndərib düşüncəmi bölüşdüm sizinlə.
        Düzdü əzizim, zaman həm də çox qəddar müəllimdi… İki gün əvvəl: çox ağır və yorucu bir gün oldu – dediyimdə Atamın il dönümüydü. Heyif ki, ayrılıqları da daddırır. Həm də ən sevdiklərimizdən..

        Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: