Dərini qoruyan və gözəlləşdirən qidalar

Fəsillərin içində biri var ki, onu gözləyənlərin sayı hər zaman üstünlük təşkil edib. Bu geridə qoyduğumuz yay fəslidir. İl boyu yorğunluğun dincini çıxartmaq üçün ən münasib vaxt. İstirahət zonaları, xarici ölkələrə səfər, bağ mövsümü, dəniz, qum…
Bunlar hamısı ilk baxışdan çox gözəldir. Amma əks tərəfi də olmaya bilməz, bu da təbii haldır. Bu gün onlardan biri haqqında danışacam.
Uz dərisi qızmar günəşdən, dəniz suyundan, qumdan və digər amillərdən həm zədələnə, həm də elastikliyini itirə bilər. Bu həssas dərilər üçün daha çox keçərlidir. Payız qapımızı döyüb bunu, bax elə bu an əsən şiddətli külək də sübut edir. Hələ bəlkə bir azdan yağış da yağmağa başlayacaq. Yağış yağır…hmmm..nə isə, mövzudan uzaqlaşmayım.
Dəriyə təravət, yumşaqlıq, sağlamlıq gətirən 5 vacib qida haqqında yazacam. Əgər sizin də dərinizlə bağlı bir probleminiz yaranıbsa, oxumağınız məsləhətdir.

Dərinin yağlanması, vitamin balansının tənzimlənməsi üçün avakado çox məsləhət görülən qida növüdür. Avakadonun tərkibində olan yağ və E vitamini dərinizdəki yağ hüceyrələri ilə qısa bir zamanda təmasa girərək üz dərisini qidalandırar və yan təsirlərdən qoruyar.

Yağlı balıq növü sayılan qızılbalıq və ton balığı da məsləhət görülən qidalardan ikincisi sayılır. Tərkibində olan omega-3 sayəsində üz dərisini həm güclü qidalandırar, həm də allergiyadan qoruyar, dərinin yenilənməsində əhəmiyyətli rol oynayar. Digər tərəfdən balıq dərinin nəm qalmasına köməkçidir.

Hələ bir görün ispanaqda nə möcüzə var. Bilirik ki, ispanaq maqnezium, protein, A, C, E vitaminləri baxımından göyərtilər içində ən birinci yerdə durur. Bu vitaminlər sayəsində ispanaq üz dərisini alt qatdan üst qata qədər təmizləməyə qadirdir.

Növbəti bitki tropik bitki sayılan papayya, yəni qovunağacı olacaq. Əvvəlcə bu bitki haqqında bir qədər genı məlumat verim. Meyvəsi sarı və ya sarımtıl yaşıl olub, forma və quruluşu qovunu xatırladır. Xarici görünüşü cəlbedici olmasa da meyvələri çox dadlıdır. Bir dadan bir də dadmaq istəyir. Məşhur səyyah Vasko da Qama qovunağacının (papayyanın) dadına baxaraq onu “Hindistanın qızıl ağacı” adlandırmışdır. Qovunağacı (Papayya) həcmcə armuddan bir qədər böyükdür, sarı və narıncı rəngli qabığı olur. Tünd narıncı lətinin içində çoxlu xırda və bir qədər bibər dadı verən yeməli toxumları var. Floridada yerli əhali qovunağacının (papayyanın) yarpağından paltarları yumaq üçün sabun kimi istifadə etdikləri üçün ştatda onu “zənci sabunu” adlandırırlar. Meyvənin şirəsi mədə şirəsini əvəz edəcək qədər güclü fizioloji aktivliyə malikdir və bu onun tərkibindəki papain adlı fermentin hesabına yaranır.
Bu meyvənin əsas vəzifəsi üzdə səpkilərin yaranmasının qarşısını almaqdır.

Nəhayət, gəldik sonuncu qidaya. Bu qaragilədir. C vutamini ilə zəngin olan bu qida üz dərisinin elastikliyini artırmaqla yanaşı, protein balansına da kömək olur. Tərkibində olan antioksidant zədələnmiş hüceyrələri qısa zamanda bərpa edə bilir.

Mən sizi vacib olan 5 qida ilə tanış etdim. Dərinizin qeydinə qalmaq isə öz ixtiyarınızdadır. Hər zaman gözəl qalın ☺️

26/09/2018 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Sabahınız xeyirlərə vəsilə olsun Sevinc xanım….Həqiqətən çox darıxmışammış, özünüzə xas sətrlıriniz fərqliliyinizçün….oxuduqca zövq aldım yazınızdan, Həyatda çirkin qadın yoxdur, baxımsız qadın var… Hər qadın özünə cildinə qarşı sayqılı olub özünü qorumalıdı, isdər gözəlliyi olsun, isdərsədə düşüncələri olsun….Bu gözəliklərlə bizi tanış etdiyinizçün sizə minnətdaram, bəzilərini mütləq yoxlayacam, yaşım az olduğuyçün əslində maskalara ehtiyac duymuram, ama dərinin elastikliyini tənzimləməkçün hər bir xanıma lazım olan bir şeydir….Yaxşı ki varımsınız, qələminizə sağlıq ❤❤

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam ürəyim😘yazan barmaqların yorulmasın. Mənimsə ən sevdiyim fəsil payızdır. Çünki payız mənə bənzəyir.. payızdan sonra yayı sevirəm.ama dediyin kimi günəş dərimizi korlayır. İspanağın xeyirli olduğunu bilrdim, mən onnan çox salatda istifadə edirəm, yay salatlarında.ama üz dərisi üçün nə qədər xeyirli olduğunu bilmirdim, öyrəndim sayəndə❤

    tərəfindən bəyənildi 1 şəxs

  3. Sabahın xeyir, bitanəm. Payızın nəyin sevim ki? Nisgildir başdan-başa…

    Bəyən

  4. Həəəə payız ki gəldi mənim dərim azacıq quruyacaq, daima nəmləndirici krem istifadə etməliyəm. Allaha şükürlər olsun ki, problemli dərim yoxdur, yoxsa mən baxımsızlıqdan pis günə qalardım 🙂
    Vaxtaşırı maskalardan istifadə edirəm. Digərlərinə söz verə bilmərəm, amma ispanağı nəzərə alaram 🙂
    Faydalı məsləhətlər üçün təşəkkür edirəm, Sevincim 😘😘😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Nəmləndiricidən mən də istifadə edirəm. Mənim dərim də quru dərilərdən sayılır. Amma şükür ki, hələ problemim yoxdu. Bir yağ var, onu sınaqdan keçirirəm. Məsləhətli olsa o haqda bir yazı yazacam. Ehtiyacı olan faydalansın.
      Mən sənə təşəkkür edirəm, mələyim. İşlərinin çox, zamanının az olmasına baxmayaraq mənim yanımdasan 😘😘

      Bəyən

  5. Onda məni də sevmirsən???😕

    tərəfindən bəyənildi 1 şəxs

  6. Axşamın xeyir əzizim. Əllərinə, əməyinə sağlıq. Hər zaman olduğu kimi fərqliliyinlə möhtəşəmsən❤ Nəhayət Sevincimiz öz postundadır şükür☺
    Bilirsiz hüzünü çox sevirəm. Bu mövsüm də başdan-başa hüzündü…
    Əslində üz dərimə nəmləndirici kremdən başqa heç vaxt kənar vasitələr istifadə etmirəm. Pudra, tanalnı kremlər kimi.. Həm təbiiliyi çox sevirəm, həm də şükür ki, heç vaxt elə bir ehtiyacım olmayıb. Amma yaş öz işini görür… Gərək maskalardan istifadə etməyə bşlayam. Dəyərli məsləhətlərinçün təşəkkürlər əzizim. Çalışacam imkan edib faydalanım. Var ol canım 😍❤🌷🌹😙

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir, Xəyaləm. Şükür içində ol hər zaman.
      Sevinc onu sevənləri heç zaman intizarda qoymaz ☺️ Demək, mən sənin yazını dərcə hazırlayanda sən də burda şərh yazırmışsan ☺️
      Sənin camalın gözəldir, maskaya, kremə gərək yox. Elə yazın üçün də özünə oxşayan birini seçdim 😘😘

      Bəyən

      • Xeyirli gecələr əzizim. Qəlb qəlbə qarşı – demişlər, boşuna deməmişlər.
        Bilirsiz, əkizlərin duyğuları, istəkləri bir olur çox zaman☺
        O, gözəl olan gözlərinin gözəlliyidi əzizim. Baxdığını da gözəl görər. Minnətdaram😍❤😙😙

        Bəyən

  1. Geri bildiriş: Dərini qoruyan və gözəlləşdirən qidalar — Sevincli Dünya — Günel Fərhadqızı Emin (Antimental)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: