Xoş gəldin, 2018

Gecəniz xeyir, əzizlərim. Artıq bir neçə dəqiqədən sonra yeni ilə qədəm qoyacayıq. Çin təqviminə görə bu il, 2018-ci il mehriban it ilidir. Bilirsiniz də yəqin ki, sədaqətli heyvanlar içində itlərin də adı ön sırada çəkilir. Bu ilin ünsürü “mehriban it” olduğundan, demək ki, bu ildən qorxmağa heç bir əsas qalmır. Mehriban “it”lə yola getməyə nə var ki?! Yetər ki, qapı iti kimi adam qapmağa meyilli olmasın…
Hə, əzizlərim, beləcə gəldik çıxdıq son günün son saatının son dəqiqələrinə. Kimin yaddaşına, ömrünə necə yazıldı deyə nə soruşacağam, nə də danışacağam. Necə gəlib necə yazılmağından asılı olmayaraq il yekunlaşır artıq. Dördrəqəmli ədədin təklik mərtəbəsindəki “7”-i “8”-ə verir öz yerini. Hələ düz 365 gün qələm 8 yazacaq müəyyən lazımi yerlərdə. Qələm “8” yazsın, Yaradan da xoş gün…   

Çin təqviminə görə “it” ili bizə nələr vəd edir?
Sadiq və yüksək intellektli heyvan – İt bütün alçaldılmış və incidilmiş insanların köməyinə gələrək onları təhqir edənləri cəzalandıracaq. Onun gəlişi ilə dünyada, hətta düşmənçilik edənlər arasında da sülh və həmrəylik bərqərar olacaq. Astroloqlar bildirirlər ki, it ili sakit və qalmaqalsız ötüşəcək. O, müqavilələrin bağlanması, sülh və diplomatik əlaqələrin qurulması üçün ideal olacaq. Qarşıdakı il şəxsi həyatda da müsbət dəyişikliklər gətirəcək. Şərq təqviminə görə ümumlikdə 2018-ci il hər kəsi öz nikbinliyi və müsbət əhval-ruhiyyəsi ilə sevindirəcək.
Əhvalınlz hər zaman xoş ovqata köklənsin. Yeni il sizə yaşadığınız hər acını unutduracaq qədər xoşbəxtlik gətirsin. Bir daha bayramınız mübarək!
P.S: bu yazını yazarkən mesajlara baxmaq üçün instagrama girib çıxırdım. Bu bir neçə dəfə təkrar oldu. Və hər dəfəsində də eyni bir şəxsin paylaşımı gəldi ekrana. Orda gördüyüm mənzərəni yazacaq qədər gücdə deyiləm…İlk baxışdan xoş təəssürat yaradır baxanda. Amma məsələnin məxzin bilən üçün: məsum və günahsız iki mələk üz
görülür. Biri dünyadan və olanlardan xəbərsiz, digəri dünyanın acısını gözlərinə doldurmuş biri…
Bu da geridə qoyacağımız ilin elə köhnə ildə qalıb da yeni il daşınmayacaq dərdi olsun…
Hər birinizə uğur gətirsin bu yeni il!

Advertisements

31/12/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 3 Şərh.

  1. Salam eziz ve deyerli Sevinc xanim.beli bir ili de belece geride qoyduq.Kiminin yaddaşina ağrı acili kederli,tezlikle bitmesini istediyi anlarla,kimine ise en xos unudulmaz,hecvaxt bitmesini istemediyi anlarla hekk olundu.İstesekde istemesekde zamanı durdurmak imkânsız.keçen keçdi.,esas odurki bu ilde yaşadigimiz her zamani layiqince deyerlendire bilek İnsAllah.kecen ilde etdiyimiz sehvlere,yalnişliqlara vida deyib,başimiza gelen her olaydan bir netice cixarib dogru addimlarla ireli..Biliremki bunlari etmek ucun teqvimin deyismesi vacib deyil.heyatimizda yeni bir sehife acmagi qelben istemek kifayetdir mence.o zaman bacaracaqsan!Men her bir Allah bendesine neyise niye etdim ve ya niye etmedim deye huzursuzluq yasadan,bütün ömrünü puç eden pesimanciliqlardan uzaq olmalarını dileyir, bu yeni 2018 ci ilin her bir gununun en gozel en xosbext,sevgi dolu anlarla yaddaşlarına hekk olunmasını arzulayiram.itki,ayriliq,bed xeber kimsenin qapisini doymesin.hüzün,göz yaşi,keder kimsenin qelb evinin qonagi olmasin İnsAllah…Ezizim Sevinc xanim olkemize milletimize umumiyyetle cümle aleme arzularim o qederdirki.Umidvaramki olkemiz üçünde bu il şehidsiz bir il olacaq ve hecbir Ana gozuyaşli qalmayacaq.Rebbim sidq urekle etdiyimiz bütün dualarimizi qebul etsin ve Ona sığınan her bir bendesini oz penahinda saxlasin.Amin Amin.HAMİNİN YENİ İLİ MUBAREK!! Size gozelqelblim xususi tesekkur etmek isteyirem.Ne yaxsi ki varsiniz ve bizimlesiniz.Qelbinizin gozelliyine heyran olduğum Allah sizin o gozel qelbinize gore versin ve daim sagliqli,xosbext omur nesib etsin İnsAllah.En xos arzularimla..opurem bağrıma basiram sizi.hemise ureyimdesiniz💖
    Butun sevdiklerim daim menim ureyimde dualarımdadırlar🌹

    Bəyən

    • Yeni ilin ilk günündə sevimli Vəfamı görməyimə çixx şadam. Xoş gəldin, canım. 😘😘❤️❤️💐💐
      Gözəl rəy yazmısan. Əhatəli, duyğusal, anlayan üçün çox dəyərli bir rəy…
      Arzularına heç tərəddüd etmədən ikiəlli səs verirəm. Qoy hər kəs yaşadığı peşmançılığın acısını yox, atdığı addımın doğruluğundan doğan sevinci yaşasın bu il.
      Sənə də şəxsən könül xoşluğu, sağlamlıq, xoşbəxtlik nəsib olsun. Dəyərli sanıb yazdığın üçünsə xüsusi təşəkkür edirəm 🙏❤️❤️😘😘💐💐💐

      Bəyən

  2. Mende Cox sadam bu il hamıya yaxsı olsun amin inşallah bu il ne kimi arzu var hamsi qebul olsun amin inşallah

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: