31 Dekabr Həmrəylik Günü

Günaydın, əzizlərim! İlin son günündə xoş gördük hamınızı. Bilmirəm təsadüfənmi seçilib, ya elə bilərəkdən düşünülüb – təqvimin son günü həm də Həmrəylik günü kimi qeyd olunur. Hər hansı səbəbdən olmasına baxmayaraq, gözəl tarixdi. Həm də gözəl gündür. Dünya azərbaycanlılarının həmrəylik günü…
Həmrəy olmaq alqışa layiqdir, amma gərək nə uğruna, nəyin naminə həmrəy olduğumuzu yaxşı-yaxşı düşünək. Kortəbii olaraq ortaya atılan fikrin arxasınca getmək bizə xoşbəxtlik gətirməyəcək, əksinə bizi uçuruma sürükləyəcək. Bütün bayramlar kimi ilin 365 günündən bir gününü həmrəyliyə səsləyirik. Amma bizə lazım olan o bir gün deyil, hər gün bu yolu getməkdir. Bir millət olaraq var olan gücümüzü ortaya birlikdə qoymağı bacarsaq, çox şeylərə nail olacayıq. Yoxsa təmsillərin birində olduğu kimi, hərə bir tərəf çəkişdirsə, vay halımıza o zaman… 

Gəlin həmrəy olmaq üçün ilk növbədə düşüncələrimizdə bir “təmizləmə” işi aparaq. Lap kiçik məsələlərdən tutmuş, ta qlobal olanınadək, hər bir işdə məqsədyönlü olaq. Atalar məsəliində necə deyir: “Bir dəli bir quyuya daş atdı, min ağıllı yığılıb çıxara bilmədi”. Ortaya gələn fikrin əvvəlcə dəyərini verib sonra ardınca getməyi düşünək. İlin bəlkə də ən məşhur sitatına çevrilən bir “mahnı”nın sözlərinə və musiqisinə aldanıb hər kəs bir aspektdən müdafiəyə qalxan kimi, həm də özlərini haqlı göstərmək üçün pafoslu çıxışlarla gənclərin düşüncəsini qarmaqarışıq etməkdən çəkinmədikləri kimi etməyək. Bu cür fikir etrafında, bu cür amal üçün həmrəy olmağı təbliğ etməkdənsə, susub oturmaq daha yaxşıdır. Bilmirəm, bəlkə mənə qəribə gəlir, bəlkə sizin hansı biriniz üçünsə “ayə, haraya gedirsənnn, anan bilirmi, ayə” qulağı oxşayan səslənir… Mən nə indiki gəncliyin, nə də gələcək nəslin düşüncəsinin məhvinə göz yuma bilmərəm.
Təbliğat gözəl əməldi. Amma gərək düşünülmüş və ardınca kütləni aparmaq gücündə və iqtidarında ola.
Hər kəs ağlına gələn ideyanı ortaya atıb: “Haydı, arxamca!” deməklə bu millət üçün xaos yaratmasın. Həmrəy olmağı yekdil olaraq qəbul etmək istəyiriksə, gəlin xoş əməllər uğruna edək bunu.
Dünya azərbaycanlıları! Bəlkə də səsim çox az bir qismə yetəcək, amma həqiqi duyan bir nəfər belə olsa, bu da mənə kifayət edəcək. Əzizlərim, gəlin elə ilin bu son günündə, bu təqvimə düşən bu gün xatirinə həmrəy olaq: Ədalət uğruna, Haqq uğruna, Birlik, Bütövlük uğruna, Azadlıq, Əminamanlıq uğruna, Sevgi, Mehribanlıq uğruna, Zəhmət, Halal nemət uğruna, Torpaqlarımızın geri qaytarılması uğruna və nəhayət, İNSANLIQ uğruna…
Həmrəylik günümüz mübarək, əzizlərim!

Advertisements

31/12/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Ne kadar güzel düşünceler bunlar ve ne kadar içten dilekler. Son pragrafınız hepimizin dilek ve temennileridir. Hepimizin Hemreylik günü mübarek olsun. İnsanlık, güzel insanlarla devam eder. Sizler gibi. Bu iyi niyet ,bu bir olma, bu adil olma, bu hak uğruna olan istekler hepimizde inşallah mevcut olur, ki dünyada sevgi ve barış olsun.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: