Bir qadının taleyindən sətirlər… (3-cü hissə)

Beləcə həyat davam edirdi. Hicranın ürəyi heç nədən açılmırdı. Gah evdə, gah istixanada işləyir, gah da övladları ilə məşgul olurdu. Farizin münasibəti get-gedə pisləşirdi. Nədən belə dəyişdiyini anlamırdı heç. Evə gec gəlir, gələndə də yeməyini yeyər, yenidən harasa gedər, ta gecə yarı qayıdar, işi oldugunu deyib yatardı.

Atası evində də vəziyyət pisləşmişdi ki, yaxşılaşmamışdı. Hərdən onlara gedər, bəzən gecəni orda qalar, bəzən də bir-iki saat oturub qayıdardı. Ürəyi açılmaq əvəzinə,daha da pərişan olardı.

Qaynanası da onu qəmli görüb təsəlli verməz, daha da onu əsəbləşdirən söhbətlər edərdi. Belə günlərin birində qaynanası ona dedi: 

-Nədi,niyə qaş-qabagını töküfsən?Mənim evimdə oturuf,mənim çörəyimi yeyif atangilin dərdini çəkəcəksən?-Hicran bu sözdən çox sarsıldı.Axı onun baldızlarının birinin evində bir narahatçılıq olanda,elə olub ki,bişmiş yemək qazanının qapağı belə açılmayıb.Nə desin,nə cavab versin.Axı o, atası evinə necə biganə qala bilərdi.Axı o, qaynanasının qəmi ilə qəmlənib,sevincinə sevinibdir.İndi atasıgili düşünməyə haqqı çatmırdımı? Zərnişan arvad sanki Hicrandan kəlbətinlə acı söz qoparmaq istəyirdi.Hicran başını qaldırıb qaynanasına baxdı:

-Mən bu evdə kölə-qul deyiləm.Nə düşünməyi də səndən soruşmalıyam?Sənin qızlarının evində narahatçılıq olanda sən burda rahat otura bilirsənmi?

-Onlar mənim qızımdır.Sən də onların qızısan.Gərək onlar hər dərd-azarını sənə deyələrmi?

Əslində Zərnişan arvad yerli-yersiz Səliməni günahkar görürdü.Onu ögey ana kimi qəbul edirdi.Ona elə gəlirdi ki,Səlimə Hicrandan sui-istifadə edir ki,Hicran onlara maddi kömək eləsin.Belə şeylər gəlirdi Zərnişanın aglına.Hər an oglunun pulundan narahat idi ki,Hicran atasıgilə gizlicə pul verər. Ona görə də daima gəlinini nəzarətdə saxlayar,gedəndə gizlicə ya çantasını,ya da paltosunun,gödəkçəsinin ciblərini yoxlayardı. Lakin Hicran belə fikirlərdən çox uzaq idi.

Atasının xeyli borcu vardı.Borc sahibləri tez-tez gələr,Əhməd kişi pulu verə bilməzdi.Heç yerdə işi alınmırdı.Tərs kimi maşın da xarab olmuşdu.Təmirə də pul yox idi.Ona görə də belə bir vəziyyət alınmışdı.Hicranın əlindən heç nə gəlmirdi.Gücü arabir ağlamaga çatırdı.

Belə günlərin birində birdən kiçik baldızı Şəlalə həyətə girdi.Həmişə gələndə uşaqları ilə gələrdi.Bu dəfə tək gəlmişdi.Üzündə qəribə bir ifadə vardı.Şəlalənin yoldaşı maşında oturub onu gözləyirdi.Şəlalə Hicranı sevmirdi desək, daha dogru olar.Hələ ərə getməmişdən onunla hey çəkişər,onu tərifləyən olanda ürəyi partlamaq dərəcəsinə gələrdi.Daima anası və bacılarına onu pis qələmə verər,dogru yalan,min söz danışardı.İki sözünün biri bu olardı ki,qardaşım evlənməmişdən belə deyildi.İndi çox dəyişib.Qardaşımı o öyrədir,deyərdi.Arxada yüz söz danışsa da,Hicranın üzünə gülər,özünü canıyanan göstərərdi.

Hicran onu çox gözəl anlayır,lakin özündən neçə yaş kiçik baldızına baş qoşmur,onu uşaq hesab edirdi. O, ərə gedəndən sonra da Hicran ona əlindən gələn yaxşılıgı eləməyə çalışırdı.Bunu heç nəyə görə yox,qəlbindən gəldiyi üçün edirdi.Çünki,Hicran atası evində belə görmüşdü.Səlimənin baldız və qayınlarına,qaynatasına necə hörmətlə yanaşdıgının şahidi olmuşdu.İndi o da belə idi.Baldızları gələndə üzünə xoş baxar,balalarının başına pərvanə kimi dolanardı.Lakin nə qədər yaxşılıq etsə də,yenə də onun anası ilə xısın-xısın söhbətlərinin şahidi olurdu.Günahını isə anlaya bilmirdi.Onun gözlərindəki ifadədən həmişə qorxardı.

Şəlaləni görəndə ona tərəf gəlib:

-Xoş gəlmisən,bəs uşaqlar hanı,niyə gətirməyibsən?Bəs Xalid niyə düşmür?-Beləcə dalbadal sullar verərək,gülümsəyə-gülümsəyə onu evə dəvət etdi:

-Gəl də ,niyə evə gəlmirsən?-dedi.

-Yox gedirəm,Xalid gözləyir.Sənə bir söz deməyə gəlmişəm.Xəbərin var,Fariz Aynur müəllimə ilə görüşür.Bütün günü Xalidlə işə gedəndə telefonla danışır.Hətta bəzən bu soyuqda, Xalidi maşından düşürüb saaatlarla söhbət edir.Amma mən dediyimi demə ha,bax,ərini qoyma,yoluna yıg.Qazandıgını ona xərcləyir.Gündə bir hədiyyə alır.

Səsə Zərnişan arvad gəlmişdi.O da,Hicran da mat-məətəl qalmışdı.Hicranı elə bil ildırım vurdu,nəfəsi daraldı.Nə deyəcəyini bilmədi.Zərnişan arvad həm eşitdiyinə,həm də qızının bu hərəkətinə çox əsəbləşdi.Bildi ki,bu söhbət sakitliklə bitməyəcək.

Şəlalənin isə üzündə gizli bir sevinc duyulurdu.Anasına tərəf döndü:

-Bax ha,məndən eşitməyibsiniz!-Tələsik maşına minib getdi.

Dünya gözündə qaraldı sanki.Bir yandan Şəlalənin belə bir sözü qəfildən gəlib ehtiyat eləmədən deməsi,bir yandan da olub keçənlər onu heyrətə salmışdı.O,indi bəzi məqamları anladı sanki.Farizin gec gəlmələri,soyuq və hətta zalım hərəkətləri gözü önündə canlandı.

Bir neçə gün əvvəl Fariz evə gəlmişdi.İşıqlar yanmırdı.Hicran uşaqlarla olacaqda idi.Kotlet bişirmişdi.Yanına da kartof qızartmışdı.Qaynanası ilə Farizi gözləyirdilər yemək yemək üçün.Birdən Fariz gəldi.Əllərini yuyub Hicrana sarı döndü:

-Hanı mamam?-sərt səslə soruşdu.

-Rəfiqəgilə gedib.-dedi Hicran.

-Nəyə gedib?-qışqırdı Fariz.

-Bu dagılmışda niyə oturmur.Nə qədər getmək olar qızı evinə?!-Deyib mətbəx stoluna tərəf yönəldi.Qazanın agzını açıb qapagını elə çırpdı ki,qazanın şirəsi kotletlərin üstünə töküldü.

Hicran onun belə davranışına məəttəl qalmışdı.Niyə belə eləyir axı,deyə düşünür,ürəyi yerindən çıxacaqmış kimi döyünürdü.O,qazana tərəf getdi.Qapagı açıb baxanda,dəhşətə gəldi.Bişirdiyi kotletlər yeyiləsi deyildi.Əsəb içərisində Farizə tərəf döndü:

-Bu nə hərəkətdi?Ananın Rəfiqəgilə getdiyi birinci dəfədi?Ya haqqı çatmır?Ya səndən icazəmi almalıdı qızı evinə getməyə?Bu yeməyi niyə bu günə qoydun?Bəs mən indi uşaqlara nə verim?.

Hicran aglayırdı.Fariz isə acı və nalayiq sözlər yagdırırdı anasıyla Hicrana.Sonra yuxarı evə kecdi.Hicran üstdə olan kotletləri yıgıb qapılarındakı itə verdi.Alt qatda olanlara heç nə olmamışdı.Əsəbdən əl-ayağı buza dönmüşdü.Onun belə səbəbsiz davası Hicranı öldürürdü.

Fariz yuxarı evdən düşmürdü.İşıq yanmır,yuxarı ev də soyuq idi.Bu qədər onun orda ləngiməsi Hicranı narahat elədi.Görəsən orda neyləyir.İçəri kecdi.Uşaqlar qorxusundan büzüşüb oturmuşdular.Hicranın ürəyi göynədi.Köksünü ötürdü.Balalarına yazgı gəldi.Tez-tez baş verən belə hadisələr uşaqları da sarsıdırdı.Hicran onlara sarı getdi.Azəri,Asəfi və Nahidi qucaqladı.Uşaqlar analarının boynuna sarıldılar.Hicranı qəhər boğdu.”Axı bizim günahımız nədi, ay insafsız” deyə düşündü.

Onlardan aralanıb yuxarı evin alt mərtəbəsinə sarı getdi.Ora yıgardılar yayda bişirdikləri mürəbbələri,kompotları,turşuları.Turşu və kompot gətirməyə gəlmişdi.Yuxarıdan Farizin xısın-xısın səsi gəlirdi.O ,telefonla danışırdı.Hicrana elə gəldi ki,o qadınla danışır.Lazım olanları götürüb çıxdı.Fariz ayaq səslərinə həyətə boylandı.Hicranı gördü.Özü suçlu oldugundan hürksə də,dili dinc durmadı.

-Tülkü kimi mənimi pusursan aazz?Nagayrırsan orda.Rədd ol uşaqların yanına get.İt qızı it.

-Hicranın qulaqlarında bomba kimi partladı sözlər.Dünyaya nifrət elədi.Əlindəkiləri yerə çırpıb bir an buralardan qaçmaq istədi.Gözü olacağın pəncərəsindən baxan üç cüt gözə sataşdı.Göz yaşları selə döndü.

Uşaqların yanına getmədi.Artırmada dayandı.Bankaları stolun üstə qoydu.Gözlərini sildi.Dünyaya nifrət edirdi.Ayaqyalın, başıaçıq anasının qəbri üstə qaçmaq istədi.Anasının baş daşını qucaqlayıb aglamaq,dərdini ona danışmaq istədi. İstəyirdi desin ki,”ay ana,məni niyə tək qoydun bu dünyada,sənsiz görürsənmi,nələr gəlir başıma.Niyə məni də özünlə aparmadın ay ana?Niyə elə məni dünyaya gətirəndə ölmədin?Ölürdünsə,gərək onda öləydin,mən də səninlə birgə öləydim ay ana”. Ürəyindəki acıları onunla bölüşmək istədi.Bir an anasının rəsmi gözü önündə canlandı.Qara, məsum gözləri ilə naməlum bir nöqtəyə baxırdı.Ağappaq üzü,qırmızı,biçimli ,gülümsər dodaqları vardı. Anasının o qədər gözəl,o qədər saf siması var idi ki, ,sanki,göydən enmiş bir mələkdi.Səlimə ona nə qədər mehriban,qayğıkeş olsa da,anasının o olmadıgını bildikdən sonra,sanki bir az çəkingən olmuşdu.Ürəyindəkiləri Səliməyə desə də,sanki,incəliyi ilə ona çatmadığını hiss edirdi,ya bəlkə ona elə gəlirdi.Bu hisslərlə bəzən özünü tamam yalqız hiss edirdi.

Hicran köksünü ötürdü. Düşündü ki,yaxşı ki,görmür bu günlərimi.Yuxarı evin pəncərəsinə baxdı.Qaranlıq idi.Fariz hələ də orada idi.Lakin,bu zaman Hicran onu qısqanmırdı, sadəcə olaraq etdiyi səhvin nə qədər böyük olduğunu anlayırdı. Vaxtında atasının məsləhətinə qulaq asmamasının peşmanlığını çəkirdi.Axı nə o,nə də ailəsi belə təhqirlərə,belə sözlərə layiq deyildi.Dəfələrlə boşanmaq istəmişdi,mümkün olmamışdı.Gah Fariz roldan-rola girər,özünü peşman göstərər,gah qaynanası gəlib saatlarla danışıb Hicranı evə gətirərdi

Hicran xəyalından ayrıldı .Demək bütün bunlara səbəb Aynur müəllimə imiş.Onu özü tapmşdı.Böyük oğlu Azərə əlavə olaraq rus dili öyrətmək istəyirdi.Məktəblərində bu dərs çox zəif keçilirdi.Aynur isə onun atasıgillə qonşu idi.Uşaqlıqdan bir yerdə böyümüşdülər.Gah Aynurgildə,gah da öz evlərində o qədər evcik-evcik,qaçdı-tutdu oynamışdılar ki. Aynur ailə qurmuş olsa da,bir neçə ildən sonra boşanmışdı.İndi anasının yanına qayıdıb,orada yaşayırdı.Rus dilindən uşaqlara evdə dərs deyirdi.Buna görə də Hicran ona müraciət etmişdi.

Hicran qorxmurdu. Get-gedə qızışırdı.Farizin hərəkətləri ,özünün əziyyətləri gözünün qabağına gəldikcə,dünyanın altını üstünə çevirmək istəyirdi.Fariz isə ondan əl çəkmir,sözü kimin dediyini bilmək istəyirdi.

Elə bu zaman olaca]ın qapısı açıldı,Əhməd kişi içəri girdi.O ya özünü bilməməzliyə qoydu,ya da səsi eşitməmişdi.Çox güman ki,araya düşən sükut zamanı darvazadan girmişdi.Hamı donub qaldı.Farizin rəngi ağappaq olmuşdu.Əllərində yüngül titrəyiş hiss olunurdu.Həm tutdugu əməllərdən,həm də Əhməd kişinin zəhmindən qorxuya düşmüşdü.Zərnişan arvad da özünü itirmişdi, elə dili söz tutar tutmaz :

– Xoş gəlifsən.-dedi.

Hicran isə birtəhər özünü ələ alıb atasıyla görüşdü və onu görməməsi üçün özünü çay hazırlamaqla məşğul kimi göstərdi.Əhməd kişi uşaqlarla bir-bir görüşüb ,onlarla zarafat etdi.Donub qalmış uşaqlar bir söz demədən babalarına sığındılar.Evdəkilərin üzündəki çaşqınlıgı sezsə də,nə baş verdiyini anlamadı. Belə bir hadisənin baş verməsi onun ağlına da gəlməzdi.O,kürəkəninin o deyən insan olmadığını bilsə də,işgüzarlığına görə ona hörmət edirdi. (Hicranla Səlimə, olub keçənləri çox vaxt ondan gizləyər,bir hadisə törədəcəyindən qorxardılar.)Həm də bu gözəl nəvələrinin atası idi axı.Üstünü vurmadı.Özünü bilməməzliyə vurdu.Ailədə olan şeydi,deyib, özünü sakitləşdirdi.Hicran atasının xasiyyətini bilirdi.Bilirdi ki,əsl həqiqəti atasına desə,atası uf demədən Farizi öldürər.Ona görə də ona bildirməməyə çalışdı.Sonra özü bu məsələyə bir son qoyacaqdı.

Yanağının kənarına dəyən zərbədən ağzını çətinlikıə açırdı,qıc olmuşdu sanki bir tərəfi.Onun ağrısından çox qəlbinin harayı yandırırdı onu.Onun xəyalları,arzuları məhv olmuşdu.Gənclik,qızlıq dövründəki Hicran ölmüşdü sanki.

Saçı ilə birtəhər üzünü örtüb atasına çay apardı.Onlar televizora baxır,söhbət edirdilər.Fariz quzuya dönmüşdü,Hicranın sakit durması,atasına bir söz deməməsi, onu az da olsa ürəkləndirmişdi.Əhməd kişi qızının qəribə davranışından bir az narahat oldu.Amma üzündəki şişi görmədi.Hicran otaqdan tələsik çıxdı.Yox ,o bu dəfə atasıgilə getməyəcəkdi,onun fikri başqa idi bu dəfə.Bilirdi ki,ora getsə gec-tez onu geri gətirəcəklər.

Gecəni səksəkə içində yatdı.Xeyli gözünə yuxu getmədi.Əynini geyinib həyətə çıxdı.Göyün üzü ulduzlarla dolu idi.Gəncliyində ulduzlu səmalara baxmaqdan doymazdı.Artırmada döşək salıb bacıları ilə uzanar,göydəki ulduzlara tamaşa edər,gah da saymağa başlayardı.Həmişə də bəlli bir yerdə çaşar dayanar, gülüşərdilər.Ağ saçlı nurani Hüseyn babaları onlara baxar,ag bığlarının altından gülümsəyərdi.Çox xoşbəxt idilər ata-baba ocağında.Bu ocağa bu nurani qocanın hənirtisi,nəfəsə də bir istilik,bir rahatçılıq verirdi. Köksünü ötürdü.Hava çox da soyuq deyildi.Baharın gəlişi özünü göstərirdi. Havada xoş bir ətir vardı.Baharı da sevirdi.Ağacların yeni yarpaqladığı,çəmənlərin yenicə göyərdiyi vaxtı gənc qızlara bənzədirdi Hicran. Nazik qəlbli idi.Gözəlliyi,incəliyi,saflığı çox sevirdi, qiymətləndirirdi. İndiki həyatında isə bunlara yer yox idi.Necə böyük səhv etdyini dəfələrlə anlayar və bütün bunları etdiyi səhvin cəzası kimi qiymətləndirərdi.Lakin artıq heç bir şeylə sakitləşdirə bilmirdi özünü.Axşamdan verdiyi qərarı həyata keçirəcəkdi.Lakin indi yox.Sabah bütün işlərini bitirib ,balaları ilə vidalaşdıqdan sonra.

Gecəni gec yatmışdı.Səhər açılmış,qaynanası onu oyatmadan Farizi yola salmışdı.Belə günlərdə Hicran balaca oğlunun yanına uzanıb yatardı.Onun körpə qoxusundan,mışıl-mışıl yatışından canına bir rahatlıq gələrdi.Gözlərini açdı,saata baxdı.Gec idi.Saat on idi artıq.Tələsik yerindən durmaq istədi,bu gün bazar günü olduğunu və axşamkı əhvalatı xatırladı. Yenidən uzandı.Əlini balasının saçlarına çəkdi.Ürəyi sıxıldı,verdiyi qərar ona ağır gəldi.Balalarına yazığı gəldi.Axı o özü də anasız idi.Səlimə ona nə qədər qayğıkeş olsa da,o ,öz anasını arzulamşdı həmişə.İndi bu tifilləri necə anasız qoysun?Necə qıysın ciyərparalarına?Dərin bir ah çəkdi.Farizin ona etdikləri yenə də yadına düşdü.Gözləri yol çəkdi,fikrə getdi.

Bir gün istixanaya bir kişiylə gəldi Fariz.İçəri keçdilər.Kişinin istixana bitkilərindən yaxşı başı çıxırdı deyəsən.Onlar içəridə xeyli söhbətləşdilər.Çıxanda Fariz kişini yola salıb,anası ilə Hicranı səslədi.Onlar gəldilər.Farizin əlində bir bağlamada bitkilər üçün gübrə vardı.Əlindəkini yerə qoyub,anasına tərəf döndü:

-Ay ma,bu dərmanı hər vedrəyə bir qaşıq tökürsünüz,qarışdırırsınız.Hər pamidor ştilinin dibinə bir litr tökürsünüz.Başdan ayaga kimi.

Hicran bilirdi ki,belə dərmanlar çox zəhərli olur,onunla belə yaxından təmas insana çox zərərlidir.Lakin etiraz etmədən işə başladılar.Tez-tez asqırmaga başladı.Burnu çox qıcıqlanırdı.Dodaqları belə acışırdı.Fariz o başa-bu başa gedir,Hicranın əsəbləşdiyini hiss edirdi.Hicran dözə bilməyib dedi:

– Axı ,bu zəhrimarı çöldə həll edib ,şlanqla da suvarmaq olardı da,niyə bu qədər əziyyət verirsin bizə?Bir də ki,bəs bu insanlara zərər deyil,bunu niyə verirsən bu bitkilərə,yeyənlər yazıq deyil?

-Qorxma,heç kəsə heç nə olmaz! Əlində işini gör!

Hicran çox asqırır,gözləri sulanırdı.Dodaqaltı söylənirdi.

-Sənin nə vecinə,indi çıxıb gedəcəksən,Biz gör nə qədər burda iş görməliyik,məgər görmürsən,nə günə düşmüşük?

Zərnişan arvad da artıq şikayətlənirdi.Elə bu zaman Hicran kürəyinə dəyən zərbədən yerə sərildi.Ağrıdan nəfəsini belə çəkə bilmədi.Sanki ,öləcəkmiş kimi heç cür nəfəs ala bilmir,sanki boğulurdu.Onu Fariz ayaqqabılı ayağı ilə,təpiklə vurmuşdu.Ona elə gəlirdi ki,Hicran yalandan asqırır,iş görmək istəmir.Lakin hava doğrudan da boğucu idi.Əslində, gəlib məsləhət verən adam bərk-bərk tapşırmışdı ki,gübrəni çöldəki çəndə həll etsinlər.Lakin Fariz bu uzun-uzadı işi görməyə hövsələ eləməmişdi.Çünki,onun gedəsi yeri var idi.

Hicran ayağa durmaq istəyərkən Fariz yenə də onun yanına gəldi.Hicrana elə gəldi ki,Fariz onu yerdən qaldıracaq,lakin,Fariz ayağı ilə ona toxunub dedi:

– Dur aaz,artistlik eləmə!

Eşitdiyi söz Hicrana bayaq dəyən zərbədən də ağır gəldi.Qaynanasının köməy ilə ayağa qalxdı.Evə gəldi.Zərnişan arvad oğluna söylənsə də,gəlininə acıgı tutur,onu işini sakit görməməsində günahlandırırdı.

Hicran gözündən axan yaşı silə bilmirdi,qolu aldığı zərbədən yuxarı qalxmırdı.Evə getdi.Uşaqlar yenə da anasını ağlar gördülər.Bir tərəfə çəkilib oturdular.Hicran isə divarın dibində oturub ,divara söykəndi.Uşaqların görkəmi onu daha da sarsıtdı.Özündən zəhləsi getdi.Ağrıyan kürəyini sakit etmək istədi.Lakin ağrı dözülməzdi.Beləcə orada nə qədər ağladıgını bilmədi.

Hər dəfə belə şeyləri Səliməyə danışanda,Səlimə onu sakitləşdirər,daha pis ailələri misal gətirib dözməyi tövsiyə edərdi.Belə şeyləri bir dəfə də olsun Əhməd kişiyə deməzdilər.Onun edəcəklərndən qorxardılar.

Bütün bunlar Farizin yolunu azması iləmi əlaqardar idi? Niyə bu qədər əzazil oldu Fariz,Hicran anlaya bilmirdi.İndi də belə bir məsələ çıxdı ortaya.”Gör kimdən ötrü məni nə günə saldı bu?”-deyə düşünürdü.

Odur ki,indi Hicran artıq ata evinə getməyin yersiz oldugunu düşünür,bu zülmə birdəfəlik son qoymaq istəyirdi.

Azərlə,Asəf durmuşdular,Nahid də oyanıb anasının yanında uzanmışdı.Anasının pəjmürdə halı,uşağı lap qorxudurdu.Hicran qalxıb yır-yıgış elədi.Övladlarına səhər yeməyi verdi.Hava xoş idi.Gün çıxmışdı.Ona görə də uşaqları həyətə çıxartdı.Özü isə ev işlərini görməyə başladı.Tələsirdi.Kiminsə gəlib ,onu fikrindən daşındıracağından narahat idi.Odur ki,dayanmadan bütün işləri qurtarıb,hər yeri səliqəyə salmaq istəyirdi.Bəzən başı işə elə qarışırdı ki,fikrində tutduğunu belə unudurdu.Nəhayət yeməyi bişirdi.Uşaqlar hələ yemək istəmirdi,başları oynamağa qarışmışdı.Hicran paltarını yığıb hamam otağına keçdi.Həmişə Heyran xalanın dediyi söz yadına düşdü:”Evini təmiz saxla,vaxtsız qonağın gələr.Özünü təmiz saxla,vaxtsız ölümün gələr.”

Hamamlanıb çıxmışdı.Paltarlarını səliqə ilə geyinmiş,saçlarını qurudub daramışdı.Uşaqları yanına çağırdı.Onları bir-bir öpüb oxşadı,üst başlarını qaydaya saldı.Onları yenidən həyətə yolladı.Özü isə evdəki dərmanların bir neçəsini götürüb otaga keçdi.Ürəyində xəfif bir çırpıntı,eyni zamanda buz kimi soyuq bir laqeydlik də vardı.Sanki ölümə meydan oxuyurdu.Divanda əyləşdi.Suyu və dərmanları yanına qoydu.Fikrə getdi:”Bu da son.Bu da arzuların bitdiyi yer.Məyər mən həyatımı beləmi təsəvvür edirdim?Məyər mən bunun üçünmü gecə-gündüz oxuyurdum.Niyə atama qulaq asmadım,İlahi?Niyə onun sözlərini eşitmədim?Nə bağladı gözümü?Sevgimi?Məhəbbətmi?Axı mən niyə tələsdim ailə qurmağa? Axı mən Farizdən ötrü dəli-divanə deyildim.Mənim nə yaşım vardı ki?Bəs mən niyə arzularımın dalınca getmədim?Axı mən həkim olacaqdım.Axı mən tamam başqa bir həyat yaşamalı idim.Bu taledirmi?Qismərdirmi?Bəs onda,niyə bu qədər arzularımın əksi oldu?Bəs onda niyə bu qədər acı,ədalətsiz oldu? Indi mən bu addımı atsam,bəs mənim balalarıma kim baxacaq?Kim onların nazını mənim kimi çəkə biləcək? Yox,bu fikrimdən məni kimsə döndərə bilməyəcək! Bu sondur artıq.Daha dözə bilmirəm,məni heç kim anlamır.”

gözündən axan yaşları silib,dərmanları içməyə başladı.İki,üç,beş,on.Artıq sayı itirdi.Mədəsində bir ağırlıq hiss etdi.Başı gicəllənirdi sanki.Fərqinə varmadan içmişdi dərmanları.Dərmanın kağızlarını aparıb zibil vedrəsinə atdı. Gəlib divana uzandı.Yenə də keçmişləri xatırladı.Uşaqlıq illərinə döndü.Sən demə uşaq vaxtı dünyanın xoşbəxti imiş Hicran.Qoca babası onu gəzməyə aparar,dondurma alar,baba nəvə bir yerdə yeyər,sonra parkda gəzərdilər.”Eh..Kaş o illər olaydı”-deyə düşündü.

Hicran bərk yuxuya getmişdi.Lakin üzündən ağrı içində olduğu görsənirdi.Uşaqlar evə gəlib bir neçə dəfə onu səsləsələr də,Hicran eşitməmiş, yenidən həyətə çıxmışdılar.Onlar heç nə başa düşməsələr də,analarının heç vaxt belə bərk yatdığını görmədikləri üçün çaşıb qalmışdılar.

Zərnişan qızıgildən qayıdanda həyətdəki sakitliyə çaşıb qaldı.Uşaqlar həyətdə oturmuş,Hicran isə görünmürdü.Azər nənəsini görüb yanına qaçdı:

-Nənə,anamı çağırırıq ,cavab vermir,yatır.

Zərnişan təlaşla içəri keçdi.Gəlinini divanda uzanmış gördü.Əvvəl elə bildi yatıb,amma ona baxanda rənginin agappaq olduğunu görüb qorxdu.Tez yaxın gəldi.Əlini gəlininə tərəf uzadıb əlindən tutdu.Əli buz kimi idi,amma nəfəs alırdı.Hicran sanki üşüyürmüş kimi büzüşmüşdü.Zərnişan həyəcandan,qorxudan nə edəcəyini bilmədi.Ətrafda heç nə gözə dəymirdi.Həyətə qaçdı.Elə bu zaman Fariz də gəldi.Maşını küçədə saxlayıb həyətə girəndə anası ilə rastlaşdı.Zərnişan qıpqırmızı olmuşdu:

– Razı qaldınmı tutdugun işdən? Get bax .Arvadın ölür.Sənə demişdim ki,bəsdi,yığışdır bu dava-şavanı.

Bu sözü eşidən Fariz evə qaçdı,ona yaxınlaşdı.Əlini üzünə yaxınlaşdırdı.Buz kimi idi.Fariz onu yavaşca silkələyərək oyatmağa çalışdı.Bir neçə dəfə onu səsləsə də,cavab almadı.Qorxudan ürəyi bərk-bərk döyünməyə başladı.Bir an dayanmadan,maşına əyləşib həkim gətirməyə yollandı.

Müəllif: Günel Əsədova

Advertisements

28/12/2017 tarixində Hekayələr, Sizdən gələnlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 1 Şərh.

  1. Allah Hicran kimilərin yolunu açsın, hər iki dünyasını faydalı etsin.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: