Bir qadının taleyindən sətirlər (1-ci hissə)

Günaydın, əzizlərim. Bu gün bir qadının həyatından danışacam. Yox, əslində mən danışmayacam, elə qadının özü danışacaq. Yazar deyil bu qadın. Ömrünü qərib ölkədə övladalrına həsr etmiş bir Azərbaycan xanımıdır. Əsl xanım həm də… Yaşanmış bir taleni bacardığı tərzdə qələmə alıb. Gəlin yazının bədii tərəfini yox, bir qadının həyatını daha çox diqqətdə saxlayaq. Nələr yaşadığını, nələrə dözdüyünü, bir sözlə, həyatından  bəzi məqamlarla birgə tanış olaq…

Yeni il yaxınlaşırdı. Hicranın işi çox idi. O da qonşu gəlinlər kimi, ev-eşiyi yığışdırmış, əl-ayaq işlərini görüb qurtarmışdı. Biş-düşlə məşğul olmaq, şirniyyat bişirib, bayram tədarükü görmək istəyirdi. İstəyirdi ki, balalarının, ailəsinin bayram süfrəsi layiqincə olsun. Gəlib-gedən olardı. Qonaq-qaranın qabağında utanmaq istəmirdi. 

Lakin bunlar onu narahat etmirdi. Onu narahat edən başqa səbəb idi.

Hicran yaş yarımlıq olanda anasını itirmişdi. Ondan sonra dünyaya gələn bacısı doğulanda itirmişdi anasını. Nə üzünü, nə də səsini xatırlaya bilmirdi. O gözəl anasının, adı Çiçək idi. Özü də çiçək kimi gözəl idi. O, bu haqda artıq böyük qız olanda, yəni orta məktəbin səkgizinci sinfində oxuyanda xəbər tutmuşdu. Sanki, külli aləm başına uçmuşdu. Lakin Səlimə ona elə ana olmuşdu ki,o, ögeylik nədi, bilməmişdi. O zaman ana nənəsi nişanli kiçik qızının nişanını qaytarmış, çox böyük müsibətlə Hicrana ana olmasını istəmişdi. Hicranı ögey ana əlinə verməmək üçün kiçik qızı Səliməni yeznəsinə ərə vermişdi.

Bütün bunlar çox çətinliklə başa gəlmişdi. Doğrusu bu Səmər arvadın fikri olmamışdı. Onu yeznəsinin qohumları bu fikrə yönəltmişdilər. “İki söz bir cadıdır” deyərlər. Yazıq, dərdli arvad bu yolu doğru sanmış, Səlimənin məhəbbətini, nişanlı olduğunu nəzərə almadan, nişanı bir andaca qaytarmışdı.

Lakin Səlimə bu işə asanlıqla razı olmamış, düz beş il göz yaşı axıda-axıda ata evi ilə ər evinin yollarında qalmışdı. Dəfələrlə ,qaçıb anasının yanına getsə də,beş-üç gündən sonra, yenə də onu ya yoldaşı-Hicranın atası Əhməd gəlib aparmış,ya da Əhmədin atası Həsən kişi gəlib söhbətdən, nəsihətdən edib gəlinini evinə aparmışdı.

Beləcə də yavaş-yavaş illər keçdikcə Hicranın bacıları və bir qardaşı dünyaya gəlmişdi.

İllər keçmiş artıq Hicranın özünün də üç oğlu olmuşdu. Orta səviyyəli bir ailə olaraq yaşayırdılar. Lakin atası evi son zamanlar çox kasıblamışdı. Bəzən çörəyi belə nisyə alırdılar. Əslində Əməd kişi elə də tənbəl, işsiz adam olmamışdı. Amma son bu bir neçə ildə, bir-birinin arxasınca iki bacısı vaxtsız vəfat etmişdi. Onların ölümü onsuz da sinəsində neçə əziz insan itkisinin yarası olan Əhməd kişini tamamilə tar-mar etmiş, həyatın gedişatını ona tamam yanıltmışdı. Bir yandan da dağılan sovet hökuməti minlərlə insan kimi, Əhmədi də işsiz-gücsüz qoymuşdu.

İndi Hicranı narahat edən atası evinin imkansızlığı, atasının işsizliyi idi. Özü iş-güclə məşğul olsa da, fikri onların yanında idi. Evdə iki bacısı bir qardaşı var idi. Ondan sonrakı bacısı Gülşən də ailə qurmuşdu. Lakin o, evləndikdən sonra həyat yoldaşı ilə birgə Rusiyanın uzaq şəhərinə getmişdi.

İndi Hicran düşünür, bilirdi ki, atası evində heç nə bişməyəcək. Ona görə də istəyirdi ki, bişirdiklərini bir az artıq eləsin, onlara da bir az bayram payı yollasın. Lakin qaynanasının xasiyyətinə bələd idi. Bilirdi ki, bunu asanlıqla edə bilməyəcək. Ona görə də içərisini bir qara bulud almış, kimi günahlandıracağını bilmirdi.

Qaynanası Zərnişan da bir gün görməmişdi gəncliyində. İyirmi səkkiz yaşından dörd uşaqla dul qalmışdı. Əslində elə ona qədər də həyat yoldaşı ona bir gün verməmişdi. Üç qızı bir oğlu var idi. Hicranı oğlu qaçıranda böyük qızın ailəsi artıq dağılmışdı, o biri qızı Kamilə Hicranla yaşıd idi, axrıncısı Şəlalə isə yeddinci sinifdə oxuyurdu. Onları xəstəxanada, doğum evində kiçik tibb bacısı işləyərək, hərdən yaxın Tbilisi şəhərindən qadın və uşaq paltarı gətirib işlədiyi doğum evində sataraq, pul əldə edib saxlamışdı. Yaşadığı həyat tərzi onu sərtləşdirmişdi. Çəkdiyi əziyyətlər ona həyatın bütün çətinliklərinə sinə gəlməyi öyrətmiş, qadınlığını belə unutdurmuşdu. Fikri- zikri övladlarını böyüdüb bir yana çıxarmaq olmuşdu. Hətta həyat yoldaşı avtomobil qəzasına düşüb öldükdən sonra heç yaşamağa evləri də olmamışdı. Çünki, həyat yoldaşı rəhmətə getməzdən əvvəl, qonşu olduğu qaynı evi ilə yoldaşının arasında qalmaqal olmuşdu. Elə ona görə də, əri öldükdən sonra evi sataraq anası evinə yığışmış, işləyib, qəpik-qəpik yığdığı pulla özünə ev tikmişdi.

Amma bu gün artıq pis günlər arxada qalmışdı. Oğlu evlənmiş, Qızları gəlin köçmüdü. Lakin problemlər qurtarmır bilmirdi. Böyük qızı Rəfiqə ikinci dəfə ailə qurmuşdu. Həyat yoldaşı birinci həyat yoldaşından övladı olmadığına görə boşanmış, Rəfiqə ilə evlənmişdi. Lakin, Rəfiqənin birinci nigahından bir qızı olsa da ,indi hələ bu evlilikdən uşağı olmurdu. Qızı Sevinc bir neçə il nənəsinin yanında qalmış, sonra, uşaq dözməmiş, anasını istəmişdi. Rəfiqə qızını yanına aparmışdı. Bütün bunlar və bir də kiçik qızı Şəlalənin düşdüyü ailənin də həddindən artıq kür olmaları bu ailəni rahat nəfəs almağa qoymurdu.

Az-çox ortancıl qızın yeri bir az rahat idi.Toydan bir il sonra həyat yoldaşı ilə Moskvaya getmiş,orada yaşayırdılar.

Hicran bu ailəyə düşən gündən hər kəsin yerini bilmiş, baldızlarına da, qaynanasının anası və qardaşı ailələrinə də həmişə hörmət etmiş, gələndə gülərüzlə qarşılayıb, künc-bucagında nə varsa süfrəyə düzmüş, hörmətlə yola salmışdı.

Bütün bunları o, ürəkdən edirdi. Nə heç kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi.

Bütün bunlardan sonra o istəyirdi ki, onun da ailəsinə bir az hörmət qoysunlar.

Onu incitməsinlər. Çünki o, atası evinə qarşı onların yaxşı münasibəti olmadığını bilirdi. Bu dəfələrlə təkrar olunmuşdu. Əslində Hicranın atası çox alicənab və hörmətcil insan idi. İşlərinin yaxşı vaxtında həmişə bu qapıdan əlidolu girmiş, qızını axtarıb, urvatlamışdı. Atasına soyuq münasibət Hicranı ağrıdırdı.

Hicran beynini gəmirən fikirlərdən azad olmasa da, İşinə davam edirdi. O artıq, sirniyatlarını bişirmişdi. Balalarının yerini hazırlayıb yatmağa qoydu. Hamsını ayrıca əzizlədi, öpüb oxşadı. Sonra əl-ayaq işlərini, görüb həyat yoldaşı Farizin yanına getdi. Fariz tündməcaz adam idi. Əhvalının nə zaman xoş, nə zaman pis olduğu bilinməzdi. Bəzən Hicranı acılayar, bəzən də mülayim olardı.

Hicran qapıdan girəndə televizora baxırdı. Arxaya dönüb:

-Qurtardınmı, nəhayət?-deyə soruşdu. Səsindəki əsəbiliyi hiss etdi. Onun işi belə uzananda Fariz əsəbləşər, onu acılayardı. Yazıq qız günahının nə olduğunu anlamazdı. Axı o, həm də ana idi. Təkcə həyat yoldaşı deyildi. Üstündə nə qədər məsuliiyətli işlər vardı.

-Hə, -dedi və yatağı hazırlayıb uzandı. Çox yorulmuşdu. Gözlərini yumub səhərki işlərini planlamağa başladı. Fariz nə qədər tezdən işə getsə də, gecələr saatlarca televizora baxardı.

Hicran pəcərənin altından keçən maşınların səsinə oyandı. Gün çıxmışdı. Küçədən qonşuların səsi gəlirdi. O, cəld yerindən qalxıb əynini geyinib aşağı düşdü.

Bu gün 31 dekabr idi. Körpəlikdən bu bayramı sevirdi. Özünə də aydın olmayan bir hisslər olurdu qəlbində. Uşaq vaxtı atasının meşədən kəsib gətirdiyi küknar agacının və narınginin ətrini və bir də ən çox sevdiyi Nərminə bibisinin ona verdiyi rəngbərəng, zərli lenti xatırlayırdı nədənsə. Dərin bir ah çəkdi, bu ah onun qəlbini sızıldadıb keçdi sanki. Beynindən bir fikir keçdi:-kaş heç böyüməyəydim…

Göyün üzü açıq idi. Gün çıxsa da, hava çox sazaq idi. Hələ qar yağmasa da, qırov düşmüşdü. Hicran üşüdü və mətbəxə keçdi. Ora da soyuq idi. İçəri keçdi. Qaynanası uşaqların yanında yatırdı. Oyansa da yerindən durmamışdı.

-Sabahın xeyir – dedi.

-Sabahın xeyir, Fariz işə getmir?- qaynanası soruşdu.

-Gedir, çayı qoyum, gedirəm oyatmağa. Çiyninə bir arxalıq salıb yenidən mətbəxə keçdi. Odun sobasına bir-iki odun atdı, qaz balonuna qoşulmuş plitəni yandırıb çay qoydu. Yumurta qoydu qaynamağa. Yenidən öz otaqlarına qayıdıb Farizi oyadıb, onun təmiz paltarlarını yanına qoydu. Mətbəxə getdi. Uşaqlar da oyanmışdılar, yerlərinin içində bir-biri ilə oynayır, gülüşürdülər. Hicran səhər süfrəsini hazırladı. Fariz uşaqların yanına gəlib onlarla bir az oynadı. Sonra keçib süfrə arxasında əyləşdi. Zərnişan arvad da yuyunub küçəyə çıxmışdı. Küçədəki krandan axan suya su şlanqını qoşub, su çəninə qoymuşdu. İçəri gəldi. Vanna otağına keçib əllərini yudu və gəlib süfrə arxasında əyləşdi. Hicran qaynanasına da çay süzdü. Sonra uşaqların yanına getdi.

Uşaqları da rahatladı. Artıq bu günün yeməklərini bişirməyə başladı. Axşam kimsə gələ bilərdi. Həmişə atası ilə Səlimə gələrdi. Bəzən bacı və qardaşlarını da gətirərdilər. Hicran sevinsə də, Zərnişan arvadın üzündəki ifadə onun sevincinin üstünə kölgə salırdı. O qudaları ilə oturar söhbətləşər, amma bu ifadə onun üzünü tərk etməzdi. Amma bu gün gəlməyəcəklərini bilirdi. Bilirdi ki, indi nə atasının maşını var, nə də maşın tutub gəlməyə cibində pulu. Bir yandan gəlməməklərinə elə də heyifsilənmirdi. Ən azından qaynanasının üzündəki ifadəni görməyəcəkdi.

Hicran süfrə hazırlayır, hər şeyi yerli-yerində eləməyə çalışırdı. Səlimənin cehiz verdiyi ağ süfrəni salmışdı. Qab-qaşığı, çəngəl -bıçağı zövqlə düzməyi sevərdi. Uşaqlar gah bayıra qaçır, gah da bəzənmiş yolkanın yanına gəlirdilər.

Axşam oldu. Fariz də gəlib çıxdı. Həmişə süfrə arxasında qonaqları, baldızları olardı. Hərdən qaynanasının anası Heyran arvad da gələrdi. Bu gün o da yox idi. Hicran:

– Bəlkə uşaq göndərək Heyran xalanı çağıraq – dedi qaynanasına. O da:

-Özüm gedib gətirəcəyəm – desə də ya yadından çıxmış, ya da nəyə görəsə getməmişdi anasını gətirməyə.

Heyran arvadın iki oglu burada, ikisi Rusiyada yaşayırdı. Yanında bu üzdən heç kəs yox idi. O da gah ogullarının yanına gedər, gah da qızının evinə gələrdi. Hicranı çox istəyirdi. Onun mehribanlığını, qulluğunu bəyənir, həmişə “Allah qardaşını saxlasın” a bala deyərdi. Hicran da onu çox istəyirdi.

Nəhayət ailə süfrə başına yığldı. Hicran uşaqlara qulluq edir, onların yeməsinə içməsinə fikir verirdi. Hicran süfrəyə salatlar, dolma, plov, turşular, şirələr düzmüşdü. Uşaqlar öz aləmində yeyib içirdilər.

-Mama, bə anamı niyə çağırmayıbsan?-soruşdu Fariz. Zərnişan dilləndi.

-Hə, nə isə gedəmmədim. Yəqin Nazimgilə gedib. Nazim onun ortancıl qardaşı idi.

-Yaxşı bişirmisiz, hər şey əladı.- dedi Fariz. Qaynana gəlin bir-birinə razılıqla baxdılar. Hicran yemək süfrəsindən sonra bişirdiyi Ballı tortu, Quş südü tortunu doğrayıb gətirdi. Süfrəyə meyvə qabını qoydu. Mürəbbə və konfet qabını qoydu. Çay süzdü. Hicran həyəcanlanır, kimə müraciət edəcəyini ölçüb-biçirdi. Qaynanasnamı desin, ya yoldaşınamı. Atasgilə getmək istədiyini. Elə bu vaxt Fariz gözlənilmədən dedi:

-Bəlkə bunlardan bir az götürüb atangilə aparaq, bir az oturub gələk? Hə mama, nə deyirsən? Yazıq kişi də lap işsiz-gücsüz qalıb. Əlində pul-parası da yoxdu. Bəlkə indi heç yeməyə də bir şey bişirməyiblər.

-Olmamış olmaz. Biz uşaq olanda anam pulumuz olmayanda, qapıdan bir toyuğumuzu aparar satar, bazrlıq eləyib bizə bayramçalıq alardı. İndi Səlimənin bir toyuğu da yox idi, aparıb sata, bazrlıq eləyə?! Fariz pərt olsa da zarafatyana dedi:

-İndi iş orasındadır ki, bunların heç toyuğu da yoxdu da, mama, satmağa. Bu söz Zərnişanı daha da alovlandırdı. Qıpqırmızı qızardı.

-Bir şey tapmış olarlar- dedi- Sən narahat olma. Oğlunun bu qayğıkeşliyi arvada yaman toxunmuşdu. Güya Fariz nə bacılarına, nə anasına hörmət etməmiş, qayğılarını çəkməmişdi. Neçə gündür gabağında gecə-gündüz çalışan Hicranın əməyinə də bir qəpiklik hörmət qoymadan danışdı Zərnişan arvad.

Hicranın başına sanki bir qazan qaynar su töküldü. Həmişə olduğu kimi, yenə də onu əzdi sanki qaynanası. Nə qədər nəfəs almağa çalışsa da, havası çatmadı.

Nə deyəcəyini belə kəsdirə bilmədi. Fariz yoldaşının nə günə düşdüyünü gördü. O da qaynatasıgilin maddi cəhhətdən korluq çəkdiyini bilirdi.

Hicran hər bayramda baldızlarına pay tutardı. Bəzən balaca baldızı gələr, biş-düş ləvazmatını gətirər, Hicran sübhə qədər yatmaz, onun sirniyyatlarını bişirib yola salardı. Bunlar bir an gözünün qabağından keçdi:

-Bir qab plov, bir-iki dilim sirniyyatla kasıbmı düşəcəyik? Bəs mənim haqqım çatmırmı ki, bişirdiyimdən bircə qab anamgilə aparam?- deyib üzünü qaynanasına tərəf tutdu. Qaynanası heç halını pozmadan, etinasızca dedi:

-Hə nə bilim, aparırsınız aparın.

Yox daha Hicran bir qənd belə götürüb getməzdi. Göz yaşları gozlərindən selə dönüb axırdı. Fariz nə qədər təkid etdisə, Hicran getmədi. Neçə günlük iş-gücdən belə yorulmamışdı. İndi elə bil dünyanın ağirlığı çiyinlərində idi. Artıq nə yeni il, nə də heç nə gözünə görünmədi. Gücü yalnız göz yaşlarına çatdı. Onu yandıran qaynanasının ona bir insan kimi hörmət qoymaması idi. Bütün bunları o, ürəkdən edirdi. Nə heç kəsin qorxusundan etmirdi, nə də gözdən pərdə asmırdı. Hicran səmimi idi. Evinə gələn hər kəs, uşaq da olsa onun üçün əziz idi…

Müəllif: Günel Əsədova

Advertisements

25/12/2017 tarixində Hekayələr, Sizdən gələnlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 9 Şərh.

  1. 😐😐😐😐😐cox kovreldim..eslinde beleleri o qeder coxdur ki..yazmagi herkes bacarmir..herkes bacarsaydi her bir qadin oz heyatini qeleme alib kitab cixarardi..

    tərəfindən bəyənildi 1 şəxs

  2. Çoxdandır vaxt tapıb bacımın bloquna nə baş çəkə, nə yazılarını oxuya, nə də fikir bildirə bilirəm . Amma bu gün imkan tapıb bir baş çəkim dedim və başlıq məni cəlb elədi, elə ilk cümlədən doğma, tanış bir nəfəs hiss elədim və oxumağı davam etdim.
    Nə əllərin, nə də canın dərd görməsin, Günel. Çox sağ ol, sağ ol ki, belə gözəl qələmə sahibsən.Həmişəki kimi əsil reallığı əks etdirmisən.
    Hə, qız, haralardasan, necəsən? Bir dəfə mailinə yazdım, çox gözlədim cavab gəlmədi.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Her kese salam olsun. Sağ ol eziz Sevincim. Paylaşdığın üçün, menim yazımı bir daha oxuculara çatdırdığın üçün.
    İrinka, nece sevindim, ne yaxşı yazmısan bu gün, çox sağ ol, canım. He poçtamı nedense berpa ede bilmedim. Ona göre de cavab vere bilmedim. Sen necesen, uşaqlar yaxşıdımı?

    tərəfindən bəyənildi 1 şəxs

  4. Doğma və əziz adamları doğma ocaqda görmək adamı nə qədər xoşbəxt edirmiş 🙂 Allah birliyimizi, diriliyimiz pozmasın.
    Günel xanım, bu qaynana tipləri doğrudanmı mövcuddur??? Mən canlı şahidi olmamışam deyə dərk edə bilmirəm düzü. Yəni o qadın-qaynananı da anlaya bilmirəm, nətər bu qədər qəddar, soyuqqanlı olmaq olar 😦
    Sevinccccccc, aktiv olmasa da, mütəmadi dönüş deyəkmi buna? Darıxdım axı 😦

    tərəfindən bəyənildi 1 şəxs

  5. Xoş gördüm hamınızı, mənim əzizlərim 😘😘😘😘❤️❤️❤️❤️
    Elədi, bitanəm Zümrüd, hər hıyat bir kitabdır elə.
    Xoş gəldin, İrinka canlm. Gəlməsən də ağlımdasan hər zaman. Deyərəm Günelə maildən yazar sənə.
    Salam yiyəsi özü səni sıxıntılardan qurtarsln, canım Günelim.
    Doğma və əzizi mələyimi də mən görəndə dünyalar mənim olur. Vaxt edi maildən yazacam sənə. Elə tiplər var ki, hələ bu toya gedəsidi))
    Çox sevindim hamınızı bir arada görməyimə. Kaş ki, yolunu gözlədiyim hər kəs gələydi…xüsusən də Leyla…

    Bəyən

  6. Her vaxtınız xeyir olsun ezizlerim . Çox sevindim asonayın maması da yazmış, ne gözel. Zaman o qeder süretle gedir ki, sanki hamını bir birinden uzaqlaşdırır. Yaxşı elaqe saxlayacağam. Sağlıqla qalın menim ürek sirdaşlarım.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: