Padşahlar da sevərmiş…

Hər birimizin özümüzə məxsus həyatımız var. Şəxsi həyatımız, iş həyatımız, sosial həyatımız… Bütün bunlar hamısı öz axarında davam etməkdədir. Amma hamısı da bizə “aid”…

Hamımız bilirik ki, padşahlar da bizim kimi insanlardılar. Onların da şəxsi həyatları, şəxsi zamanları və iş həyatları var. Digər padşahlar kimi Osmanlı padşahlarının da siyasi həyatları qədər şəxsi həyatları da hər zaman diqqət mərkəzində və nəzarətdə olub. Onların da hər insan kimi acınacaqlı şəkildə eşq həyatı yaşamaları bəlkə də bizlər üçün qəribə gələ bilər…Amma unutmayaq ki, padşahlar da sevər, onlar da eşq əzabı yaşaya bilərlər. 

Sultan Səlim Xan Misiri fəth etdikdən sonra bir müddət orda qalmalı olur. Xan üçün çadır qurulur. Hər gün Sultan Səlim Xan çadırdan çıxdıqdan sonra Misirli bir qadın çadırı təmizləyər, xan gəlincə yeməkləri hazırlayar, axşam isə xan gəlməmiş çadırı tərk edərmiş. Necə olursa bir neçə dəfə xidmətçi Sultan xanla qarşılaşır. Bu qarşılaşma xidmətçi üçün sevgiyə çevrilir və özü də bilmədən xana aşiq olur. Qadın özü də bu sevginin sonu olmadığını başa düşür. Bir tərəfdə dünyanın sultanı olan Sultan Səlim, digər tərəfdə adi bir xidmətçi qadın. Lakin günlər keçdikcə bu gizli sevgi xidmətçi qadının ürəyini parçalayır və bunu hər hansı bir yolla Sultan Səlim Xana açmağı düşünür. Təbii qadın özündə o cəsarəti tapa bilmir ki, Sultan Səlimin qarşısına keçib sevgisini bildirsin, buna görə də fikrini, məktub yazaraq bildirməyi qərara alır.

Üç kəlmədən ibarət bir yazı yazaraq, Sultanın yatağına qoyur. Yazı bundan ibarət idi:

“Dərdi olan neyləsin?”

Axşam çadırına gələn Sultan yatağının üstündə kağız parçası görür. Və ona da Sultan deyərlər, kağızın xidmətçinin yazdığını başa düşür, kağızın arxasına bu sözləri yazır:

“Dərdi nədirsə, desin”

Kağızı eyni yerə qoyur və səhər olunca da çıxıb gedir. Xidmətçi qadın çadıra gələrkən ilk işi kağızı axtarmaq olur və qoyduğu yerdə də tapır. Sevinərək kağızı götürür və həyacanla oxuyur. Sultanın cavabı qadını cəsarətləndirir. Kağızı çevirib dünən yazdığı kəlmələrin altından bunu yazır:

“Əgər qorxursa neyləsin?”

Axşam olub Sultan çadıra dönəndə kağızı oxuyur və belə cavab yazır:

“Heç qorxmasın, istəyin desin”

Sabah açılanda bu cavabı oxuyan qadın artıq qərarın vermiş olur. Necə olursa, olsun sevgisini bu axşam Sultana söyləyəcəkdi. İşlərini bitirib Sultanı çadırda gözləyir.

Axşam çadıra dönən Sultan xidmətçı qadının onu gözlədiyini görür.

Qadın Sultanı görüncə ayağa qalxır, təzim edir. Səlim xan: “Buyurun sizi eşidirəm” deyincə xidmətçı həyacandan titrəyən əllərini gizlətmək üçün qollarını ovuşdurmağa başlayır.

Ürəyi yerindən çıxdığı bir halda, titrək və məsum bir səslə:

“Padşahım…” deyir.

“Xidmətçiniz… Sizə…”

Cümləsini bitirmədən özündən gedir. Qəlbinə sığmayan eşqini söyləyə bilmədən ruhunu təslim edən xidmətçinin bu tərtəmiz sevgisi qarşısında qoca Sultan göz yaşlarını silərək yanındakılara deyir:

“Həqiqi eşqi bu xidmətçidən öyrənin. Bilin ki, aşiq məşuqunun yolunda olan və o yolda öləndir”.

P.S: Rəvayət olsa da ibrətamizdir. Doğrudan da gözəl deyilmişdir:

Sevmə səni sevməyəni Misirdə sultan olsa da,

Sev səni sevəni qapında fərman olsa da…

19/11/2017 tarixində Hekayələr içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 13 Şərh.

  1. Çok güzel bir aşk hikayesi. Her insan böyle aşka tutulmalı ve kendisini seven böyle biri olmalı bence. Yüreğinize sağlık.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam Sevinc Xanim çox gözəl bir paylaşım etmisiz.yaxşı ki varsınız😙😙😙😍

    tərəfindən bəyənildi 2 şəxs

  3. Allahı unutdurmayacaq dərəcədə qarşılıqlı sevgi nəsib olsun hər kəsə inşəAllah.
    Təşəkkür edirəm, Sevinc, maraqlı idi 🙂

    tərəfindən bəyənildi 2 şəxs

  4. Her vaxtınız xeyirli olsun canım Sevinc xanım. Necesiniz? Çox darıxmışam sizinçün. Bilseniz instada yeriniz nece görsenir, yoxlugunuzda kiminse gücü yetmir o boşlugu doldursun….
    Men revayet, efsane oxumagı uşaqlıqdan sevirem. Maraqla oxudum, çox tesirli revayet idi. Xidmetçi qıza lap üreyim agrıdı, onun sevgisini etiraf ede bilmeden ölümü kövreltdi meni. Gözlerim doldu, kaş platonik sevgisini dile getirmeye cehd göstermeseydi…
    Allah her kese bele saf ve temiz sevgi nesib elesin. Çünki zemanemizde olduqca az tapılan bir haldır. Ellerinize saglıq ezizim. Sevgi dolu günler nesibiniz olsun🙏🏻🙏🏻😘😘❤️❤️🌹🌹

    tərəfindən bəyənildi 2 şəxs

    • Axşamınız xeyir, əzizim. Xoş gəldiniz 😘😘 Siz necəsiniz? Mən də çix darıxmışam 😔😔
      Allah razı olsun unutmursunuz, hər yazı dərc edəndə mütləq fikir bildirirsiniz. Sizi onsuz da səmimi olduğunuz üçün sevirdim, getdikcə lap çox sevirəm.
      Amin…indi saf sevgi tapmaq çox çətindir. Üzə “səni sevirəm” deyirlər, amma baxırsan ki, ürək başqa tərəfə meyllidir.

      tərəfindən bəyənildi 1 şəxs

  5. Sevgi bəzən o qədər saf göstərir ki özünü hisslərə qapılıb insan hər şeyindən keçir uğrunda. Müqəddəsdir amma bəzən caydırıcıdır. Nə qədərdir o ömür. O saf deyilən sevginin ömrü. Saf sevgi qapımı döydü, açdım… İllərlə tükətdi, o qədər yaraladı damarlarımda qan qalmadı və nəhayət yorğun bədən təslim olmağı rədd etdi. Çünki o günlər üçün “Ümid” var. Və o ümiddir ki, çabalayır o yolda… Sonu bəlli olmadan

    tərəfindən bəyənildi 1 şəxs

    • Əbədi heç bir şey olmadığı üçün sevgi də əbədi deyil. Hər hansı səbəbdənsə bir gün sona çatır. Mənim fikrimcə sevginin uzunömürlü olması yox, əsl sevgi kimi gəlib, təmiz və saf davam etməsidir. Var olduğu müddət ərzində xəyanətdən, yalanlardan uzaq olmasıdır. İnsan var sevir, lakin aldadıldığından xəbərsiz olur və illər uzunu da belə davam edir. Bax, bu bağışlanılmazdır. İnsanın hissləri ilə oynamaqdır. Və bir də mümkünsüz olan sevgilər var…
      Sevərsən, amma qovuşmağın möcüzəyə bağlı, bəlkə də mümkünsüz olar. Ama yenə də sevərsən…

      Bəyən

  6. Salam ureyim. Ne gozeldi🖒👏👏👏cox ibretamizdi bu indiki dovrde. Kaw hami bele severdi deyerdim ama😏onda dunya ne gozel olardi.. herkes gercek sevgini dadardi😕 bawqa hecne demirem😔sevgiden yazsam bloqun dolar ureyim😊😊ama bir cumle deyim de😊; “dunyani tac edib verseler mene, seni dunyaya da vermerem yene”…❤😘

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: