Gənc yazarın qələmindən

Ana

Bir gün bu həyatdan üzülsə əlim,
Yanan ürəyini dağlama, ana.
Qara örpəyinlə başını örtüb
Qəbrimin üstündə ağlama, ana.

Süzmə gözlərindən yaş gilə-gilə,
Bəzəmə qəbrimi qara daş ilə.
Nə döy dizlərinə, nə savaş, elə
İnləyə – inləyə ağlama ana…. 

Küsmə bu dünyadan yoxdu gunahı,
Dua et hər zaman, çağır Allahı.
Gecələr yuxusuz açma sabahı
Hönkürüb, hönkürüb ağlama ana.

Bu fani həyatdan çox yorulmuşam,
Qəlbim acı çəkib, ürkək olmuşam.
Bəzən bir çiçəktək elə solmuşam
Solan ümidlərlə ağlama ana…

Söylə bir zamanlar sevdiyim yara
“Bəxtimə yazılan taleyim qara”.
Qəlbimin içi də, çölü də yara
Özünü danlayıb ağlama ana…

Unuda bilmirəm

Bir ömür yaşamaq çətindir niyə?
Ürəyim gizlicə dərdini çəkir.
Sevgi qatarından enmişəm deyə,
Gözlərim sən gedən yolları gəzir.

Elə bil kim isə qəlbimi salıb
Ayaqlar altında eləcə əzir.
Bircə ürəyimdə saf eşqim qalıb
Orda da sən deyə bir məhkum əsir.

Bilmirəm bu necə bir bəla idi?
Özümdən xəbərsiz sevmişəm səni.
Qəlbim söz dinləmir, baş alıb gedir
Unuda bilmirəm hələ də səni.

Sən gedən o gündən kor olub gözüm,
Zülmətə qərq olub yaşayıram mən
Tanrıdan istəyim verəydi dözüm
Sevginin yükünü daşıyıram mən.

Bağırıb səs sala, dinə bilmirəm
İçimdə boğuram eşqimin özün.
Sevgimi yerlərə sərə bilmirəm,
Basıram alovun, dağ edən közün.

Müəllif: Pərvin Əzimova

29/10/2017 tarixində Sevdiyim şeirlər, Sizdən gələnlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 22 Şərh.

  1. Təşəkkür edirəm sənə, qızım. Qələmin həmişə yazar olsun. Allah o gözəl könlünə fərahlıq gətirsin daima. 😘😘❤️❤️💐💐

    Bəyən

  2. Axşamınız xeyirli olsun Sevinc xanım. Yazarın ellerine saglıq, gözel şeirlerdi. Allah qelemini qüvvetli elesin. Analar haqqında ne qeder şeir, roman, hekaye yazılsa da, men yene de azdır deyerem. Allah analarımızı qorusun, dünyasını deyişen analara ise rehmet elesin.
    Allah size de yar ve yardımçı olsun deyerlimiz Sevinc xanım. Yene de böyüklüyünüzü edirsiniz. Genclere destek olursunuz. Xeyirxah, üreyi temiz insansınız vallah. Allah sizin kimi insanları qorusun🙏🏻😘❤️

    tərəfindən bəyənildi 1 şəxs

    • Təşəkkür edirəm Mətanət xanım. Allah ürəyinizə görə versin. Dəyəriniz üçün. Biz gənclərə dəstək olduğunuz üçün çox sağolun. Nə etsək Anaların zəhməti ödənilməz. Allah qəlbinizə görə versin. Var olun. 🌹🌹🌹🌹🌹

      tərəfindən bəyənildi 1 şəxs

    • Sabahınız xeyir, Mətanət xanım. Xoş gördüm sizi, xoş gəldiniz.
      Allah sizə də gözəl simanız, gözəl qəlbiniz kimi gözəlliklər bəxş etsin hər zaman. 😘😘😘❤️❤️💐💐

      Bəyən

  3. Axşamınız xeyir Sevinc Xanım.O qədər duyğlandırdız ki məni Anlada bilmərəm. Bu qədər sevgi bu qədər gözəllok qarşısında aciz qaldım. O qədər çox sevirəm ki sizi qo qədər gözəl qəlbiniz var ki. Mən bir şeir gözlərkən siz ikisinidə paylaşım etdiniz bu kiçik lakin ruhən və mənən segiylə yoğrulmuş evinizdə.. Çox Çox minnətdaram sizə. Haqqınız ödənilməz. O Qədər böyük bir yerə məxsuzsuz ki ürəyimdə. Nə aylar nə illər yetər nədə bir ömür. Nə yazşı ki varsız dəyəriniz qarşısında acizəm. Allah sizi var eləsin. Analar bizim baş tacımız .analar bizim kimliyimiz Analar bizim mənliyimizdi. Ana adına laiq olan hər bir Anamızın qarşısında eləcə də sizin qarşınızda məmnuniyyəətlə baş əyirəm nə yaxşı ki varsız. 😍😍🌹🌹🌹🌹🌹🌹

    tərəfindən bəyənildi 1 şəxs

  4. Axwaminiz xeyir olsun😘😘ezizimin werleridi😍cox gozeldi.umumiyyetle pervinin werlerine soz ola bilmez.bezi yazarlarimiz var burda yawca cox boyukler.ama buna baxmayaraq pervinin werleri onlarinkinden ferqlenir.pervini ilk evvel taniyanda hele bilmirdim kimdi, sadece werlerini oxuyurdum.yawini ewidende, ozunu gorende woka duwdumki bu werleri bu balaca qiz mi yazir😊 balaca olsa da boyuk ureyi var pervinimin. Allah qorusun. Sense ureyimin ozu her zaman herkese destek oldun.Allah ureyine gore versin. Bir de Allahimdan istiyiremki canini saglam etsin.butun agri acilarin kecib getsin.bir de ureyine rahatliq versin.bir de seni mene getirsin.bawqa hecne istemirem Allahdan😳😞😔

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir olsun Qoxusuna darıxdığım. azdıqların o qədər doğma o qədər gözəl ki, anlatmaq çətindi. Həyatıma daxil olduğundan bu günə qədər o qədər gözəl ki. Canımsan Hər kəs özü üçün yazır qəlbindəkilərini bəyaz səhifələrə tökür.bu isə ən gözəl bir hissdi məninçün .Sevinc xanımın haqqını ödəyə bilmərəm bəlkədə, evində mənimçün yer ayırdığı üçün o qədər şanslıyam ki..Hər zaman yanımda olub mənə dəstək olduğunçün təşəkkür edirəm sənə qoxusunu sevdiyim. Allahım səni mənə çox görməsin. Sevgimiz daim əbədi olsun nə yaxşı ki varımsan. bəyəndiyinə çox çox sevindim.… O gözəl qəlbin, sevgi dolu gözlərin var yaa, qəm kədərdən uzaq olsun hər zaman. O gözlər yaşasın o gözlər can versin hər kəsə. Varlığına şükür Cənnət qoxulum. Varlığına şükür😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍🌹😍🌹

      tərəfindən bəyənildi 1 şəxs

    • Sabahın xeyir, bitanəm. Allah səni tezliklə ürəyindəki bütün arzularına qovuşdursun. İnşAllah qovuşacaqsan da…😘😘❤️❤️❤️❤️❤️❤️❤️

      Bəyən

  5. Salam aleykum Sevinc xanim necesiz insAllah nece vaxtdi sizi gormurem bugun Yeqisle danisanda esitdimki demisiz ora gelmeyeceksiz size coxlu salam dedi deyir ora yaza bilmirem mende darixmisdim sizden otru😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

  6. Salam. Xoş gəldin, Niquşum😘😘😘
    Çox sağ olsun, məndən də əkizimə salam de.
    Mən də darıxmışam 😔😔😔 İnşAllah işlərimi yoluna qoyum gələcəm.

    Bəyən

  7. aleykum salam canim Sevinc xanim Allah sizden razi olsun Allah her zaman komeyniz olsun amin insAllah😘diyerem

    tərəfindən bəyənildi 1 şəxs

  8. Salam Sevincim, hardasan, necesen? Çoxdandı gelmirsen instiqram sehifene, ne olub canım? Necesen?
    şerler gözel idi, hemişe olduğu kimi senin sehifende kim olduğumu xatırlayıram!

    tərəfindən bəyənildi 1 şəxs

  9. Salam ureyim😙😙😙inwaAllah. Hem sen deyirsense birwey bilirsen deyirsen😊😊umidlerim cicek acacaq he???😍😍😍😍men o gun olsem de qem yemerem inan

    tərəfindən bəyənildi 1 şəxs

  10. Salam ezizim Sevinc xanim.Necesiniz?İnşAllah ki yaxşisiniz.Rebbim size yar olsun.Bunu bilinki her zaman ureyimizde,dualarimizdasiniz.Sizi cox cox isteyirem.uzaq düşmek unutmaq ve ya unudulmaq deyil.Allah bütün sevdiklerimi,o cümleden sizi oz penahinda saxlasin İnsAllah deyerli insan. Şeirler her ikisi cox tesirli ve cox gozel seirlerdir.Yazanın da,bloqa yerleşdirenin de ellerine,ureyine sagliq.Allah derd qemden uzaq etsin cumlemizi.Hec bir Ana ve ya bala gozu yaşli qalmasin.Amin Var olasiniz ezizim.Allaha emanet olun🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Salam, gözəl Vəfam. Xoş gəldin, həmişə sən gələsən. Sən necəsən?
      Allah razı olsun. Dua sahibinin pənahında ol hər zaman.
      Səni burda görmək çox xoşdu, canım. Gülnarımın əziz dostu, mənim də sevimli Vəfam.

      Bəyən

  11. Salam canım bacım sizin yazdığınız şeyirlər super və əvəzsisdi hıtda mən öz Fezbuk səyfəmdə Şeyirlərinizi paylaşıram ələrinizə sağlıq gözlərinizə sağlıq .Sizintək ziyalə bir xanımın əlindən öpüb qibtə edirəm sağol ki varsız mən şehir həvəskarıyam vurğun oldum şeyirlərinə.

    tərəfindən bəyənildi 1 şəxs

  12. Salam canım bacım sizin yazdığınız şeyirlər super və əvəzsisdi hıtda mən öz Fezbuk səyfəmdə Şeyirlərinizi paylaşıram ələrinizə sağlıq gözlərinizə sağlıq .Sizintək ziyalə bir xanımın əlindən öpüb qibtə edirəm sağol ki varsız mən şehir həvəskarıyam vurğun oldum şeyirlərinə.

    tərəfindən bəyənildi 1 şəxs

  13. çox sağ olun sevinc xanım.Şeiriniz çox gözəldir.Şeirinizi çox gözəl vurğulamısınız.Allah sizi xöşbəxt etsin.100 yaşayın.Sağ olun.📖

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: