Qaynana olmağa hazırsınızmı

İllərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz. 

Gəlin etiraf edək ki, bütün qaynanalar gəlinin, ya da kürəkənin ona “ana” deyərək müraciət etməsini istəyirlər. Bu əslində gözəl və qəbuledilən xoş bir istəkdir. Çünki bizə “ana” deyən birini biz daha çox istəyəcək, necə deyərlər, elə sözün həqiqi mənasında övladlmız kimi qəbul etməkdə çətinlik yaşamayacağıq. Amma burada toxunalacaq bir nüans var. Bu kəlməni eşitmək nə qədər xoşdursa, içdən gələrək söylənilməsi daha xoşdur. Ona görə də çalışmaq lazımdır ki, “ana” sözünü içdən gələrək eşidək, zorla qəbul etdirməyək. Axı təbii davranış quruca deyilən sözdən daha vacibdir.

Qaynanalarla gəlinlərin arasında yaşanan əsas problemlərdən birinin də ev təmizliyi üstündə olduğunun şahidi olmuşuq. Bəzi qaynanalar elə bil ki, qarşısına gündəlik öhdəlik qoyurlar. Oturub bütün günü altdan-altdan gəlinin hərəkətlərini izləyirlər. Vay o gündən ki, gəlin stəkanı boşqabdan sonra yuya, yaxud da öz otağını qaynananın otağından əvvəl təmizləyə. Qaynana da bu zaman himə bənd imiş kimi iradı irad dalınca gətirəcək, söz-söhbət baş alıb gedəcək. Bu qaynanaların etdikləri səhvlərdən biridir. Uyğunlaşmadığı bir mühitdə gəlindən mükəmməl nəticəsi olan iş gözləmək doğru deyil. Deyinməkdən, irad axtarmaqdansa, bəzi hərəkətlərə göz yummaq, zamanı çatanda şirin bir dillə səhvlərini demək lazımdır. 

Digər bir problem isə nənələrin nəvə həvəsində olmalarıdır. Oğlumu evləndirmişəmsə, tez bir zamanda da nəvəmi qucağıma almalı, muradıma yetməliyəm fikridir. Müəyyən səbəblərdən bu prosesdə gecikmə ola bilər. Bunun üçün evdə gəlinə üz turşutmaq, kinayəli danışmaq, onların isti, xoşbəxt yuvasına bir soyuqluq qatmaq anaya yaraşan hərəkətdirmi? Əlbəttə ki, yox! Bu davranış övladınızın ailəsindəki münasibələrə ancaq mənfi təsir göstərəcək, səbrli olmaq lazımdır.
Bu gün bu mövzuda bir qədər açıq danışmaq istəyirəm. Bəlkə də çoxunuzun qarşılaşdığı bir səhnədən danışacam indi. Bəzən qaynana böyüklüyünü əlində əsas tutaraq həssas bir mövzuda çox məsuliyyətsiz davranır. Tutaq ki, bir evdə, birgə yaşadığınız bir gəlininiz var. Həftə sonudur, istirahət günlərindən biridir. Siz yaşınızla bağlı (yaxud da xasiyyətinizə inad) səhər erkəndən oyanmısınız. Hökmlə oğlunuz yatan otağın qapısını döyüb onları oyatmaq ixtiyarınız yoxdur. Əgər bunu edəcəksinizsə, o gəlindən qarşılıq olaraq xoş üz gözləmək haqqınız qalmadı demək. 

Daha bir həssas mövzu: gəlininiz və ya kürəkəninizlə aranızda anlaşılmazlıq yaranıbsa, buna öz övladınızı qatmadan çözüm tapın. Oğlunuzu, ya da qızınızı iki daşın arasında qoymayın, bu onların özləri arasındakı münasibətə bir sərinlik gətirmək deməkdir.
Hər problemin tək bir həlli var: danışmaq. Gəlininiz, ya da kürəkəninizlə bir problem yaşadığınızda küsmək, səssiz qalıp üz turşutmaq, ya da dodaqaltı danışmaq problemin həlli deyil, bu sizə yaxşı heç nə qazandırmaz. Bəlkə də fərqində olmadan etdikləri bir yanlışlıqdan dolayı onlarla danışmamanız vəziyyəti daha da çıxılmaz bir hala gətirər. Ən yaxşısı danışlb nədən incidiyinizi deməkdir.

Gəlininizin, ya da kürəkəninizin sizə qarşı xoş davranmasından sui-ustifadə edərək, “borcudur” deyib düşünməyin. Bunu edirsə, sizə olan hörmətindən, istəyindən edir, heç kim içdən gəlməyən bir istək olmadan, məcburiyyətdən qarşısındakına çiçək və ya digər hədiyyə almaz. Qarşı tətəfdən bunu gördüyünüz halda, mütləq bu davranışı qiymətləndirməli, təşəkkürünüzü bildirməlisiniz. 
Qaynanaların ən çox yaratdlqları problem bilirsiniz nədir? Mən deyim, siz də təsdiqləyin.
Xüsusi günlər, bayramlar var ki, bütün ailəni bir yerdə görmək istəyirsiniz. Bu olduqca normal bir istəkdir, anlamamaq mümkün deyil. Amma unutmamalısınız ki, övladınızın artıq sahib olduğu bir ailəsi var. Bu mövzuda çox həssas davranmağınız gərəkdir. İxtiyarı və seçimi cavanların öhdəsinə buraxmaq lazımdır. Bəlkə də gənclərin baş-başa zaman keçirmələri üçün dəstək olmanız daha məqsədəuyğundur.

Sonda isə bütün gənc qaynanalara bir tövsiyəm var: Gəlininizə, ya da kürəkəninizə nə qədər küskün və ya hirsli olsanız da başqalarının yanında onların qarasınca danışmayın. Aranızda nə yaşanırsa yaşansın, ailə xaricindən birinin bilməsinə gərək yoxdur. Gileyinizin kürəkənin, ya da gəlinin qulağına çatması vəziyyəti qəlizləşdirə bilər. Belə hallarda mövzunu müzakurə edəcəyiniz tək insan, elə problem yaşadığınız şəxsin özüdür, unutmayın!

10/10/2017 tarixində Ailə dünyası, Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Yox mən hələ hazır deyiləm 🙂 Adama deyərlər ki, uşaqların hələ məktəblidir, nə hazır olacaqsan ki 🙂
    Ana deməyə gələndə qəti, qəti, qəti əleyhinəyəm, özüm deməmişəm və nəinki dedirtmərəm, hətta desələr imtina edərəm 😦
    Mənim əzəli fikrimdir (çox adam soyuqqanlılıq kimi baxır, amma mənim şəxsi qənaətimdir): Allah imkan versin, övladlarım ailə qurduqda ayrı yaşayacağıq, xüsusilə evliliklərinin ilk illərində 🙂 Qonaq kimi gedək, gəlsinlər, amma bir yerdə yaşamayaq. Nə qədər yaxşı gəlin olur, qaynana olsun, xətirə dəyəcək nəsə olur arada.
    Sevinc, zatən mənim qaynana rolunu oynayacağım vaxt siz artıq sözünü demiş qaynana olacaqsınız, məsləhətlərinizi alacam inşəAllah. Təşəkkür edirəm, davamlı olsun yazılarınız.

    tərəfindən bəyənildi 1 şəxs

    • İnşAllah xeyirlisi ilə sənin də zamanın çatacaq. Və mən də sənin qulluğunda hər zaman hazıram. 🙏😘❤️
      Mən də tərəfdarıyam ki, ayrı yaşasın gənclər. Allah hər birimizi arzusuna çatdırsın inşAllah.

      Bəyən

  2. Xoş gözəl günlər Sevinc Xanım əvala sizinçün çoxx lap çox darıxmışam(dilə gətirib kəlmə kəsə bilməyəcək qədər, məsləhətləriniz üçün elə darıxmışam ki, bu paylaşımı görüb çox sevindim hər gün bloqa girib paylaşım etmisizmi deyə nəzər salırdım ama hər dəfə məyus oldurdum😔😔paylım yox idi, ama bu səfər də eyni ümidlərlə bloqa daxil olub, çox gözəl bir paylaşımla qarşı qarşıya gəldim. Məndə bir gəncəm 20 yaş o nə azdır nədə çox, Ama tövsüyələriniz o qədər gözəl ki oxuduqca heyrətə gəldim ama sonra, bu Sevinc xanımdır, başqasını gözləmək qeyri mümkün deyib oxumaöa başladım. Qayana gəlin mövzuları bəzən ürək açıcı olmur. Qəlb qırılır, acı çəkir insan, ama yenədə dözüm olur. Allah qadına elə güc qüvvə vermiş ki hər bir şeyin çarəsi vardır deyib ömür sürür. Qaynana və ya gəlin dialoqlarında çox yer almamışam, yeni bu haqda anlayışım yox.. ama, adil olsa hər iki tərəf daha yaxşı olar .
    Özünüzə yaxşı baxın Sevinc xanım sizinçün çox darıxmışam😔😔Təsəvür belə edə bilməyəcəyiniz qədər daha çox.
    Allaha əmanət olun. 🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş günlərin bol olsun, gözəl qızım. Nə vaxt darıxdın gəl yanıma, burdayam 😘😍☺️
      İnşAllah sən ən gözəl gəlin olarsan qaynanan üçün. Əsas odur bədəsillə üzləşməyək heç birimiz.
      Səni görmək mənə də xoş oldu, qızım. Zaman azlığından xəbər də az dərc edirəm. İnşAllah yoluna düşər hər şey.

      Bəyən

  3. Matanat Babayeva (Metiş)

    Axşamınız xeyirli olsun ezizim Sevinc xanım. Xoş gördüm sizi. Necesiniz? Darıxmışam sizinçün. Yene gözel bir mövzuya toxunmusunuz, hem de çox aktual. Esrler boyu qaynana-gelin münasibetleri olub, var, olacaq da. Əslində gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qaynana da bir anadır. Düzdü, anlayış görsetmeyen qaynanalar da var, gelinler de. İnsanın özünden asılıdır eslinde. Deyirler “gelin gelin olmur, dusduyu ev gelin olur.” Gerek boyukler ele etsin ki kiciklerle perdeni aradan goturmesinler.”Eh bu gelindi,ona her soz demek olar” demek olmaz.Ve ya gelin “Eh bu menim anam deyil ki” bunu da etmek olmaz.
    Men size oz ailemden daniwim. Men qaynanadan yarıyan gelinlerdenem😁Allah’ıma şükürler olsun🙏🏻Yoldaşımgilin bize elçi geldikleri gün heç yadımdan çıxmır. Anam meni o qeder pislediki, iş bilmir, tenbeldi, erköyündü ve s. Qaynanam bilirsiz ne cavab vermişdi? “Ondan menim evimde üçü var”. O kelmeden sevmişdim o qadını, ilk günden meni qızlarından ayırmamışdı. Düz 13 il men qaynanamla bir yerde yawamiwam. Inanin,bu illerde bir defe de soz-sohbet olmayib aramızda, başımın üstünde Allah var, hemiwe qızlarından da artıq mene baxıb. Düzdü, men ona “ana” deyib müreciet etmemişem, heç menden bunu teleb eden de olmayıb. (O qeder “ana” deyib, qaynananın başına oyun açan gelinler görmüşem ki.. ) Amma anam kimi hörmet etmişem, hörmet görmüşem. Elbette ki, bütün munasibetlerimiz qarşılıqlı olub. Bu günde qızlarından deyil, menden meslehet alır qaynanam. Allah her kese menim qaynanam kimi qaynana qismet elesin. Çox isteyirem hem qaynanamı, hem qaynatamı.
    Bir şeyi etiraf edim, ne qeder anlayışlı münasibet görsem de qaynanamgilden,ayrı eve köçenden sonra aile heyatı menimçün daha gözel, daha ferqli oldu Sevinc xanım. İnsanın öz evinin tek xanımı olmaq müdhiş bir hissdir. O zamandan yoldaşımla bele bir qerara geldik ki, tek oglumuz olsa da evini ayrı edek. Bilirsiniz de Sevinc xanım, indi özüm qaynana olmuşam. Çox sevinirem ki, oglum ailemize uygun bir qızla nişanlıdı. En esası gelinimin gözel xasiyyetleri var, çox isteyirem onu, o da meni, artıq oglumu onsuz tesevvür etmirem. Onu qızım gözünde görürem. Allah başacan elesin. Hal hazırda oglumun evinde temir işleri başa çatmaq üzredir. Allah qismet elesin gelinimizi getirek. Anam, qaynanam geline qarşı nece olublarsa, men de öz gelinime qarşı o cür olacam inşallah.
    Deyerlimiz Sevinc xanım, qaynanamla baglı gözel xatireleri bir daha mene xatırlatdıgınız üçün size teşekkür edirem. Uzun yazdım deyesen😁🙈bilmirem ne qeder mövzuya uygun oldu…Amma içimden geldi inanın. Allah her kesi özüne layiq insanlarla qarşılaşdırsın. Sizi çox isteyirem, instada yeriniz görünür. Allah sizi, ailenizi qorusun🙏🏻😘❤️

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamınız xeyir, Mətanət xanım. Xoş gəldiniz, çox xoş gördüm sizi 😘😘💐💐💐🌹🌹🌹❤️❤️❤️
      Həmişəki kimi diqqətlə oxuyub və dəyərli fikirlərinizi də əsirgəməmisiniz. Allah razı olsun sizdən. Çox doğru buyurdunuz, gəlinin düşdüyü yerdən çox şey asılıdı. Gəlini qızı bilən qaynana heç vaxt artıq söhbətə yol verməz evində. Bir də mənim çix sevdiuim İrinka xanım var, onun çox gözəl bir sözü var: Allah bizi bədəsil gəlindən qorusun. Nə qədər yaxşı qaynana olsan da bəzən elə bir gəlin çıxar ki…
      Mən inanıram ki, siz o gözəl simanızla, gözəl qəlbinizlə ən gözəl qaynana olacaqsınız. Allah ürəyinizdə nə mətləbiniz var onu versin sizə.
      Bir daha minnətdaram sizə dəyərli zamanınızı sərf edib bloqa gəldiyiniz üçün 😘😘😘❤️❤️❤️🙏🙏🙏💐💐💐💐💐

      Bəyən

  4. Ne gozel movzudu ureyim.hem de ki sen herweyi en ince detayina kimi yazmisan😊 her bir qaynana ya da ki gelin yazdigin kimi gordukleerine goz yumsa pis qaynana ve pis gelin olmaz ki dunyada. Menim qaynanam cox yaxwidir.hetta istese gozlerimi vererem ona.o derece cox istiyirem. Ama bu o demek deyil ki mukemmel insandi.onun da pis xasiyetleri var, ama o qeder gozel xasiyetleri var ki pisleri yuyub aparir. Menimse nece gelin oldugumu birgun qaynanamdan soruwarsan ureyim😊 Allahim sene cox gozel gelin ve kureken qismet etsin ezizim.oz ureyin kimi…

    tərəfindən bəyənildi 1 şəxs

  5. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: