Yenə gecə, yenə mən, yenə fikirlərim…

Bu gün də hər zamankı kimi, gecə yarısı və biz…
Düşüncələrim, xəyallarım və mən…
Gecənin səssizliyi, kimsəsizliyi çöküb təbiətə, bir də üzərimə.
Hərdən üzüm gülür, hərdən gözlərim dolur…Nə qəribədir insan…
Yox, məncə insanı qəribə edən həyatın özüdür elə. Bir gözümüz gülərkən bir gözümüzü ağladar…Ürəyimiz ağlarkən üzümüz yalandan gülər, həyata inad.
Yenə gecə, yenə biz, dərdləşirik birlikdə…Ürək həmişəki kimi şıltaqlıq edir, ağıl ona bəsdir deyir… 
Yaşanmışlar gəlib keçir ağıldan yenə qırılan, üzülən ürək olur.
Gecələri çox sevirəm, elə mənə oxşadığı üçün…Axı o da təkdir bu dünyada…çökən kimi hər kəs çəkilər.
Yenə oturub düşünürəm uşaqlığımı, indimi, var olacağını bilmədiyim gələcəyimi. Yaşanmışlar və yaşanacaqlarımı.
Və bu həyatın bütün qəribəliklərini…
Həyat…öz atını istədiyi səmtə, istədiyi sürətdə çapar. Bizəsə onun arxasınca toz dumanına batmaq qalar…
Həyat…beş hərfli qısa bir kəlmə, amma içərisində beş milyon acıların, kədərlərin yaşandığı mənzil…
Həyat…həm gecəsi, həm gündüzü olan bir sirr.
Nədən gündüzləri başa vurmaq rahatdır, gecələrisə yox?
Bəlkə də bütün gün oynadığımız xoşbəxtlik oyunlarından…Saxta gülüşlərimizdən, bizi sevməyənləri sevirmiş kimi göztərib, özümüzü aldadıb, yorulub əldən düşdüyümüz üçün?!..
Bəlkə də yalnız gecələri özümüzlə, acılarımızla şirinlərimizlə, əslində kimliyimizlə baş-başa qala bildiyimiz üçün…
Yenə gecə, yenə biz…dərdləşirik birlikdə…fikrim, xəyalım, bir də mən…
Ürək hər zamankı kimi şıltaqlıq edir, ağıl ona bəsdir deyir…

Müəllif: Xəyalə

29/09/2017 tarixində Sizdən gələnlər içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 14 Şərh.

  1. Təşəkkür edirəm, Xəyaləm. Yazan əllərin, duyan ürəyin var olsun 😘😘❤️❤️🌹💐

    Bəyən

  2. Xəyalə xanım icazə versəydi, sadəcə Xəyalə deyə müraciət edərdim. Xanım sözü arada bir rəsmilik yaradır, mən də bu rəsmiliyi sevməm, səmimiliyi sevirəm 🙂
    Yazı gələndə maraqlıdır, yazıdakı qəhrəmanın yerində deyiləm, amma o qədər ürəyimə yaxın gəldi ki. Bir anlıq şübhələndim özümdən 🙂 Amma yox, hər kəsin elə bir tənha gecəyə çəkilmək istəyindəndir məncə. Çoxxxxx bəyəndim və mütəmadi olmasını çox istəyərdim.
    Sevincə bu isti, rahat evi üçün təşəkkür edirəm və gündə neçə dəfə gəlib dəyirəm bu evə onu Allah bilir. Çox sağ olun, Sevinc, Allah sizə sağlam ömür, güc-qüvvət versin.

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamnız xeyir, əzizim. Siz var olun dəyərləndirdiyiniz, öz eviniz qədər dəyərli olan, artıq çoxlarımızın isti, doğma ocağına çevrilmiş bloqunuza layiq bildiyiniz üçün. Dəyər verən böyük ürəyiniz var olsun. Təşəkkür edirəm.😍😍😍❤❤❤🌸🌹🌸🌹🌸🌹🌸

      tərəfindən bəyənildi 1 şəxs

    • Çox təşəkkür edirəm diqqətiniz, içdən dəyəriniz üçün. Arada rəsmiyyət olmasa mən də çox sevinərəm. Çünki sizin Sevincimiz üçün çox dəyərli olduğunuzu, artıq illərdi ki, hər zaman onun yanında olduğunuzu bilirəm. Sevincimiz qürurla söhbət açır sizdən☺ Sevincimizə əziz olan, mənimçün də əziz və hörmətlidi. Yazını bəyəndinizə, içərisində özünüzü tapdığınıza sevindim. Təşəkkür edirəm, oxuyan gözləriniz nurlu olsun.🍀🌷🍀🌷🍀

      tərəfindən bəyənildi 1 şəxs

  3. Həyat dediyin… ..
    Əəvvəl səni səndən Alar, sonra ətradında var olanları. Nə gücün yetər nədə qüvvən, sadəcə durub kənardan izləmək belə acı verər..
    Həyat dediyin… hər an gözlərindən yaş axsa belə heç acımaz, əksinə yara üzərinə duz basar kimi,, ,daha da əzab verib can yaxar..
    Həyat dediyinn.. Heç bir zaman nə edəcəyini səndən soruşmaz.. Bu an güldüyün təqdirdə,,bir saniyə sonra nələr baş verəbiləcəyi halda xəbərdar etməz.
    Həyat dediyin…Tək tənha saxlar səni dünyada,, ,ətrafında iynə belə atmağa yer olmayacaq qədər olsada insan,,özünə qapanıb öz halından gileylənəcək qədər, gerçək dolu olar.
    Həyat dediyin… əvvəl xoş baxar üzünə,, ,sonra get gedə çətinləşən bir marafonda dönüb dolaşıb kədərlə dolu dünyanı sanki hədiyyə edirmiş kimi bəxş edər..
    Həyat dediyin.. Sanki son baharda itkin düşmüş xəzan yarpağı tək olar,, ayaq altında qalsa belə ümidlər heç fərqinə varılmaz…
    Həyat dediyin.. Çarəsizliyi bildiyi halda qürurun əl vermədiyi bir qüvvə kimi olar…qəlbin isdəsə belə,, ,düşncən səni yolundan döndərər…
    Həyat dediyin… Ürkək baxışlar tək məsum görünən bir zindan olar.. Həbs edər bağlayar səni,, lakin ondan aslı olduğunu bildiyinçün susarsan.
    Həyat dediyin… həm səni sevərr, həm əzizləyər, həmdə məhv edər… çünki
    Həyat sadəcə mübarizəni sevər..
    Yazar✏Pərvin

    Axşamınız xeyir Sevinc Xanım. Yenə gecə, yenə biz yenə Anamm. 😍bu yazını ilk gördüyümdə bitmişdim. Heç təsəvür edə bilməyəcəyim qədər də məhv olmuşdum. Gerçəkləru öyrənirəm Anamla. Hətta səslənsirəndə belə dilim topuğ vurmuşdu. Allah anamın qələmini kəsərli etsin😍hər dəfə möhtəşən yazılarını əvəzsiz səhifələrdə görmək zövq verir. Yaxşı ki varsız sevinc xanım dəyər verib paylaşırsız. ALLAH o gözəl qəlbinizə görə versin. Hər ikinizi çöx sevirəm😍😍😍😍😍😍😍😍😍😍..Yaxşı ki varsan Anam səni çoxxxcc lap çoxxc sevirəm😍😍😍😍😍😍😍

    tərəfindən bəyənildi 1 şəxs

  4. Gecələr barəsinddə susqunam mən😔.izah edə bilməyəcək qədər də acizəm😔ona görə elə gecələr də mənimlə irəliləsin yenə günlərə😔😔

    tərəfindən bəyənildi 1 şəxs

  5. Var ol can tanəm. Hər dəfə olduğu kimi tamamladın fikirlərimi… Ürəyinə, ruhuna sağlıq. Səni çox sevdiyimi özün çox yaxşı bilirsən. Mənim üçün dəyərinin çox böyük olduğunu da. Çox sağol mələyim, əskik olma 😙❤❤❤🍀🌷🍀

    tərəfindən bəyənildi 1 şəxs

  6. əlaaa

    tərəfindən bəyənildi 1 şəxs

  7. Çok güzel yazılarınız ve paylaşımlarınız var gerçekten. Yazılarınızı okurken mutlaka beni etkileyen cümleleriniz oluyor. Mesela şu: “Həyat…beş hərfli qısa bir kəlmə, amma içərisində beş milyon acıların, kədərlərin yaşandığı mənzil…” gerçekten de hayat kelimesi kelime olarak çok kısa bir kelime ama kendisi uzun bir yol. Yüreğinize sağlık. Böyle bilgece şeyler paylaştığınız için.

    tərəfindən bəyənildi 1 şəxs

  8. Keçirdiyim gecələrim düşdü yadıma. Bəzən bu qədər bəzənsə çox daha artığı qaranlıq dolu

    tərəfindən bəyənildi 1 şəxs

  9. Təşəkkür edirəm diqqətiniz, dəyəriniz üçün🙋

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: