Gözəllik qurban tələb edirmi

Hər qadının arzusudur gözəl görünmək. Hətta buna aludə olan qadınlarımız da var ki, bəzən gözəllik üçün sağlamlıqlarını da qurban verməyə hazır olurlar. Şüarları da bu olur: “Gözəllik qurban tələb edir”. Mənə elə gəlir ki, gözəllik üçün qurban vermək heç də vacib deyil. İlk olaraq ona görə ki, Yaradan insanı hansı görkəmdə məsləhət bilibsə, o cür də yaradıb. Bəlkə çoxunuz mənim kimi müşahidə etmisiniz, adətən, qara, qıvrımsaçlı xanımlar əsmər olur. Nazik, ipək kimi, açıq rəngli saça sahib xanımlar isə sarışın. Bütün bunlar ilahi bir yaranışdır, bunları zorla dəyişmək, hansısa “imici” yaratmaq fikrimcə Yaradanın ziddinə getməkdir. Məncə gözəllik üçün, səliqəli, baxımlı, zövqlü görünmək üçün pul xərcləmək, pulu qurban vermək olar, can sağlığını yox. Bəli, can sağlığını qurban vermək nəinki ağılsızlıqdır, hətta günahdır deyərdim.

Mütəxəssislər çox maraqlı bir faktın üstünü açıblar. Sən demə qadınların ən çox önəm verdiyi dırnaq boyasından istifadə, adı qədər özünün də qorxunc olduğu xəçəngin yaranmasına səbəbdir. Məlumdur ki, bir çox qadınlar manikürü ev şəraitində edir. Lakin daha çox qism qadınların yolu isə salonlardan keçir. Bəzi xanımlar bunu özləri bacarmadığını səbəb göstərir, bəziləri daha fərqli dırnaqlara sahib olmaq arzusundan, bəziləri də məlumdur, boş vaxtdan, pul çoxluğundan, nə bilim hansısa özəlliyi nümayiş etdirmək xatirinə. İçinizdən bəziləri dodağını büzüb qınayacaq məni, bilirəm bu olacaq. Hətta şərhdə yazmasa da, dodaqaltı etirazını da bildirəcək. Amma gəlin reallıqdan çıxış edək. Bir çox xəstəiklərin yayıldığı indiki zəmanədə salonda manikür etdirmənin nə qədər təhlükəli olduğundan xəbəriniz varmı? Dəyərmi bir dırnaq baxımından ötrü orqanizmi sağalmaz, hətta ölümcül xəstəliyə düçar etmək? Deyəcəksiniz ki, biz salona öz manikür dəstimizi aparırıq və gigiyenik qaydalara da tam əməl edirik. Yaxşı, sizinlə burda hələlik razılaşıram.

Hər bir xanım bilir ki, dırnaq boyasının quruma müddəti boyanın keyfiyyətindən asılı olaraq 10-30 dəqiqə arasıdır. Ev şəraitində bu vaxtı keçirmək problem deyil. Amma salonlarda bu vaxtı tezləşdirmək, növbəti müştərini çox gözlətməmək üçün vaxt qazanmaq lazım gəlir. Bundan başqa müştəri özü də əlavə vaxt xərcləmək istəmir və ya boyanın daha uzun müddət qalmasına üstünlük verir. Bunu gerçəklədirməyinsə ancaq bir yolu var. Hansısa cihazın köməyindən istifadə edilməlidir. Bunun üçün bəzi salonlarda qurutma prosesini sürətləndirmək üçün hava üfürən və ultrabənövşəyi şüa yayan xüsusi cihazlar istifadə edilir. 
Mütəxəssislərin araşdırmaları sübuta yetirib ki, bu şüalara məruz qalma dəri xərçəngi və dəri yaşlaşması riskini artırır.

16 fərqli salonda, 17 fərqli işıq mənbəyində, hər cihazın içində 5 fərqli əl üzərində aparılan müşahidədən sonra bu nəticəyə gəlinib:
Cihaz içində olan ələ tətbiq edilən ultrabənövşəyi şüanın yayılma dərəcəsinə görə dəri müxtəlif dərəcədə zədələr alır. Bunun üçün qurutma cihazından istifadə etməzdən 15 dəqiqə əvvəl əlinizə SPF tərkibli qoruyucu krem çəkin. Daha məsləhətli olan isə, boyanın öz-özünə qurumasını gözləməkdir.
Baxımlı olun, gözəlliyinizi qoruyun, əziz xanımlar, amma sağlamlığınıza ziyan vurmadan.

24/09/2017 tarixində Gözəl qadın, Sağlamlıq içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Sevinc, men de mushahide etmishem sach ve deri renginde uygunluga. Acaba men niye ferqliyem 😂 Ipek kimi sach ve esmer-sarishin 🙈 Ikisi birinde 👍
    Sizle yerden goye kimi raziyam. Allah insani en gozel suretde yaradib, mudaxile etmeye gerek yoxdu. Baxirsan ki, qapqara deri rengi var, sachi sapsari 😳 Nese, xulase…
    Dirnaqda boya olmasa, daha gozel olar. Qeyd edim ki, bize verilen hech de ozumuzun deyil, sadece emanetdir. Qiyamet gunu emanete xeyanet olub olmayacagi sorushulanda vereceyimiz cavaba hazir olmaliyiq InsheAllah. Saglamliq ele bir nemetdir ki, itirilende deyerini bilirsen ve bilsen de o geri qayitmir.
    Chox teshekkur edirem, Sevinc, herden bele xeberler derc edin de, yuxuya dalmish beyinlerimiz oyansin.

    tərəfindən bəyənildi 2 şəxs

  2. Salam əzizim, hər vaxtınız xeyir olsun. Əllərnizə, əmyinizə sağlıq, gözəl mövzuya toxunmusuz yenə. Mənim üçün ən mükəmməl gözəllik, təbiilik və sadəlikdi. Sizinlə razıyam əzizim. Məncə də bir qadın gerçək yaradılmış halını dəyişməkdənsə, özünə qarşı səliqəli və baxımlı olsa daha yaxşıdı. Həm onu Yaradanına qarşı çıxmış olmaz, həm də gerçək özü kimi qalar… Məqalə dərc etdiyinizi görüb çox sevindim, işinizin başına döndüyünüz üçün. Davamlı, uğurlu olsun İnşAllah🙏😍❤😙🍀🌹🍀

    tərəfindən bəyənildi 1 şəxs

  3. Matanat Babayeva (Metiş)

    Her vaxtınız xeyirli olsun ezizim Sevinc xanım. Heftenin ilk gününde sizi görmek çox xoş oldu. Gözel bir mövzuya toxunmusunuz. Her bir qadının en yaralı yeri.. Men gözünüzün qarşısındaydım. Gözellik salonlarına xerclediyim pulları etrafımda kimse xerclemir. Baxımlı olmagı çox sevirem, amma gözel görsenmekçün saglamlıgıma zerer vura bilecek bir addım atmaram heç vaxt. Elediklerim prosedurlar barede araşdırmalar aparıram, meni qane edirse tetbiq edirem. Şükür Allah’a ki bu güne qeder bir problem yaşamamışam. Amma manikür haqqında dediklerinizle tam razıyam. İşlediyim dövrlerde heftede 2 defe manikür eletdirirdim, bu da dırnagımın sedefinin zedelenmesine sebeb olub.Bu üzden dırnaqlarımı temizletdirirem, ancaq bir yere gedende lakdan istifade edirem. İndi çıxan şellak, qaynaq ve s.. heç birini eletdirmemişem. Bilirem ki, bir yerdeki şüadan istifade olunur, mütleq bunun zereri olmalıdır. Özü de salona gedende manikür, pedikür aletlerimi, saç daragım, şampun, desmalımacan aparıram, bu işde olduqca vasvasıyam. Kiminse saçına deymiş daragı esla qoymaram ki,saçlarımı darasınlar. Saçlarıma xüsusi qulluq olunur. Evde de mene gülürler ki, salona düşende, ele bil marketden gelirsen setkaynan😁😁Neyniyim, men de temizlik manyakıyam. Qurban olum Allah’a. Şükür edirem onun verdiyi her şeye.
    Çox lazımlı bir meqaledi. Bilmeyenler mütleq oxuyub öyrenmelidirler. Ellerinize saglıq Sevinc xanım. Allah gözel üreyinize göre versin. Bax, yene de bizleri unutmursunuz, gözel mövzular seçirsiniz. Allah sizi qorusun🙏🏻🙏🏻😘😘❤️❤️🌷🌷🌸🌸

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamınız xeyir, əzizim. Xoş gəldiniz 😘🌹💐🙏
      Siz ən doğrusun edirsiniz, gözəllik üçün xərclədiyiniz puldur, sağlamlıq yox. Gigiyenik qaydalara mütləq əməl olunmalıdır. Çünki xəstəliklər baş alıb gedir. Doğrudur, çox adamın bu sarıdan maariflənməyə çox böyük ehtiyacı var. Bəziləri hələ də kimsədən daraq alıb saç daramağın düzgün olmadığını qəbul edə bilmir. Siz gözəlsiniz, hər zaman da gözəl qalacaqsınız 😘
      Təşəkkür edirəm zaman ayırıb bu kiçik evimə gəldiyiniz üçün ❤️❤️❤️❤️

      Bəyən

  4. Axşamınız xeyir olsun Sevinc xanım .paylaşımınızı gördüm sevindim. Əslində instagramda yoxam, və bloqa ordan giriş etdiyimçün hardan daxil olaram başqa çox axdardım. Axırki googledən girə bildim) elə gözəl bir paylaşım etnisiniz ki, ən sevdiyim sənətdən yazmağınızda bir başqa gözəllikdi. Nədənini bilmirəm ama, bəlkədə bu sənətdə olmağımdan aslı gələn fikirləri söyləyəcəm. O qədər doğru vurğuladınız ki hər kəlməni əslində nə yazsam kölgə kimi qalar yanlnda. Qadının gözəlliiyi Allahın ən gözəl rəsmidir. Həm qusursuz həmdə bir o qədər də mükəmməl əvəz edilməz. Makyaj, olunmazsa belə baxımlı ,özünə nəzər yetirən hər qadın qadındır! Çünki hər qadın dırnaq boyaslnı sevməz, və ya yaraşdırmaz. Təbiiliyə sadəliyə nəzər yetirər daim. Ama bəzi qadlnlar da var yaraşsada yaraşmazzsa da isdifadə edər hər şeydən. Ama pbənli olan təbbi gözəllik olduğunu unudar.! Dırnaq boyaları, bəzən qaynaq edərkən çox insanların reaksiyasına rast gəlirəm. Aparat, şua ilə edirəm bəzən, əslində zian olduğunu bilsəmdə, başqa çıxış yolum olmur, təbbi qurudulmaqda vaxt o qədər gedir ki, digərlərinin istəkləri gecikir, eləcədə diyər saç düzümləri və başqa başqa gözəliklərdə. Mümkün olduğu qədər şüadan uzaqlaşdırmaq isdəyirəm, çünki xeyiri olduğu halda zərəridə olduğunu anladığım üçündü bəlkədə. Bu mövzuda yazacağım nə çox kəliməm var əslində bəlkədə bu özəlliklərin incəliklərin lazımı qədərilə bilməyimdəndi. əəllərinizə əməyinizə könlünüzə sağlıq. Çox çox gözəl paylaşımdı darıxmışdım yazılarınız üçün😍

    tərəfindən bəyənildi 1 şəxs

  5. Salam ureyim en gozel sabahlar senin olsun😘😘😘ne gozel movzudu..men bunlari bilirem ama 90% qadinlar bunu qebul etmir nedense.. Allah herkesi bircur yaradib. Ona goredi de ay ureyim, toyda gelin o qeder gozel olur ki, seher bey oyananda qorxur😁😁😁ozlerin salonlarda ele yigdirirlar ki, ele deyirsen ki bu insanda bir qusur uoxdu, ele bil Allah qelemle cekib. Sen de me qusur iclerindedi😐😐 Allah kimi nece meslehet bilibse ele de yaradib, day ustunde niye duzeliw edirsen axi, isteseydi Allah edeerdi de.. neyse ureyim daniwdiqca daniwirameee😊 ureyine ellerine sagliq.bir de ureyim men seni cox ozledim ama😔😔😔😔😔deli oluram xeberin olsun.gelib goressen ki yoxam apariblar mewtagaya😀😀😀

    tərəfindən bəyənildi 1 şəxs

  6. Salam Sevinc xanım her vaxtınız xeyir. Necesiniz? İnstada yeriniz çox çox görünür. Neçe vaxt idi bloka baş çekmek isteyirdim imkan olmurdu. Bu gün nehayetki gele bildim. Ve gelib en azından burda olduğunuzu, paylaşmalarınızı görüb çox sevindim. İnşallah hamısını oxuyacam. Nedense ilk bu mövzu marağımı çekdi. Razıyam sizinle mence de gözellik qurban teleb etmemelidir. Neinki tekce qadınlar ele kişiler de özüne baxmalıdır. Temizlik ve seliqenin özü de bir gözellikdir. Zennimce indiki zamanda gözellik anlayışı da pozulub. Ele qadınlara gözel deyilirki mat meettel qalırsan. Özün özüne sual verirsen axı bu qadında tebii olan ne gözellik var?!… Özün öz zövqüne şübhe edirsen. Fikir versez indi sanki qadınlar bir birine benzemeye başlayıb. Eyni makiyaj eyni burun emeliyyatı eyni botoks ve s… Süni gözellik!… O gözellikde baxış da itib, mimika da, tebii tebbessüm de… Mene göre süni olan heç ne gözel deyil.. Emeliyyatlara etiraz eden biri deyilem amma baxır o emeliyyatı vacib eden sebebe. Baxımlılıq başqa, abartılı olmaq başqa. Metanet xanımın yazısını oxudum ve çox da beyendim. Gözellikle yanaşı sağlamlığa da fikir verilmelidir. Çox gözel mövzudur. teşekkürler barı burda özünüzü ve maraqlı mövzularınızı bize çox görmediyiniz üçün. Sizi yeniden instagramda da görmek isterdim. Dediyim kimi yeriniz çox çox görünüz. Xetriniz de mene çox ezizdir. Allahın nezeri üzerinizden eksik olmasın. Amin!

    tərəfindən bəyənildi 1 şəxs

    • Salam. Xoş gəldiniz, Selcan. Yaxşı olasınız, çox sağ olun. Siz necəsiniz? Sizi burda görmək çox xoş oldu. Mən də darıxmışam. Sizi gördüm ortaq dostlarımızı xatırladım, lap darıxdım…
      İnşAllah bir gün dönəcəm. Demirəm qısa bir zamanda, amma bir gün olaca bu.
      Bəli, haqlısınız, yaşadığımız həyat belə süniləşib artıq. Hər şeyə səbəb də insanlardır. Sevgi də, münasibətlər də, dostluq da, gözəllik də, insanlıq da hamısı süniləşib. Yediyimiz qidalar kimi…
      Amma dənizdən damla kimi olsa da, insaniyyəti olanlar hələ də var. Qədrini bilməsək onlar da bizdən gedəcək bir gün.
      Yaxşı ki, sizin kimi dəyərli insanlar var ətrafımda. Yoxsa həyatı bərbad edənlərin əlindən dəli olardı insan.
      Bir daha minnətdaram mənim kiçik evimə ziyarətə gəldiyin üçün 🙏🙏❤️❤️😘😘💐💐

      Bəyən

  7. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: