Qadın bu həyatda hər kəsdən güclüdür… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 28-ci yazı)

Günaydın. Cüməniz mübarək, əzizlərim. Müsahibimi instagram dostlarımın əksəriyyəti tanıyır. İlk müsahibə zamanı Lətafətə təklif etdim ki, sən də müsahibim ol. Çünki onun ən yaxın dostları məhz birinci hissədə yer almışdılar. Bəhanələr edib boyun qaçırdı. Amma mənim də tərs tərəfim tutsa, istədiyimi əldə edənlərdənəm. ☺️ Elə bir zamanda, elə bir tərzdə “müsahibim olacaqsan bu dəfə” dedim ki, “yox” deyə bilmədi. Sözün düzü məndə israr yoxdu, istəməyənə ikinci dəfə təklif etmirəm. Amma Lətəfəti dostlarından ayrı tutmaq istəmədim. Həm də, hörmət etdiyim biri olduğu üçün bu layihədə ona da yer ayırdım.

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam, Sevinc Xanım. Əvvala mənə də müsahibənizdə yer ayırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.
Mən, Hacıyeva Lətafət üç uşaq anasıyam. Ailəm, doğmalarım mənimçün hər şeydən əziz və doğmadı.  2. Səndə olmayanlar səndə olandan qat-qat çoxdur. Amma səndə olanın qədrini bilsən, o, səndə olmayanların hamısını əvəz edəcək qədərdir. Sahib olduqlaınıza verdiyiniz dəyər sizi qane edirmi?
– Ürəyimin səsini dinlərəm bəzən. Ətrafımda olanlara əlimdən gəldiyi qədər dəstək olub, sevib əzizləyirəm, çox keçmədən onların qiymətini bilib dəyərləndirirəm. Bu da həm mən, həm də ətrafım üçün gözəl bir duyğudu.
3. Bu dünyada çox kədər var, ancaq qadının məhəbbətinin ondan getdiyini hiss edən zaman üstünə düşdüyü qəmdən pisini təsəvvür etmək çətindir – özü də birdən yox, bir anda yox, asta-asta, qum saatındakı qum kimi axıb gedir…bir əsərdən sitatdır bu. Fikirləriniz maraqlı olardı.
– Xoşbəxtliyi deyilən ülvi bir hiss, gözəl bir məhəbbət var. Hansı ki o hissləri yaşadaraq bizə həyat bizə can verən kəslər… Qadın hər nə olursa olsun kədərini də qəmini də özü çəkər “ürəyində” gizləyib sadəcə gülümsəyərək həyatına davam edər. Hər bir kəsə əsl qadın xoşbəxtliyi arzulayıram.
4. Kamil insan gözəl söz söyləyə bilən deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır. (Konfutsi) Sizin kamil bildiyiniz insan kimdir, varmı elə biri?
– Kamil insan düşünərək həyatı anlayandır… Düşünməyi bacaran insan kamildir…
5. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün! Bunu alimlər deyib. Siz necə, düşünüb hərəkət edirsiniz, yoxsa hətəkətiniz sizi düşünməyə məcbur edir?
– Hər ikisini də. Bəzəm düşünmədən etdiyimiz hərəkətlər bizləri peşmançılığa sürükləyir, nəticədə anlamış, bilmiş oluruq və gələcəkdə o hərəkətləri etməmək üzərə yola çıxırıq. Lakin bəzən də düşünərək addım atırıq. İnsanlar müxtəlif fikirli olduqlarıçün bəzən düşüncələri yalnış anlaya bilərlər.
6. Dürüst insan hər zaman həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında… Hansı yaxşıdır sizcə, hər zaman həqiqətimi demək, yoxsa həqiqəti zamanında söyləmək?
– Dürüstlük İlahidən hədiyyə gələn ən ülvi bir paydır. Hər kəs dürüst olmağı bacarmaz, və hər kəs dürüstəm deyib dürüstlüyün nə olduğunuda bacarmaz. Hər şeyin vaxtı, vədəsi vardır deyirlər. Çünki bəzən səbr etməyib vaxtını gözləmədən nələrsə edirik. Lakin vaxtını gözləmək ən gözəldi. “Düşməni gözündən vurmaq” kimi.
7. Kol kola söykənibdir
Gülsə tikan üstədir.
Yaxşılar ayrı düşüb
Yamanlarsa dəstədir…
Gözünüzə görsənən yaxşılar, qarşınıza çıxan pislərdən daha çoxdurmu, yoxsa əksinə?
– “Yaxşılar” Və “yamanlar”… Hər kəsi öz ürəyim necədirsə elə təsəvvür edirəm, lakin bu o qədər də asan deyil. Rastıma çıxan insanlara min şükürlər olsun. Hər iki təqdirdə, Ruhum qədər yaxın olanlar da var. Adını belə anmayacaq olduqlarım da.
8. Əbu Turxan deyir ki, yalnız o adam həmişə xoşbəxt ola bilər ki, onun bəxtinin sükanı öz əlində olsun. Belə çıxır ki, kim ki, xoşbəxt deyil, digəri tərəfdən idarə olunanlardı?
– Həqiqətən də həyat çox qəribədi. Kənardan gələn müdaxilələr insanı təngə gətirir. Sadəcə hər kəsə hörmətlə yanaşıram. Şükür bu günlərə ki, Anayam övladlarımçün əlimdən gələni əsirgəmirəm. Həyat mübarizə istər.
9. Elədiklərimdən yaxam qurtarmaz,
Eləmədiklərim yandırlr məni…belə dediyiniz oldumu heç?
– Bu sualınız həqiqətəndə çox gözəldi. Etdiklərim ürək saflığımdandı. Kimisi anlar, kimisi də anlamaz. Allah hər kəsin ürəyinə görə versin.
10. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Bəzən bizə dəyər verənləri, sevgidən məhrum edərik, bu da bizdən aslı olmaz. Və hər zaman arxaya baxmadan addım atarıq, atdığımız hər addım ya yalnış, ya doğrudu fərq etməz, amma biz ürəyimizin səsinə qulaq asaraq irəliləyərik. Kaş hər ikisini də görə bilsək, yaşaya bilsək. Heç sevdiklərimiz, həm də sevənlərimiz yanımızda olsalar.
11. Amerika yazıçısı Jozef Fletçer deyir: “Vətənə borcunu ödəmədən ölən insan bədbəxtdir”. Vətən sizin üçün nəyi ifadə edir? Vətən üçün borcunuzu nədə görürsünüz?
– Vətən odu sönməyən bir günəşdir. Hər zaman dua etmişəm torpaqlarımız geri alınsın, nəfəsimə çəkib, dərindən köks ötürərək Xan səsini duyaraq həyatda yaşadığımı hiss etmək istəyirəm. Vətən üçün candan keçən igid oğullarımız var, Allah onları qorusun. İnşAllah bu həsrət bir gün bitəcək.
12. Eşq ancaq əzəli-əbədi və sonsuz olan böyük Yaradana ünvanlananda onun həddi-hüdudu olmaya bilər… Bəs sizin üçün eşq nədir?
– Eşq 3 hərfli sonsuz bir mənadı. Eşq sevgi çənbərində yaranar….eşq sadəcə tək insana məxsus deyil, ana, övlad təbiət sevgisidir eşq.
13. Dağ da tək olanda qəribsəyir. Ona görə də çox vaxt silsilə şəklində olur. Varmı sizi də dağ kimi möhkəm edən belə dostlarınız? Dostluq nədir sizinçün?
– Atalar deyir: “Dost qırılmaz zəncirdir”. Həyatımda olan dostlarıma çox şükür olsun.
14. Bəzən öz duyğularına tərcüməçi olmaq dünyanın ən çətin peşəsidir…… Bu çətin peşənin öhdəsindən gələ bilirsinizmi?
– Qəlbim çox kövrək və həssasdı. Bəzən duyğularıma yenik düşürəm.
15. Bu günlərdə ağılıma gələn başıma gəlir nədənsə, kaş könülümdən də keçən yanıma gəlsə… Könlünüzdən keçib də, yanınıza gəlməsi mümkünsüz olan biri oldumu?
– Oldu, çox oldu. İtirdiklərim yaxınlarım və bir də geriyə qaytarılması mümkün olmayanlar. Ürəyimdəkiləri kaş dilə gətirmək bu qədər asan olsaydı.
16. Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. Sizin qınadığınız və təriflədiyiniz hansı xüsusiyyətli insanlardır, maraqlı olardı bu haqda fikirlərinizi öyrənmək.
– Məncə hər kəs layiq olduğu həyatı yaşayır. Hər kəsin fikrinə hörmət etmək mütləqdi.
17. Səhifələr, əslində, özündən əvvəlkinin izini daşıyır. Silib başdan yazacağınız səhifə varmı?
– Qadın özü bir kitab kimidir, hər səhifəsi yeni bir başlanğıcdı. Yazılan sətrlər yazılmalıymış ki yazıldı.
18. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Qadın zərif məxluqdu. Hər bir kişi qadın qarşısında nəzakətli olub hörmət etməlidi. Qadın fədakardı çünki.
19. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Sonrakı peşmançılıq fayda verməsədə çox olub.
20. Bəlkə də dünyüda bütün problemlər həllini bir gün tapacaq, amma gəlin-qaynana problemi bitmək bilmir ki, bilmir. Bunun bir səbəbi də birgə yaşayışdadır. Gəlin və qayınananın bir evdə yaşamağına münasibətiniz necədir?
– Qaynana da bir anadır. Mən qaynanamın gəlini yox, onun qızı olmuşam. İllərcə bir evdə yaşamışıq, lakin heç çətinliyimiz olmayıb. Övladlarımz böyüdükcə ayrı-ayrı yaşamalı olduq.
21. Heç bir şey insanoğlunun cəsarəti qədər gözəl ola bilməz… Sizi cəsarətli edən nələrdir, varmı belə hissləriniz?
– Özgüvəni olan hər kəs cəsarətlidir. Çox şükür ki, cəsarətli birisiyəm.
22. Buraxın, gənclər dünyanı arzuladıqları kimi görsünlər; necə olsa böyüdükcə olduğu kimi görəcəklər… Gənclərin dünyaya baxışı sizi qane edirmi?
– Öz övladlarımdan götürərək cavab vermək istəyirəm bu sözə. Gənclər var böyük məsləhəti dinləməzlər, gənclər var məsləhəti sevərlər. Gənclərin davranışları ailədən və əhatədən aslıdır.
23. Övladı olan ana heç vaxt azad qadın hesab oluna bilməz. Sizcə qadınların azad olmağa can atmalarının səbəbi nədir?
– Azad olmaq o demək deyil tam sərbəst olsunlar. Elə qadın var ailəsi belə olsa azad və güvən doludu. Hər şey qadından aslıdı, ailəsinə özünü qurban verən qadınlarımız da az deyil. Məncə azadlıq da çərçivə içərisində olmalıdı.
24. Səhər axşamla qarşılaşmaq istəmədiyi kimi, gənclik də solmuş qocalığı görmək istəmir…sizcə insanlar qocalmaqdan niyə qorxurlar?
– Hər yaşın öz gözəlliyi var, hər yaş bir duyğu doludu. Allah bütün hər kəsə can sağlığı uzun ömürlər versin. Dirilərdən qorxmaq lazım, ölülər heçnə etmir insana.
25. Mərhəmət o qədər məsumdur ki, həris gözlərdə, xəbis ürəklərdə var ola bilməz. Amma deyəsən zaman irəlilədikcə insanlar bu hissdən məhrum olurlar. Sizcə bu nəylə bağlıdır?
– Mərhmətli insanlar bu dövrdə çox azdır, get-gedə də azalmaqdadı.
26. Qadın sevəndə hamıdan zəif, seviləndə isə hamıdan güclü olur deyirlər. Razısınızmı bu fikirlə?
– Qarşılıqlə bir sevginin olması özü bir gözəllik doludu. Ümid edirəm bütün qadınlarımız sevər və sevilər. Qadın bu həyatda hər kəsdən güclüdür.
27. Bəlalar qula Cənabı Haqqın qapısını döyməyi öyrədir deyirlər. Niyə belədir insanlar?
– Flora Kərimovanın çox gözəl bir mahınısı var “Tapar məni”… Bəlalar keçicidi əsas can sağlığı olsun yetər! Allah heç kəsi bəlaya salmasın. Amin.
28. Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir… Dövranla fərqli yollarda addımlayırsınız, ya yolunuz birdir?
– Mənim yolum sabit yoldu, bəlkə yarı yolda mənə qoşulub gələnlər olar, bəlkə də yolun yarısından qoyub gedənlər də.
29. Ana ömrü bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü körpəsinin əliylə,
Yuxuları oğurlanmış bir ömür…oğurladığınız bu illərin əvəzini qaytarmaq üçün nələr etdiniz?
– Analıq hissini duymaq və yaşamaq kaş hər qadına nəsib olsa. Allah övlad arzusunda olan qadınlara kömək olsun. Analıq qədər zirvə bir duğyu yoxdu fani həyatda.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.
Nə yaxşı ki mənim Xilaskarım var
Deyəsi sözüm var, açası sirrim.

Nə yaxşı ki, mənim Məsih İsam var
Yanan Dan Ulduzu, Müqəddəs Quzu
Tökülən qanıyla təqdis eyləyib
Adımı göylərə həkk edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Kədəri, qüssəni qoparıb məndən
Şadlığı, sevinci bəxş edənim var,
Alıb qayğıların, dərdin əlindən
Təsəlli verənim, havadarım var.

Nə yaxşı ki, mənim Xilaskarım var
Düşmənin torundan azad eyləyib
Nurlu Səltənətə haylayanım var.
Yaşayan, müqəddəs, qüdrətli arxam,
Sarsılmaz, möhtəşəm bir dayağım var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Əbədi məhəbbət töküb qəlbimə
Müqəddəs Ruhuyla məsh edənim var.

Nə yaxşı ki, mənim Rəbb Allahım var
Gedəsi yerim var, qalası yerim.

“Həyat yaşadıqca gözəldi”. Yaşayaq və dəyər verərək, hər günümüzə şükr edək. Suallarınız çöx gözəl idi, Allah sizi qorusun.

Müsahibə üçün təşəkkür edirəm 💐

18/08/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 17 Şərh.

  1. Oxudum, eslinde tekrar etdim 😊cunki men Leafeti ezbere bilirem.hetta ona sual verende bele ne cavab vereceyini texmin edirem. Allah qorusun her birinizi🌹😘💖💖

    tərəfindən bəyənildi 1 şəxs

  2. Diqqətlə oxudum 🙂 Mənim fikrimcə insan mütləq şəkildə layiq olduğu həyatı deyil də, qədərini yaşayır. Bütün qadınlara deyil də, ana adına layiq olanlara ana olmağı arzulayardım. Yoxsa ki, axır vaxtlar əxlaqsız anadan doğulan əxlaqsız övladların əməllərinin şahidi oluruq. Allah xalqımıza hidayət versin.
    Sevincə suallar üçün, Lətafət xanıma da cavablar üçün çox təşəkkür edirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Salam xow sabahlar Sevinc xanim. Bu ne gozelik bele Ilahi. Oxuduqca hec bitmesin isdedim. Xalam.! Heyatdaki en gozel varligim. Belke nefesim belkede canim. Xalami cox sevirem ruhen menen tam urekden… tam sevgiyle sevirem. Gozlerine baxarken unduuram heyati, sesini ewiderken hezin bir muziqi tek zumzume sanki. Omrumdeki en gozel cicekdi belkede. Xalam o qeder deyerli ve ezizdi ki menm ucun. Cumlelerle yanawi men bele aciz qaliram onun yaninda. Korpe bir uwaq kimidi xalam, kovrek, saf temiz bir sevgiyle Yogrulmuw ureyi var.. o kicik ureye sonsuz sevgi yukleye bilecek qeder, ozu qem keder cekse bele tebessum ede bilecek qeder mohkemdi xalam. Suallariniz icerisinde “Qadina”aid bir cox sual var idi, xalam esl qadindi. Gozel aile sahibi ovladlarinin ezizi canidi. Onsuz bir gun bir omure beraberdi menmcun. Her gun duasini almadan ne seherime, nede gece yuxya dalarken, gozel cumleleri olmazsa yata bilmerem. Onunla oyrendim sedaqeti onunla oyrendim merhemeti onunla oyrendim qarwiliq gozlemeden sevmeyi. Canim xalam heqiqeten de yerin mende ayridi. Cox insana deyer verib cox insani sevdin haqsizliqlar oldu belkede belkede uzuldun belkede heyfslendin deyer verdiklerine lakin her zaman wukr etdjn en gozel gunlerine. Seninle ilk goruwum xeyalen canlandi gozum onunde. Seni qoxladigim an seni qucaglayib sarildigim ani bir film kimj canlandirdim gozlerimin tam onunde. Ellerimin nece esdiyini o xowbextliyi nece anlada bilerem axi oz ozumun acizliyini ve.S…Heyat boyu umid ederek yawadin, sevib sevildin. Bir omur erzinde yawadigin bu gune qeder her ana qiymet verib her an ucun yawadin.. Bawqalarinin acisini oz acin bildin… aci ceksen bele gulumsedinn. Goz yawi axitsan bele ozununkun deyil de bawqalarinin goz yawlarini sildin.. Belke bezen sinirlendirirem seni belke bezen aciqlanrsan mene,, “uzgunluyum”ucun lakin her weyin geride qalacagiinida bilirsen. Deyirler ya her insanib bir heyat ideali olur deye.. He bax sen menim heyat idealimsan.. Meni qoruyan mene candan yananimsan.. Koksunde doyunen o urekde neler var neler. Dile getire bilmediyini cox yaxwi bilirem hetta ozum kimi😔😔cunki cox zaman ne deqer yazsamda rahatlaya bilmirem. Ama sen sevincini bele qelbinde yawayirsan. Allah o gozel saf ureyine gore verrsin ve seni mene cox gormesin. Yazdim cox yazdim bilirem😔..ama. Neynim sen heyatima gelen gunden deyiwb heyatim. Allah senden, zumuden ve anamdan meni ayirmasin. Cunki siz olmasaz yawaya bilmerem. Cunki siz olmazsaz deye vir wey de ola bilmez. Biz bir vehdetik.. Birik birgeyik. Hec kimse bizi Bir birimizden ayri sala bilmez. Cunki buna omru yetmez😌.sevirem seni..
    Sevinc xanim hemiweki kini evezsiz suallariniz qarwisinda hem acizem hemde susqun ne deyim indi? Allah qeleminize guv quvvet versinn. Mukemmel yazilarin muekemmel suallari beh ruhum acildi.. 😍😍😍😍
    Hetta musahibeden bir Gun once xalamla Da goruwdum😍😍.qoxusu burnumda Onunda zumrudunde

    tərəfindən bəyənildi 1 şəxs

    • Sabahın xeyir, qızım. Allah ayırmasın, istəyiniz tükənməsin heç bir zaman. Bəyəndiyinçün də minnətdaram. Allah razı olsun 😘💐🌹🌷☺️

      Bəyən

      • Çox Sagol canım Deyerli Sevincim.Allah sendende Bizi ayırmasın.Amin.Senin Eziyetin her birimizden Çoxdur.Qurban olaram eziyetini halal et.Çox Çox Minnetdaram Sene Evezolunmazım.Allah seni Bizlere çox görmesin.Hiss eden üreyin,Yazan Ellerin,Oxuyan Gözlerin Dert Görmesin Canım Bacım.Xeyalende olsa Bagrıma basıb Öpürem seni💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😘😘😘😘💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

        tərəfindən bəyənildi 1 şəxs

    • Calm Qlzlm,Heyran Özüne Yazılarına Heyran Oldugum.Oturuşu Duruşu,Exlaqına vuruldugum.Çox Sagol Menim Melek qızım.Seni Çox Sevirem.Allah Seni Xoşbext elesin.Varlıgına şükürler olsun bidenem👉💝👈💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘🙏🙏🙏

      tərəfindən bəyənildi 1 şəxs

      • Xoş gəldin bloqa, Lətiş 💐🌷😘

        Bəyən

        • Sevincim Balalarının Xoş gününe gelim inşallah.Sen bacının deyerlisisen.Bir daha minnetdaram sene canım bacım.Seni bağrıma basıb öpürem qudban sene çox sağol her şey üçün.Teşekkür edirem Ezizim💝⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘😘😘😘😘😘😘😘😘

          Bəyən

      • Canım bacım, mənim üçün dəyərini bilirsən. İstəsəm belə sözlərlə anlatmağın mümkünsüzlüyünü də. Rəbbim sənə elə gözəl ürək verib ki, o ürəyə vurulmamaq, sevməmək mümkün deyil. Mənim çox-çox dəyərli varlığım, çox sevirəm deyə, göydəki günəşə də qısqanacaq qədər dəli aşiqim. Allah səni qorusun, can paralarınla birgə var etsin. Onların xoş günlərini birlikdə doya-doya yaşatsın İnşAllah. Amin. Sevincimizin möhtəşəm suallarına cavab vermək üək istər, hünər istər. Asan olmasa da öhdəsindən gəlmisən. Səni yaxşı tanıdığımçün, bilirəm ki əslində cavablar ürəyində qalıb, sətirlərə tökə bilməmisən…Varlığına şükür canım bacım, yaxşı ki, varımsan. Qoxun hər zaman məndədi😍😍😍💖🌹🌷🌹❤

        tərəfindən bəyənildi 1 şəxs

        • CANIMINİÇİ ÇOX SAĞOL HER ŞEY ÜÇÜN.SENİN SÖZLERİNİN QARŞISINDA NE YAZACAĞIMI BELE BİLMEDİM.EZİZİM SEVİNC ÜÇÜN YAZDIQLARIN AZ BELE.YAXŞIKİ SİZİN KİMİ DEYERLİ BACILARIMI TANIDIGIM ÜÇÜN ÇOX ŞADAM.ALLAH HER BİRİNZİ QORUSUN MELEKLERİM💝⚘⚘⚘⚘⚘⚘⚘😘😘😘😘😘😘😘😘

          Bəyən

  4. Salam

    tərəfindən bəyənildi 1 şəxs

  5. Salam könlümün sultanı, hər vaxtınız xeyirli olsun. Daha bir yorucu, çox əmək sərf edən işin öhdəsindən uğurla gəldiniz. MaşAllah əzizim. Bilirsiz ki, bu günü necə gözləyirdim. Mənim də gözlədiyim dəyərli insanı müsahib etdiyiniz üçün, və ümumiyyətlə bu, çox məsuliyyətli, çox ağır, amma çox da gərəkli, şərəfli işiniz üçün sizə minnətdaram. Əzizim o qədər çox şey öyrənib, elə gözəl bəhrələnirik ki, bu gözəl layihənizdən. Həm çox maarifləndiricidir, insanın həyata baxışını genişlədir, həm də insanların daxilini kəşf etməyimizə kömək edir. Hər daxilini öyrəndiyimiz bir insan da, yeni bir şeylər öyrədir. Suallarınızın qarşısında istər istəməz uzun-uzun düşünməmək mümkün deyil. Hər biri dərin anlamlı, sıradan olmayan, xüsusi dəqiqliklə, zövqlə seçilmiş suallardır. Əllərinizə əməyinizə sağlıq əzizim. Göz nurunuzu, əllərinizin, beyninizin zəhmətini, bu keçən aylar ərzindəki zəhmətinizi halal edin. Allah sizi qorusun, var etsin. Hər zaman uğur sizinlə olsun İnşAllah, necə ki sizinlədir. Ən xeyirli diləklərinizə, xeyirlisiylə yetməniz diləyilə İnşAllah. Amin. Yaxşı ki varsız könlümün sultanı və nə yaxşı ki, sizdən mənən, ruhən qidalana bilmək şansım var🙏😙😙❤🌹😍😍🌷🌹💖

    tərəfindən bəyənildi 1 şəxs

    • Axşamın xeyir, Xəyaləm. Xoş gəldin sən 😘🌷❤️💐🌹 Dəyərinçün, zəhmətimə verdiyin qiymət üçün sağ ol, canım. Mən zövq aldım bu layihədən, yorğunluğum da bu zövqlə keçib getdi hər zaman. Hər kəsə halal etmişəm, kimsə bu haqda düşünməsin belə. Nə yaxşı ki, sən də varsan, ürəyim ❤️❤️❤️❤️

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: