Tələbə adın mübarək

 

Bir gözəl məsəl var: İgid oğul dayısına oxşayar. Dayısına oxşayan oğula da analar qurban olar… Artıq iki gündür ki, çox evlərdə tələbə adı qazanmış övladların sevinc hissləri yaşanır. Mənə də bir ana kimi bu hissi yaşamaq qismət oldu. Nəhayət, evimin sonbeşiyi də tələbə adına layiq görüldü. Yüksək nəticə ilə nüfuzlu universitetlərdən birinə daxil oldu. Öz övladımla yanaşı, mənə çox doğma olan əzizlərimə də bu sevinc qismət oldu. Onlardan həm Azərbaycanda, həm də xaricdə təhsil alma haqqı qazananlar var.  Hər birinizi, istər qohum, istər əziz, istər tanımadıqlarım – bütünlükdə tələbə adlnı qazanan hər bir gənci ürəkdən təbrik edirəm. Yolunuz daima uğura aparsın sizi. Ağlınız, kamalınızla hər zaman fərqlənməyi bacarın. Ən əsası isə sizə möhkəm can sağlığı arzulayıram.
Qəbul imtahanından əvvəl bir yazı dərc etmişdim. Orda valideynlərə də bir neçə tövsiyyəm olmuşdu. Övladınızı topladığı bala görə tənbeh etməyin. Bu gün çox təəssüf ki, yenidən imtahan nəticəsinə görə özünə qəsd edən gəncimiz oldu. Bilmirəm buna ailənin davranışı səbəb olub, ya gəncin düşəncəsinin səbəbindən baş verib, hər halda valideyn burda önəmli rol oynayır. İkinci dəfə imtahan vermə şansı ola bilər, amma ikinci dəfə doğulmaq şansımız yoxdur…
Əziz valideynlər! Sizi də ürəkdən təbrik edirəm. Çəkdiyiniz zəhməti övladlarınız doğrulda bildi. Bu böyük nailiyyətdir hər birimiz üçün. Bəzi valideynlər var 5-ci sinfi bitirən kimi övladını imtahan verəcəyi bütün fənlərdən hazırlığa qoyur. Sözün düzü bunun tərəfdarı olmamışam heç zaman. Mənim övladlarımın hamısı bütün fənlərdən yalnız orta məkktəbin son sinfində hazırlığa getdilər. Və hər üçü də uğurlu nəticə göstərdilər. Təbii ki, burda uşağın potensialı xüsusi yer tutur. Ən məsləhətlisi son iki ili hazırlaşmaqdır. Məqsədli uşaq bu iki ildən yetərincə yararlana biləcək.
Bir daha hər bir kəsi ürəkdən təbrik edirəm! Və yuxarıda çəkdiyim məsəli əzizlərim bildiklərimə ürəklə deyirəm bir daha: Elə dayınızın qazandığı uğur qədər nailiyyət əldə edin, bacı kimi fəxr etmişik, ana kimi də bu qüruru bizə yaşadın!

13/08/2017 tarixində Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Salam Sevinc Xanim butun Telebe adina laiq olan her kesi tebrik edirem. Bu hem valdeyinlerin hem muellimlerin hemde ele wagirdlerin halal zehmetinin numunesidi. gelecek heyatda ugurlar dileyirem. Her zaman bele sevincli olasiniz. Ureyinize ellerinize sagliq…

    tərəfindən bəyənildi 1 şəxs

  2. Tələbə adı qazanan bütün abituriyentləri və onların valideynlərini səmim qəlbdən təbrik edirəm, bu hələ uğurlarının başlanğıcı olsun və davam etsin inşəAllah. Dövlətimizə faydalı vətəndaş olsunlar.
    Və sonda Allah bu gündən mən də içində olmaqla arzusunda olanlara nəsib etsin 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allahın iznilə edərlər, mən inanıram 🙂
    Allah haqqımızda xeyirlisini qismət etsin.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Təbrik edirəm, Sevinc.Gözlərin aydın olsun, həmişə övladlarınla beləcə qürur duyasan, çünki sən buna layiqsən. Allah sağ-salamat təhsilini başa vurub layiqli yerini tutmağı da nəsib eləsin.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: