Yerin cənnət olsun, Kamran ata…

…Onsuz da qorxa-qorxa, əlim əsərək yazmışdım sənə mesajı dünən. Gecə yarısına qədər gözlədim açmadın. İmkan olmayıb gəlməyə dedim, sabah bir də yazaram. Səhər səhifəmi açanda ilk xəbər sənin səhifənin paylaşımı oldu… Ata adı mənimçün o qədər müqəddəsdir ki, ata itkisinin nə olduğunu da mənim qədər kimsə hiss etməz…Bu an yanında olub ancaq ağlamaq keçir ürəyimdən…necə ki, əlim yazır, gözümün yaşısa ekrana süzülür indi… 
…10.08.2017…Bir həsrət dolu könül evi viran oldu bu gün. Ana həsrətiylə gözü yollardan yığılmayan bir baxışa, bir də kədər çökdü bu gün…için-için sızlama könlüm, yaran yaman dərin oldu…arxam, dayağım, nəfəsim getdi bu gün…nəylə təsəlli edəcəm, nəylə ovudacam səni, ay yaralı ürəyim?!

Kəlbəcər həsrətli ata itirdim,
Zalım fələk, sinəmə çəkdiyinə bax.
Yarası getməyib ana dağının
Gör necə göynətdin, yarama gəl bax.

Allahdan istədim alma canını
Ya da ikimizi apar bir yerdə.
Gedim o dünyada anamı görüm
Yaşayım yenə də siz olan yerdə.

Hanı əzrayılda o insaf, o din
Qoydu gözüyaşlı yenə də məni.
Bir ata itirdim, dostlar, bir ata
Həsrəti dağımdı sinəmdə mənim.

Getmə, yalvarıram, atam, qayıt gəl
Bu sınıq könlümün məlhəmiydin sən.
Sənin otağını boş gördükcə mən
Şam kimi əriyib sönəcəyim var…

…cismən yanında ola bilməməyimin günahını Allah mənə yazmayacaq, bilirəm…amma ruhum daima yanındadır, əziz bacım… Səbirli ol, bir gün hamımız haqq dünyasına qovuşacayıq, bax onda həsrətlilərimizə doyunca sarıldığımız gün olacaq…
Yerin cənnət olsun, Kamran ata…

 

11/08/2017 tarixində Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Əziz bacım Mətanət, sənə təsəlli üçün sözə acizəm. Bağışla məni….

    Bəyən

  2. Allah günahlarını bağışlasın, axirətini faydalı etsin.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Kopf hoch alles wird gut,,

    tərəfindən bəyənildi 1 şəxs

  4. Bu xəbər məni çox sarsdı😢 ALLAH Mətişimizə səbr versin. O gözəl və əziz atasına rəhmət etsin. Nur içində yatsın…
    Təsəlli etməyə sözlər acizdi. İnsanın doğması köçərsə bu dünyadan yaralı quşa bənzərmiş… Çırpınan ürəyinə qurban canım Mətişim… Allah ürəyinə su sərpsin əzizim.. Axır qəmin olsun.

    tərəfindən bəyənildi 1 şəxs

  5. Allah rəhmət eləsin, övladlarına, yaxınlarına səbir versin. Səbir Allahın adıdlr.Valideyn itkisi yaman olur, görən bilir.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: