Uzaq bir yola çıxmaq istəyirəm səninlə…

Bəzən səssiz, kimsəsiz, özümə qapanıb yola çıxmaq istəyirəm.
Uzun bir yola…
Nə qədər gedəcəyimə, nə vaxt bitəcəyinə əhəmiyyət vermədən, tək bir arzuyla diləklə.
Məsafənin, gedişimdəki zamanın uzunluğunu düşünmədən, heç fərqinə varmadan, yolun sonunda…Sən olasan.
Heç toxunmasam belə, gözlərinə baxmağa cəsarət etməsəm də…
Orda ol yetər!
Həmən getdiyim yolun sonunda rastlaşaq tamam yad, iki doğmalar kimi. Bir-birinə həsrət, bir-birinə mümkünsüzlər kimi. 
Rastlaşaq səninlə, uzun gedən yolun , keçən zamanın acısını, sənsizliyin ağrısını, düşünmədən hiss etmədən…Hiss etsəm, ağrısam da əhəmiyyət vermədən. Əldən düşmüş halda, amma hələ də çox ümidli…
Həm tələsmiş, həm gecikmiş həmən sevdada…
Sanki keçmişdə ki, o zamanda!

Uzaq bir yola çıxmaq istəyirəm səninlə…
Amma sənsiz.
Xəyalların, düşüncənlə.
Səni hər yerdə, hər kəsdə görən gözlərim…
Adını inləyən kaman tək təkrarlamaqdan üzgün düşmüş ürəyim…
Çiliklənib əzilmiş ruhumun hər tikəsində ki, ağrıyla…
Səni xatırladan hər nəfəsdə, sənin üçün yanıb heçə dönmüş, külümlə birgə…
Səninlə sənsiz…
Sənə məxsus hər şeyimlə.
Biz, birlikdə…
Sən ol o yolun sonunda, rastlaşacağımız mənzilin adı mümkünsüz olsun. Ötüşək anidən bir-birimizin yanından, görsək də görməzlikdən gələr kimi…
Toxunsun ruhun ruhuma, qəlbimizin atışındakı səs toqquşsun, ürəyimizdəki sızıltı alovlansın, qovursun hər ikimizi…
Amma yetər ki, sən ol orda.
Ol!
O yolun sonunda…
Rastlaşaq təsadüf kimi, ötüşək ani yaz küləyi kimi bir-birimizin yanından, ilıq, həzin meh kimi.
Toxun ürəyimə, saçlarımı oxşa, ruhumu təzələ, yarpaqların pıçıltısında gizlin söylə ürək sözünü.
Söylə bu qədər keçən illərin odunu-alovunu, sənə yaşatdığı hər yanğısını.
Pıçılda qulağıma, yüklə ürəyimə daşıdığın çarəsiz, gizlin sevginin ağırlığını…Əzabla keçən hər anın acısını…
Amma rastlaş mənimlə, mütləq rastlaş!

Təsadüf kimi üz-üzə gələk yenidən. Bir zaman xoşbəxt uşaqlar olub, sonra həsrətlilər kimi ayrıldığımız, həmən küçədəki kimi. Amma yenə də o küçədəki xoşbəxt zamanlardakı kimi…
Sən gizlin bax, gizlin danış sevgidən, mən də o zamankı kimi, anlamırammış kimi ötüm yanından.
Amma elə o zamankı tək, o ötüş…Ağrıtsın ruhumu, yaxsın canımı, acı alov sarsın ürəyimdən başlayıb, bütün vücudumu.

Yenə zamana hədər verək ömrü, taleyi, amma yenə görüşək özgələr kimi.
Rastlaşaq təsadüflər kimi…
Sonra küskün-küskün baxaq uzaqdan bir-birimizə, dərindən köks ötürək…
Və həmən rastlaşdığımız yerdən, uzun-uzun getdiyimiz yoldan, ayrılaq bir yolluq səninlə…
Ürəyimizdə niskil, gözlərimizdə söylənməmiş kəlmələrin yükü, ruhumuzda həyatın, insafsız gərdişi.

Orda…
Həmən o yolda rastlaşdığımız kimi də ayrılaq səninlə, bir yolluq…
Geriyə, gerçəyimizə dönək…!

Müəllif: Xəyalə 

31/07/2017 tarixində Sizdən gələnlər içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 6 Şərh.

  1. Səhərinz xeyir könlümün sultanı. Çox təşəkkür edirəm, cızma-qara etdiyim yazımı dəyər verib, dəyərli bloqunuzda dərc etdiyiniz üçün. Allah razı olsun əzizim🙏❤😙🍀🌷🍀

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldin, canım mənim. Sənin dəyərin bir özgədir məndə. Cızma-qara deyil bunlar, çox mükəmməl bir yazıdır. Zamanla bütün yazılarını dərc edəcəm burda Allahın izni ilə. Sənin üçün açdım yeni bölümü. ❤️❤️😘😘😘🌷💐🌹💝

      Bəyən

  2. Canımm mənim bu qədər içdən, gözəl dəyərinizin qarşısında bir söz deyə bilməyəcək qədər aciz qalıram… Yaxşı ki, varımsız məndəisiz, mənimləsiz. Bu qədər dəyərli bloqunuzda yer ala bilmək mənimçün şərəf, qürurdur. Minnətdaram hər şeyçün, ən əsas da sizdən mənən, ruhən qidalana bilmək şansını verdiyiniz üçün. Allah sizi qorusun könlümün sultanı, varlığınıza şükür🙏😙😙❤❤🌸🌷🌸💐💖💖

    tərəfindən bəyənildi 1 şəxs

  3. Səmimi bir yazı üçün təşəkkür edirəm Xəyalə xanıma.
    Sizə isə paylaşdığınız üçün çox təşəkkür edirəm, Sevinc.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: