Namaz və onun qaydaları ( 5-ci hissə)

Günaydın, əzizlərim. Dördüncü hissənin sonunda sizə təyəmmüm haqda yazacağımı söz vermişdim.

Təyəmmümdə vacib olan işlər

Təyəmmümdə dörd şey vacibdir:

1– Niyyət;

2– İki əlin içini təyəmmümün səhih olduğu şeyə, yəni torpağa vurmaq;

3– İki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər bitən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. 

4– Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qayda ilə çəkmək.

Təyəmmüm lazım olduğu hallar:

Yeddi yerdə dəstəmaz və qüsl əvəzindən təyəmmüm almaq lazımdır.

Birinci yer

Dəstəmaz və qüsl almaq üçün lazım olan suyu tapmaq mümkün olmasa;

İkinci yer

Əgər bir kəs qocalıq səbəbiylə, yaxud oğrudan, yırtıcı heyvandan və s. kimi şeylərdən qorxmaq və yaxud da suyu quyudan çıxartmaq üçün lazımi avadanlığın olmaması səbəbiylə su əldə edə bilməsə, təyəmmüm etməlidir.

Üçüncü yer

Əgər bir kəs suyun işlədilməsinin səhhətinə zərər verəcəyindən, yaxud onu istifadə edəcəyi halda hər hansı bir xəstəlik və nöqsan vücuda gələcəyindən qorxsa, təyəmmüm etməlidir.

Dördüncü yer

Əgər insan suyu dəstəmaz və qüsl üçün məsrəf edəcəyi halda özü, əyalı, övladları, dostu və ona aid olan şəxslərin susuzluqdan öləcəklərindən qorxsa, təyəmmüm etməlidir.

Beşinci yer

Bədəni, yaxud paltarı nəcis olan və yalnız qüsl və dəstəmaza çatan qədər suyu olan bir kəs, dəstəmaz və qüsl aldıqda bədənini və yaxud paltarını suya çəkmək üçün suyu qalmayacaqsa, bədənini və paltarını suya çəkib təyəmmümlə namaz qılmalıdır.

Altıncı yer

Əgər istifadəsi haram olan su və ya qabdan başqa bir suyu və ya qabı olmazsa, dəstəmaz və qüsl yerinə təyəmmüm etməlidir.

Yeddinci yer

Əgər vaxt çox az olsa və dəstəmaz, yaxud qüsl alacağı təqdirdə namazın hamısı, yaxud bir miqdarı namazın vaxtından sonra qılınacaqsa, təyəmmüm edilməlidir.

Təyəmmümün səhih olduğu şeylər:

Təyəmmüm torpağa, quma, daşa (əgər pak olsalar) səhihdir. Həmçinin bişmiş palçığa da səhihdir.

Gəc daşına, əhəng daşına, qara mərmər daşına təyəmmüm etmək səhihdir. Amma cəvahirlərə edilən təyəmmüm batildir. Ehtiyat- vacibdir ki, bişmiş əhəngə və gəcə də təyəmmüm edilməsin.

Təyəmmümün qaydası:

1. Dəstəmazda olduğu kimi niyyət etmək: təyəmüm alacağını qəlbdən keçirmək;

2. Əlləri qoşalayıb təyəmmümün səhih olduğu şeyin üzərinə vurmaq;

3. Sonra əlləri qoşa şəkildə alının tük bitən yerindən qaşların üstünə və burunun ucuna kimi çəkirik;

4. Sol əli sağ əlin üstünə;

5. Sağ əli də eyni qaydada sol əlin üzərinə çəkirik.

Allaha əmanət olun!

17/07/2017 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: