Yolunuz açıq olsun, əziz abituriyentlər

Bir neçə gündən sonra ali məktəblərə qəbul imtahanı keçiriləcək. Minlərlə abituriyent və onların ailələri həyəcan içindədirlər. Həmçinin mən də. Ali məktəbə qəbul olmaq, bu arzuya çatmaq bir çox gəncin gələcəyinin açarıdır deyərdik. Bu səbəbdən də, bu əhəmiyyətli imtahan əvvəli bir çox abituriyent və onların ailəsinin stress altında olmaları normal haldır. Amma stresi idarə etmək, onun qarşısını almaq imtahanda qazanılan müvəffəqiyyət qədər çox əhəmiyyətlidir. Əziz abituriyentlər, bilməniz gərəkən çox vacib bir neçə məsələ var ki, bunları sizin üçün məhz mütəxəssislər düşünüb hazırlayıblar. Aşağıda yazılanlara əməl etsəniz, uğurlu nəticə əldə etmək üçün addım atmış olacaqsınız. Bunlar nədir: 
İmtahana girmək, həm indiyə qədər əldə etdiyiniz biliklərin sınanması, həm həyatınıza istiqamət verməniz, həm də psixoloji bir döyüşdə necə davranacağınızın bir nümunəsi deməkdir. Bu səbəblə də imtahandan əvvəl bütün gücünüzlə çalışıb, səy göstərdiyiniz qədər, ruhi olaraq da stressdən uzaq dayanmanız əhəmiyyət daşıyır.

İnsan həyatında imtahanlar yalnız məlumatın sınandığı deyil, həyəcan və qayğıdan müvəffəqiyyətli bir şəkildə baş çıxarmanın da sınandığı təcrübədir. Neçə aylardır ki, gecənizi gündüzə qatıb bacardığınız qədər bilik əldə etməyə çalışmısınız. Artıq gözlədiyiniz o məhtəşəm gün bir addımlığınızdadır. Bu əhəmiyyətli, məhsuliyyətli gün – imtahan əsnasında diqqət yetirilməsi lazım olan nüanslar var. Bunlar belə sıralanır:

1. İmtahan müddətində özünüzdə həyəcan əlamətləri hiss etsəniz bu əlamətlərin imtahanqabağı normal olduğunu düşünün.
2. Yanınızdakı yoldaşınızın neçənci sualda olduğu ilə maraqlanmayın. Əhəmiyyətli olan sizin sualları necə həll edə bilmənizdir. Onlar sualları ötürərək də yaza bilərlər.
3. Nə qədər vaxtınız qaldığı ilə tez-tez maraqlanmaq yerinə fikrinizi imtahan suallarına cəmləşdirməyə çalışın.
4. Çox gərgin olduğunuzu hiss etsəniz, bir neçə nəfəs məşqi etməyin faydası olacaq. Burnunuzdan dərin nəfəs alıb, yavaşca ağzınızla ötürə bilərsiniz.
5. İmtahan vaxtı bitməyincə otaqdan çıxmayın. Sizə ayrılan müddəti son saniyəsinə qədər dəyərləndirin. Müddət qaldığı təqdirdə yazdıqlarınızı yenidən yoxlayın.
6. Uzun suallarından çəkinməyin. Sual çox uzundur, ya da edə bilmərəm deyə qərəzli yanaşmayın. Bu sualların əvvəl səbirlə sual hissəsini oxuyun, sonra öz dünyagörüşünüzlə suala yanaşın. Bir şeyi yadda saxlayın, sual uzun olduğu vaxt cavab asan olacaqdır.
7. Suallar arasında seçim etməyin, hamısını diqqətlə oxuyun.
8. İmtahana girdiyinizdə hansı fəndən başlayacağınıza düzgün qərar verin.
9. Imtahanda çətin sual, asan sual ayrı-seçkiliyi etməyin. Asan suallar ən çox mexaniki səhv edilən suallardır.
10. Hər şagirdin diqqətinin zaman-zaman dağıldığını unutmayın. İmtahanda diqqətinizin dağıldığını hiss etdiyinizdə 30 saniyəlik qısa fasilələr verin.

İndi isə abituriyentlərin valideynlərinə bir neçə tövsiyə:

Hər ailənin uşağına qarşı mövqeyi bir-birindən fərqlidir. Necə ki, hamımız fərqli xüsusiyyətlərə sahibiksə, hər şagirdin müvəffəqiyyətinə, ya da uğursuzluğuna qarşı ana və atasının reaksiyası də fərqli ola bilir. Kimi övladının uğursuz nəticəsini normal qarşılayıb xoş davranarkən, kimi imtahan bitməsinə baxmayaraq davamlı imtahanın gərginliyini uşağına hiss etdirməyə davam edir.
Psixoloqlar imtahan əvvəlində olduğu qədər imtahan sonrasında da ailələrin dəstəyinin çox əhəmiyyətli olduğunu vurğulayaraq, valideynlərə tövsiyyə edir:
Övladınızın gələcəyi ilə bağlı narahatçılığınız artıq onlar tərəfindən hiss edilərək qəbul edilmişdir. Buna görə də sizin keçirdiyiniz həyəcan, onların öz içindəki həyəcanla birləşərək, övladınıza psixoloji təsir edə bilər. Çalışın imtahanqabağı onlarla çox mülayim və qayğıkeş davranasınız. Övladınıza hiss etdirəsiniz ki, o imtahan üçün tam hazırdır və gözlədiyiniz xoş nəticəni sizin üçün, özü üçün əldə edəcəkdir. Bu cür yanaşma tam doğru olanıdır. Çünki zaman o qədər daralıb ki, artıq siz övladınıza “oxu, daha çox məlumat əldə et” desəniz də, müsbət bir nəticə əldə olunmayacaq. Yaxşısı budur, övladınızın ruh yüksəkliyini qaldırmaq üçün ona dəstək olun.
Daha bir vacib olan məsələ isə budur:
Heç vaxt övladınıza pis nəticə göstərəcəyi halda hansısa qadağalar qoyacağınızı, nələrdənsə məhrum edəcəyinizi və ya “bu evə ayağın dəyməsin” kimi ifadələr işlədərək onları hədələməyinizi ağlınıza belə gətirməyin. Son illərin statistikasında bu cür hallarla qarşılaşan neçə gəncin özünə qəsd etdiyinin yəqin ki, hamınız şahidisiniz. Övladınızın dayağı olun, ona bir valideyn kimi arxa durun, ürək-dirək verin, əziz dostlar!

Əziz abituriyentlər, hər birinizə zehn açıqlığı diləyirəm!

11/07/2017 tarixində Ailə dünyası, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: