Qanın yerdə qalmasın, körpə fidanım…

Mənim səhifəm xəbər portalı hesab olunmur, şəxsi bloqumun səhifəsidir deyə, gündəlik məlumatlar paylaşmıram. Amma axşam oxuduğum məlumat və ürəyimin sızıltısı bunu yaz dedi… Dünən gecə saatlarında Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Nəticədə iki mülki şəxs dünyasını dəyişib, bir nəfərsə yaralanıb. Müharibə şəraitində yaşayan bir dövlət üçün hər gün itki vermək adi hal kimi qarşılana bilər. Amma şəkildəki o məsum körpənin üzünə baxmağa kimin cəsarəti var? Nəydi o körpənin günahı? Niyə bir gülləylə ömrünün açmayan qönçəsini soldurdular? Niyə susuruq görəsən? Bəs deyilmi yaşadıqlarımız? Döyüş istəyirsən, savaş istəyirsən sənə ən yüksəyini göstərməyə hazır Azərbaycan oğulları var. Kişi olun bir dəfə, kişi kimi vuruşun! Aslan kölgəsində yatıb az tülkülük edin! Və unutmayın! Mənim Vətənimin qəhrəman oğulları var! Hər öldürdüyünüz körpə üçün cavabınızı layiqincə verəcəklər! Heyf ki, Allah bizə səbir verib…

05/07/2017 tarixində Tariximiz, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Mənsə düşünürəm ki, çox yaxşı ki Allah bizə səbir verib. Əks halda Suriyanın, Liviyanın, Fələstinin və digər bir çox dövlətlərin vəziyyətinə düşə bilərdik. Çünki qeyd etdiyiniz kimi düşmənizim bir deyil, axtarsaq mini çıxacaq.
    Allah bizə qələbə bəxş etsin və dünyasını dəyişən bacı-qardaşlarımızın axirətini faydalı etsin.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Bu dehşetdir.üreyim parçalandı.Gunahsiz insanlar körpe fidanlar göz önünde mehv edilir ve buna bütün dünya susur💔💔💔💔💔 Buna sebeb olanlarin Allah cezalarini versin İnsAllah tezlikle

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: