İsti havalarda diqqətli olun

Mövsümlər bir-birini əvəz etdikcə orqanizmimiz də özünü adaptasiya etməyə çalışır. Bu dəyişikliklər bəzən bir çox xroniki xəstəliklərin meydana gəlməsinə də səbəb ola bilir. Artıq ilin ən qızmar fəsli olan yay aylarını yaşayırıq. İsti havalar artıq müəyyən siqnallar belə veribdir. Bürkülü hava, temperaturun kəskin yüksəlməsini də bir neçə dəfə müşahidə etmişik. Bu cür istilərin bir çox xəstəliklərə səbəb olması da hamıya bəlli məsələdir. Bu fəsildə hər kəs, xüsusilə də uşaqlar ciddi qorunmalıdırlar. 

Yaşlılar, xroniki xəstəlikləri olanlar və gərgin iş rejimi, günəşin altında işləmək məcburiyyətində olanlar da çox diqqətli olmalıdırlar. Həddindən artıq istilərin, səbəb olacağı xəstəliklər haqqında mütləq məlumatlı olmaq lazımdır. Bunlar hansılardır? Mütəxəssislərin araşdırmaları ilə tanış olaq.

Ürək xəstəlikləri riski artır

İstiliyin yüksəlməsi ilə birlikdə ürək ritmlərinin sayı artır və damarlar genişlənərək qan dövranı da sürətlənir. Tərləmə ilə bədən istiliyini salmağa çalışır, tənəffüs tezliyi və dərinliyi artır. Hipertoniya və damar sərtliyi olanlar və bu xəstəliklər ilə əlaqədar dərman istifadə edənlər üçün bu vəziyyət infarkt riskini artırır.
Həddindən artıq istilərdə bədən adaptasiya edərkən, orqanlar üçün həm həddindən artıq yük meydana çıxır, həm də bir tərəfdən bu yükü aradan qaldırmaq üçün dərmanlar istifadə edildiyindən risk faktoru yarana bilər. Bu risklərdən qaçmaq üçün bol maye qəbul edilməsi şərtdir. Açıq rəngli paltarlar geyinmək, istiliyin çox olduğu zamanlarda bədənimizi məcburi gediş, məşq, həddindən artıq yemək yemə, spirtli içki qəbul etmə kimi vərdişlərdən uzaq tutmaq lazımdır.

Sidik rənginə nəzarət edin

Artan maye itkisiylə birlikdə sidik miqdarı azalır və sidik ifrazında olan bəzi tullantı maddələrin (kalsium oksalat, bilirubin və s.) sıxlığı artır. Bu vəziyyət həm yeni daşların meydana gəlməsinə səbəb olarkən, həm də olan daşların sidik yollarımıza zərər vermə potensialını artırır. Ayrıca yavaşlamış sidik axını infeksiyaları da artırır. Bunun qarşısını almaq üçün mütləq bol maye qəbul etmək və sidik rənginə nəzarət etmək lazımdır. Sidiyin rənginin çox açıq sarı olması normaldır. Daha tünd sidik rəngi az maye qəbul etdiyimizin və bu xəstəliklərə namizəd olduğumuzun göstəricisi ola bilir.

Dəri xərçənginə diqqət

Uzun müddət və yüksək miqdarda ultrabənövşəyi şüalara məruz qalmaq dərimizdə həm dəyişikliklərə gətirib çıxarır, həm də bəzi dəri xərçənglərinin meydana gəlməsinə liderlik edir. Bunun üçün edə biləcəyimiz şey günəş şüalarının təsirinin sıx olduğu saatlarda (11-16 arası) günəş işığına çıxmaqdan çəkinmək, qoruyucu paltarlar seçmək və yüksək qoruyucu faktorlu kremlər istifadə etməkdir. Bir çox dəri problemlərini uşaq yaşımızda aldığımız üçün, xüsusilə, uşaqlıq çağından etibarən diqqətli olmaq lazımdır. Bu mövzuda ana-atalara da böyük vəzifə düşür. Bununla birlikdə həddindən artıq tərləmə ilə birlikdə nəmli qalan dəri bölgələrində dəri göbələyinin artımına da tez-tez rast gəlinə bilir. Uyğun paltar və paltarların seçimi, tərləyərkən paltarların tez dəyişilməsi bundan qorunmada əhəmiyyətli rol oynayır.

İsti diabet xəstələrini “sevir”

İstinin daha çox təsir etdiyi xəstəliklərdən biri də diabetdir. İstiliyin artımı və tərləməklə birlikdə maye və bədən üçün lazımlı elektrolitləri itiririk. Ayrıca duyğu itkisi səbəbiylə günəşin dəri üzərindəki mənfi yandırıcı təsiri kifayət qədər hiss edilmir. Buna görə həddindən artıq istilər diyabetdən əziyyət çəkənlər üçün risk meydana gətirir. Diyabet xəstələrini gözləyən başqa bir risk də var: Yay günlərinin daha uzun olması, yemiş, qarpız kimi bir çox meyvənin bol olması və çox qəbul edilməsi, həddindən artıq dondurma qəbulu, müəyyən bir qidalanma-yuxu nizamına sahib olması lazım olan diyabet xəstələri üçün problem meydana gətirə bilir. 

Migren ağrıları yaradır

Aparılan araşdırmalar göstərib ki, hər 5 dərəcə artımın migrendən əziyyət çəkənlərin xəstəxanalara müraciətini daha da çoxaldır. Buna səbəb həm də rütubətin yüksəlməsi də olur. Bu baxımdan həddindən artıq istilərdə bol maye qəbulu, keyfiyyətli şüşəli günəş eynəyinin istifadəsi, saçların isladılması kimi tədbirlər görülsə də, həddindən artıq isti günlərdə məcbur qalınmadıqca günəşə çıxılmaması, sərinkeşli mühitlərdə oturulması lazımdır. İstilərdən bezənlər “bu istilər məni cana yığdı” – deyənlər, bilin ki, tədbirli davranılsa isti ayların da öz gözəlliyi olduğunu duymuş olarsınız.

Məcburiyyətdən günəş altında Vətən üçün can qoyanlar, Allahın pənahında olun! Hər kəsə sağlam və gözəl istirahət arzusyla…

 

03/07/2017 tarixində Sağlamlıq içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Həəə artıq ciddi istilər düşüb. Bu istilərdən qorunmağın ən düzgün yolu şəhərdən təbiət qoynuna qaçmaqdır 🙂
    Faydalı məlumat üçün təşəkkür edirəm, Sevinc, isti ilə miqrenin əlaqəli olduğunu bilmirdim. Allaha çox şükür məndə yoxdur, amma tanışlardan miqrendən əziyyət çəkən var, deyərəm nəzarət edər inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  2. .😘❤️💐🌹🌷

    tərəfindən bəyənildi 1 şəxs

  3. Günel Fərhadqızı (Gunel Farkhad Emin)

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: