Elin gözündə qınaq obyekti olmamaq üçün hər tutduğumuz yolu düşünmək məcburiyyətindəyik…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 21-ci yazı)

Sabahınız xeyir, cüməniz mübarək olsun, əzizlərim! Müsahibə günüdür, bəli. Məryəm xanımla tanış olmaq şansınız var. Gülnar mənə bu xanımı məsləhət biləndə, əvvəlcə səhifəsinə ötəri nəzər saldım. Yazılarından çox sakit təbiətli, mədəni və səmimi birinin olduğunu hiss etdim və müsahibim olmasına qərar verdim. Suallarım içində 23-cü suala verdiyi cavab isə diqqətimi daha çox çəkdi deyə, məhz başlığı da o cavabdan seçməli oldum. Məni tanıyan dostlarımın yaxşı yadındadır ki, mənim “el-aləm nə deyər” mövzusu ilə bağlı uzun bir müzakirələrim olub. Və bu gün də dediyim sözün ağasıyam: İctimai qınaq mütləq lazımdır, vacibdir, olması şərtdir. Yoxsa bu milləti öz əlimizlə uçuruma sürükləmiş olacayıq…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Musahibiniz mən, Məryəm İsmayılova. 36 yaşım var, ailəliyəm 2 övladım var. Qızım və oğlum. 
2. İnsanın dəyəri onun nəyin marağında olması ilə verilir, belə deyirlər hikmət sahibləri. Siz nəyin marağındasınız, həyatı, yaşamağı nədə görürsünüz?
– Düzdü hər insanın bir və ya bir neçə maraq dairəsi ola bilər. Mənim maraq dairəm də böyükdü əslində oxuduğum gördüyüm hər bilgi onunla daha geniş maraqlanmağa və onun haqqında daha çox bilgi toplamağa çalışan insanam əslində.
3. Ağac meyvəsi, insan əməlləri ilə tanınar deyirlər. Özünüzdən sonra hansı əməllərinizlə xatırlanmaq istərdiniz və bunun üçün nələrsə etdinizmi?
– Məsləyim müəlliməlikdi, bu ixtisası bitirməyimə baxmayaraq təəssüf ki, çalışmıram. Əgər calışmış olsaydım özümdən sonra bildiklərimi öyrətdiyim şagirdlərim olardı. İndiki durumda isə vaxtımı və bildiklərimi verə bildiyim bir övladlarım var. İnşallah ki, onlar vətəninə, millətinə layiqli övladlar olarlar. Hər insanın özündən sonra qoyub getdiyi ən gözəl əməl ilk öncə onun yetiştirdiyi böyütdüyü elim və tərbiyə verdiyi ilk insan onun övladlarıdır. Allahdan diləyimdi həm də eyni zamanda budur ki, məndən sonra övladlarım yaxşı və nümunəvi olsunlar. Olsunlar ki, bununla onlara yaxşı insan olmağı öyrətdiyim öyrətməyə çalışdığım məndən sonra da mənim xatırlanmağıma (yaxşı mənada) səbəb ola bilsin.
4. Təsəvvür edin ki, dırmandığınız bir dağ var və bu dağda bir mağaraya rast gəlirsiniz. Mağaranın içi də qızıl, almaz dolu bir xəzinədir. Bu zaman qarşınıza bur canavar çıxır və siz qorxaraq çölə qaçırsınız. Elə bu andaca zəlzələ baş verir, mağara uçulub dağılır, qapısı bağlanır, siz yolu itirirsiniz…bu an nəyəsə təəssüflənərdinizmi? Nə olardı bu?
– Elə bir durumla rastlaşarsam üzüldüyüm yolumu itirdiyim olar. O mağaradakı cavahirata gəlincə, Allahın nəsib etdiyini yaşayır hər insan. Deməli ki, qismət olsaydı ordakılara sahib ola bilərdim. Olmadımsa da, deməli, Rəbbimin ondan da yaxşı hədiyyəsi, bəxşişi var mənim üçün☺
5. Vaxt bütün qapıları səbirli insanların üzünə açır… Səbirli insansız?
– Düzdü səbirli olmaq hər insana bəxş olunmayan bir duyğudu. İnsan hər zaman səbirli olmur təssüüf ki. Səbrin sonu salamatdır deyir ululular ☺ Mənim də bəzən səbirli və bəzən də bəzi şeylərə səbirsiz olduğum da olur, hər insan kimi. Yenə də ya səbir deyib istəklərimin və arzularımın həyata keçəcəyi günü gözləyirəm.☺
6. Həqiqətənmi aşiq olmaq bütün istəklərindən, xəyallarından, uğurlarından, hətta bəzən özündən belə keçmək deməkdir?
– Düzdü aşiq olmaq hər istəkdən, xəyallardan, ugurlardan uzaq edir insanı. Özümdə gördüm onu. Sevdim evlendim və digər bütün arzularım ürəyimdə qaldı.
7. Hikmət sahibləri deyir ki, insanlar körpü salmaq əvəzinə, hasar çəkdikləri üçün tənha qalırlar. Tənha qalmaq sizi qorxurtmur ki?
– Bəli tənhalıqdan çox qorxuram. Amma insanlar bir-birini başa düşmədikləndən dolayı dava dalaşların olmaması üçün uzaqlaşırlar. Təçrübələrimdə görmüşəm bunu. İnsanlar bəzən uzaq olduqca daha mehriban olurlar.
8. Ən çətini özünü dərk etmək, ən asanı isə başqalarına məsləhət verməkmiş. Sizin üçün bu mövzuda asan və çətin olan nədir?
– Hər zaman qarşıma məsləhət verən insanlar çıxıb zatən. Mənim də məsləhət verdiklərim olub bəzən. Özünü dərk etmək bunu çox az insan öz üzərində yoxlayar məncə. Amma mənim öz üzərimdə qınağım çox olub. Bu yaxşımıdır pismidir bilmirəm.
9. Nəzakətlilik qədər ucuz başa gəlib, yüksək dəyərləndirilən heç nə olmadığı halda nəzakətli insanların sayı getdikcə azalmağa doğru gedir. Nədir buna səbəb?
– Düzdü bu üzücü bir durumdur. Bunun səbəbi də qarşımızdakı insanın ona qoyduğumuz dəyəri bizə qoymamasıdır. Qarşılıqlı olmayan münasibətlərin də sonu nəzakətsizliyə gətirib çıxarır təəssüf ki.
10. Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Sizi daha çox elm maraqlandırır, yoxsa poeziya?
– Bunların hər ikisi də bizə lazımdır. Elimsiz heç zaman irəli getmək olmaz. Əgər poeziya da dünyanı duymağımıza lazımdırsa bunu da öyrənməliyik. Çünkü dünyadan geri qalmaqla qınaq obyektinə çevrilə bilərik. Bunu da heç kim istəməz.
11. Dürüst insan hər zaman həqiqəti söyləyər, ağıllı insan isə yalnız zamanında… Hansı yaxşıdır sizcə, hər zaman həqiqətimi demək, yoxsa həqiqəti zamanında söyləmək?
– Hər ikisi yaxşıdır əslində. Amma ilk öncədən düz danışmağı seçmək daha yaxşıdır. Susmaq və sonu gözləmək mənə görə deyil. Bu mənim seçimimdi, bəlkə də səhv düşünürəm amma mənim baxışım budur.
12. Dağ da tək olanda qəribsəyir. Ona görə də çox vaxt silsilə şəklində olur. Varmı sizi də dağ kimi möhkəm edən belə dostlarınız?
– İnsanın yaxşı dostlarının olması kimi gözəl bir şey yoxdur. Amma təəssüf ki, bu zəmanəmizdə yaxşı və gerçək dostu tapmaq cox çətindir. Dostsuz insan olmaz, mənim də yaxşı dostlarım var cox şükür.
13. Ümidi olanın hər şeyi var deyirlər. Sizi gələcəyə səsləyən ümidiniz varmı, yoxsa hər şeyə artıq sahibsiniz?
– Ümüdsüz insan insan deyil, yəni ağlı başında olan insanın ümidi arzusu olmalıdır. Arzu ümid heç zaman bitməz ki, insanların qəlbində. Gələcək üçün mənim də hamı kimi arzum, istəklərim var təbii ki. Rəbbim hamını arzusuna çatdırsın məni də həmçinin.
14. Əgər keçmişinə atəş açsan gələcək səni topa tutacaq. Bunu da hikmət sahibləri deyir. Nədir bu haqda fikriniz?
– Əsla keçmişmə atəş açmaram. Keçmişini unudan insan gələcəkdə heç bir zaman uğur qazana bilməz. Mən hər zaman keçmişim ilə qürur duyuram. Kaş ki keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Bir mahnıda deyildiyi kimi…
15. Biri gələr səni sən edər, biri gələr səni səndən edər (S. Təbrizi) Oldumu həyatınızda belə biriləri?
– Təbbi ki oldu. Həyat yoldaşım məni məndən etdi məsələn. Sevgi, eşq insani özü olmaqdan edə bilər yalnız.
16. Bəzən qadınlara belə bir məsləhət verdiyim anlar olub: “Ürəyinizdə xəyanətin izi qalsa belə, bağışlamağı bacarın…” Sizə də belə bir sualım olacaq – Xəyanəti bağışlayarsınızmı?
– Biz qadınlar hər zaman bağışlamağı daha üstün tuturuq hər şeydən. Bilmirəm gerçəkdən bu suala ilk öncə verəcəyim cavab “Xeyr” olar. Amma bunu yaşamamışam çox şükür. Yaşasam bəlkə də bağışlayaram dəqiq bilmirəm…
17. Allaha şübhə etmək əslində ona inanmaq deməkdir. (Balzak) Razısınızmı bu deyimlə?
– Bizlər müsəlman ölkəsində yaşayırıq çox şükür. Bu düşüncədə olan insanın əqli cəhətdən çatışmazlığı var şübhəsiz ki.
18. Uşaqlara öyüd-nəsihətlər yox, nümunələr lazımdır. (Jozef Juber) İndiki zamanda uşaqlara nümunə olmaq üçün necə biri olmaq lazımdır?
– Düzdür. Hələ də ki bu zəmanəmizdə heç bir uşağa sadəcə öyüd nəsihətlər bəs etmir. Zəmanəmizdə yalan danışmamalı, haqlınının haqsızın necə olduğunu onlara göstərməyi bacarmalıyıq uşaqlara. Bu və ya digər bir çox nümunəvi hərəkətlər var ki zaman və məkan önəmlidir, bunlari özümüzdən kiçiklərə göstərmək üçün.
19. Qərarsızlıq ən böyük xəstəlikdir deyirlər. Tutulmadınız ki, belə xəstəliyə?
– Yox, çox şükür.
20. Heç səhv etməyən insan, heç bir şey etməyən insandır. Və həyatda ən böyük səhv, özünü səhvsiz sanmaqdı. Səhvlərinizi görməyi bacaran birisiniz, ya bunu kimlərdənsə eşidib nəticə çıxarırsınız?
– Düzdür səhvsiz insan yoxdur gerçəkdən. Səhvim mənim də olub təbii ki. Çox böyük olmasa da səhvim olub. Biz insanlar səhv etməsək doğrunu yanlışı bilmərik.
21. Almazı yerin dərinliyində axtardığımız kimi, həqiqəti də düşüncələrimizin dərinliyində axtarmalıyıq. Həqiqəti görmək son zamanlar niyəsə qəliz olubdur, bəlkə insanların düşüncəsində problem yarandığı üçündür bu?
– Həqiqəti heç kim görə bilmir. Çünki heç kim öz səhvini görmür. Gerçəkdən də almaz kimi onu dərinlikdə axtarırıq.
22. Çayımda şəkər ol demirəm sənə, çayın içində şəkərin əskikliyini hiss etdirməyəcək qədər yanımda ol, bəsimdir…kimdir sizin çayınızda şəkəri əvəz edən?
– Bir anayiqsa əgər bizimdə çayimizinda ömrümüzündə bali şəkəri övladlarimizdi. 🙂
23. “El-aləm nə deyər?” – yəqin ki, tanış ifadədir. Necədir bu fikrə münasibətiniz?
– El-aləmin sözünü düşünməmək olmaz təbbi ki, çünkü o el-aləmin içərisində əzizlərimiz də yaxınlarımız da var. Bir atalar sözü yerinə düşər bu arada. “Palaza bürün el ilə sürün.” Elin gözündə qinaq obyekti olmamaq üçün hər tutduğumuz yolu düşünmək məcburiyyətindəyik.
24. Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir… Dövranla fərqli yollarda addımlayırsınız, ya yolunuz birdir?
– Bu dünyada hər kəs dövranla bərabər yürümək istəyir. Və hər kəs də gövranla birlikdə addımlayır sanır özünü. Mən də həmçinin. Amma əlimdən gələn qədər uyğunlaşmağa çalışıram desəm daha doğru olar məncə.
25. Ömrə, günə etibar yox əzəldən
Bir də dönüb yarpaq olmaz xəzəldən.
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadır… Əksəriyyət bu dünyadan gileylidir. Amma heç kim də dünyadan əlini üzmək istəmir, yaşamaq istəyir. Şikayətçi olduğumuz dünyaya bizi bağlayan nədir belə?
– Əslində Quranda bu barədə ayə də var. Allah (cc); Cinləri və insanları, ancaq mənə qulluq və ibadət etsinlər deyə yaratdım. [Zariyat 56]. Hər insan əslində şirkətçidir danışsa bu dünyadan varlı da kasıb da. Şükr etməyi unutmuşuq əslində. Halbuki dünyanın gözəl olduğunu öz canımız və əzizlərimizin canlarına sağlıqlarına bir şey olduğunda anlayırıq təəssüf ki. Canımız sağ, ömrümüz gözəl ikən bunun fərqinə varmırıq.
26. İnsan ürəyi bir sandıqdır. Dodaqlar onun kilidi, dil isə açarıdır.. İnsana o açarı yaxşı mühafizə etmək düşər… Çoxmu güclü mühafizə edirsiniz öz sandığınızı?
– Düzdür bu belədir məncə də. İnsanı ən yüksək zirvələrə qaldıran da ən alt mərtəbəyə endirən də onun dilidir. Onun üçün çalışmalıyıq ki, ətrafımızdakı insanları bu bir parça dilimizlə üzməyək. Bir deyimdə söyləndiyi kimi “Canana can deməklə candan can əksilməz.”
27. Birinə güvənmək lazımdır bu həyatda. Səni heç vaxt tərk etməyəcək birinə. Kimdir o? Həyatınızda belə bir insan varmı?
– Güvən qazanmaq və güvən vermək çox çətindir. Mənə kimlər güvənir bilmirəm, heç düşünmədim bu barədə. Amma mənim güvəndiyim insan ilk növbədə anamdır. Sonra atam, qardaşım, yoldaşım və bu siyahını artırmaq olar. Bir neçə insanlarla həm də yaxın və qohum olanlardır bunlar. Qohumluq əlaqələri olmayan insanlardan hər şeyi ilə, tamamilə, güvəndiyim biri yoxdur.
28. Gedənin arxasından baxmayın, yoxsa gələni görə bilməzsiniz… Oldumu belə gedəniniz? Çox baxmadınız ki, arxasınca?
– Bəli oldu. Arxasınca baxdığım qardaşım oldu. Hər zaman da getdiyi yola baxacaq gözlərim. Çünkü o biri dünyaya getdi və yaşadığım sürəcə gözlərimi yolda qoydu…
29. Əbu Turxan deyir ki, bəşər dünyasının piramidası tərsinə dayanmışdır: azlıq çoxluğun çiynində deyil, çoxluq azlığın çiynində gedir. Ağıllı insanların sayı azalıb, yoxsa əksinə, ağıllılar çoxdur yerlərini rahat ediblər?
– Ağıllı insanların sayı çoxdur. Ağıllı insanın ən yaxşı xüsusiyyətlərindən biri hər gördüyünü, hər bildiyini, və hər doğrunu düşünmədən dilə gətirməməsidir. Ağıllı insan nə vaxt, harada, hansı şəkildə danışacağını bilməlidir. Deyəcəyi hər sözün nə qədər doğru və əhəmiyyətli olsa da insanlar üzərindəki təsirini hesablaya bilməlidir.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat arzularına çata bilirsə insan, onun üçün daha gözəldir. Ümumiyyətlə, həyatda kiçik bir xoşbəxtlikdən zövq almağı bacarırsan o zaman həyatin necə gözəl olduğunu görərik. Gözəl bir Azərbaycan mahnı sözlərində deyildiyi kimi:

“Hər şey gözəldir həyatda
Sən bu gözəlliyi anlaya, duya bilsən… Hər gününüz gözəlliklərlə dolu olsun inşallah…

Müsahibə üçün təşəkkür edirəm 💐

30/06/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Mənim də 9-cu sualın cavabı xoşuma gəldi.
    Müsahibə üçün hər iki xanıma təşəkkürümü bildirirəm.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Her günümüz güzellikerle olsun…Hayırlı cumalar sevinçli dünya..Sevgiyle kalın..

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: