Milli Ordu Günü

Deyirəm, kaş ki insanın ikinci dəfə doğulmaq şansı olaydı. Və bu şans şəxsi istəklər uğruna reallaşaydı. O zaman, sizi əmin edirəm ki, əsgər kimi doğulardım mən. “Niyə əsgər?” deyə sual verə bilərsiniz. Çünki yuxularda Vətən sayıqlamaqdan yoruldum. Bu dərdi çəkməkdən də yoruldum… Hər birimizin, istər kiçik olsun, istər böyük, bir dərdimiz var. Amma ən böyük dərdimiz isə Vətən kimi bütöv ola bilməməyimiz olsun gərək. Fildinq Henri deyir: “Sən” və “mən” anlayışı olmasa idi, indi dünyaya sülh hakimlik edirdi. Məmməd Arazın da bir gözəl şeiri var “Məndən ötdü, qardaşıma dəydi”. Oxumayanlar üçün oxumağı tövsiyə edirəm, oxuyun bu şeiri. Bu gün laqeydliyi, bu gün biganəliyi, bu gün nələrin, nələrin davasını bir kənara qoyub bütöv Azərbaycan üçün yumruq kimi birləşmək lazımdır. İçimizdə sapı özümüzdın olub, lakin çürük olanlar var, onlardan danışmayacam. Mən millətin igid oğullarından yazacam. Hansı ki onların sayı yüzminlərlədir. Bəli, bu cür igidlərimiz çoxdur. Biz heç vaxt qorxaq olmamışıq. Bizim dizimizi bükmək də asan olmayıb. Asan qazanmamışıq qazandıqlarımızı. Meydan da gördük, mücadilə də etdik. Tanklar altında tikə-tikə olan da bizik, sinəsini gülləyə tuş edən də. Haqsızlıq üçün səsimizi ucaldanlar da elə bizlərik. Bütün bunları bacara biliriksə, niyə gözümüzdə yurd həsrəti ilə yaşayaq?!..
“Azadlıq uğrunda hər cür müharibə müqəddəsdir, işğalçılıq isə lənətə layiqdir”. (J. Lakorder) Gözəl fikirdir. Biz işğalçı deyilik, biz azadlığımız üçün vuruşmağa hazırıq amma. Əvvəl Qarabağımızı alıb, sonra da arzusunda olduğumuz bütöv Azərbaycanı quracayıq. Nəyin hesabına deyə sual verməyin mənə. Hər halda güvən yerimiz var! Arzularımız üçün yaşamırıqmı? Bu da arzularımızdan biri niyə olmasın ki?
Bu gün Milli Ordu Günüdür. Bu gün biz düşmənə meydan oxuya bilən orduya sahibik. Bu ordu kənardan pulla satın alınan muzdlular hesabına ordu olmayıb. Bu ordunun başçısından tutmuş sıravisinədək hamısı azərbaycanlıdır. Həm də Azərbaycan üçün canlarından keçməyə hazır olan igid-igid oğullardır hər biri. Biz bu orduyla dünyanı fəth edəcək gücə sahibkən, tülkü kimi qorxaq olan erməninin qarşısında aciz qalacayıqmı? Yox! Heç bir zaman! Bizi qorxudan erməni də deyil, bizi qorxudan ölmək də deyil. Ümumiyyətlə, bizi heç nə qorxutmur. Biz sadəcə ƏMR gözləyirik…
Bayramın Mübarək, Qəhrəman Azərbaycan Ordusu!
Bayramın Mübarək, İgid Əsgər!
Bayramın Mübarək, Keşiyimizdə Duran Oğullar!
Bayramın Mübarək, Gecəsi Gündüzü Olmayan Vətən Fədailəri!
Ordun Var Olsun, Azərbaycan!!!

26/06/2017 tarixində Tariximiz, Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Var ol, Sevinclidunya…. Teşekkürler…..

    tərəfindən bəyənildi 3 şəxs

  2. Bugün ve her zaman birleşmeliyiz. Milli duyguların yüreğimizde kalp attığı gündür bugün. Tarihine sahip çıkan her millet geleceği iyi görür. Yüreğinize sağlık. Kutlu ve mübarek olsun Azerbaycan.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah esgerlerimizi qorusun. Ordumuzu dushmen uzerinde muzeffer etsin.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: