Ramazan Bayramınız Mübarək

Əziz dostlar, dini, imanı olan soydaşlarımız, Allaha sığınıb kəramətinə şükr edənlər, ürəyində saf niyyət daşıyan hər kəs, bütün müsəlman dünyası! Ramazan ayını başa vurmuş sayılırıq. Gəlişini səbirsizliklə gözləyənlər, gedişindən pərişandır əlbət. Amma bizə verilən bu müddət ərzində fikirləşmək üçün çox böyük zamanımız var. Bir ayın fəzilətini dərk edənlərin düşünməyə ehtiyacı olmayacaq, amma hələ də qəflət yuxusunda yatanlar varsa, növbəti Ramazanadək yaxşı-yaxşı düşünün. Allahı sevməyi və dərk etməyi anlayın. Bilin ki, bu dünyada sığınacağınız bir pənah yeriniz, bir qibləniz var. İmana gəlməyin zamanıdır artıq. Pis niyyətlərinizdən, pis əməllərinizdən çəkinin. Əl tutmağın, könül sevindirməyin savabını dərk edə bilmirsinizsə, nə əlinizi uzadın, nə də dilinizi… 

Ramazanda çoxu dua edər, amma hər kəs dua etməyi bacarmaz. Bir tək özü üçün əlini Yaradanın dərgahına uzatmayasan gərək. Dualarının ünvanı sənin qəlbinin genişliyi deməkdir. Qəlbi geniş, xisləti təmiz olanların duaları da qəbula daha tez yazılar inşAllah. Allah tutduğunuz orucu, dilədiyiniz niyyəti, arzuladığınız duaları tez bir zamanda hasil etsin inşAllah. Biz, Allahın bəndələri olaraq bu aydan razı qaldıq, kaş ki həm bu ayın özü və həm də bütün kainatın yaradanı olan Allahımız da bizdən razı qalaydı…

Bayramınız bir daha mübarək olsun!

İki maraqlı hekayəni sizinlə də bölüşmək istəyirəm.

Beşikdə oruc

Əbdülqadir Geylani Həzrətləri, hələ iki-üç aylıq imiş görün anası nələrə şahid olubmuş:

“Oğlum hələ bir neçə aylıqdı. Mübarək Ramazan ayı gəlmişdi. Birinci gün dan yeri söküldükdən günəş batana qədər bütün gün ərzində heç süd əmmədi. İkinci gün də eyni halı təkrar edincə anladım ki, Əbdülqadir oruc tutur.

İkinci il Şaban ayının sonuna doğru hava çox buludlu olduğu üçün camaat Ayı görə bilmədi. Ramazanın başlama tarixini müəyyən edə bilmədilər. Əbdülqadirin bu xüsusiyyətlərini bilənlər həmən anasının yanına gedib onun süd əmib əmmədiyini soruşdular. Həqiqətən o gün Əbdülqadir sübhdən bəri süd əmməyibmiş. Bundan sonra o günün Ramazanın birinci günü olduğu anlaşılıb.

Əbdülqadir beşikdəykən oruc tutduğunu bu beyt ilə dilə gətirir.

Başlangıcım beləydi, dillərdə söylənirdi.
Beşikdəykən orucdum, bunu hər kəs bilirdi”.

 

Buna şeytan səbəbdir

Bir Ramazan günü Əbdülqadir Geylani Həzrətləri dostları ilə bir çöldən keçirmiş. Oruc olduqları üçün, həm də hava çox isti olduğu üçün onların taqəti kəsilmək üzrəymiş. Buna baxmayaraq yollarına davam edirmişlər. Birdən qarşılarında bir işıq görünür və onlara səslənir:

– Mən sizin Rəbbinizəm. Ramazanda yemək-içmək sizə haramdır buyurmuşam. Amma indi sizin bu halınızı görüb, yeyin və için deyirəm.

Bu eşitdiklərindən təəccüblənən və həm də sevinən bir neçə yolçu tez su qabına və yeməklərə əl atır. Bunu görən Əbdülqadir dostlarına deyir:

– Qəti orucunuzu açmağa tələsməyin!

Sonra səsin gəldiyi tərəfə dönüb:

– “Euzu billahi mine’ş-şeytani’r-racim. Euzu billahimine şerri zalike”. Qovulmuş şeytandan Allaha sığınırım – deyir.

Bunu deyər-deməz nur görünən şey bir anda qapqara olur. Şeytan özünü məharətlə gizlətmiş olsa da oyunu ortaya çıxır.

25/06/2017 tarixində Dinimiz, imanımız, Yazılarım içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Ellerine sagliq ezizim. Ikisi de maraqli idi👏👏👏😘😘😘😘💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹

    Bəyən

  2. Şeker gibi bayramlara.😘

    tərəfindən bəyənildi 1 şəxs

  3. Sonayın bıbısı Sada

    Bayramın Mübarek Sevınclı Dünya!
    Bayramın mübarek Sevınc!💐💐💐

    tərəfindən bəyənildi 1 şəxs

    • Yollarına gül düzüm
      Mənim günüm, gündüsem.
      Sənsiz mən necə dözüm?
      Bilmirəm özüm…

      Xoş gəldn, Sadam 😘😘😘❤️❤️❤️🌷

      Sənsiz necə dözər yarın,
      Həsrətdən üzülər yarın.
      Heç olnasa kənardan bax,
      Gör bir nələr çəkər yarın…

      Bilmirəm anlada bildimmi həsrətimi???…

      Bəyən

  4. Muselman dunyasinin iki bayramindan biri olan Ramazan bayramimiz mubarek olsun. Allah saleh emelleri bizden ve sizden qebul etsin.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: