Kaş bəxtin yazılsın qızıldan, qızım

Sən ömür bağçamda bitən çiçəksən,
Güllərdən gözəlsən, şirin sözümsən.
Ürkək baxışlımsan, ceyran gözlümsən
Bəxtimin ən parlaq ulduzusan sən.
Nə qüssə, nə kədər, nə qəm biləsən,
Nə yaxşı gəldin sən ömrümə, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Ağılın, kamalın, biliyin öndə
Fəxrimsən əxlaqın, ləyaqətinlə.
Günəş də baş əyər sənin önündə
İnşAllah bəxtin də gülər üzünə,
Xoşbəxt ol, xoşbəxtlik yaraşır sənə.
Qızılım, mirvarim, dürrümsən, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Ömrümü sadağa edərəm sənə,
Yolunda dözərəm hər gələn dərdə.
Namərdə qul ollam, zalıma kölə,
Təki arzuların düşməsin çənə
Yetiş muradına, yaşa bəxtəvər.
Əhdinə çatdır sən ananı, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Bir gün ağ gəlinlik geyərsən sən də,
Vağzalı çalınar ağlaram mən də.
Cehizlik yığmaram, büllur vermərəm,
Ən böyük almazsan səni göndərrəm.
Qızıldan taxt-tac da heç diləmərəm,
Qədrini bilənə yar ol sən, qızım!
Kaş bəxtin yazılsın qızıldan, qızım!

 

Doğum günün mübarək, qızım! 

P.S: Tortun reseptin istəyən olsa verərəm ☺️

 

Advertisements

24/06/2017 tarixində Sevdiyim şeirlər, Yazılarım içində dərc edildi və , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Yüreğinize sağlık, aynı zaman da ellerinize de.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Allah qiziniza xeyirli omur nesib etsin, Sevinc 💐💐💐

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: