Sarı Çiçək və sərt Qaya (əfsanə)
Sarı çiçək əfsanəsi
…İlk dəfə sahildə rastlaşmışdılar. Çiçək pərişan halda sahil boyunca gəzirdi. Yorulmuşdu, təbiətin gözlənilmədən gətirdiyi boran, qasırğa onun səmtini güllü-çiçəkli çəmənlərdən, düzlərdən ayırıb qayalıqlara, qumlu sahilə rast salmışdı… Çiçək gəzirdi, nə axtarırdı heç özü də bilmirdi, amma sığınacağı birinə ehtiyacı vardı…lap uzaqdan diqqətini bir Qaya çəkdi. Çiçək kənardan oğrun-oğrun bir müddət Qayanı izlədi. Qaya sahilə çox yaxın idi, hərdən dəniz qəzəblənib dalğalananda sərt toxunuşlu ləpələr qayanın da üzünə çırpılırdı…Qaya sakit-sakit dənizə baxırdı…onun gözləri yol çəkirdi… yol gözləyirdi…Çiçəyin gəlişindən xəbərsiz idi…Çiçək qoxusu, təravəti ilə sahilə bir yeni nəfəs gətirdi. Sahildə nə vardısa, hamısının diqqəti onun üzərində idi…Çiçəksə gözünü Qayaya dikib durmuşdu. Çiçək elə bilirdi ki, bu sərt daş parçası onun sığına biləcəyi bir qucaq olacaq…
View original post 995 daha çox kəlmə
21/06/2017 tarixində Yazılarım içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.
Ne kadar da güzel bir hikayeymiş. Yüreğinize sağlık. Bu tür hikayeleri okumayı çok seviyorum
Bəyəntərəfindən bəyənildi 1 şəxs
Bəyəndiyiniz üçün təşəkkür edirəm, Cenapbey. Oxuyan gözləriniz var olsun.
Bəyəntərəfindən bəyənildi 1 şəxs