Bağışlamağı bacarırsınızmı?

Xoş gördük, gəlişimi səbirsizliklə gözləyənlər, xoş gördük, hər günü nigarançılıqla keçənlər, xoş gördük, dəyər verib xəbər tutanlar, xoş gördük, özləri səhifəmdə olmasalar da ürəklərində olduqlarım, xoş gördük, kənardan oğrun-oğrun baxanlar, xoş gördük əzizlərim! Mən gəldim ☺️ Pozitiv bir salamlaşma ilə günə başladım, gününüz aydın olsun 💐 Əliboş gəlməmişəm, maraqlı bir mövzuyla gəlmişəm. Oxumaq istəyənlər buyursun.

Nifrətə qalib gəlməyin yeganə yolu var: Bağışlamaq… Başqalarını bağışlayanda biz azad oluruq. Nifrət isə həyatdan zövq almağımıza, insanların gözəl tərəflərini görməyimizə mane olur. Nifrət dolu bir həyatsa, deyərdim bədbəxt bir həyatdır… 
Bu həyatda heç kəs nə xalis yaxşı, nə də xalis pis deyil. İnsanlar var ancaq başqalarının pis tərəflərini görməyi bacarırlar. Təkcə pislikləri görmək isə bir müddət sonra şübhə, depressiya və ümidsizlik dənizində boğur insanı.

Bağışlamaq isə insanı saflaşdırır, onu ucaldır. Bağışlamaq üçün lazım olan şey, insanın ruhi və zehni olaraq özünü hazır hiss etməsidir. Çünki bağışlamaq bir seçimdir, insanın içindən gələn istəkdir. Bağışlamaq üçün kimsəni məcbur etmək mümkün deyil.
Bağışladıqda, digər insanın da sizi bağışlamasını, dəyişməsini və ya sizin istədiyiniz kimi olmasını gözləməyin. Burda məqsəd sizin arxayınlaşmanız, sizin azad olmanızdır.

Bağışlamaq asan deyil. Ancaq özünü tanıtmaq üçün lazımdır. Çox insan bağışlamaqla, nifrət etdiyi adamın günahsız, ya da haqlı olduğu anlamına gələcəyini güman edir. Halbuki, bağışlamaq keçmişdəki xatirələrin boyunduruğundan xilas olmaq, həyatımızı nəzarət altında tutmasına son qoymaq deməkdir.
Bağışlamaq o adamı sevmək deyil…
Bağışlamaq o adamın gözlədiyi kimi hərəkət etmək deyil…
Bağışlamaq o adamı qucaqlamaq deyil…
Bağışlamaq o adamı günahsız bilmək deyil…
Bağışlamaq o adamı haqlı bilmək də deyil…
Bağışlamaq incikliyin, qəzəbin, nifrətin həbsxanasından azadlığa çıxmaqdır…

Kim deyə bilər ki, mən bu dünyada, heç kəsin könlünə dəyməmişəm, kimsəni küsdürməmişəm?
Birlərinə hirsləndik də, qəzəbli danışdıq da, incidib küsdürdük də, hətta küsdük də bəlkə…Bu olanlardan sonra içimizdə qəzəb, kin, intiqam alma kimi mənfi hisslər inkişaf etmədimi? Məhz bütün bu mənfi hisslər bizi yaşadığımız anın zövqünü çıxarmaqdan, xoşbəxt bir həyat sürməkdən, sözün qısası, daha keyfiyyətli bir həyat üçün irəliyə doğru bir addım atmağa mane olmadımı? 
Bağışlamaq, olan bitəni geridə buraxmaq, qəzəbi məğlub edib, kin bəsləməyə son qoymaq deməkdir.
Haqlı olduğunuz məsələdə hiss etdiyiniz kinin, qəzəbin, cəzalandırma arzularının məğlub olmasına çalışın. Qəzəb bizim həyatı xoşbəxt bir şəkildə yaşamağımıza düşməndir, bunu bilməliyik.

Doğrudur, bağışlamaq bir xəta, bir təhqiri və ya hərəkəti ortadan qaldırmaq demək deyildir. Bağışlamaq bu hadisələrdən dolayı yaşadığımızı unutmağa səbəb olmaz, amma insana gözəl dərs olar…
Bağışlamaq bizi incidən adamın davranışlarını təsdiqləmək deyil. Baş vermiş olanların qəbulu da demək deyil, ya da əhəmiyyətsiz olduğu mənasına da şamil edilmir. Hələ fədakarlıq heç deyil. Əgər bizi kədərləndirən, incidən adama, bir maska taxaraq sanki bir şey yoxmuş kimi, ya da laqeyd qalaraq yanaşırıqsa və münasibətimizi davam etdiririksə, bu həqiqi mənada bir bağışlanma olmadığı kimi, insanın özünə olan dürüstlüyünə də şübhədir. 
Burada həqiqət adlı duyğularımızı keçici bir müddət üçün örtmüş olmuş oluruq. Həyatdan artıq zövq almırıq deməkdir, çünki saxta hisslər içindəyik. Qəzəbimiz onun ən zəif anında ortaya çıxa bilər və içimizdən qisas almaq hissi keçə bilər. Bax buna görə də diqqətli olmaq lazımdır.
Birini bağışlamaq, bizi incidən adamın borcunu qaytarmaqdır. Əgər birini bağışlamağı rədd ediriksə, bu hələ də o adamdan bir gözləntimiz olduğunu, bir şeylər istədiyimizi göstərər, bu bir qəzəbdən sonra almaq istədiyiniz bir intiqam belə olsa, bizi əbədi olaraq ona bağlı saxlayar.

Ancaq bir şeyi də unutmayın, həqiqətən güclü insanlar bağışlaya bilir, bu iş mərd işidir. Saxta və ya süni bir bağışlama isə qorxaqların işidir. Saxta bağışlama saxladığımız qəzəb hissinin bir müddət sonra ortaya çıxmasına və bunun nəticəsində də bizim bədbəxt, təcavüzkar biri olmamıza səbəb olar.
Sizi incidən insanları buraxın getsin. Əbədi olaraq ağlınızdan çıxarın, unudun… Bağışlayın və onunla olan bütün əlaqələrinizi kəsin, onu sərbəst buraxdığınızda nə qədər azad və xoşbəxt olduğunuzu görəcəksiniz…

… İndi o pəncərədən yenidən baxın, insan nə qədər təmiz və aydın görünür, artıq tam mənası ilə azad biri kimi…İndi bu anın keyfini çıxarın və vaxtı doya-doya yaşamağa başlayın… Mənim kimi…İllərdir ürəyimdə yara kimi saxladığım, əsarətinə məhkum olduğum birini bağışladım, özümçün əbədi sonsuzluğa məhkum etdim…mən  bağışladım…Allah bağışlayacaqmı, onu artıq bilmirəm…

Advertisements

19/06/2017 tarixində Ailə dünyası, Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 10 Şərh.

  1. Oy ne xosh bir xeber 😍😍😍 Menim hesablamama gore hele bir az daha vardi. Allaha shukurler olsun 😘😘😘

    tərəfindən bəyənildi 2 şəxs

  2. Xebere sherhi bir azdan yazacam ☺️

    tərəfindən bəyənildi 1 şəxs

  3. Hoş geldiniz Sevinçli Dünya. Uzun zamandır bizler de sevdikleriniz gibi yolunuzu gözlüyoruz. Meraklandım doğrusu nasılsınız ne yapıyorsunuz diye. Ama çok güzel bir konuyla dönüş yaptınız. Günümüzün hastalığı olan bağışlamak konusu. İnsanlar artık insanları bağışlamıyor ve sürekli dargınlıklar ve küskünlükler. Bayram yaklaşıyor umarım bu dargınlıklar yok olur herkes bağışlama ve merhamet yolunu seçer. Bu yazınızı okurken çok güzel bir hikaye aklıma geldi paylaşmak isterim. Özellikle şu cümleniz bana esin kaynağı oldu. “Bağışlamaq, olan bitəni geridə buraxmaq, qəzəbi məğlub edib, kin bəsləməyə son qoymaq deməkdir.”
    Bir lise öğretmeni bir gün derste öğrencilerine bir teklife bulunur:
    “Bir hayat deneyimine katılmak ister misiniz?’
    Öğrenciler çok sevdikleri hocalarının bu teklifini tereddütsüz kabul ederler.
    “O zaman” der öğretmen : “Bundan sonra ne dersem yapacağınıza da söz verin”
    Öğrenciler bunu da yaparlar.
    “Şimdi yarınki ödevlerinize hazır olun.Yarın hepiniz birer plastik torba ve beşer kilo patates getireceksiniz!”
    Öğrenciler, bu işten pek bir şey anlamışlardır. Ama ertesi sabah hepsinin sıralarının üzerinde patatesler ve torbalar hazırdı.
    Kendisine meraklı gözlerle bakan öğrencilerine şöyle der öğretmen:
    “Şimdi, bugüne dek affetmeyi reddettiniz her kişi için bir patates alın, o kişinin adını patatesin üzerine yazıp torbaya koyun.”
    Bazı öğrenciler üçer-beşer tane patates koyarken, bazılarının torbası neredeyse ağzını kadar dolmuştur. Öğretmen, kendisine:
    “Peki şimdi ne olacak?” der gibi bakan öğrencilerine ikinci açıklamasını yapar:
    “Bir hafta boyunca nereye giderseniz gidin, bu torbaları yanınızda taşıyacaksınız.Yattığınız yatakta, bindiğiniz otobüste, okuldayken sıranızın üstünde hep yanınızda olacaktır.’
    Aradan bir hafta geçmiştir. Hocaları sınıfa girer girmez, denileni yapmış olan öğrenciler şikayete başlarlar:
    “Hocam, bu kadar ağır torbayı her yere taşımak çok zor.”
    “Hocam, patatesler kokmaya başladı. Vallahi, insanlar tuhaf bakıyorlar bana artık. Hem sıkıldık, hem yorulduk.”
    Öğretmen gülümseyerek öğrencilerine şu dersi verir:
    “Görüyorsunuz ki, affetmeyerek asıl kendimizi cezalandırıyoruz. Kendimizi ruhumuzda ağır yükler taşımaya mahkum ediyoruz. Affetmeyi karşımızdaki kişiye bir iyilik olarak düşünüyoruz. Halbuki affetmek en başta kendimize yaptığımız bir iyiliktir.’
    Sevgi ve güzellikle kalınız. Tekrardan hoş geldiniz:)

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gördük sizi, Cenapbey. Diqqetiniz və sayğınız üçün bir daha minnətdaram. O qədər gözəl bir hekayə idi ki, sanki yazımda yarım qalmış bir şeylər vardı, onu tamamladı deyərdim.
      Özləmişəm sizin yazıları, gələcəm bloqunuza qısa zamanda inşAllah.
      Sizi bir daha səhifəmdə görməyimə çox şad oldum. Siz də sevgiylə qalın hər zaman…

      tərəfindən bəyənildi 1 şəxs

      • Söylemek istediklerinize bir nebze bile anlam katmış isem ne mutluluk. Sizin yazılarınıza son zamanlarda vakit ayıramadım. Çünkü çok beğenerek okuduğum, takip ettiğim bir blog sayfanız var. Vaktim olmadığındandır. Sizleri de beklerim buyurun. Sayfama yeni köşeler açtım. Dert Köşesi ve Sizden Gelenler diye. Umarım beğenirsiniz. Fikirlerinizi bekliyorum. Sevgi ve dostça kalınız, bizleri de o güzel paylaşımlarınızdan da mahrum etmeyiniz 🙂

        tərəfindən bəyənildi 1 şəxs

  4. Mən bir az pis yaddaşlı adamam, yalandan deyim ki, kim nə pislik edir-etsin, unuduram, bağışlayıram, YOX. Amma son zamanlar çalışıram ki, olanı olduğu kimi qəbul edim, yoxsa ki, üzərimdə bir yük kimi qalırdı, indi necə deyərlər “boş verirəm”. Zamanı gələndə üzünə vurmasam da, içimdə o hiss baş qaldırır, deməli ki, hələ güclü bir insan deyiləm. Allahın lütfü, mərhəməti sayəsində o da olar inşəAllah.
    Gözəl bir dönüş üçün təşəkkür edirəm, Sevinc. Nə yaxşı ki, gəldiniz 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  5. Salam ezizim😘hemiwe evinde😍bu qeder derinini bilmirdim gercekden. Ama oxuduqlarimnan neticem o olduki men coxlarini bagiwlamiwam.en esasi odurki menim kin deye bir hissim yoxdu

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: