Yağışın nağılı

Yağış yağır… rəqs eləyir damcıları torpaq üstə
Bulud sanki gözlərindən yaş axıdır gilə-gilə
Qarışıbdır fikirlərim göy üzünün havası tək.
Pəncərdən uzaqlara dikilibdir baxışlarım…
İstədim ki bulud olub qalxam göyün havasına
Yağam göydən damcı-damcı ürəyimin yarasına.
Sonra birdən göy gurladı, çaxdı şimşək ildırım tək
Şaqqıdadı buludlar da, qəzəbindən lərzə gəldi göyün üzü.
İriləşdi yağışın da damcıları dəldi, deşdi bu torpağın ürəyini… 
Yağdı yağış hey aramsız…torpaq təzə qoxu yaydı
Gülümsədim göyə baxıb…yada düşdü xatirəmiz…
Yadındamı yaz yağışlı gözəl gündü, mən evdəydim
Sənsə köhnə dostlarınla yığışmışdın.
Yazdım sənə: “Yağış yağır”… Cavab yazdın:
“Torpaq gözəl qoxur indi”…bilirdin ki mən sevirəm
Sakit yağan yaz yağışın, yağış qoxan o torpağı, göyün səsin…
Yağış yağır…üşüyürəm… əynim nazik, hava sərin, qulağımda həzin səsin…
Yağış yağır pəncərənin şüşəsini döyəcləyir aram-aram
Sənsizliyə sarılmışam, yağış yerə, mən havaya vurulmuşam…
Səni mənə gətirəcək göydən yerə yağışını yağdıran kəs
Ona görə hər yağışda əllərimi açıb göyə yalvarıram Yaradana
Yaşadırsan yaşat məni, insan kimi, adam kimi…
Yaşatmırsan yaşatma sən, tutma sən də heç əlimi, burax məni bir heç kimi
Qəribsəyib qübar etsin könlüm yenə, həsrətindən duman geymiş dağlar kimi…
İstəmirəm ömrüm keçə intizarda, istəmirəm qüssəni də, kədəri də
Yağsın yağış, yusun həmən kirpiyimdə qor bağlamış qəhəri də…
…Yağış yağır bu gün yenə… yağır yağış sən getdiyin o yollara…
Gözlərimə həsrət adlı eynək taxıb, yol alıbdır yenə fikrim
Yaxınlara, uzaqlara…
Yapışıb yaxamdan, əl çəkmir məndən, cavabsız suallar qəlbimi sıxıb
Sən belə ayrılıb getməzdin heç vaxt, bəs niyə qayıtmaq yadından çıxıb?..
Gözüm telefonda, qulağım səsdə…sənin xəyalına köklənmişəm mən
Az qalıram itəm səndə ilim-ilim, itəm-batam həsrət qoxan nəfəsimdə…
Qəfil çalır elə bu an telefonun mesaj səsi, yazırsan sən:
Fikirləşdim, hey götür-qoy etdim səni, nəhayət ki, əmin oldum
Mənə doğmalardan doğma sənsən, sən başqasan, çox əzizsən
Sədaqəti, etibarı səndə gördüm, dəyişmədin necə gəldin ömrümə sən
Gəldiyin tək qala bildin…eyni baxış, eyni istək, eynisən sən…
Gəlim yenə nağıl danış, başım qoyum dizin üstə
Layla da çal lap sən mənə, dönüm körpə uşaq olum, tut əlimdən…
Dedim mənim gözüm üstə…
…Yağ sən, yağış, hər gün gecə, hər gün səhər…heç dayanma
Qoy danışsın göy də yerə öz nağılın, qoy danışsın bizi yağış
Yeri göyə, göyü yerə, səni mənə, məni sənə qovuşduran o Tanrıya
Gəl şükürlər diləyək biz…yağsın yağış islanaq biz, nağıl olaq qoy ikimiz…

Müəllif: Sevincli Dünya

Advertisements

22/05/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Mukemmeldi..coc gozeldi..herweyi anlatir..yawananlari …y yawanacaqlari… yawaya bilmeyecekleri..😕

    tərəfindən bəyənildi 1 şəxs

  2. 👏👏👏👍👍👍kaş ki, yagiş damlalarinin altinda birge gezeceyimiz kimsemiz de ola🌨☔🌨☔🌨☔👭👭Ehsen super.😘😘😘👍👍👍👍👍

    tərəfindən bəyənildi 1 şəxs

  3. Mən yağışdan sonra Günəş istəyirəm 🙂

    tərəfindən bəyənildi 1 şəxs

  4. Diqqətiniz üçün sağ olun, əzizlərim 😘💐❤️🌹🌷💐😘❤️

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: