Dünyaları yeməklə deyil, bir parça çörəklə xoşbəxtəm mən…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 18-ci yazı)

Cüməniz mübarək, əziz dostlar! Xoş gördük həftənin bu gününü səbirsizliklə gözləyənləri, elə gözləməyənləri də ☺️

Bu gün gənc bir qızla, istedadlı, o kiçik ürəyinə dünyanı sığışdıra biləcək bir gücdə olan Pərvinlə tanışlıq günüdür. İndiyə qədər Pərvinə “siz” deyə rəsmi müraciət edirdim. Daha bu gündən “qızım” deyəcəm. Həm yaşda mənim qızımdan da kiçikdir, həm də onun daxilindəki kövrəklikmi deyim, duyğusallıqmı deyim, nə bilim gizli bir hiss mənə bu sözü dedirtdi. Bir şey mənə qəribə gəldi, Pərvini tanıyanlar bilirlər ki, mövzulara heç vaxt qısa olaraq cavab verməz. Hər zaman geniş məzmunda fikir bildirər. Mən müsahibədə də bunu gözləyirdim. Amma niyəsə qızım lakonik cavablarla kifayətlənib. Cavablar məni qane edib əslində, qısa olmağına baxmayaraq bəzən elə cümlələrə rast gəldim ki, “afərin” deməkdən başqa söz tapmadım. Ola bilər suallar qane etməyib Pərvini. Hər halda güman edirəm ki, Pərvin mənim instagram hesabım var olduqca dostluğumda qalacaq və hər zaman gözüm axtaracaq biri olacaq…

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam. Mən Əzimzadə Pərvin. 1998-ci ildə Bakıda anadan olmuşam. Məktəbi bitirmişəm, şeir və yazı yazmaqla özümü ovundururam. Sanki təsəlli tapıram… boş zamanlarımda isə kitab oxumağı çox sevirəm… 
2. Sidqi deyir ki, insanların ən qüvvətlisi qeyzli olanda özünü saxlayandır. Siz necə, yeri gələndə əsəblərinizə hakim ola bilirsinizmi?
– Əslində sinirlərimə hakim olan birisiyəm, amma bəzən sinirlərim darma-duman olur və bu da özümdən başqa heç kimə zərər vermir. Sinirli olanda ya ağlayaraq, ya da susaraq öz-özümü sakitləşdirirəm. Məni əsəb edən çox şeydən kənar gəzirəm, çünki bu həm mənə, həm də ətrafıma çox yaxşı təsir edir.
3. Vaxtdan ağıllı istifadə etsək, kifayət qədər vaxtımız olar. Zamandan şikayətçi deyilsiniz?
– Zaman axıb gedir, sanki bir qatardayıq, dönüşü olmayan bir bilet və o qatarda tək-tənha mən varam… Zamanı dəyərləndirmək bizim öz əlimizdədi. Kimisi üçün adi gələn bu dünya mənim üçün çox çətindi. Zamanı dəyərləndirərək yaşamaq lazımdır. Hər anı, hər saatı pozitiv və xoşbəxt yaşamaq lazımdır, ən azından zövq alaraq.
4. Qarşınızdakı insanlara birinci nəyə görə qiymət verirsiniz?
– İnsanlar müxtəlif xarakterdə olurlar və hər kəsin özünə xas bir xasiyyəti, davranışı var. Çalışdığım qədərilə insanları olduğu kimi qəbullanmaq istəyirəm. Lakin qarşımdakı kobud rəftar edərsə, təbbi ki, uzaq duraram və ya əgər mümkünsə məsləhət verər səhvlərini təkrarlamaması üçün tənbeh edərəm, əks təqdirdə məni anlamayan, ya düzgün hərəkət etməyən insanlardan daim uzaq durmağa çalışıram.
5. İlk üzr istəyən ən cəsur, ilk bağışlayan ən güclü, ilk unudan xoşbəxtdir. Hansı biri oldunuz?
– Səhvim varsa əgər heç tərəddüd etmədən üzr istəmişəm daima. Özümdən yaşca kiçiklərə belə. İnsanların səhvlərini də bağışlamışam, mümkün olarsa əgər unutmağa çalışmışam, amma yaşanmışları unutmaq çox çətindi, bağışlasam belə əvvəlki münasibət heç bir zaman olmayıb.
6. Qarğalar danışmağa başlayanda, bülbüllər susar… Sizcə niyə?
– Çünki bəzən mənasız danışarlar, bilib bilmədən yersiz və haqsız…obyektiv dəyərləndirmədən, boş sözlər danışaraq, sadəcə baş ağrısı verərlər… bülbüllər susar ona görə ki, əlbət vardır bildiyi, hər şeyin vaxtı, vədəsi.. Zaman yolunda irəllərkən, susaraq danışar “ürək dilindən” sadəcə səbr…
7. Ölümdən qorxan insan heç nəyə nail ola bilməz. Yalnız qorxmayana hər şey mənsubdur. ( L. Tolstoy ) Bəs sizin üçün ölüm nə deməkdir? Ölmək qorxusu ilə yaşayırsınızmı?
– Ölüm haqq dünyadır. Son mənzil. Ölümlü bir dünyada yaşayarıq, həyatın tək gerçəyi də bundan ibarətdi. Ona görə də heç bir zaman ölməkdən qorxmamışam, bir söz vardır daim dilimdə. Ölülərdən yox dirilərdən qorxmaq lazımdı deyə. Həqiqətən də belədir, əvvəl-axır hər kəs dadacaq ölümü. Ona görə də daim cəsarətli, daim öz güvənli olaraq həyatı yaşamaq lazımdı. “Hər şeyə rəğmən”…
8. Sən gərək özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın… – Tanıdığınıza peşman olduğunuz biri varmı?
– Bəzən insanları tək baxışla tanıya bilirəm. Ya tək bir hərəkəti də önəmlidi. Onu tanımaq üçün. “Kaş ki tanımasaydım” çox zaman isdifadə etdiyim bir cümlədi. Həqiqətən insanları tanıdıqca bir addım geri addım atıram. Hər cür insan olduğu üçün, tanıdığım və sonra tanışlığın peşmançılığını yaşadığım insanlar var.
9. Sizcə niyə aforizmlər əvvəlki dövrlərdə yaşamış filisoflar tərəfindən yaranıb? İndi buna ehtiyac yoxdur, yoxsa bunu deyə bilən biriləri?
– Keçmiş dövr aforizimləri, əslində belədi ki, əvvəlki dövrlərdə məktubdan isdifadə etmək daha çox idi. Poçta gedərək öz yaxınlarına məktub aparırdılar. Keçmiş aforizimlər hələdə nənə babalarımızın dilində var. Və onların o sözləri bizim başımızın tacıdı. İndiki dövrdə sosial şəbəkələr və digər “online” əlaqələr olduğu üçün önəm daşımır aforizmlər.
10. Hz. Əli deyir ki, Allahdan qorxmasaydım siyasətçi olardım. Siyasətçi olmaq üçün Allahdan qorxmamaqmı lazım?
– Allah bizləri yaradan, nəfəs verəndi. Bu həyata layiq bilib yaradandı. Allahdan qorxmayan kafirdir deyirlər. O bilən məsləhətdi. Onun qüdrəti onun mərhəməti vardır. Allah bizi yaradıbsa əgər bir bəndə olaraq, bizə də layiqincə yaşamaq düşər.
11. Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Dünyaya gələrkən yazılır taleyimiz. 2 yoldan birini seçər insan “Yaxşı və Pis”. Hər şey insanın öz əlindədi əslində. Kimisi pis yola qurşanar, kimisinə də məcbur yaşatdırarlar. Ağıl düşüncə mütləqdi insan həyatında. Hər kəs öz möhrünü vurmalı yaşadığı həyata
12. İnsanı tanımaq üçün onu sevmək lazımdır. Çoxmu tanıdığınız var və hamısını sevə bildinizmi?
– Sevgimə layiq olanları sevdim daima. İnsanı tanımaq üçün tanımaq lazımdı əlbətdə ki, insan tanınaraq sevər, sevilər. Bəzən tanışlıq həm zirvələrə qaldırar həm də göydən yerə vurar. Heç gözləmədiyin anda həm də!
13. Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez – tez məsləhətləşmək lazımdır. ( Paskal ) Əməlinizə görə vicdanınızın sizdən hesab sorduğu hal oldumu?
– Vicdan hissi. Bu hiss mənə acizli yaşadan yeganə duyğudu. Çünki hər insan vicdan bilməz nədir. Gecə-gündüz əzab çəkdiyim günlərim olub. Qəlbim sızlayıb, vicdanla yanaşı peşmançılıq hissi də bürüyüb qəlbimi. Çarəsiz zamanlarda nəyin nə olduğunu belə unutmuşam. Lakin güclü olub, həyatı yaşamağa çalışmışam. Birini aciz görüb də kömək edə bilməmək, acı verib daima.
14. Evlilik qala kimidir, xaricindəkilər girməyə, içindəkilər çıxmaqla məşğul olarlar. Razısınız bu fikirlə?
– Evlilik “Şəxsi həyat” qala kimidir. Get-gedə böyüyər, get-gedə mürəkkəbləşər. Bir yuvada məskən salarlar və zamanı gəldiyində köçəri quş olub qanadlanarlar. Subay olduğumçün bu hissi duymamışam. Lakin gördüyüm gözəl ailə tabloları var insana həyat verən.
15. Azad qadın – elə bir qadındır ki, hələ özünə ondan asılı ola biləcək bir kimsə tapa bilməyib. Sizcə qadınlara azadlıq vermək vacibdirmi?
– Qadın bir kitabdı, hər səhifəsində yeni bir başlanğıc, hər səhifəsində yeni bir ümiddi. “Təkrarolunmaz və bir o qədər ecazkar bir gözəllikdi”. Qadın qəlbilə sevər, lakin məntiqilə düşünər. Düzgün olanı, düzgün qiymətləndiriləni seçər daima. Qadına azadlıq vermək önəmlidi, lakin o qadın “Qadın”adını daşıya bilirsə əgər… başı dik hünər və cəsarətlə. Çərçivə içərisində, nə etdiyini anlayaraq və anladaraq.
16. Üç şey: atılmış ox, deyilmiş söz və keçmiş günlər heç vaxt qayıtmır. Geri qaytarmaq istədiyiniz nələrsə varmı?
– Geri dönməsini geri istədiyim sadəcə körpəliyimdi. Çünki körpəlik hissini heç yaşamadım, heç dadmadım mən. Kaş geri dönəydi o günlər. Çünki heç doymadım körpəliyimdən, yaşamadığım duymadığım bir duyğu bu. Balaca bir uşaq görəndə çox sevinirəm, ən azından o hissi dada bildiyi üçün.
17. Məhəbbət çox vaxt ağlı olanların ağlını alır, ağlı olmayanlara ağıl verir. Sizcə necə?
– Adi bir şirin sözə aldanırlar çünki. Mənasız və anlamsız deyilmiş keçmiş sözlər dildən çıxdısa geri qaytarılması çox çətindi. Ağlı olanlar da məhəbbət hissini dadınca bir addım geriyə çevrilirlər. Lakin ayrılıq sonrası anlayırlar nə olduğunu və bir daha səhv bildikləri heç bir hərəkəti təkrarlamırlar.
18. “Allahım, mənə içi kitab dolu olan ev ilə çiçək dolu bir bağça qismət elə.” Məşhur filosofun sözləridir, amma siz də ədəbiyyatı sevdiyiniz üçün sualı sizə də ünvanlamaq istərdim. Kitab və çiçəklərlə dolu bir bağça varınızdırsa, istədiyiniz üçüncü şey nə olardı?
– Ədəbiyyatı çox sevirəm. Həqiqətən həyatımda böyük rolu var ədəbiyyatınn. Çiçəkli bir baxça və müxtəlif növ kitablar.. Möhtəşəm bir tablo.. 3 cü isdəyə ehtiyac qalmazdı.. Ən böyük həddiyə olardı mənim üçün.. Amma həmin an zamanın donmasını çox isdərdim. Güllü baxça, əlimdə gözəl bir roman. Günəşli bir səhər. Və mən…
19. Bəzən öz duyğularına tərcüməçi olmaq dünyanın ən çətin peşəsidir…… Bu çətin peşənin öhdəsindən gələ bilirsinizmi?
– Əslində duyğuları dilə gətirməklə özümü ovundururam, həyatı anlamağa çalışıram. Gördüklərim qədərilə. Bəzən yazdığım yazılarda müxtəlif fikirlər alıram. Və onları dəyərləndirməyə çalışaraq daha da ruha yaxın hisslərdən yazıb ürəkdə tüğyan edən, dillərdə gizlənən gerçəyi aydınlaşdırmağa çalışıram. Və zövq alıram..
20. Vəfasiz dost kölgə kimidir. İşiqli gündə səni izlər, buludlu gündə gözdən itər. (M.Beyləqani) Dar gününüzdə gözdən itən dostunuz oldumu?
– Əslində çox tanışım var. Lakin dosta gəldikdə 15 illik dostum, sirdaşım var. Mənimçün sadəcə o, məni anlayan sadəcə odur. Güvənilir biri olduğumu söyləyirlər. Çox insan dost olmaq isdəyir mənlə. Amma tərəddüd etmişəm daima. Çünki “Dostun da dostu vardır” yaxşı və pis günlərimdə daim yanımda olan tək və yeganə dostum.
21. Dilənçiliyin kiçik bacısı var. Həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir, bu biganəlikdir. (J.Renar) İndiki zamanda insanlar arasında gözlə görüləcək qədər biganəlik var. Nədir sizcə buna səbəb?
– Çünki hər kəs özünə qapalıdı. İnsan daim özünü fikirləşir, kənardakı nə fikirləşər deyə heç zaman ağlına gətirmir. Biganəlik hər bir insanda olur, gözlə görsənə biləcək ən xırda anlarda belə biganəlik olur ki, bu da insanlar arasında soyuqluq yaradır.
22. Gəlməyəcək bir gedəni, olmayacaq bir səbəbi gözlədinizmi heç?
– Gözlədim…Gedən birini gözləmək heç doğru deyil əslində.. Amma gözlədim. Bilmirəm niyə belədi amma, səbəbsiz duyğular içərisindəyəm. Gedəni yoldan saxlamaq olmaz, gedirsə əgər, vardır bir bildiyi. Ya dəyərini itirmişdir, ya da dəyərli bildiyi dəyərsizlərə yönəlmişdir…
23. Eynşteynin fikrincə – İnancı inkar edən elm topal, elmi inkar edən din kordur. Siz necə, inanclara inanan birisinizmi? Və sizin üçün din, yoxsa elm öndədir?
– Əslində həm din həm də elm önəmlidi. İnsanın hansi birini seçəcəyidir əsl hərəkət. Elimli olmayıb da, məktəb oxumadan, lakin oxuyanlardandan qat-qat savadlı olan kəslər var.
24. Başqalarının qayğısını çəkə-çəkə ömür sürənlər əslində ən gözəl və ən xoşbəxt insanlardır…Daha çox qayğı çəkirsiniz, yoxsa qayğınızı çəkirlər?
– Qayğıya möhtac biriyəm. Qayğısız böyüdüyümçün bəlkədə… Kaş o hissi yaşayardım.. Qayğı hissini yaşamadığım üçün əlimdən gəldiyi qədər qayğı göstərməyə çalışıram.
25. Pula layiq olduğundan artıq qiymət vermə, o, yaxşı nökər və pis ağadır. (A.Düma) Bəs sizin pula münasibətiniz necədir?
– Danılmaz həqiqət var hansı ki, adı “pul”olan pul əl çirkidi deyirlər. Amma insan ayağını yorğanına görə üzatmalıdı məncə. Pulla hörmət qazanmaqdansa, kasıb olaram qururlu olaram. Dünyaları yeməklə deyil, bir parça çörəklə xoşbəxtəm mən. Bir balaca daxmam olsun isti yuvam olsun və xoşbəxtlik olsun..ehtiyacı odənəcək qədər halal zəhmətlə qazanılan qazanc xoşbəxtlikdi. Pulun dəyəri yoxdu həyatımda.
26. Zamanın unutdura bilməyəcəyi xatirə, ölümün dindirə bilməyəcəyi acı yoxdur…unutmaq istəmədiyiniz xatirəniz varmı?
– Unutmaq isdəmədiyim anlarım var… var… Xatirələrim var …onlarə təkrar yaşaya bilmərəm bəlkə də…llakin xəyalımda yenidən yaşayıram onları.
27. “Düşünməmizi öldürən ən böyük düşmənimiz kiməsə alışmağımızdır”…Kiməsə alışdığınız oldumu?
– Sevirəm! Lakin bağlılığı heç sevmirəm. Bu həm düşüncələrimə, həm ətrafıma zərər yetirir. Bir dəfə bağlılıq yaşadım həyatımda, onu da zamanla atmağa çalışıram özümdən.
28. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. O zaman sizin üçün eşq nədir?
– Eşq 3 hərf, lakin sonsuz bir məna… Eşq yükünü hər insan daşıya bilməz…
Çox dünya dolaşdım xəyallarımda,
Sən demə xəyallar gerçək olarmış
Gəzib dolaşsam da bütün cahanı
Ən gözəl dünyadı eşqin dünyası. (Pərvin Əzimzadə)
29. Bütün dünya qadına qarşı şiddəti qəbul etmir. Lakin ən çox şiddətə məruz qalanlar da qadınlardır. Sizcə bu şiddət qadınların günahıdır, yoxsa zəifliyindən istifadə?
– Qadına şiddət! Nifrət edirəm şiddətə,! Sadəcə bir cümləylə “kişilərin acizliyi”qadın zərf məxluqdu lakin hər kəsdən güclüdü.. Qəlbən… ruhən…
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Mənimcün həyat hər şeydi. Zövq aldığın nə varsa həyatdı. Əgər duya bilirsənsə bu hissi, dünyanın xoşbəxt bəndəsisən..
Səndən doymaq olarmı?
Həyat, sən nə şirinsən.
Ancaq hamının deyil.
Sən həyatın qədrini yalnız bilənlərinsən.
Özünü bu dünyada heç kəs qonaq saymamış.
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman, görən kimə nə düşdü?
300 il boz qarğaya 10 il şahinə düşdü.. (B.Vahabzadə)
Sevinc xanım, çox şad oldum böyük dəyər sahibisiniz. ALLAH ürəyinizə görə versin.

Müsahibə üçün təşəkkür edirəm. 💐

19/05/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 12 Şərh.

  1. Müsahibə maraqlı və oxunaqlı alınıb. Çox da ağıllı gənclərimiz varmış. Allah xeyir nəsib etsin.
    Xoş bir tanışlıq üçün Sevincə kocaman təşəkkürlər 🙂

    tərəfindən bəyənildi 2 şəxs

  2. Canım, hər kəsdən vəfalım mənim. Şərhini yox ki, özünü özlədim… Bu aralar çox darıxıram, hədsiz çox… Qarmaqarışıq bir durumdayam, bəzən hər şeyi bir toxunuşla silib özümə qapanmaq istəyirəm. Amma qarşımı kəsən dəyərli bildiyim və mənə fərqli dəyər verənləri düşünüb əl saxlayıram…
    Allah hər kəsə könül rahatlığı və könlünə görə versin hər şeyi, noolar ki versin…

    tərəfindən bəyənildi 1 şəxs

  3. Yeni insanları tanıma sevinciyle hayırlı cumalar. Dua ile kalınız.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Salam ureyim.bax seki musabiqeyle bagli yazirdim.axirinci yazdigini gordum hirslendim😒😒😒

    tərəfindən bəyənildi 1 şəxs

  5. Sen varsan, dünyam varneyim catişmır?!Sen olan yerde lal daşlarda dile veler ureyim💓💓💓💓Hemişeki kimi mükemmel.Pervin xanima geldikde az yaşıyla illeri yaşayib sanki.Ehsen deyirem ber birinize.👏👏👏👍👍👍🐞🐞🐞🐞🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: