Qarabağın qara bəxti…

image

Yoruldum mən…sözün həqiqi mənasında yoruldum… 25 il az müddət deyil. Bir igidin ömrü qədərdir deyərlər. Bəs onda yetməzmi yas tutduğumuz? Bəs deyilmi həsrət?!.. Bəs deyilmi işğaldan yazmaq?!..Yurd üçün nigaranam bu gün mən…bu adi nigarançılıq deyil, bu fərd üçün yaşanan nigarançılıq deyil, sən ondan nigaran olasan, o isə digərindən…bu nigarançılıq sevgi kimi, yaxşılıq, hörmət kimi qarşılıq gözləmir. Çünki bu Vətənə olan hissdir! Vətən yeganə məfhumdur ki, onun üçün nə etsək qarşılıq almadan edərik. Sevsək də, nigaran qalsaq da, həsrət çəksək də… 
Mən anayam! Analar göz yaşı istəməz! Analar qan tökülməsini istəməz! Analar övlad itkisinə dözməz! Amma bu gün müharibə olacaqsa, övladlarımı döyüşə göndərəcək gücdə olan bir anayam həm də. Keçən ilin aprel döyüşlərində mən artıq özümü buna hazırlamışdım. Gərək olacaqdısa, mənim oğlum da gedəcəkdi döyüşə. Gedəcəkdi, getməlidir və bu gün lazım olarsa gedəcək də…
…Gözümdə qalaq-qalaq həsrət yığılıb. Hansına yetəcəm, hansına qovuşacam bilmirəm. Amma gözümdə Qarabağ həsrəti ilə köçməyəcəyimə dair içimdə bir ÜMİD var. Bu həsrət bitməsə gözlərim açıq gedəcəm yoxsa bu dünyadan…

Oymadı,

Yurdum oyma-oymadı.

Əlim düşmən gözünü

Vədəsində oymadı…
Laçın rayonu haqqında qısa arayış: …1992-ci il may ayının 17-18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan etmişdir. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Rayonda 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalmışdır. Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.
Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etmişdir. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rayonun işğalı ilə bağlı yaydığı məlumatda bildirilmişdir ki, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşmışdır. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınmışdır…

…heç nə yazmaq istəmirəm daha…

18/05/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Allah öz mərhəmətini Vətənimizdən əsirgəməsin, Qarabağın yollarını açsın.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: