Məntiqlə düşün və tap

image

1. Aşağıdakı yazılışlarda ədədlər arasında əməl işarələrini elə yaz ki, doğru bərabərliklər alınsın. Mötərizələrdən də istifadə etmək olar.
a) 1 2 3=5
b) 1 2 3 4=5
c) 1 2 3 4 5=5
d) 1 2 3 4 5 6=5
e) 1 2 3 4 5 6 7=5
ə) 1 2 3 4 5 6 7 8=5

2. Dörd pişiklə 3 pişik balasının kütləsi 15 kq, 3 pişiklə 4 pişik balasının kütləsi isə 13 kq-dır. Pişiklərin kütləsi bir-birinə bərabər və pişik balalarının kütlələri də bərabər olarsa, hər pişiyin və hər pişik balasının ayrılıqda kütləsi nə qədər olar? 

3. İki atanın yaşları cəmi 80-ə, iki oğulun yaşları cəmi 40-a, ata və oğulun yaşları cəmi isə 60-a bərabərdir. Hər üçünün (baba, oğul, nəvə) cəmi neçə yaşı var?

4. Riyazi əməl işarələrindən və mötərizələrdən istifadə etməklə:
a) 7 dənə “7” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 700-ə bərabər olsun.
b) 8 dənə “7” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 700-ə bərabər olsun.
c) 8 dənə “2” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 200-ə bərabər olsun.
d) 10 dənə “4” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 500-ə bərabər olsun.
e) 9 dənə “6” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 600-ə bərabər olsun.
ə) 10 dənə “9” rəqəmindən elə ifadə düzəlt ki, onun qiyməti 1000-ə bərabər olsun.

5. İki ədədin cəmi 462-yə bərabərdir. Onlardan biri sıfırla qutarır. Həmin sıfrın üstündən xətt çəkdikdə ikinci ədəd alınır. Bu ədədləri tap.

6. Qab yağ ilə tam doldurulduqda 24 kq, üçdə bir hissəsi doldurulduqda 10 kq-dır. Qabdakı yağın 1/7 hissəsi nə qədərdir?

7. Hansı məntiqlə aşağıdakı ardıcıllığı davam etdirmək olar?
S – 30, O – 31, N – 30, …

29/04/2017 tarixində Birlikdə öyrənək içində dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. Bir şərh yazın.

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: