Namaz və onun qaydaları ( 4-cü hissə)

image

Söz verdiyim kimi bu gün qüsldan və onun alınması qaydasından danışacam.
QÜSLLAR

Namazdan qabaq boynunda vacibi qüsllardan biri və ya bir neçəsi olan şəxslərə qüsl etmək vacibdir və onlar namaz qılmaq üçün əlavə olaraq dəstəmaz da almalıdırlar. Cənabət qüslu isə dəstəmazı əvəz edir və onunla namaz qılmaq olar.

Vacibi qüsllar yeddi qismdir: 

1– Cənabət qüslu;

2– Heyz qüslu;

3– Nifas qüslu;

4– İstihazə qüslu;

5– Meyit qüslu;

6– Məss- meyit qüslu;

7– Nəzir, and içmə və sair səbəbilə vacib olan qüsllar.

CƏNABƏT

İnsan iki yolla cünub olur: 1- Cima etməklə ( cinsi əlaqədə olmaqla ); 2- Məninin ( sperma ) çölə gəlməsi ilə ( istər yuxuda olsun, istərsə də ayıq olan vaxt; istər az olsun, istərsə də çox; istər şəhvətlə olsun, istərsə də şəhvətsiz; istər ixtiyari olsun, istərsə də qeyri-ixtiyari ).

İSTİHAZƏ

Qadınlardan xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən müddətdə qadına müstəhazə deyilir.

İstihazə üç qismdir: Qəlilə (az), mütəvəssitə (orta), kəsirə (çox).

Qəlilə istihazə budur ki, qan qadının övrətinin daxilinə qoyduğu bezin bir tərəfindən keçib o biri tərəfində zahir olmasın.

Mütəvəssitə istihazə odur ki, qan qadının övrətinə qoyduğu bezə hopub o biri tərəfindən zahir olsun. Amma qadınların, adətən, qanaxmanın qarşısını almaq üçün qoyduqları dəsmala çatmasın.

Kəsirə istihazə budur ki, qan ora qoyulan bezdən keçib dəsmala çatsın.

HEYZ

Heyz, əksərən, hər ayda bir neçə gün müddətində qadınların bətnindən xaric olan bir qandır. Qadın heyz gördükdə haiz adlanır.

Qızın doqquz yaşı tamam olmamışdan əvvəl və qadının yaisə olduqdan sonra gördüyü qan heyz deyildir.

Heyzin müddəti üç gündən az, on gündən çox olmur.

NİFAS

Uşağın ilk üzvü ananın bətnindən çıxdığı andan etibarən qadından gələn, on gündən qabaq, yaxud on gün tamam olan müddətdə kəsilən hər qan nifas qanıdır. Nifas halında olan qadına nəfsa deyilir.

MEYİT QÜSLU

Meyitə üç qüsl etmək vacibdir: birinci sidr qatılmış su ilə; ikinci kafur qatılmış su ilə; üçüncü xalis su ilə qüsl vermək vacibdir.

MƏSS-MEYİT QÜSLU

Əgər bir kəs bədəni soyumuş və qüsl verilməmiş bir meyitə məss etsə, yəni bədəninin bir hissəsini o meyitə vursa, məss-meyit qüslu eləməlidir – istər yuxu halında məss etsin, istərsə də ayıq; istər ixtiyari olaraq məss etsin, istərsə də ixtiyarsız.

Ölmüş uşağa, hətta dörd ayı tamam olan uşağa məss etdikdə məss-meyit qüslu vacibdir.

QÜSL ETMƏYİN QAYDASI

İstər vacib, istərsə də müstəhəb qüslu iki cür almaq olar–tərtibi və irtiması.

TƏRTİBİ QÜSL

Tərtibi qüslda, qüsl niyyəti ilə əvvəlcə başı və boynu, sonra bədənin sağ tərəfini, daha sonra sol tərəfini yumaq lazımdır. Əgər bir kəs qəsdən, yaxud unutqanlıq və ya məsələni bilməməzlik üzündən bu tərtibə riayət etməsə, qüslu batildir.

İRTİMASİ QÜSL

İrtimasi qüslda gərək su bir anlığa bədənin hər yerini əhatə etsin. İrtimasi qüslda bədənin hamısını suyun altına aparıb, sonra qüsl niyyəti etsə və bədəni hərəkət etdirsə, qüslu səhihdir.

Vacib oruc tutan, yaxud Həcc və ya Ömrə üçün ehram bağlayan bir kəs irtimasi qüsl edə bilməz. Unutqanlıq üzündən etmiş olsa, qüslu səhihdir.

Əziz dostlar, növbəti dəfə sizlərə təharətin üçüncü, sonuncu qismi olan təyəmmümdən danışacam. Allaha əmanət olun…

26/04/2017 tarixində Dinimiz, imanımız içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Salam ezizim. Ellerine sagliq canim. Bunlarin hamisini bilmirdim.oyrendim sayende.😋😋😋🖒👏👏👏👏💖🌹

    tərəfindən bəyənildi 1 şəxs

  2. Salam Sevincim. Əllərinə sağlıq canım. Allah min kərə razı olsun. Şox dəyərli bilməmiz gərəkən bilgilərdi. Çox sağ ol😘

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah bizi öz doğru yolundan ayırmasın. Xalqımıza hidayət versin.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Hamınıza təşəkkür edirəm, əzizlərim. Allahın pənahında olun hər zaman.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: