Səbziqovurma plov

image

Lazım olan ərzaqlar:

6 st uzun düyü
1 kq qoyun əti (mal əti də olar)
3 dəstə kəvər
1 dəstə ispanaq
2 dəstə quzuqulağı (turşəng)
2 dəstə keşniş
1 dəstə şüyüd
0,5 dəstə cəfəri
0,5 dəstə nanə
1 dəstə tərxun
2 ədəd baş soğan
kərə yağı
7-8 ədəd albuxara
1 ç/q zəfəran
duz, istiot
sarıkök
1/4 ç/q limon duzu

Hazırlanması: 

Əvvəlcə plovu bildiyimiz qaydada dəmə qoyuruq. Səbziqovurmanı hazırlamaq üçün isə əti quşbaşı tikələrə doğrayıb bişənədək qaynadırıq. Sonra baş soğanı incə-incə doğrayıb kərə yağında qızılı rəng alanadək qovururuq. Bişmiş əti də ayrıca qovurub bura əlavə edirik və soğanla birgə 3-4 dəqiqə yenidən qovururuq. Duz, istiot, sarıkök, limon duzu, albuxara əlavə edirik.

Göyərtini təmizləyirik, yuyub suyunu çəkirik, xırda doğrayırıq (tərxundan başqa), ətin üzərinə əlavə edib qarışdırırıq. Ətin suyundan bir qədər əlavə edib dəmə qoyuruq. Bişməyə 5 dəqiqə qalmiş yarpaqlanmış tərxunu əlavə edirik.

Advertisements

19/04/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 5 Şərh.

  1. Əcaba həftəsonu bişirsəmmi deyirəm 🙂 Bir dəfə səbzili plov eləmişəm, səhv eləmirəmsə, bu qədər çox növ göyərti vurmamışdım.
    Süfrənizə min bərəkət, Sevinc, əcəb gözəl görünür 🙂 Nəzərə alaram inşəAllah.

    tərəfindən bəyənildi 1 şəxs

  2. Plov mənim vazkeçilməz xörəyimdir.Göyərtinin bol vaxtıdır, bişirməyə dəyər.
    Seva, Allah süfrədən ruzini əskik etməsin.Sağ ol, var ol ki, fərqli təamları vaxtaşırı dostlarla bölüşüb onları tərpədə bilirsən.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Cox super gorunur sevirem bu plovu

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: