Yeni yaşın uğur gətirsin, “Sevincli Dünya”

Əslində 2 yaş böyüksən demək deyil. 2 yaşında uşaq nələri bacarır? Qırıq-qırıq cümlələr qurar, yıxıla-dura yeriyər. Amma sevəni hədsiz çox olar. Hər kəs ətrafında dolanar, əzizləyər, sevgi göstərər…
Mənim də bloq ünvanımın “Sevincli Dünya”mın bu gün 2 yaşı oldu. Düz 2 il bundan əvvəl oğlum bir bloq səhifəsi açdı mənimçün. Yazım, bildiklərimi paylaşım, mətbəxə olan sevgimə bir az da sevgi qatım deyə. Hərdən uşaqlar üçün şirniyyat hazırlayanda zarafatla deyirlər: “mama, bloq üçün şəkil hazırdırsa biz əl vuraq”. Sonra da könlümə dəyər deyə hərəsi bir dəfə üzümdən öpür. ☺️ 
Keçən il bloqun 1 yaşı olanda səhətimdə bəzi problemlər olduğu üçün hesabat xəbəri paylaşa bilmədim. Çox qəribədir ki, mən bu tarixi yenə də unutdum… Bloq ünvanıma bir az bundan əvvəl bildiriş gəldi ki, bəs, “Sevincli Dünya” artıq 3 yaşına qədəm qoydu. Təsadüfmü deyim, qismətmi deyim, bilmirəm, bu gün əhvalım heç yerində deyil yenə. Amma buna baxmayaraq, özümü toplayıb bu yazını paylaşmağı özümə borc saydım. Onsuz da bizim əlimizdə olmayan hadisələri dəyişməyə qadir deyiliksə, üzülməyə dəyməz dedim. Barı mənim ətrafımda dostcasına yığılan dəyərli insanlarla xoş günümü bölüşüm. Çünki mən təkbaşına bloqu bu səviyyəyə gətirə bilməzdim heç vaxt. Mənlə bərabər sizin hər birinizin əməyi var burda, dostlar.
Bu 2 il ərzində çox nailiyyətlər qazandı bloq. Gün ərzində izləmə sayına, baxış sayına, bəyənmə sayına görə hətta birinci sırada belə oldu. Dünyanın bir çox ölkəsindən hər gün baxış var. Bəzən elə ölkələrin adına rast gəlirəm ki, deyirəm görəsən bunlar nə axtarıblar bloqumda?))
2016-cı ildə ən çox axtarış edilən “Meymun ili nələr vəd edir”, “Üz quruluşuna görə hicab bağlama” yazıları liderlik edirdi. Hər gün bu yazıya ən az 20-30 baxış olardı. Bu bloq üçün, həm də azyaşlı bloq üçün bu böyük göstəricidir. 2017-ci ildə isə hələ ki liderlik “Müəllim haqqında hikmətli sözlər” yazısındadır.
Bütün bunlar üçün minnətdar olduğum sizin kimi dəyərli izləyicilərimin, dostlarımın olmasıdır. Müsahibə mənə də, dostlarıma da çox qiymətli insanlar qazandırdı. İkinci hissəyə tərəddüdlə razılıq verdim. İnanmırdım uğurla davam etdirərəm. Amma xasiyyətimi bilən bilir, çətinlik məni qorxutmur, qol qoydumsa, Allahın izni ilə sona çatdıracam düşündüm. Və bu gün deyirəm ki, nə yaxşı ki, ikinci hissəni başladım…
Əziz dostlar, dəyərli insanlar! Hər birinizə minnətdarlığımı bildirmək istəyirəm. Ürəkdən təşəkkür etmək istəyirəm. Yanımdasınız, yazılarımı diqqətdən kənar qoymursunuz, dəyərli zamanınızdan ayırıb, oxuyub rəy bildirirsiniz. Bloqun instagram səhifəsini açanda 2015-ci ilin yayı idi. Bu da qızımın ideyası oldu. Hətta bir neçə gün özü idarə etdi. Niyəsə uyğunlaşa bilmirdim. Amma bu gün hər şey tamam fərqlidi. Bloq və İnstagram ikinci evim sayılır.
Hərdən mənim də gileyim olur ki, bu yenilik, texnikanın inkişafı, sosial şəbəkələr insanları başqalaşdırdı. Amma bu mövzuda hər şey insanın mənəviyyatına bağlıdır. Mən heç vaxt övladlarıma internetdən istifadəyə qadağa qoymamışam. Arxayınlığım olub onlardan, inamım olub ki, onlar manitorla baş-başa qalsalar da nə axtardıqlarını, nəyə baxacaqlarını bilirlər. Belə də oldu, şükür bu günə. Övladın ən çətin dövrü yeniyetməlik sayılır, bu dönəmdə o qədər ciddi dəyişikliklər olur ki, bu ailələrdə bağışlanması mümkün olmayan səhvlərə belə aparıb çıxarır. Mən bu dönəmi hər üç övladımda çox uğurla başa vurdum. Bu gün hər cəhəti ilə nümunə göstəriləcək övladlara sahibəm, şükürlər olsun buna. Sözümü ona gətirirəm ki, “internet evimizi yıxdı” deyə bir şeylər yoxdu. İnternetdən doğru və yanlış istifadə var. Bloqu məhz bu niyyətlə açmışam. Sırf maarifləndirmə niyyəti ilə. İşimdən də, yolumdan da hələ ki, razıyam. İnşAllah sona qədər də bu ruhda davam edərəm. Siz necə, razısınızmı? Bunu özünüzdən eşitmək daha xoş olar. Mənə isə son söz kimi bunu demək qalır: Yeni yaşın sənə yeni-yeni uğurlar gətirsin! Yeni yaşın sənə doğma olanları sənə daha yaxın etsin! Yeni yaşın xəyallarının gerçəyinə qovuşdursun səni, Sevincli Dünya…

Advertisements

14/04/2017 tarixində Yazılarım içində dərc edildi və , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 8 Şərh.

  1. Sonayın bıbısı Sada

    Ad Günün Mübarek “Sevınclı Dünya”💐💐💐
    Elmınıze elm əlavə edən şəxs sizin dostunuzdur. -Deye bır fıkır oxumuşdum ve çox da beyenmışdım.Sen de o şexslerdensen Sevınc.
    Ugurların davamlı olsun bız de baxıb sevınek ezız dostum!!

    O kı qaldı ınternetlden ıstıfadeye -Eger bu gün ınternetde 1 saat oturub bır xarıcı dılı öyrenmışemse ve yaxud dünen Sevıncın bloqundan “Naxcıvan kökesının” reseptını tapıb evdekılerın xüsusı tapşırıgını yerıne yetırmışemse,gece yatmazdan önce hec çür yadımda saxlaya bılmedıyınm bır surenı oxuyuramsa bunun harası Evımızı yıxır göresen??
    Sadece ınternetden ıstıfadenın meqsedlerı önemlıdır mence Dostum🌹🌹

    tərəfindən bəyənildi 1 şəxs

    • Həftəsonu sürprizimi deyim buna, nə deyim mən. Xoş gəldin canım 😘😘😘😘
      Sənin timsalında çox-çox dəyərli insanları tanıdımsa, bunun nəyinə pis deyim mən???
      “Evdəkilərin xüsusi tapşırığı”n yerinə yetirən sənin əllərindisə, bəyənilməməsi mümkün deyil.
      Bilirsən sənə niyə yazmıram? Sənin mənə xüsusi tapşırığın var onu yerinə yetirməmiş üzünə çıxa bilmərəm. Yenə danlayacaqsan yoxsa. Gələn həftə üçün nəzərdə tutmuşam Allahın izni ilə həll edəcəm. ☺️😘💐🌹

      Bəyən

  2. Tebrik edirem ugurlariniz her zaman bol olsun Allah caninizi sag elesin ovladlarinizi xosbext etsin her zaman olara baxib sevinesiz sagolun varolun yaxsiki sizi tanimisam Allah razi.olsun sizden

    tərəfindən bəyənildi 1 şəxs

  3. Allah xeyirlərə vəsilə etsin. Mən razıyam inşəAllah. Öyrəndiklərimin və inşəAllah ki öyrənəcəklərimin bir qismi də Sevincin bloqunun payına düşür. Təşəkkür edirəm, Sevinc, yaxşı ki varsınız.

    tərəfindən bəyənildi 1 şəxs

  4. Deyəsən yaman gecikmişəm Sevinc. Üzürlü hesab et, başım qarışıq olub neçə gündür burdan xəbərim olmayıb. İndi gördüm və təbrik etməyi özümə borc bildim.
    “Yeni yaşın mübarək olsun, “Sevincli Dünya”. Uğurların bol, sevincin əbədi olsun.
    Əminliklə deyə bilərəm ki, bu neçə ildə nə yaxşı ki, səni tanımışam. Sən həyatda hər şeyin ən yaxşısına layiq xanımsan, Sevinc. Allah övladlarını sənə, səni onlara çox görməsin, ömrün boyunca övladlarınla fəxr edəsən.
    Hərdən öz-özümə deyirəm ki, nə yaxşı ki, internet var, sənin kimi rəfiqəm var. İnternet olmasa idi, səni hardan tanıyacaqdım.

    tərəfindən bəyənildi 1 şəxs

    • Yox, gecikməmisən, sənin gəlişin həmişə xoşdur, canım. Təki başın həmişə xeyir işə qarışsın 😘😘💐❤️🌹😍
      Xoş sözlərinçün sağ ol, Allah hamımızı övladlarımız sarıdan xoşbəxt eləsin.

      Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: