İçin-için ağladığım o qədər günlər olub ki, o günlərdən biridə elə bu gündür…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 13-cü yazı)

Cüməniz mübarək, əziz dostlar! Bu gün müsahibim köhnə dostların tanıdığı və çox sevdiyi bir simadır. Bloqun daimi oxucusu onsuz da xəbər tutacaq, çünki o mənim ən etibarlı mələyimdir. Xəbəri olmayanları da instagram səhifəsindən “tag” etməklə agah edəcəm.

Hə, dostlar, Nigar mənim mənəvi qızım sayılır. Çox gözəl əl qabiliyyətinə və insanlığa malik biridi. Uşağa əlindən tutub yeriməyi necə öyrədərlərsə, Nigarın da qabiliyyətinin üzə çıxmasında az da olsa mənim də əməyim var. Bunu özü dəfələrlə hər yedə vurğulayıb deyə yazdım, yoxsa dilimə belə gətirən biri deyiləm. Ola bilər ki, suallara qısa cavabı yenə mənim dəyərli oxucularımın haqlı qınağına səbəb olsun. Amma bunu Nigara bağışlamağınızı xahiş edərdim. Çünki Nigarın daxili aləminin zənginliyini bilən biri kimi istədim bunu sizdən…

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq? 
– Mən Nigar, Allahın qulu.  
2. Biz, adətən, özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarınln gözü ilə baxmaqdır. Başqasının gözüylə özünüzə baxdığınızı fərz edin. Gözünüzə görünən kimdir?
– Başqalarının gözündə özümü çox aciz, heç nəyi bacarmayan, heç kimə lazım olmayan biri görürəm bəlkə də bu belə deyil, amma mən belə fikirləşirəm.
3. Bəzən yaxşı biri olmaq üçün bütün pisləri tanımaq məcburiyyətində qalırsan. Buna ehtiyac duydunuzmu?
– Son zamanlar çox duydum….
4. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Baxdığım filmlərdə ən yadda qalan obraz “Qaynana” filmindən Cənnət xaladır. Öz həyatımdakı obraza gəlincə isə…nə isə, bu haqda yazmayım…
5. Sıfıra bənzər insanlar vardır. Onlar hər zaman qarşılarında bir rəqəmə ehtiyac duyurlar. Qarşısında durduğunuz biri oldumu?
– Qarşısında durduğum insanlar var.
6. Mədəniyyəti xalqın ruhunun xarici təzahürü adlandırlrlar. Belədirsə, o zaman sizcə ruhumuz mədəniyyətimizlə düz mütənasibdirmi?
– Baxır insanlara. Çoxunda düz mütənasibdir, çoxunda isə tamam fərqli.
7. Dedilər gözündə qəm adlı dağ var
Dedim gözlərimdə iz qoyub gedib… Gözünüzdə əksini qoyub gedəniniz necə, oldumu?
– Olub, atam rəhmətə gedib və bununla barışa bilmirəm. Düzdür, Allahın qismətidir, amma ona çox ehtiyacım var(((
8. Ən sərt insanın belə içində bir uşaq yatır. Nədir sizi o uşağa döndərən, nələr uşaqlaşdıra bilər sizi?
– Mərhəmət, Allah qorxusu içimdəki sərtliyi tamam aparır.
9. Bəzi fürsətlər qapını yüngül döyər…qaçırdığınız fürsət oldumu?
– Çox oldu və indi qaçırdığım o fürsətlərə görə çox peşmanam…
10. İnsan sevmək hissini israf etməməlidir. Kim nə qədər sevilməyə layiqsə, onu o qədər sevməlidir. Sevginizi israf edəcəyiniz biri varmı və ya oldumu? Kimdir o?
– Sevgimi israf etdiyim insan oldu, kimliyi qalsın… çox doğrudur ki, insanı gərək həddindən artıq sevməyəsən. Sevilməyə layiq tək olan Alladır. Allah o sevgimizi daimi etsin.
11. İnsanların etdikləri pisliklər onlardan sonra yaşayır, yaxşılıqlar çox vaxt sümükləriylə birlikdə basdırılır. – Yaxşılıq niyə tez unudulur sizcə?
– Məncə insan övladı çiy süd əmib, ona görə də yaxşılıq unudulub gedir, bəlkə də başqa açıqlaması var amma mən belə düşünürəm.
12. Kiçik bir xoşbəxtlik istəyirəm. Elə kiçik ki, heç kim onu məndən istəməsin… belə deyirlər bəzən. Xoşbəxtliyinizi kimə qurban verməyə hazırsınız, varmı elə biri? Tam səmimi cavab istəyirəm.
– Xoşbəxtliyimi qurban verəcəyim insan yaşasaydı bu mənim atam olardı, çünki onunla mən nəfəs alırdım. Hər şeyi ona qurban edərdim, ondan sonra anam… Analara bütün həyatımızı versək, o da azdır! Başqa heç kimə qurban vermərəm.
13. “İnsanlara ən ədalətli şəkildə paylanan nemət ağıldır. Çünki heç kim ağılından şikayətçi deyil” Siz necə, ağlınıza güvənib addım atırsınız, yoxsa hissləriniz sizi idarə edir?
– Mən hər zaman ağılla düşünüb addım atmışam və peşman olmamışam. Tək bircə dəfə həyatda hisslərimə uydum, təkcə bir dəfə…Ağılla atılan addım daha yaxşıdır.
14. Dostayevski deyir: “Kişi çata bilmədiyi qadını lənətləyər, qadın çata bilmədiyi kişiyə “eşq” deyər. Sizin üçün eşq nədir?
– Mənim üçün əsl eşq hər şeydir həyatda.
15. Keçmiş xatirələrdə, gələcək isə xəyallarda yaşayır… Xatirələriniz, yoxsa xəyallarınız güclüdür?
– Xatirələrim daha güclüdür.
16. Dua ibadətin özüdür deyilir. Daima dualarınızda olan birinin adını deyə bilərdinizmi?
-Bəli, elədir dua ibadətin tam özüdür. Daima dualarımda olan isə ailəmdir.
17. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– Dostum var, amma yıxıldığım zaman qaldıran çox təssüf ki yoxdur.
18. Eynşteyn deyir: “Dinsiz elm kor, elmsiz din də topaldır”. Siz necə düşünürsünüz: insan elmsiz olub dindar olsa yaxşıdır, yoxsa dinsiz olub alim olsa?
– Dinsiz alimdənsə, elmsiz dindar olmaq yaxşıdır məncə.
19. Nə haraydı, ay ürəyim?
Çağla içində-içində.
Gizlincə çək əzabını,
Ağla içində-içində… Hər insan ağlaya bilər, amma için-için ağlamağın səbəbləri tamam başqadır. İçin-için ağladığınız oldumu heç?
– İçin-için ağladığım o qədər günlər olub ki, o günlərdən biridə elə bu gündür… Allah cümləmizə bu fani dünyada kömək olsun.
20. Günəşi sevirik, günlərimiz günəşli, aydın olsun istəyirik. Amma günəş çıxanda gölgəlik axtarırıq. Niyə?
– Elədir yəqin sərinlənməkdən ötrü😊
21. Kişinin qadına nəzakətlə davranması, ona olan sevgidirmi?
– Bəzi hallarda hə, bəzisində isə yox.
22. Sizcə, yaşamaq qadınlar üçün asandır, yoxsa kişilər?
– Məncə kişilər üçün asandır, mənə görə əziyyətin çoxun qadınlar çəkir.
23. Çətin qazanıb, asan itirdiyiniz bir şeylər oldumu?
– Həyatda hər şeyi çox çətinliklə qazanmışam. İtirməmişəm, amma hər an itirə bilərəm…
24. Zaman ayrılığı belə insana unutdurur. Onsuz yaşaya bilmərəm dediyimiz insanların simasını, qoxusunu, adını belə unutdurur zaman bizə…Və geriyə sadəcə xatirələr qalır… Niyə belədir sizcə? Günahkar həqiqətənmi zamandır, yoxsa insan unutmaq istəyir, amma günahı zamanda görür?
– Zamanın heç bir günahı yoxdur, insan özü unudur və bunu zamanın üstünə atır.
25. Nə zaman peşman olur insan? Peşman olduğunuz çoxmu hallar oldu?
– İnsan yaşamağa layiq olmadığı həyatı gördükdə peşman olur, bəli, çox hallar olub yenə də Allaha sonsuz şükr olsun demişəm, yəqin bu da bir imtahandır.
26. “Saxladığın bir sirr sənin əsirindir. Aşkar etsən sən onun əsiri olarsan.” Tanış hiss deyil ki sizə?
– Bəli, elədir. Söz ağızdan çıxdısa, artıq sənin deyil. İstər sirr olsun, istər adi söz. Mən hər zaman sözümü harda və necə deyəcəyimi bildim deyə bu sarıdan problemim yoxdur, şükür olsun Allaha.
27. Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. Sizcə təkrar yazılan yazılar alt yazının izlərini tamam bağlaylb görünməz edə bilərmi?
– Tamam bağlayar deməzdim, amma o yazılar gözəl yazı olarsa tam bağlamasa da keçmişi unutdurar.
28. Qeyri- mümkun olsa da, deyin, əgər uşaqlığınıza qayıtsaydınız, nəyi özünüzlə götürərdiniz?
– Atamı özümlə götürərdim 😢
29. Necib Fazil Kısakürek – bu ad yəqin ki, sizə tanışdır. Onun gözəl bir deyimi var: “Həyatımı hasara aldım. Bəziləri içəridə, bəziləri çöldə qaldı. İçəridən çölə çıxmağın açarı xəyanət, çöldən içəri girmənin açarı səmimiyyətdir”. Bəs sizin həyatınıza giriş-çıxışın açarı nədir, bilmək olar?
– Mənim həyatımda çıxış yalan, giriş doğruluq, düzgünlükdür.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
-Mənim üçün həyat bir imtahandır…

Müsahibə üçün təşəkkür edirəm, Nigar.

Advertisements

14/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 15 Şərh.

  1. Sevinccccccccc, 1-ci şəkildəki boşqabdan tanıdım 🙂 Mən bu qızı nə qədər özləmişəm 😦
    İndi də müsahibəni oxuyum.

    tərəfindən bəyənildi 1 şəxs

  2. İnsan var ki, qısa bir cümləsi ilə demək istədiyini tam anladar. İnsan var ki, 5 abzas yazı yazır, nə dediyini tuta bilmirsən. Hərşənd ki, mən özüm də çox yazanlar fəsiləsindənəm 🙂
    Nigara gəldikdə çox-çox sevdiyim (həm insanlıq, həm də evdarlıq baxımından) bir xanımdır. Allah müşkülünü asanlaşdırsın. Təbii ki, hər kəsin özünə məxsus çətinlikləri olur. Allah imanımızı artırsın, əxlaqımızı gözəlləşdirsin.
    Sevinc, sizə nə qədər təşəkkür etsəm… Çox, çox, lap çox sağ olun. Allah sizdən razı olsun.

    tərəfindən bəyənildi 1 şəxs

  3. Elə yaxşı olardı ki 🙂 Gözləyək Ləmoşu

    tərəfindən bəyənildi 1 şəxs

  4. Ay xow gördük sizleri Evvela sizden uzur isteyirem mende vefasız cixdim burda inanin bu il ancaq oğlumla,qizima bawiim qariwib ancaq onların tehsilleriile meşgulüm imtahanlar da yaxinlawir Ancaq Sevincimiz sizi izleirem vaxt oldugca şerh yaza bilmirem ele indice mudahibinizi gördüm keçe bilmedim yaxwidaki oxudum nedense Nigar xanimi ozume yaxin bildim oda menimkimi ata hesretini cekir ve heyatini gençliğini , qadinligimizi aileye hesr edir buda her kadının iwi değil bele mubariz olsun Nigar bacima bu heyatin imtahanindan uğurlu cixasan musahibenin hamisini oxudum ve Allah sizden razı olsun Sevinç xanim görün burda siz nece esl Azerbaycan qadini tanidirdiz İnwallah size birde musahibe vermek isteyerem son 1ilde heyatimdaki deyiwilikleri sizle boluwerdim ay unutdum adımı yazmamiwim adimArzu @arzunun_metbexi

    tərəfindən bəyənildi 1 şəxs

    • Xoş gəldin, Arzu. Biz səni başa düşürük, üzrə ehtiyac yoxdu, canım. Nigarın əl işləri elədi, adam biganə qala bilmir. Həqiqətən də sizin kimi xanımlarla qürur duymaq lazımdır, var olun 😘💐🌹❤️😻😍

      Bəyən

      • Cox sağ ol Sevinç xanim ne yaxwiki seni tanıdım sen deyirem çünkü bu seminerden ireli gelir ,burda qizlarin,qadinlarin ,xanimlarin anası, bacısı, yaxin refiqesisen cox maraqli di sizi görmeden ilk tsniwliqdsn size etibar edirik bütün sirrlerimizi ve pewmanda deyilik mende seninle qurur duyuram 😘😘💜💜💜

        Bəyən

  5. Salam Sevinc xanim cox sagolun Allah razi olsun cox sevinirem ki nece vaxtdan soram siz meni tapdiz dogurdanda sirniyyat bisirmeyde siz meni cox heveslendirdiz mene yol gosterdiz artiq nese bisirib paylasmagin xestesine cevrilmisdim😊Sonay canim xos gorduk darixmisdim inan😔

    tərəfindən bəyənildi 1 şəxs

  6. Xos gunun olsun gozelim men evvelki Nigar deyilem indi daha evvelki kimi bisirmirem arada bisrirem instagramda paylasiram bele yox

    tərəfindən bəyənildi 1 şəxs

  7. Cox sagolun Arzu xanim tesekkur.edirem sizinle bahem insAllah

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: