Bəzən qışqırsam da, hər kəlmələrinə içim məndən öncə “can” deyir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 12-ci yazı)

Cüməniz mübarək, dostlar. Müsahibə gözləyənlər üçün daha bir şairə xanımı qonaq gətirdim. Nahidə xanımı təqdim etmək üçün ürəyimdən keçənləri yaza bilmədim. Əslində yazacaqlarım vardı, müsahibəyə başlamazdan əvvəl. Amma təsadüf elə gətirdi ki, Nahidə xanım mənim yazmaq istədiyimi mənə sual kimi ünvanladı. Və bu da o deməkdir ki, siz bu haqda mənim öz müsahibəmdə oxuyacaqsınız. Buyurun, əziz dostlar, fikirləriniz, münasibətiniz mənimçün çox dəyərlidir.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Sadəcə Nahidə. Ailəli bir xanım. 
2. Biz, adətən, özümüzü yox, başqalarını görürük. Özünü görməyin yolu isə özünə başqalarınln gözü ilə baxmaqdır. Başqasının gözüylə özünüzə baxdığınızı fərz edin. Gözünüzə görünən kimdir?
– Sərt bir xarakter.
3. “Sənsiz də hər yerdə sənli olmuşam””… Necə bir hissdir bu, Nahidə xanım?
– Gözəl bir hissdir. Hər şeyi unudursan hər yer gözəl görünür gözünə…
4. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü…belə bir sevda yaşadınızmı?
– Yaşadım, həm də dibi heç görünməyənini…
5. Deyirlər insan həyatı rənglərlə görür. Gördüyünüz rəng, xəyalınızda canlandırdığınızdırmı?
– Elə bir rəng seçimim yoxdur. Amma adi alış-verişdə belə xəyalımda tutduğum rəngi tapa bilmirəm.
6. Mövlanə deyir ki, cahil insan baraban kimidir. Səsi çoxdur, lakin içi boşdur. Bəs sizin fikrinizcə cahil insan kimdir?
– Cahilliyi çoxdan keçmisəm, amma məncə elə cahillər var ki, yaşlılardan düzgün qərarlar verir.
7. Ağıllı olmaq kifayət deyil, kifayət qədər ağıllı olmalısan ki, özünü həddən artıq ağıllı saymayasan. (Andre Morua: Fransız yazıçısı) Siz necə, özünüzü həddən artıq ağıllı sayanlardansınızmı?
– Ağıllı deyillər mənə. Amma tərsəm, kəskinəm. Qərar verdimsə dönmürəm, fikrimi qəti və doğru sayıram.
8. “Ən böyük zəfər, insanın özünə hakim olmasıdır”… Özünüzə hakimsiniz?
– Hər şeydə özümə hakiməm. Bircə aşiq olmayım 😊
9. Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır. (Artur Şopenhauer) Zənginliyi nədə görürsünüz?
– Orta səviyyədə yaşayanam. Mənim ruhum daha zəngindir.
10. Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm də özünü. Kimdən nə istədiyinizi bilirsinizmi, yoxsa yanlış qapını döydüyünüz də olub?
– Yanlış qapı heç döyməmişəm. Qapını döyməmişdən öncə o qapı açılınca mənə verilən cavabı öncədən bilib döymüşəm və məni qane edib.
11. Sədi deyir ki, iki şey həyatımızı qaraldar: Susacaqkən danışmaq, danışacaqkən susmaq. İnsan nə vaxt susub, nə vaxt danışmalıdır sizcə?
– Dəyər verdiyim biriylə sözüm tərs anlaşılarsa, o an susaram bir az sonra o sakitləşincə sübut edərəm həqiqət nə, yalan nə.
12. Vaxt bütün qapıları səbirli insanların üzünə açır… Səbirli insansız?
– Doğru fikirdi. Amma bəzən səbirliyəm bəzən səbirsiz. Səbrli olduğum halda uğurum daha gözəl olur, nəinki əksi…
13. Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı). Varmı belə dostunuz, yoxsa siz də dostluğa etibar etməyənlərdənsiniz?
– Dost…Dostluq… Bu mənim üçün sıradan bir söz. Amma həyatımda elə bir insanlar var ki, onlara ad qoya bilmirəm. Yəni, dostdan da ötədirlər.
14. Comərdliyə güvənsən də,sadiq sanma sirdaşları,
Paxıllıqdan nələr etdi gör Yusifə qardaşları. (M.Füzuli) İnsanı nələr paxıl edə bilər? Paxıllıq etdiyiniz oldumu?
– Paxil deyiləm, mənə verilən dəyərə, sevgiyə min şükür. Kimsənin paxıllığını çəkmədim. Bu mənə yaddır. Tanısaz məni əmin olarsız.
15. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Razı deyiləm. Qadın güclü varlıqdı. Özünə dur deməyi bacarır və özünə dəyər verir.
16. Can deməklə candan can can əskik olmaz,
Məhəbbət artırar,mehriban eylər.
Çor deməyin dəfi nədi dünyada ?
Abad könülləri pərişan eylər. (Aşıq Ələsgər) Sidq ürəklə kimin sizi çağırışına bir ömür “can” deyərsiniz?
– Hər an “can” deyən biri deyiləm. Sərt, tələbkar biriyəm. Amma 3 balam var. Bəzən qışqırsam da, hər kəlmələrinə içim məndən öncə “can” deyir.
17. Rus atalar sözündə deyilir: “Axmaq cavan arvadıyla fəxr edər, ağıllı doğma anasıyla”. Necədir bu məsələ münasibətiniz?
– Axmaq onsuz da məsuliyyətsiz olur. Məncə ağıllı qadınıyla da, anasıyla da fəxr edir.
18. “Andına baxıb insana inanma, amma insana baxıb andına inan”… Andınızı pozdunuzmu heç?
– Şükür elə bir səbəbim olmayıb and içəm ki, bu şeyi edəcəm. And içərsəm pozmaram.
19. Yenə də şeirlərinizə qayıtmaq istərdim: Nədir “o”nu sizə gətirməyən yol?
– “Olmaz”lıqlar…
20. Qadınlar özlərinə edilən bir çox şeyi bağışlaya bilərlər; amma bağışladıqları şeyləri heç bir zaman unutmazlar. Belə çıxır ki, qadınlar kinlidirlər? Bəs siz necə, bağışlamağı bacarırsınızmı?
– Bağışlamaq Allaha məxsus. Amma mənə edilən xətaları sussam da unutmuram.
21. Deyilənə görə, kədər insanı kamillik zirvəsindən endirir. Razısınızmı, belədirmi? Fikirləriniz maraqlı olardı.
– Kədər insanı yox edər. Təslim olunmamalı.
22. Nə sənli getdiyim yoldan yoruldum,
Nə səni düşünüb gülümsəməkdən… Sizə aiddir bu misralar da, Nahidə xanım. Necə başa düşək? Birgə getdiyiniz yolda da daima xəyalınızdadır, yoxsa getdiyiniz birgə yol xəyalınızdır?
– Gözəl 😊..uzun bir yoldaydım, 8 saatlıq yolda öz işlərini buraxdı, məni tək buraxmadı. Hər şeydən yazışdıq, yolu yorulmadan getdim. Aglımda olduğuyçün gülümsədim… Və o bir bənd şeir də elə yolda yazıldı.
23. Bu dünya səsiylə səsləşənindir,
Dövranla düz gəlsən, dövran sənindir… Dövranla fərqli yollarda addımlayırsınız, ya yolunuz birdir?
– Dövrandı yaşayırıq. Fərqli də olur eyni də. Baxır istəklərə.
24. Fırtına nə qədər şiddətli olursa olsun, qağayı sevdiyi dənizi əsla tərk etməz…insanlar dilsiz quş qədərmi olmadı? Niyə sevgini bu qədər ucuzlaşdırdılar?
– Razı deyiləm. Əgər bir sevgi təmiz, içdən gəlirsə, qarşılıqsız qalmaz, dəyər verilər. Sadəcə sevməyi bacarmır çox insan.
25. İnsanların məqsədlərinə çatmağı üçün bəzən qurban vermələri lazım olur, məqsədiniz üçün qurban verəcəyiniz, ən son nə olardı?
– Qarşımda elə böyük məqsədim yoxdur. Amma sıradan bir şey məqsədim olursa, onu özüm əldə edirəm və mənə məxsus olan heç, heç bir şeyi qurban vermərəm.
26. Deyirlər ki, bağışlamaq intiqam almaqdan daha yaxşıdır. Bəs sizin dünyanızda hansı hökmranlıq edir intiqam, yoxsa bağışlamaq?
– Çox dəyər verdiyim insana 3 şans verirəm. Hər böyük xətanı səhv etdikcə sayıram: 1 xəta etdin… 2 xəta etdin…Hər dəfəsində xəbərdar edirəm və deyiram ki, üçüncüdə bitəcək. Məni incidən olursa, onunla hər şey bitmiş nöqtəyə gəlirsə, mənim üçün həmin insanla bitdi sayılır. Hətta etdiyi səhvi belə açıqlamağa izin vermirəm və bitdi dediyim kəs bitir mənim üçun… Elə bir şeirim də var: “Mən mən deyiləm ki” o şeir tam mənim həyatımın, xasiyyətimin bir parçasıdı deyim.
27. Alın yazısı bir dəfə yazılır, amma insana onun üzərində hər dəfə yenidən yazmaq şansı verilir. Sizcə təkrar yazılan yazılar alt yazının izlərini tamam bağlaylb görünməz edə bilərmi?
– Baxır yaşananlara. Əgər üst yazı gözəlsə, alt yazını yox edər, silər…
28. Etiraf edirəm ki…necə tamamlayardınız?
– …Tərs, sərt, düzgün biriyəm.
29. Ey can, heç kimə layiq olduğundan çox dəyər vermə, ya onu itirərsən, ya da özünü məhv edərsən..! Dəyərindən artıq dəyər verib peşman olduğunuz biri oldumu?
– Oldu… Oldu və kəsdim aranı, bitdi dedim. Nələr etsə də, artıq mənim gözümdə eynisi kimi olmayacaq.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Həyat gözəldi. Statusumda da yazmışam “hər gün gözəl”. Tanrının verdiyi hər şeyə dəyər verməliyik. O an hər şey gözəl olur inanın. Həyat da ki, elə həyatdı. Necə ki, xoşbəxtlik an olduğu kimi, yəni kimsə deyə bilməz ki, bütöv bir neçə gün başdan-başa xoşbəxtəm. Həyat da eynisi. Asanı da var, çətini, sınağı, imtahanı da…Təşəkkür suallarınız üçün. Maraqlı oldu. İstirahət etdim 😘💕🌷

Müsahibə üçün təşəkkür edirəm, Nahidə xanım.

Advertisements

07/04/2017 tarixində Yazılarım içində dərc edildi və , , , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 2 Şərh.

  1. Cahil və ağıl bir bədəndə olmaz düşünürəm, biri varsa, digəri getməyə məhkumdur. Şəxsi fikrimdir 🙂 İnşəAllah ki yanılmıram.
    Təşəkkür edirəm, Sevinc. Allaha verdiyi və vermədiklərinə görə həmd olsun.

    tərəfindən bəyənildi 1 şəxs

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: