Pryanik “nejenka”

image

Lazım olan ərzaqlar:

Süd – 500 ml
Un – 250 qr (hələlik)
Şəkər tozu – 500 mq
Bir çimdik duz
Duru yağ – 100 ml
Vanil – 4 paçka
Qabartma tozu – 4 paçka
Yumurta – 2 ədəd (sarısı)
Yumurta – 2 ədəd (tam halda)
Un – 1 kq 

Qlazur üçün:

2 yumurtanın ağı
250 qram şəkər kirşanı

Hazırlanması:

500 ml südü qaynayanadək qızdırırıq. Bu müddətdə 250 qram unla, 500 qram şəkər tozunu, bir çimdik duzu yaxşı-yaxşı qarışdırırıq. Qaynayan südü bu qarışığa əlavə edib əl götürmədən qarışdırırıq. Kənara qoyuruq bir qədər soyusun.
Sonra duru yağ əlavə edirik. 2 yumurtanın ağını sarısından ayırırıq. Ağını soyuducuya qoyuruq. Kənardakı soyumuş kütləyə 2 yumurtanı ağlı-sarılı və digər 2 yumurtanın sarısını əlavə edib mikserlə çalırıq. 1 kq unu qaba ələyib qabartma tozu və vanili əlavə edirik. Alınmış kütlənin üzərinə unu əlavə edib yaxşıca yoğururuq. Alınmış xəmirdən 4 hissə ayırırıq. Kündələyib dəsmalın üstünə qoyuruq. Oxlovla yayırıq, stəkanın ağzı ölçüdə kəsirik. Qalınlığına fikir vermək lazımdır ki, pryaniklər nazik alınmasın. Xəmirin qalınlığı təqribən 12-15 mm ölçüdə olsa kifayətdir. Kəsilmiş formaları qənnadı təbəqəsinə düzüb 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəqiqə müddətində bişiririk. Üstü qızılı və ya zövqə görə bir qədər qızarmış ola bilər.
Pryaniklər soyuyanadək biz qlazuru hazırlayırıq. 250 qram şəkər pudrasını ələyib, üzərinə soyuducuya qoyduğumuz yumurtanın ağını əlavə edib mikserlə çalırıq. Sonra kist vasitəsiylə pryaniklərin üzərinə çəkirik. Az sonra qlazur quruyacaq və dadlı, zərif pryaniklər çay və ya kofeylə içmək üçün hazır olacaq. Nuş olsun 😘
Qeyd edim ki, bu reseptdən 66 ədəd pryanik alınır.

27/03/2017 tarixində Mətbəximiz içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 7 Şərh.

  1. Sevinc lap mənim ürəyimi oxuyur ey 🙂 Bir müddət əvvəl nəsə könlümə pryanik bişirmək düşdü, axtarış verdim, bir resept tapdım, baxdım, amma bəyənmədim deyə vaz keçdim. Bu günkü resept yenidən həvəsləndirdi məni lap 🙂 Çünki çoooxxx bəyəndim, həm də artıq Sevinc sınaqdan keçirdib, inşəAllah məndə də alınar düşünürəm.
    Süfrənizə bərəkət, əllərinizə sağlıq, Sevinc. Nə yaxşı ki varsınız 😘😘😘😘😘

    tərəfindən bəyənildi 1 şəxs

    • Oxumazmıyam, mələyim? ❤️❤️❤️❤️❤️
      Sənə tam əminliklə deyirəm bunu, hədsiz dadlı, yumşaq və günlər keçsə belə bərkiməyən, həm də rahat başa gələndir. Sən bişirənəcən mən bir də bişirsəm, göndərəcəm sənə.
      Allah hamımıza bol və halal ruzi versin, canım. 😘😘😘🌹🌷💐

      Bəyən

  2. Oxuyarsiniz tabii 😍😍😍😍😍
    Oy gerek men qabaga dushum 🙈🙈🙈 Sinayacam insheAllah, Sevinc😘😘😘

    Bəyən

  3. Əllərinə sağlıq,Sevinc.O gün təsadüfən bunun eyni olan reseptə qarşılaşdım, dedim bişirərəm. Daha mənə ehtiyac qalmadı, sən bişirmisən, mən də dadına baxdım. Əla!
    Bayramda aldığım kilodan qurtulum, bir bunu da sınayacam.
    Amma yox ey, toya kimi bir qədər arıqlamalıyam ki,əynimə paltar tapa bilim.

    Bəyən

    • Xoş gəldin, İrinka. Sən bunu mütləq bişir mənə “sağ ol” deyəcəksən. Ya da Naraya de hazırlasın, uşaqlar çox sevəcək.
      Həmişə evində toy-büsat qurulsun, canım. Qaldı paltar məsələsinə, inşAllah yaxın gün üçün sənə söz verdiyim pəhrizi yazacam. Nəticəsindən çox razıyam)))

      Bəyən

  4. Xoş günlərinə gəlim, Sevinc.
    Hə, qalsın Nara gələnə. İnşaallah gəlib bişirər.
    Yaxşı yadıma saldın dediyin resepti. Gözləyirəm, səhv etmirəmsə yanvarın axırına söz vermişdin.

    Bəyən

  5. Həftəsonu mən bişirdim. Çooxxxx dadlı, yumşaq alındı. Mən darçını sevməsəm də, bir çay qaşığı darçın da vurdum və heç də peşman olmadım. Hamıya məsləhət görürəm 🙂
    Sevincə də çox, çox, çox təşəkkür edirəm. Allah razı olsun, Sevinc.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: