Etibarımdan şikayət edəni görmədim…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 8-ci yazı)


Bilirəm ki, bu gün çoxunuzun gözü müsahibə axtaracaq. Keçən həftə bəzi səbəblərdən müsahibə dərc etmədim deyə özüm də narahatçılıq keçirirdim. Bu gün yenə müsahibimlə birgə qarşınızdayam. Yəqin ki, başlığa fikir vermisiniz – Tanımadığımız tanışlar – bu adı təsadüfən seçmədim mən. Bəzən elə biri olur ki, tanıyırıq kimi gəlir bizə, amma söhbət zamanı görürük ki, bilmədiyimiz çox şeylər varmış. Bu günkü müsahibimi, əslində, Zərifin səhifəsindən tanımışam. İstifadəçi adı diqqətimi çəkmişdi: “Canım Qarabağım”. İstədim yaxından tanış olaq, buyurun, müsahibəni oxuyun.

1. Salam. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Mən Hüseynova Zöhrə, Füzuli rayonunda doğulmuşam, hal-hazırda torpaqlarmızda yağı düşmən yurd salıb və biz Bakıda yaşayırıq. Ailəliyəm, bir oğlum var. 
2. Bəs sizi digərlərindən fərqləndirən cəhət nədir?
– Hər kəsin söhbətinə qulaq asa bilmirəm. İlk cümlələrdə yanlış cavab alaramsa, onunla söhbət bitmişdir. Sıradan biri sandığım məntiqlə mənim doğru olmayan sözümü yanlış deyərsə, o mənə görə söhbət etdiyim insandır artıq. Mənə yaxınlaşmaq həm asandır, həm də çox çətin .
3. “Vərdişlərin zənciri eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər də güclü olar”. Ən pis vərdişiniz nədir?
– Hal-hazırda ən pis vərdişim instagramdır, telefondur. Elə bir pis vərdişim yoxdur.
4. Mənim həmsöhbət seçmək üçün xüsusi qanunlarım var. Bəs siz necə, həmsöhbət seçərkən nəyi əsas tutursunuz?
– Bir az qeyd etdim əvvəldə. İlk tanışlıq zamanı boş sandığım insan mən yola vermək ücün dediyim yanlış kəlməni mənə düzgün şəkildə, söhbəti doğru yoldan xırdalayarsa, o insanın mənimlə irəlidə gözəl dostluqlara aparacağını bilirəm. Bilirəm ki, o insan dinləməyi bacarır və onunla həmsöhbət olmağa dəyər.
5. Qadın kölgə kimidir: onu izləyəndən qaçar, özü isə önündəkinin arxasınca düşər…Razısınız bu fikirlə?
– Razıyam, olur bəzən. O da möhkəm insanlarda olur. Hər adamda deyil.
6. Yalnızlıq insana çox şey öyrədirmiş. Niyə?
– Yalnızlıq insanı çox düşünməyə məcbur edir. Etmək istədiyin bir şeyi dəfələrlə öz-özünə düşünür insan. Nəyin doğru, nəyin yalan olduğunu isə məncə sonda görür insan.
7. Özünüzdə olan hansı xasiyyəti dəyişmək istərdiniz.
– Çox hövsələsiz insanam. Biri böyük bir yanlış edərsə, ona çox sərt cavab verənəm. Sonra üzülürəm, amma yenə edirəm, böyük-kicik tanımıram. İnsan insandır mənə görə. Amma yanlış etdiyimi təsdiqləyirəm. Mənlik deyil ki, nə edim?
8. İnsanın dözümü onun köməkçisidir… “köməkçiniz ” varmı?
– Var. Allah canlarını sağ eyləsin, sizinkilərlə birgə. Mənə mənəvi dayaq olanlarım var.
9. Uşaqlıq illərindən ən yada qalan hadisəni bizimlə bölərsinizmi?
– O qədər hadisələr var ki, bilmirəm hansını deyim. İmran adında bir qonşumuz vardı bir bacı, iki qardaş idilər. Onların da mənim də anamız başqa uşaqlarla oynamağa icazə vermirdilər, bir evli kimiydik. İmran tez-tez başımı daşla yarardı, amma o olmayanda mən ağlayırdım, mən olmayanda o ağlayırdı. O qədər saf uşaqlığımız keçib ki…əkiz qardaş-bacı kimiydik. Mənim başımı yaranda onun anası qanımı kəsərdi 😊 İndi də illər keçib ürəyimdə uşaqlıq sevgim hələ də var onu çox istəyirəm. Fikirləşəndə ki, necə gözəl oyunlar oynayırdıq, daha çox istəyirəm. Canım qardaşımdı “imi qaqa” deyirəm hələ də 😍😍
10. İnsanın özünə qarşı edə biləcəyi ən böyük pislik, özünə olan etibarını itirməsidir… Bu pisliyi etmədiniz ki, özünüzə?
– Uşaqlıqdan indiyə qədər etdiyim səhvlər olub. Amma hələ etibarımdan şikayət edəni görmədim. Əksinə, hər dəfə etibarlı olduğumu eşidirəm və bu məni çox xoşbəxt edir.
11. Yəqin ki, bu fraza sizə tanışdır: “Abasqulu ağanın nazıyla çox oynayırıq, Kərbəlayi!” – kimin nazıyla çox oynadınız vəçya oynayırsınız?
– Hərdən düşünürəm ki, anamla yoldaşımın nazını çox çəkirəm. Amma nə gizlədim, bəzən bezirəm, çünki hövsələsiz adamam.
12. Ümidi olanın hər şeyi var deyirlər. Sizin necə, ümidiniz varmı?
– Ümid edirəm ki, Qarabağa qayıdarıq inşAllah. Amma səhhətimə arxayın deyiləm, gözü açıq gedəcəm deyəsən…amma sonda ümüdlər ölür deyirlər …
13. İnsanlar çox tez-tez həyatı filmə, özlərini – ətrafdakı insanları isə aktyorlara bənzədirlər. Bəs sizin həyatınızdakı ən böyük premyera və ən yadda qalan obraz hansıdır?
– Tütək səsi filimində bir parça var ona baxanda ağlamadan baxa bilmirəm. Onu da qeyd edim ki, mən gözüsulu insan deyiləm. Ata kəndə əsgər gəldiyini zənn edir, müharibədə olan oğlunun gəldiyini hiss edir. Saz havası qulağında səslənərək qacaraq evə gəlir və görür ki, saz divardan aslıb, evdə də bir kimsə yox. O səhnə mənə çox təsir edir 😔
14. “Quşlar kimi uçmağı, balıqlar kimi üzməyi öyrəndik, lakin bu vaxt çox sadə bir sənəti unutduq. İnsan kimi yaşamağı.” Sizcə, insan kimi yaşamaq unudulub?
– Unudulmaılb, maləsəf az qalıb. Gənclərmizi insani keyfiyyətlərlə yönləndirmək lazımdı. Bu baxımdan bizdə elə də güclü tədris olmadığına təəssüf edirəm .
15. Bəzən sözlər, şüşə qırıqları kimidir, Ağzına dolar insanın…Sussan, ağrıdar…Danışsan, qanadar… Oldumu sizdə belə bir hal?
– Olmadı, amma dövlət işləriylə əlaqələndirirəm bu olayı. Söz azadlığımız yoxdu o üzdən içimiz doğranır.
16. Yaşadığınız ömürdə elə bir səhnə varmı ki, bunu əminliklə “mən yazdım” deyərdiniz?
– Var. Həyatımın ən böyük yanlışın etdim həm də. Ahı da özümü tutdu. Qüruruma nə deyim?!
17. “Kaş ki ……………….” bu cümləni necə tamamlamaq istəyərdiniz?
– Nə yaxşı ki…
18. İnsanların dini sizin üçün nə qədər vacibdir?
– Hansı dində olursa olsun, insan orda mərhəmət olsun istər, ən vacibi budur.
19. Görünüşcə hər kəs insana bənzəyə bilər. Sizin görünüşünə aldanıb insan bildikləriniz oldumu?
– Yox, heç görünüşə önəm vermədim qətiyyən.
20. Həyat nə qədər gözəl olardı… Bir insan həm aşiq, həm də sadiq olmağı bacara bilsəydi…! Necə düşünürsüz, həm aşiq, həm də sadiq olmaq çətindirmi?
– Maləsəf çox vaxt sadiq olursan, amma aşiq ola bilmirsən.
21. Sevgi və mərhəməti çox olan insanlar acı çəkərmiş. Acı çəkməmək üçün bu hisslərin sizdə olmamasını istərdinizmi?
– Yox elə səvhimi istəmirəm. Ən yaxşısı acı çəkməkdi. Boş insan olmaqdansa, acı çəkmək daha yaxşıdır.
22. “Hər kəs layiq olduğu həyatı yaşayar deyirlər” – sizcə bu doğru deyilmiş fikirdirmi?
– Yox, elə düşünmürəm. Çox halda layiq olmayan insanların işləri çox rahat, layiq olan insanların əksəriyyətinin işləri  çətinliklə alınar. Amma bir şeyə inanıram ki,  Allah dərdi çəkə biləcək insanlara verir.
23. Susmaq insanın içindəkilərlə söhbət etməsi demək imiş. Çoxmu susdunuz?
– Həm də çox…
24. Bir xanım üçün təhsil, sənət-peşə sahibi olmaq nə dərəcədə əhmiyyətlidir?
– Hər barədə insanın beyni formalaşır, olğunlaşır və nə edəcəyini çox vaxt yaxşı bilir. Yetər ki, o təhsili öz gücüylə qazansın.  Düşüncə tərzi çox yüksək olsun.
25. Şansınız olsaydı, peşənizi dəyişərdinizmi? Və hansına?
– Hüquqi işlərlə məşğul olardım. O işləri çox sevirəm.
26. Pul olan yerdə xoşbəxtlik olmaz deyirlər, digər tərəfdən də pul özü xoşbəxtlik gətirir deyirlər…Siz hansı ilə razısız?
– Pul xəstəlik gətirir. Allah möhtac etməsin, hər kəsin normal şəraiti olması yaxşı haldır. Amma həqiqətən çox pul xəstəlikdi.
27. Dost onu da dartıb yıxacağını bilə-bilə, sən yıxılan zaman əl uzadandır…Belə dostunuz varmı həyatda?
– İnanıram ki, elədir mənim dost bildiyim.
28. “Könlüm keçir Qarabağdan…” Necə tamamlamaq istərdiniz?
– Füzulidə dinləndim, xəyalən Şuşaya getdim…
29. Aristotel deyir ki, insanlar həqiqətə yox, həqiqət kimi görünən şeylərə inanarlar. Sizcə həqiqətlər tükənib, ya insanlar həqiqəti görmək istəmirlər?
– İnsanlar həqiqəti görmək istəmirlər.
30. Deyilənə görə həyat hisslərlə yaşayanlar üçün faciə, ağılla yaşayanlar üçünsə komediyadır. Siz nə düşünürsünüz bu haqda? Həyat hansı biridir sizin üçün?Ümumiyyətlə, nədir həyat?
– Agıl da faciə kimidir indiki vaxtda. Agıl dedikdə, yəni o qədərmi ucuz bir şey fikirləşilir ki, hər şey komediya kimi görünür? Məncə qarışıqlıq var bu fikirdə. Ağıllı insan həyatın hər cür enişini-yoxuşunu düzgün şəkildə görəndir, əyləncənin də ləzzətini çıxaranlardır.
Birinci dəfədir ki, bu cür suallarla qarşılaşdım və zövq aldım. Həm də 30 sual. Belə suallardan vermişdilər mənə, amma bu qədər deyil. Hər şey əlaydı,  təşəkkürlər.

Müsahibə üçün mən də sizə təşəkkürümü bildirirəm 

10/03/2017 tarixində Yazılarım içində dərc edildi və , , olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin. 4 Şərh.

  1. Zöhrə xanımın xarakteri mənə lap dəliqanlı vaxtlarımı xatırlatdı 🙂 Allaha həmd olsun indiki halımdan daha razıyam.
    Cavablar qısa idi, amma bu qısa cavablarda müsahibinin şəxsiyyətini tamamilə tutmaq olurdu və məndə xoş bir xanım təsiri bağışladı müsahibiniz, Sevinc xanım.
    Xanımlara təşəkkür edirəm 😍😍😍😍😍

    Bəyən

  2. Sevinc xanim salam.Zohre dediyiniz bizim her gun seve seve paylasmalarini beyenib rey yazdigimiz canim qarabagim oldugun bu gun bildim🙈🙈🙈Qisa ve net cavablar verib.Sag eliyle sol qulagin tumaq kimi cavab vermiyib))))Yeni bu budur deyib.17 ci sualin cavsbi cox gözel alinib!!! Amma mende sizin kimi aciq sözluyem incisenizde deyecem bunu.Bir övlad ölûnce anasinin nazini cekmekden usandim demeye haqqi yoxdur.Bu meni fikrimdir.

    Bəyən

  3. Bayyy niyə Seva yox??? Hə, mələyim, hər gün səhifəndə olan Qarabaq gözəlidi 😘😘😘😘😘
    Sən yanlış nə dedin ki? İnciməz məncə Zöhrə.

    Bəyən

Şərh yazın ki, Sizi tanıya bilim...